Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11154/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-305/2021 saylı 08 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qonaq otağı mebel dəsti (Türkiyə istehsalı, şkaf, kamod 2 güzgülü, stol, 6 stul)-3200 manat; yataq otağı dəsti (yataq, dolab, kamod, 2 tumboçka)-2700 manat; divan kreslo dəsti jurnal stol ilə birlikdə-3250 manat; mətbəx mebeli (yerli istehsal)-1000 manat; 1 ədəd uşaq çarpayısı-50 manat; Panasonic markalı plazma televizor 82 diaqonallı-800 manat; Samsung markalı paltaryuyan-800 manat; Samsung markalı tozsovuran-100 manat; Hitachi markalı soyuducu-2550 manat; 1 ədəd Electronic markalı kondisioner-850 manat; 1 ədəd qabyuyan-900 manat; 1 ədəd qaz peçi ilə aspirator-400 manat; LG markalı kompyuter- 1000 manat; 3 ədəd çilçıraq-750 manat; 5 ədəd xalça (2 ədəd 3x4, bir ədəd 5x6, 2 ədəd 1.5x2 ölçüdə) - 1000 manat; yataq örtüyü və pərdə dəsti-500 manat; 5 ədəd yataq dəsti- 300 manat; 5 ədəd dəsmal-100 manat; 5 ədəd süfrə-200 manat; 2 ədəd adyal-200 manat; divan və kreslo üstü üçün örtük-300 manat; elektrik soba-200 manat; 3 ədəd yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd balaca döşək, 2 ədəd yastıq-1000 manat; mətbəxdə istifadə olunan qabqacaqlar-1000 manat; şəxsi geyim əşyaları, ayaqqabılar, paltarlar-3000 manat, onlar olmadıqda isə dəyərinin cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə faktiki nikaha daxil olmaqla ailə qurmuş, lakin nikahı rəsmiləşdirməmişlər, birgə yaşayış dövründə 14.03.2017-ci il təvəllüdlü X2 adlı bir uşaqları doğulmuş, uşağın atalığı müəyyən edilmiş, doğum haqqında şəhadətnamənin ata qrafasında uşağın soyadı cavabdehin soyadına uyğun olaraq Süleymanov kimi qeyd edilmişdir. Cavabdehlə rəsmi nikahı olmasa da el adəti ilə toyları olmuş, o, özünə məxsus cehiz əmlakını cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən evə gətirmişdir. Ailə qurduqları vaxt münasibətləri normal olsa da sonradan cavabdehin ailəsinə qarşı laqeyd münasibətinə görə münasibətləri pozulmuş, faktiki olaraq ayrılmışlar. Hazırda o, cavabdehlə birgə yaşamır və ona məxsus cehiz əmlakları ünvan 1 ünvanında yerləşən evdə qalmışdır. Cavabdehdən dəfələrlə ona məxsus əşyaların geri qaytarılmasını tələb etsə də cavabdeh birgə nikahdan olan azyaşlı uşaqlarını ona vermədiyi təqdirdə həmin əşyaları ona qaytarmayacağını bildirir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-305/2021 saylı 08 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən yataq otağı dəsti, divan-kreslo dəsti jurnal stolu ilə birlikdə, mətbəx mebeli, iki ədəd xalça, bir ədəd uşaq çarpayısı, “Samsung” markalı paltaryuyan, “Samsung” markalı tozsoranın Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş rüsumun 10 manatının Cavabdeh alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, kredit müqaviləsi cavabdehin adına bağlansa da, həmin əşyaların hamısı atası tərəfindən cehiz olaraq alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırki apelyasiya baxışının predmetini qətnamənin qismən-iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir, cavabdeh qətnaməni mübahisələndirməmiş, iddiaçı isə iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı və Cavabdeh 2012-ci ildən (iddia ərizəsində 2016-cı il qeyd edilsə də məhkəmə araşdırması nəticəsində tərəflərin 2012-ci ildən birgə yaşadığı müəyyən edilmiş, cavabdeh də bunu qəbul etmişdir – i.v.62) qeyrirəsmi nikah münasibətində olmuş, tərəflərin faktiki nikah münasibətlərindən bir uşağı doğulmuşdur. “Maqnit Ekspress” mağazalar şəbəkəsi tərəfindən Cavabdeh 28.09.2020-ci il tarixdə ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh 25.10.2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlayaraq “Maqnit Ekspress” mağazalar şəbəkəsindən 759 manat qiyməti olan “HP 15-N078ER” model noutbuk almış, müqavilə üzrə borcunu bağlamışdır. “Maqnit Ekspress” mağazalar şəbəkəsi tərəfindən Cavabdeh 28.09.2020-ci il tarixdə ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh 25.10.2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlayaraq “Maqnit Ekspress” mağazalar şəbəkəsindən 905 manat qiyməti olan “LG D 1452VVF” qabyuyan maşın almış, müqavilə üzrə borcunu bağlamışdır. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 05.04.2017-ci il tarixli, 22H75485 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən Cavabdeh 2904 manat dəyərində “Doğa” qonaq dəsti satılmış, Cavabdeh ödəniş cədvəlinə uyğun olaraq aylıq ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən ödənişlərin 03.05.2017 – 03.04.2019-cu il tarixləri arasında ayda 121 manat olmaqla hissə-hissə ödənilməsi müəyyən edilmişdir. “Kontakt Home” tərəfindən verilmiş qəbzlərdən görünür ki, 05.04.2017-ci il tarixli müqavilə üzrə Cavabdeh adından 14.08.2017-ci il tarixdə 41 manat, 18.02.2018-ci il tarixdə 121 manat, 05.08.2017-ci il tarixdə 80 manat, 16.03.2018- ci il tarixdə 121 manat, 15.01.2018-ci il tarixdə 121 manat, 13.10.2017-ci il tarixdə 60 manat, 13.10.2017-ci il tarixdə 25 manat, 17.05.2018-ci il tarixdə 120 manat, 07.06.2017-ci il tarixdə 80 manat, 18.07.2017-ci il tarixdə 40 manat ödəniş edilmişdir. (qəbzlər cavabdeh tərəfindən təqdim edilmişdir) “Kontakt Home” tərəfindən verilmiş qəbzlərdən görünür ki, 05.04.2017-ci il tarixli müqavilə üzrə Cavabdeh adından 14.07.2018-ci il tarixdə 150 manat, 31.07.2018-ci il tarixdə 150 manat, 20.09.2018-ci il tarixdə 300 manat, 11.07.2019- cu il tarixdə 73.56 manat, 24.06.2019-cu il tarixdə 45 manat, 16.11.2017-ci il tarixdə 64 manat, 07.12.2018-ci il tarixdə 120 manat, 08.11.2018-ci il tarixdə 120 manat, 08.10.2018- ci il tarixdə 110 manat ödəniş edilmişdir. (qəbzlər iddiaçı tərəfindən təqdim edilmişdir) Ləğv prosesində olan "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış cavab məktubundan görünür ki, Cavabdeh 25.09.2013-cü il tarixli, KM FŞ 105/00/90304/13 saylı kredit müqaviləsi üzrə əldə edilmiş əşyaların siyahısı təqdim edilmişdir. Siyahıda adları qeyd edilən əşyalar: 884 manat qiyməti olan “Elektroluks” markalı, kondisioner, 130 manat qiyməti olan aspirator, 400 manat qiyməti olan “Süsler” markalı peç, 2255 manat qiyməti olan “Hitachi” markalı soyuducu, 220 manat qiyməti olan “Elektrluks” markalı tozsoran. “Azərbaycan Kredit Bürosu” tərəfindən verilmiş kredit məlumatlarının icmalından görünür ki, Cavabdeh LPO "xxxx" QSC-dən 25.09.2013- cü il tarixdə 3000 manat məbləğində kredit götürmüşdür. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 05.11.2020-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.09.2020-ci il tarixli, 2(010)-4138/2020 saylı icra sənədinin icrası ilə əlaqədar icra sənədində qeyd edilən ünvan 1 ünvanında icra məmurları olmuş, icra sənədində göstərilən cehiz əmlaklardan “LG” markalı kompüter, 2 ədəd çilçıraq, 3 ədəd xalça, 1 ədəd pərdə dəstinin evdə olmadı müəyyən edilmiş, qalan bütün əşyalar yerində aşkar edilmiş, icra sənədinin tələbləri cavabdehə izah edilmişdir. İddia tələbində göstərilən LG markalı kompyuterə (1000 manat) aid hissədə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində iddiaçı izahatında göstərmişdir ki, kompyuteri atası ona 16 yaşı olanda almış, cavabdeh isə izahatında göstərmişdir ki, kompyuteri özü alsa da iddiaçıya verməyə etiraz etmir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdeh bildirmişdir ki, kompyuteri özü alsa da onu uşağa görə iddiaçıya verməyə etiraz etmir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş aktda da “LG” markalı kompyuterin evdə olmadığı göstərilsə də cavabdeh özü bu əşyanın mövcudluğunu mübahisələndirmədən iddianı bu hissədə qəbul etmişdir. Belə olan halda, cavabdehin qeyd etdiyi bütün bu əşyalara münasibətdə iddia təmin edilməlidir. Belə ki, bu əşyalar İddiaçı məxsusdur (məhkəmə kompyuterin cavabdehə məxsus olması ilə bağlı qeyd etdiklərini inandırıcı hesab etmir) və o, özünə məxsus bu əmlakları cavabdehdən tələb etməkdə haqlıdır. Buna baxmayaraq, məhkəmə qətnamənin “qət etdi” hissəsində cavabdehdən alınaraq iddiaçıya verilməli olan əşyalar sırasında kompyuteri göstərməmişdir. Belə olan halda Kollegiya hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan, dəyəri 1000 manat olan kompyuter cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin 1 ədəd qabyuyan (900 manat) və 5 ədəd yataq dəsti (300 manat) hissəsinə münasibət bildirilməmişdir. İş materiallarında olan “Maqnit Ekspress” mağazalar şəbəkəsi tərəfindən Cavabdeh 28.09.2020-ci il tarixdə ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh 25.10.2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlayaraq “Maqnit Ekspress” mağazalar şəbəkəsindən 905 manat qiyməti olan “LG D 1452VVF” qabyuyan maşın almış, müqavilə üzrə borcunu bağlamışdır. İddiaçı qabyuyan maşının cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, qabyuyanın onun tərəfindən alınmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir, iş materialları ilə isə bu hal təkzib olunaraq, cavabdeh tərəfindən alındığı və borcun bağlandığı müəyyən edilir. Eyni zamanda 5 ədəd yataq dəstinə aid hissədə Kollegiya hesab edir ki, iddiaçı tələbini əsaslandıra bilmədiyindən həmin hissədə iddia tələbi rədd edilməlidir. İddianın təmin edilməyən digər hissələrinə münasibətdə Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. "xxxx" QSC tərəfindən verilmiş 25.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə əldə edilmiş əşyaların siyahısından görünür ki, “Elektroluks” markalı kondisioner, aspirator, “Süsler” markalı peç, “Hitachi” markalı soyuducu, Cavabdeh tərəfindən 25.09.2013-cü il tarixli müqavilə əsasında alınmışdır. Eyni zamanda iddiaçı “Doğa” qonaq mebel dəstini özünə məxsus əşya kimi təqdim edərək həmin mebel dəstini cavabdehdən tələb etsə də iş materiallarında olan 05.04.2017-ci il tarixli müqavilədən görünür ki, həmin mebel dəstinin dəyərinin hissə-hissə ödənilməsi ilə bağlı müqavilə Cavabdeh adından bağlanmışdır. Bundan başqa, cavabdeh tərəfindən müqavilə üzrə bir sıra aylıq ödənişləri təsdiq edən qəbzlər məhkəməyə təqdim edilmiş, həmin qəbzlərdə də iddiaçının (yaxud ata-anasının) yox, cavabdehin adı qeyd edilmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı ödənişlərin bir qisminin valideynləri tərəfindən ödənilməsinə istinad etsə də, bu hal müəyyən edilmiş olsa idi belə iddiaçı bu mebel dəstini bütövlükdə özü tərəfindən alınmış cehiz əşya kimi cavabdehdən tələb edə bilməz, çünki istənilən əşyanı başqa şəxsin qanunsuz sahibliyindən geri tələb etmək üçün şəxs ilk növbədə həmin əşyanın tam özünə məxsus olduğunu sübut etməlidir. Qalan əşyalara münasibətdə isə (televizor, elektrik soba, dəsmal, süfrə, adyal, divan-kreslo örtüyü, yataq örtüyü, pərdə dəsti, çilçıraq, qab-qacaq, geyim əşyaları, yorğandöşək, adyal) iddiaçıya məxsus olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi əşyalarının iddia ərizəsində göstərdiyi sayda olduğunu, həmin əşyaların onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Kollegiya işin müəyyən edilmiş hallarına, tərəflərin gətirdikləri arqumentlərə qiymət verərək hesab edir ki, bu əşyalara dair hissədə iddia kifayət qədər əsaslandırılmamış, sübuta yetirilməmiş, məhkəmə həmin hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət e t d i: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-305/2021 saylı iş üzrə 08 may 2021-ci il tarixli qətnaməsi qismən (1 ədəd kompüter, 1 ədəd qabyuyan və 5 ədəd yataq dəstinə aid hissədə) ləğv edilsin və bu hissələrdə yeni qətnamə qəbul edilsin. Dəyəri 1000 manat olan 1 ədəd kompüter (özü olmadıqda dəyəri) Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi dəyəri 900 manat olan 1 ədəd qabyuyan maşın və dəyəri 300 manat olan 5 ədəd yataq dəstinə aid hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11154/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11154/2021
29.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver