Məhkəmə qərarları › İş №2(103)-10913/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10913/2021

03.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10913/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Üçüncü şəxs X1 vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2(004)-6203/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ofis və qonaq evinin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya gei qaytarılması və cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmə barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ofis və qonaq evinin üzərinə həbs qoyulması, Cavabdeh və 3-cü şəxslərə ofis və qonaq evinə daxil olmanın qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2(004)- 6203/2021 saylı qərardadı ilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ofis və qonaq evinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilmiş, həmin ofis və qonaq evindən istifadə 3-cü şəxslərə qadağan edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə şikayət ünvanlayaraq ünvan 2dadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 24 sentyabr 2021-ci il tarixdə Yasamal rayon məhkəməsinin 2(004)- 5798/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Onun həmin şikayəti məhkəmənin eyni saylı, 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçının vəkili elektron sistem vaitəsi ilə ərizə göndərərək, qərardaddan veilmiş şikayətdən imtina etdiyini, şikayət üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxs B.Abdullayevin vəkili Vəkil1 etiraz etmədiyini bildirdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası iddiaçının fikirlərini dinləyib, ərizəni mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2(004)-6203/2021 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilən şikayətdən imtina qəbul edilməli və ona münasibətdə şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.3-cü maddəsinə görə, şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2(004)-6203/2021 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilən apellyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2(004)-6203/2021 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilən şikayətindən imtina qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar