Məhkəmə qərarları › İş №2(103)-11062/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11062/2021

19.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11062/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, Cavabdeh, onun vəkili X5 və cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4457/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Azərbaycan prospekti 10 ünvanında yerləşən Mərkəzi Univermaq (MUM) tticarət mərkəzinin 4-cü mərtəbəsində mərhum X2 məxsus satış bölməsində olan bütün geyim əşyalarının X1 və İddiaçı birgə mülkiyyəti hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Azərbaycan prospekti 10 ünvanında yerləşən Mərkəzi Univermaq (MUM) ticarət mərkəzinin 4-cü mərtəbəsində mərhum X2 məxsus satış bölməsində olan bütün geyim əşyalarının siyahıya alınaraq üzərinə həbs qoyulmasına və əşyaların oradan götürülməsinin və hər hansı formada özgəninkiləşdirilməsinə yönələn hərəkətlərin edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4457/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Azərbaycan prospekti 10 ünvanında yerləşən Mərkəzi Univermaq (MUM) ticarət mərkəzinin 4-cü mərtəbəsində mərhum X2 məxsus satış bölməsində olan bütün geyim əşyalarının siyahıya alınaraq üzərinə həbs qoyulması, Bakı şəhəri Azərbaycan prospekti 10 ünvanında yerləşən Mərkəzi Univermaq (MUM) ticarət mərkəzinin 4-cü mərtəbəsində mərhum X2 məxsus satış bölməsində olan bütün geyim əşyalarının Bakı şəhəri Azərbaycan prospekti 10 ünvanında yerləşən Mərkəzi Univermaq (MUM) ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən satış bölməsindən götürülməsi və hər hansı formada özgəninkiləşdirilməsinə yönələn hərəkətlərin edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır (sədrlik edən: Sərdar Mehrəliyev). Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4457/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadının ləğv edilməsini, xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4457/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh və onun vəkili X5 şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. Kollegiya iclasında iştirak edən iddiaçının vəkili Vəkil cavabdehin şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Azərbaycan prospekti 10 ünvanında yerləşən Mərkəzi Univermaq (MUM) ticarət mərkəzinin 4-cü mərtəbəsində mərhum X2 məxsus satış bölməsində olan bütün geyim əşyalarının siyahıya alınaraq üzərinə həbs qoyulması, geyim əşyalarının oradan götürülməsi və hər hansı formada özgəninkiləşdirilməsinə yönələn hərəkətlərin edilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsini qərara almışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, icarəyə götürülmüş mübahisəli ticarət obyektində geyim əşyalarının satışı həyata keçirildiyindən həmin geyimlərin mövsümi geyimlər ola bilməsi, həmin magazada satılan mallar hesabına icarə haqqının ödənilməsi məsələləri nəzərə alınmamışdır. Məhkəmə qəbul ediləcək qətnamənin gələcəkdə icrasının təmin edilməsi məqsədilə mağazadakı əşyaların qiymətləri müəyyən edilməklə üzərinə həbs qoyulmadan siyahıya alınması barədə qərar qəbul edə bilərdi. Birinci instansiya məhkəməsi mağazada satılan əmlakların üzərinə həbs qoymaqla onların dövriyyəsinin dayanması, cavabdehin həmin müddətdə işsiz qalması, malların mövsümi olması səbəbindən onların sonradan satılmasında çətinliklər yaranacağını nəzərə almamışdır. Kollegiya həmçinin qeyd edir ki, üzərinə həbs qoyulmuş mallar ticarət mərkəzində yerləşən satış bölməsi olduğundan orada olan əmlakların hamısının cavabdehə məxsus olmaması, başqa şəxslərə məxsus əşyaların olması ehtimalı nəzərə alınmamışdır. Cavabdehin şikayətində qeyd etdiyi hallar isə, yəni sözügedən satış bölməsinin mərhum X2 məxsus olmaması, həmin satış bölməsi ilə bağlı icrarə müqavilələrinin cavabdehlə bağlanması, ticarət sahəsinin cavabdehin istifadəsində olması, satış bölməsində olan kassa aparatının, pos terminalın, VÖEN-in cavabdehin adına olması halları işin mahiyyəti ilə bağlı olduğundan hazırda məhkəmə həmin hallara münasibət bildirmir. Beləliklə yuxarıda qeyd edilən xüsusatlara əsasən kollegiya vurğulayır ki, qərardad ləğv edilməli və satış bölməsindəki malların üzərindən həbs götürülməli, mübahisəsi gedən mallar və onların qiyməti müəyyən edilməklə üzərinə həbs qoyulmadan siyahıya alınması məsələsi araşdırılmasından ötrü birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4457/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4457/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar