Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11018/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(008)-207/2021 saylı qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11864,64 ABŞ dolları məbləğinda əsas, 1622,20 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 13486,84 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan 90SC457 dövlət qeydiyyat nişanlı “HYUNDAİ ACCENT” markalı avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən, MPM-nin maddəsinə uyğun olaraq, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli dəyişiklikdəki 25.5-ci maddəyə əsasən, Prezidentin 15.07.2015-ci il tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum vasitəsilə həyata keçirilir. Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar, İddiaçı QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı cavabdehə dair sənədlər 17.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sənaye filialı ilə cavabdeh arasında 19.07.2013-cü ildə 0113 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdehə illik 18 faiz tətbiq edilməklə, 60 ay müddətinə 16274 ABŞ dolları məbləğində kredit verilmişdir. 05.08.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi, cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq, cavabdehin mülkiyyətində olan 90SC457 nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi DİN BDYPİ trəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış, 20.07.2013-cü il tarixli ipoteka müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2ci bəndinə əsasən, nəqliyyat vasitəsinin alınması üçün borcalana 16274 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürür. Cavabdeh bank qarşısında öhdəliklərini bugünə kimi layiqincə yerinə yetirməmişdir. Cavabdehin banka hazırda olan əsas borcu 11864,64 ABŞ dolları, faiz borcu 1622,20 ABŞ dolları, cəmi 13486.84 ABŞ dolları təşkil edir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh banka olan borcunu ödəməmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(008)-207/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh 11864,64 ABŞ dolları əsas, 1622,20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13486 (on üç min dörd yüz səksən altı) ABŞ dolları, 84 (səksən dörd) sent məbləğində pul (ödəniş gününə olan manat məzənnəsi ilə), məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının hesabına köçürülməsi, tələbin Cavabdeh mülkiyyətində 90SC457 dövlət qeydiyyat nişanlı “HYUNDAİ ACCENT” markalı, ağ rəngli, ban nömrəsi Z94CT41DBCR182865 olan avtomobilə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının hesabına köçürülməsi, ipoteka predmeti olan 90SC457 dövlət qeydiiyat nişanlı “HYUNDAİ ACCENT” markalı, ağ rəngli, ban nömrəsi Z94CT41DBCR182865 olan avtomobilin ilkin satış qiymətinin 16000 (on altı min) manat müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması, iş üzrə ekspert arayışının alınması ilə bağlı 100 (yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq “X4 Mərkəzi” MMC-nin müxbir hesabına ("xxxx" ASC, kod: 505141, VÖEN **********, Muxbir hesab: AZ82NABZ********************, SFİFT BİK: PAHAAZ22, hesablaşma hesabı AZ75PAHA40060AZNHC**********) köçürülməsi qət olunmuşdur. Qətnamədən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(008)-207/2021 saylı qətnaməsinin qismən dəyişdirilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mütəxəssis rəyində qeyd olunan avtomobil qiyməti real bazar qiymətlərinə uyğun deyil və avtomobil bazar qiymətindən yüksək məbləğdə müəyyən edilmişdir. Bundan başqa rəy tərtib edilərkən avtomaşına baxış keçirilməmiş, analogiya tədbiq edilərək rəy verilmişdir . Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi kui, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa göpə ipoteka predmetinin likvid qiyməti tərəflərin razılaşması ilə, razılaşma olmadıqda isə məhkəmə tərəfindən müəyyən olunur. Hazırda iroteka predmeti olan avtomobil cavabdeh tərəfindən təqdim olunmur. Buna görə də, həmin avtomobilin likvid qiymətini əslində müəyyən etmək mümkün deyil. Daşınmaz əmlak belədir ki, yerindədir, qiymətləndirici baxıb, qiyməti müəyyən edir. Lakin avtomobildə tamamilə fərqlidir. Bəlkə heç avtomobil artıq mövcud deyil, həmin avtomobilə necə qiymət qoyula bilər. Əslində avtomobilin qiyməti gələcəkdə hərracda müəyyən oluna bilər. Hesab edir ki, nə qədər ki, avtomobil təqdim olunmur, ilkin satış qiymətinin göstərilməsi düzgün hesab oluna bilməz. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə ləğv olunmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” 15.07.2015-ci il tarixli 570 nömrəli Fərmanının 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində "xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə lik vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. "xxxx" ASC ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21.04.2017-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünürki, Azərbaycan Respublikası Nazilər Kabinetinin 10 fevral 2017-ci il tarixli,101 snömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit Təşkilat, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Bazarlarlarına Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4% dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən "xxxx" ASC təhvil-təslimaktları əsasında (təhvil-təslim aktları bu müqaviləyə əlavə olunur) özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı (əsas borc və fazilər), akkreditivlər (əsas borc və faizlər),qarantiyalar (əsas borc və faizlər), borcların təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən İddiaçı QSC-yə güzəşt edir. Həmin müqavilənin 2.5.2-ci bəndinə əsasən ödəmə vaxtı keçmiş kredit borclarının (əsas borc və fazilər), akkreditivlər (əsas borc və faizlər),qarantiyalar (əsas borc və faizlər) qaytarılması və borclular tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və sair) görür. “Azərbaycan Respublikası Nazilər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101 s nömrəli Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 05.02.2018-ci il tarixli Aktdan görünür ki, Cavabdeh 11864,64 ABŞ dolları əsas, 1622,20 ABŞ dolları faiz, cəmi 13486,84 ABŞ dolları borcu vardır. 19.07.2013-cü il tarixli 01137 nömrəli kredit müqaviləsinə əsasən, “Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sənaye filialı Cavabdeh avtomobilin alınması üçün 16274 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə görə, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. 05.08.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, 16274 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən alınmışdır. 19.07.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 19.07.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 16274 ABŞ dolları məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər Hyundai Accent minik markalı, 2012-ci lin buraxılışı, ağ rəngli, ban nömrəsi Z94CT41DBCR182865 olan minik avtomobilinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. 20.07.2013 il tarixli şəhadətnamədən görünür ki, Hyundai Accent minik markalı, ağ rəngli ban Z94CT41DBCR182865, 90SC457 dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka ilə yüklü edilməsi barədə müqavilə qeydə alınmışdır. “X4 Mərkəzi” MMC tərəfindən verilmiş 11.01.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh məxsus “Hyundai Accent” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı 2012-ci il buraxılışlı minik avtomobilinin yeri məlum olunmadığı üçün, minik avtomobilinin monitorinqi əsasında hazırki bazar qiyməti 15000-17000 manat arasında dəyişir. Əmlakın qiymətləndirilməsi 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tərəflər arasında razılaşma mövcud deyildir. Digər tərəfdən avtomobil cavabdeh tərəfindən təqdim olunmamışdır. Kollegiya hazırki vəziyyəti bəlli olmayan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsini düzgün hesab etmir. Belə olan halda isə avtomobilin ilkin satış qiyməti müəyyən oluna bilməz. Həmin avtomobilin ilkin satış qiyməti gələcəkdə avtomobil aşkar olunduqdan sonra, hərrac mərhələsində icra məmurunun sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(008)-207/2021 saylı qətnaməsi mübahisələndirilən- ipoteka predmeti olan 90SC457 dövlət qeydiiyat nişanlı “HYUNDAİ ACCENT” markalı, ağ rəngli, ban nömrəsi Z94CT41DBCR182865 olan avtomobilin ilkin satış qiymətinin 16000 (on altı min) manat müəyyən edilməsi hissəsində ləğv edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-11018/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11018/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver