Məhkəmə qərarları › İş №2(103)-1080/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1080/2020

09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1080/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi–vəkli X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit limiti müqaviləsi üzrə öhdəliklərin icra edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-156/19 saylı xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh1 366.204,02 (üç yüz altmış altı min iki yüz dörd dollar 02 sent) ABŞ dolları əsas, 62.151,12 (altmış iki min yüz əlli bir dollar 12 sent) ABŞ dolları faiz, 40.000 (qırx min) ABŞ dolları faiz borcu olmaqla, cəmi 468.355,14 (dörd yüz altmış səkkiz üç yüz əlli beş dollar 14 sent) ABŞ dolları məbləində borc; 9.992,81 (doqquz min doqquz yüz doxsan iki avro 81 avrosent) avro əsas kredit borcu, 506,62 (beş yüz altı avro 62 avrosent) avro faiz borcu, cəmi 10.499,43 (on min dörd yüz doxsan doqquz avro 43 avrosent) avro məbəğində borc; 4.942,79 (dörd min doqquz yüz qırx iki dollar 79 sent) ABŞ dolları əsas kredit borcu, 250,04 (iki yüz əlli dollar 04 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.193,19 (beş min yüz doxsan üç dollar 19 sent) ABŞ dolları məbəğində borc; 4.861,22 (döörd min səkkiz yüz altmış bir dollar 22 sent) ABŞ dolları əsas kredit borcu, 246,61 (iki yüz qırx altı dollar 61 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.107,83 (beş min yüz yeddi dollar 83 sent) ABŞ dolları məbəğində pul ödəniş vaxtı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən, 2 otaqlı (ümumi sahəsi 51.8 kv.m, yaşayış sahəsi 31.7 kv.m, yardımçı sahəsi 20.1 kv.m.), 69 saylı mənzilə; (85.000 manatla yüklü edilib) ilkin satış qiyməti 64.000 (altmış dörd min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində, 0.12 ha torpaq sahəsində yerləşən 49 nömrəli bağ evinə; (60.000 manatla yüklü edilib) ilkin satış qiyməti 75.000 (yetmiş beş min) manat məbləğində müəyyən edilməklə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 81 A ünvanında yerləşən, ümumi sahəsi 35.4 kv.m. olan 28 və 29 saylı qeyri-yaşayış sahəsinə (mağaza); ilkin satış qiyməti 270.000 (iki yüz yetmiş min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 28 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 203.25 kv.m. olan 44 saylı mənzilə; ilkin satış qiyməti 37.000 (otuz yeddi min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində, 0.1136 ha torpaq sahəsində yerləşən 49a saylı bağ evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qaytarılması, ipoteka predmeti olan daşınmaz əmlaklar açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər həmin mənzillərdən (əmlaklardan) çıxmazsa, onların məcburi qaydada çıxarılmaları qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit limiti müqaviləsi üzrə öhdəliklərin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddia tələbini onunla əsaslandırılmışdır ki, "İddiaçı” ASC tərəfindən Cavabdeh1 xx.xx.2011-ci il tarixli 11001-0667/000265 saylı kredit limiti müqaviləsinə əsasən 60 ay müddətinə illik 20 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 400.000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin kredit limiti müqaviləsi çərçivəsində cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda 13 dəfə kredit, xx.xx.2015-ci il tarixdə 5.000 ABŞ dolları, 5.000 ABŞ dolları və 10.000 avro məbləğlərində plastik kartları vasitəsi ilə kredit xəttləri açılmışdır. Cavabdehin xx.xx.2015-ci il tarixli ərizəsi əsasında 13 tranşlar üzrə kredit limiti müqaviləsinə əlavənin imzalanmasını xahiş etmişdir, Bank cavabdehin xahişini nəzərə alaraq xx.xx.2011-ci il tarixli 11001-0667/000265 saylı kredit limiti müqaviləsinin tərkib hissəsi sayılan xx.xx.2011-ci il tarixli 11001-0667/000265 saylı kredit limiti müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavələr bağlanmışdır və əlavələrə əsasən yuxarda qeyd olunan tranşlar üzrə kredit borcu 451.592 ABŞ dolları, 36 ay müddəti və 15% dərəcəsi müəyyənləşdirilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında 15001- 0298/000265/Sİ3 saylı xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan ünvan 1 ünvanda yerləşən, 2 otaqlı (ümumi sahəsi 51.8 kv.m, yaşayış sahəsi 31.7 kv.m, yardımçı sahəsi 20.1 kv.m.), 69 saylı mənzil; Cavabdeh1 ilə 15001-0298/000265/Sİ3 saylı xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində, 0.12 ha torpaq sahəsində yerləşən 49 nömrəli bağ evi; Cavabdeh1 ilə 15001-0298/000265/Sİ3 saylı xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 81A ünvanında yerləşən, ümumi sahəsi 35.4 kv.m. olan 28 və 29 saylı qeyriyaşayış sahəsi (mağaza): Cavabdeh4 ilə 15001-0118/142016/Sİ saylı xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 28 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 203.25 kv.m. olan 44 saylı mənzil: Cavabdeh2 ilə 15001-0298/005421/Sİ saylı xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində, 0.1136 ha torpaq sahəsində yerləşən 49a saylı bağ evi xx.xx.2011- ci il tarixli 11001-0667/000265 saylı kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka ilə yüklü edilmişdirlər. Kredit limiti müqaviləsinin şərtlərinə görə Cavabdeh1 həm kredit məbləğlərini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğlərini ödəməlidir. Lakin, ona dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Cavabdeh1 iddiaçıya -xx.xx.2015-ci il tarixli əlavə əsasında verilmiş məbləği 451.592 ABŞ dolları olan kredit üzrə xx.xx.2017-ci il tarixə 367.926,64 ABŞ dolları əsas kredit borcu, 66.634,75 ABŞ dolları faiz borcu, 140.374,96 ABŞ dolları cərimə olmaqla, cəmi 574.936,35 ABŞ dolları; xx.xx.2015-ci il tarixli ərizə əsasında verilmiş məbləği 10.000 avro olan kredit üzrə xx.xx.2015-ci il tarixə 9992.81 avro əsas kredit borcu, 506,62 avro faiz borcu, cəmi 10.499,43 avro; xx.xx.2015-ci il tarixli ərizə əsasında verilmiş məbləği 5.000 ABŞ dolları olan kredit üzrə xx.xx.2016-cı il tarixə 4.942,79 ABŞ dolları əsas kredit borcu, 250,04 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.193,19 ABŞ dolları; xx.xx.2015-ci il tarixli ərizə əsasında verilmiş məbləği 5.000 ABŞ dolları olan kredit üzrə xx.xx.2016-ci il tarixə 4861.22 ABŞ dolları əsas kredit borcu, 246.61 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.107,83 ABŞ dolları borcu qalmaqdadır. Bank tərəfindən cavabdehə yazılı şəkildə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində öhdəliklərin icra olunmaması halında, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən məktuba münasibət bildirilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv ediləsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur, işə düzgün baxılmamışdır. Qeyd olunan qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ilkin satış qiyməti 37.000 (otuz yeddi min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində, 0.1136 ha torpaq sahəsində yerləşən 49a saylı bağ evinə yönəldilməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarılmış və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Öz növbəində iş üzrə Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ilkin satış qiyməti 270.000 (iki yüz yetmiş min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 28 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 203.25 kv.m. olan 44 saylı mənzilə yönəldilməsi hissəsində ləğv edilmiəsi, iddianın həmin hissədə rədd olunması edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, apellyasiya şikayətinin rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 11001-0667-000265 saylı kredit limiti müqaviləsindən görünür ki,İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 20% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 400.000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 İddiaçı ASC-nə ünvanladığı xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 onunla İddiaçı ASC arasında bağlanmış 11001-0667-000265 salyı xx.xx.2011-ci il tarixli kredit limiti müqaviləsinə əsasən nəzərdə tutulmuş limit çərçvəsində 12 (on iki) ay müddətinə 5.000 ABŞ dolları məbləğində «MasterCard Gold» plastik kartı vasitəsi ilə kredit xəttini açılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 İddiaçı ASC-nə ünvanladığı xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 onunla İddiaçı ASC arasında bağlanmış 11001-0667-000265 salyı xx.xx.2011-ci il tarixli kredit limiti müqaviləsinə əsasən nəzərdə tutulmuş limit çərçvəsində 12 (on iki) ay müddətinə 5.000 ABŞ dolları məbləğində «MasterCard Platinum» plastik kartı vasitəsi ilə kredit xəttini açılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 İddiaçı ASC-nə ünvanladığı xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 onunla İddiaçı ASC arasında bağlanmış 11001-0667-000265 salyı xx.xx.2011-ci il tarixli kredit limiti müqaviləsinə əsasən nəzərdə tutulmuş limit çərçvəsində 12 (on iki) ay müddətinə 10.000 avro məbləğində «MasterCard Platinum» plastik kartı vasitəsi ilə kredit xəttini açılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 İddiaçı ASC-nə ünvanladığı xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 onunla İddiaçı ASC arasında bağlanmış 11001-0667-000265 salyı xx.xx.2011-ci il tarixli kredit limiti müqaviləsi üzrə ona verilmiş 400.000 manat məbləğdə olan kredit limitini ABŞ dollarının məzənnəsinin artması və bununla əlaqədar aralarında yazılı tərtib olunmuş ödəniş cədvəli üzrə ödəmək iqtidarında olmadığına görə (valyuta bazarında ABŞ ollarının alınması üçün daha çox manat ödəməli olduğuna görə) 11001-0667-000265 saylı, xx.xx.2011-ci il tarixli kredit limiti müqaviləsi üzrə ona verilmiş 400.000 manat məbləğdə kredit limitinin restrukturizasiyasını həyata keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli 11001-0667/000265 saylı kredit limiti müqaviləsinə xx.xx.2015-ci il tarixdə edilmiş 02 nömrəli əlavədən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: - xx.xx.2011-ci il tarixli 11001-0667/000265 saylı kredit limiti müqaviləsinin 3-cü maddəsinə 3.6-cı bənd əlavə edilsin. Həmin bənd aşağıdakı redaksiyada verilsin: «kreditverən-qarant» tərəfindən kredit limiti çərçivəsində «borcalan-prinsipal»a digər valyutada kredit verildikdə, verilmiş kredit valyutasının Azərbaycan manatına nisbətdə mübadilə məzənnəsi artdıqda və bu artma nəticəsində həmin xarici valyutanın manatla ekvivalenti kredit limiti məbləğindən artıq olduqda, həmin verilmiş kredit üçün kredit limitinin məbləği kredit verilərkən müəyyən olunmuş kredit limitindən artıq olan hissə məbləğində artırılmış hesab olunur. Hər bir halda kredit verildiyi valyutada «borcalan-prinsipal» tərəfində «kreditverən-qaranta» geri qaytarılmalıdır. xx.xx.2011-ci il tarixli 11001-0667/000265 saylı kredit limiti müqaviləsinin bu əlavə ilə ziddiyyyət təşkil edən şərtləri istisna olmaqla, qalan şərtləri mövcud vəziyyətdə qüvvədə qalır. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli 11001-0667/000265 saylı kredit limiti müqaviləsinə xx.xx.2015-ci il tarixdə edilmiş 03 nömrəli əlavədən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: - bu əlavənin imzalanması tarixindən sonrakı müddət üçün bu kredit limiti müqaviləsi üzrə verilmiş kredit limiti üçün müəyyən edilmiş faiz dərəcəsi 15 faiz dərəcəsinə dəyişdirilir. – Bu əlavə ilə ödəmə vaxtı çatmış lakin «borcalanprinsipal» tərəfindən ödənilməmiş kredit məbləğinin faizləri ikiqat, yəni illik 30 faiz olacaqdır. - xx.xx.2011-ci il tarixli 11001- 0667/000265 saylı kredit limiti müqaviləsinin bu əlavə ilə ziddiyət təşkil edən şərtləri istisna olmaqla, qalan şərtləri mövcud vəziyyətdə qüvvədə qalır. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixə İddiaçı ASC-nə 9992,81 avro əsas, 506,62 avro faiz borcu olmaqla, cəmi 10.499,43 avro borcu vardır. (verilmiş kredit məbləği 10.000 avro, kredit verildiyi tarix xx.xx.2015-ci il, kreditin qaytarılmalı olduğu tarix xx.xx.2016-cı il, kredit üzrə faizlər 25%) İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixə İddiaçı ASC-nə 4.942,79 ABŞ dolları əsas, 250,4 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.193,19 ABŞ dolları borcu vardır. (verilmiş kredit məbləği 5.000 ABŞ dolları, kredit verildiyi tarix xx.xx.2015-ci il, kreditin qaytarılmalı olduğu tarix xx.xx.2016-cı il, kredit üzrə faizlər 25%). İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixə İddiaçı ASC-nə 4.861,22 ABŞ dolları əsas, 246,61 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.107,83 ABŞ dolları borcu vardır. (verilmiş kredit məbləği 5.000 ABŞ dolları, kredit verildiyi tarix xx.xx.2015-ci il, kreditin qaytarılmalı olduğu tarix xx.xx.2016-cı il, kredit üzrə faizlər 25%). İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixə İddiaçı ASC-nə 367.926,64 ABŞ dolları əsas, 66.634,75 ABŞ dolları faiz borcu, kredit müqaviləsinə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 70.294,96 ABŞ dolları, kredit müqaviləsinə əsasən faiz borcu üzrə hesablanmış cərimə məbləği 70.080 ABŞ dolları olmaqla, cəmi 574.936,35 ABŞ dolları borcu vardır. (verilmiş kredit məbləği 451.592 ABŞ dolları, kredit verildiyi tarix xx.xx.2015-ci il, kreditin qaytarılmalı olduğu tarix xx.xx.2018-ci il, kredit üzrə faizlər 5%). İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 15001-0298/000265/Sİ3 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən, 2 otaqlı (ümumi sahəsi 51.8 kv.m, yaşayış sahəsi 31.7 kv.m, yardımçı sahəsi 20.1 kv.m.), 69 saylı mənzil bank qarşısında ipotekaya qoyulmuşdur. İpoteka predmetinin dəyəri tərəflərin razılığı əsasında 85.000 (səksən beş min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 15001-0298/000265/Sİ2 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində, 0.12 ha torpaq sahəsində yerləşən 49 nömrəli bağ evi bank qarşısında ipotekaya qoyulmuşdur. İpoteka predmetinin dəyəri tərəflərin razılığı əsasında 60.000 (altmış min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 15001-0298/000265/Sİ saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 81 A ünvanında yerləşən, ümumi sahəsi 35.4 kv.m. olan 28 və 29 saylı qeyri-yaşayış sahəsinin (mağaza) bank qarşısında ipotekaya qoyulmuşdur. İpoteka predmetinin dəyəri tərəflərin razılığı əsasında 185.000 (yüz səksən beş min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 15001-0118/142016/Sİ saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 28 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 203.25 kv.m. olan 44 saylı mənzili bank qarşısında ipotekaya qoyulmuşdur. İpoteka predmetinin dəyəri tərəflərin razılığı əsasında 350.000 (üç yüz əlli min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 15001-0298/005421/Sİ saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində, 0.1136 ha torpaq sahəsində yerləşən 49a saylı bağ evi bank qarşısında ipotekaya qoyulmuşdur. İpoteka predmetinin dəyəri tərəflərin razılığı əsasında 35.000 (otuz beş min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən, 2 otaqlı (ümumi sahəsi 51.8 kv.m, yaşayış sahəsi 31.7 kv.m, yardımçı sahəsi 20.1 kv.m.), 69 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur, İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 28 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 203.25 kv.m. olan 44 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsusdur, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində, 0.12 ha torpaq sahəsində yerləşən 49a nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur,İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində, 0.12 ha torpaq sahəsində yerləşən 49 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur,İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 81 A ünvanında yerləşən, ümumi sahəsi 35.4 kv.m. olan 28 və 29 saylı qeyri-yaşayış sahəsinin (mağaza) tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur,İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqların (pretenziya və bildirişlərin) surətindən görünür ki, cavabdehlər banka olan borcun ödənilməsi, əks təqdirdə kredit borcunun tutulması üçünməhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-nə ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********831 nömrəli məktubdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində, 0.12 ha torpaq sahəsində yerləşən 49a nömrəli bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-nə ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********27 nömrəli məktubdan görünür ki, Cavabdeh4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 28 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 203.25 kv.m. olan 44 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-nə ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********32 nömrəli məktubdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 81 A ünvanında yerləşən, ümumi sahəsi 35.4 kv.m. olan 28 və 29 saylı qeyri-yaşayış sahəsinə (mağaza) dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-nə ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********43 nömrəli məktubdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində, 0.12 ha torpaq sahəsində yerləşən 49 nömrəli bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-nə ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********42 nömrəli məktubdan görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən, 2 otaqlı (ümumi sahəsi 51.8 kv.m, yaşayış sahəsi 31.7 kv.m, yardımçı sahəsi 20.1 kv.m.), 69 saylı mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 13345 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış əsas götürülməklə (məhkəmə tərəfindən nəzərə alındıqda) Cavabdeh1 xx.xx.2017-ci il tarixə İddiaçı ASC-nə olan borcu 428.355,14 ABŞ dolları məbləğində müəyyən olunur, bundan 366.204,02 ABŞ dolları əsas borc, 62.151,12 ABŞ dolları isə faiz borcudur. Təqdim edilmiş sənədlərə əsasən cərimə məbləğinin müəyyən etmək mümkün olmamışdır. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixdə bank tərəfindən təqdim edilmiş plastik kart hesabı çıxarışı məlumatları məhkəmə tərəfindən nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2015-ci il tarixli ərizəsi əsasında ayrılmış kredit vəsaitinə görə xx.xx.2017-ci il tarixə İddiaçı ASC-nə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 4.942,79 ABŞ dolları əsas borc, 1.300,25 ABŞ dolları isə faiz borcudur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixdə bank tərəfindən təqdim edilmiş plastik kart hesabı çıxarışı məlumatları məhkəmə tərəfindən nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2015-ci il tarixli ərizəsi əsasında ayrılmış kredit vəsaitinə görə xx.xx.2017-ci il tarixə İddiaçı ASC-nə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 4861,22 ABŞ dolları əsas borc, 1.278,56 ABŞ dolları isə faiz borcudur. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixdə bank tərəfindən təqdim edilmiş plastik kart hesabı çıxarışı məlumatları məhkəmə tərəfindən nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2015-ci il tarixli ərizəsi əsasında ayrılmış kredit vəsaitinə görə xx.xx.2017-ci il tarixə İddiaçı ASC-nə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 9.992,81 avro əsas borc, 2.628,64 avro isə faiz borcudur. İş materiallarına əlavə edilmiş «xxxx» MMC-nin xx.xx.2019-cu il tarixli, 65 nömrəli hesabatından görünür ki, 1. Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində, 0.12 ha torpaq sahəsində yerləşən 49a nömrəli bağ evinin bazar qiyməti 64.000 manat; 2. Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən, 2 otaqlı (ümumi sahəsi 51.8 kv.m, yaşayış sahəsi 31.7 kv.m, yardımçı sahəsi 20.1 kv.m.), 69 saylı mənzilin bazar qiyməti 80.000 manat; 3. Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 81 A ünvanında yerləşən, ümumi sahəsi 35.4 kv.m. olan 28 və 29 saylı qeyri-yaşayış sahəsinin (mağaza) bazar qiyməti 75.000 manat; 4. Cavabdeh4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 28 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 203.25 kv.m. olan 44 saylı mənzilin bazar qiyməti 270.000 manat; 5. Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində, 0.12 ha torpaq sahəsində yerləşən 49 nömrəli bağ evinin bazar qiyməti 37.000 manat təşkil edir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 11001-0667/000265 saylı kredit limiti müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 20 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 400.000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin kredit limiti müqaviləsi çərçivəsində cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda 13 dəfə kredit, xx.xx.2015-ci il tarixdə 5.000 ABŞ dolları, 5.000 ABŞ dolları və 10.000 avro məbləğlərində plastik kartları vasitəsi ilə kredit xəttləri açılmışdır. Sonradan cavabdeh kredit borcunu ödəyə bilmədiyi üçün xx.xx.2015- ci il tarixdə ərizə ilə banka müraciət edərək kredit borcunun restrukturizasiya olunmasını xahiş etmişdir. Bank tərəfindən xx.xx.2011-ci il tarixli 11001-0667/000265 saylı kredit limiti müqaviləsinin tərkib hissəsi sayılan xx.xx.2011-ci il tarixli 11001-0667/000265 saylı kredit limiti müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavələr bağlanmış, cavabdehin yuxarda qeyd olunan tranşlar üzrə kredit borcu 451.592 ABŞ dolları, 36 ay müddəti və 15% dərəcəsi müəyyənləşdirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, mülkiyyət hüququ ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən, 2 otaqlı (ümumi sahəsi 51.8 kv.m, yaşayış sahəsi 31.7 kv.m, yardımçı sahəsi 20.1 kv.m.), 69 saylı mənzil (ipoteka predmetinin dəyəri tərəflərin razılığı əsasında 85.000 (səksən beş min) manat məbləğində müəyyənləşdirilmişdir); Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində, 0.12 ha torpaq sahəsində yerləşən 49 nömrəli bağ evi (ipoteka predmetinin dəyəri tərəflərin razılığı əsasında 60.000 (altmış min) manat məbləğində müəyyənləşdirilmişdir); Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 81 A ünvanında yerləşən, ümumi sahəsi 35.4 kv.m. olan 28 və 29 saylı qeyri-yaşayış sahəsi (mağaza) (ipoteka predmetinin dəyəri tərəflərin razılığı əsasında 185.000 (yüz səksən beş min) manat məbləğində müəyyənləşdirilmişdir); Cavabdeh4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 28 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 203.25 kv.m. olan 44 saylı mənzili (ipoteka predmetinin dəyəri tərəflərin razılığı əsasında 350.000 (üç yüz əlli min) manat məbləğində müəyyənləşdirilmişdir); Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində, 0.1136 ha torpaq sahəsində yerləşən 49a saylı bağ evi (ipoteka predmetinin dəyəri tərəflərin razılığı əsasında 35.000 (otuz beş min) manat məbləğində müəyyənləşdirilmişdir) bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, bank tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Göründüyü kimi, tərəflər arasında yaranmış hüquqi nəticələr Mülki Məcəllənin 386-cı maddəsinə əsasən borc müqaviləsindən irəli gəlmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh borcu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin “iddiaçıya ödənilməsi hissəsində də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 39.3 və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin ipoteka predmeti olan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən, 2 otaqlı (ümumi sahəsi 51.8 kv.m, yaşayış sahəsi 31.7 kv.m, yardımçı sahəsi 20.1 kv.m.) 69 saylı mənzilə; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində, 0.12 ha torpaq sahəsində yerləşən 49 nömrəli bağ evinə; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 81 A ünvanında yerləşən, ümumi sahəsi 35.4 kv.m. olan 28 və 29 saylı qeyri-yaşayış sahəsinə (mağaza); Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 28 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 203.25 kv.m. olan 44 saylı mənzilə; Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində, 0.1136 ha torpaq sahəsində yerləşən 49 a saylı bağ evinə tutma yönəldilməsi, həmin daşınmaz əmlaklara tutma yönəldildikdə və onlar satıldıqda cavabdehlərin tərəfindən həmin əmlakların ən geci bir ay ərzində boşaldılması hissəsinə münasibət bildirərək qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan əmlakdan könüllü şəkildə çıxmadıqda məhkəmə qərarı ilə məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Kollegıya hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəliklər Cavabdeh1 tərəfindən lazımınca yerinə yetirmədiyindən iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar