Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11086/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4rşı “pul” tələbinə dair Tovuz Rayon Məhkəməsinin 2(062)- 1736/2021 saylı işi üzrə 13.09.2021-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6998/2021 saylı işi üzrə 18 oktyabr 2021-ci il tarixli qərardadına əsasən ərazi adiyyatına dair mübahisəyə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh, sonra isə cavabdehi dəyişdirərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 22 saylı Məşğulluq Mərkəzindən 29 avqust 2020-ci il tarixli 2020-ÖM/027 saylı müqavilə üzrə verilmiş 21 baş qoyunların, 9 baş tələf olmuş qoyunların yenisi ilə əvəz olunmasına və vurulmuş ziyana görə 322,5 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir (iş səh.43,44). Tovuz Rayon Məhkəməsinin 2(062)-1736/2021 saylı işi üzrə 13.09.2021-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci maddələrinə istinadən) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı ölmüş qoyunun yenisi ilə əvə olunması və vurulmuş ziyanın ödənilməsi tələbinə iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 hüquqi ünvanı ünvan 1man onun aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunmuş, iş artıq icraata götürüldüyündən geri qaytarılmalı deyil, aiddiyyəti üzrə baxıılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6998/2021 saylı işi üzrə 18 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4rşı pul tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün 2(004)- 6998/2021 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Tovuz Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməsi yoxlanılmaqla icraata qəbul edilmiş, iş üzrə məhkəmənin hazılrlıq və baxış iclasları keçirilmişdir. Sonradan iddiaçı tərəfindən cavabdeh qismində eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 qeyd etməsi işin Yasamal rayon Məhkəməsinə göndərilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı müqavilənin qarşı tərəfi olan müəssisənin idarəsinin Qazax rayonunda, baş idarələrinin isə Bakı şəhərində yerləşdiyini bildirmiş, işə mahiyyəti - yaşadığı ərazi üzrə Tovuz Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin nəzərdən keçirilən 35.2-ci maddəsinin tələblərinə müvafiq: Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən istinadı ondan ibarət olmuşdur ki, Tovuz Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Tovuz Rayon Məhkəməsi isə öz qərardadını mülki işin məhkəmədə baxıldığı zaman onun aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyini aşkar etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən işin Tovuz Rayon Məhkəməsində baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyini sübut edən halları aşkar etməsədə, bunun əksini, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müəyyən etdiyi istinadlara müvafiq işin məhz Tovuz Rayon Məhkəməsində baxılması üçün əsaslar müəyyən etmir. Ona görə işə cavabdehin (hüquqi şəxsin) ünvanının olduğu yerdə baxılmalıdır. Bununla belə diqqətə çatdırılmalıdır ki, iddiaçı işə Tovuz Rayon Məhkəməsində baxılmasını istəsədə onun prosessual hüquqi əsasları barədə mülahizələr və sübutlar məhkəmə kolleqiyasına təqdim edilməmişdir. Bu baxımdan prosess iştirakçılarının əsaslı mövqeyinə və prosessual qanunvericiliyin uyğun tələblərinə müvafiq tərəflərin vəsatəti və ya məhkəmənin təşəbbüsü ilə ərazi aidiyyəti (və ya məhkəmə baxışının prosessual mümkünlüyün digər) əsaslarının yenidən müzakirə edilməsi istisna edilmir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33-45, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4rşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6998/2021 saylı işi ərazi aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-11086/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11086/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver