Məhkəmə qərarları › İş №2(103)-1119/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1119/2025

19.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1119/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X19 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1099/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X47 İdarəsi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli məktuba əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Porsche Macan” minik markalı, **- SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur və ona 13 may 2017ci il tarixdə şəhadətnamə verilmişdir. Həmin tarixdə, yəni 13 may 2017-ci il tarixdə X13, 14 may 2017-ci il tarixdə X12 etibarnamə verilmişdir. xx.xx.2019-cu il tarixdə həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxmış və həmin tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmiş və ona şəhadətnamə verilmişdir. 17 sentyabr 2019-cu il tarixdə sözügedən nəqliyyat vasitəsi alqı-satqı əsasında qeydiyyatdan çıxmış və həmin tarixdən X10 adına qeydiyyatdan keçmiş və ona həmin tarixdə şəhadətnamə verilmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X47 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15 yanvar 2024-cü il tarixli 3-13-16/2- 6132/2024 saylı məktubdan görünür ki, 29 dekabr 2023-cü il tarixli məktuba cavab olaraq “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alqı-satqı müqavilələrinin, əlavə olaraq digər sənədlərin surətləri və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı məhkəməyə göndərilmişdir. Həmçinin bildirilmişdir ki, “Porsche Macan” minik markalı, **- SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir.

3. 28 yanvar 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə satıcı İddiaçı ilə alıcı X23 arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2017-ci il, mühərrik nömrəsi 049202, Ban nömrəsi WPİZZZ95ZHLB06951 olan nəqliyyat vasitəsi 55.000 manata Cavabdeh1 satılmışdır

4. X14 tərəfindən təsdiqlənmiş və 7E5700 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı məxsus “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzrə səlahiyyətlər (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər) bir il müddətinə, yəni xx.xx.2019-cu il tarixədək X12 etibar edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Porsche Macan” minik markalı, **-SJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur.

5. 17 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə satıcı Cavabdeh1 ilə alıcı X20 arasında nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Porsche Macan” minik markalı, **- SJ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2017-ci il, mühərrik nömrəsi 049202, Ban nömrəsi WPİZZZ95ZHLB06951 olan nəqliyyat vasitəsi 60.000 manata X2.

6. xx.xx.2019-cu il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Porsche Macan” minik markalı, 10- SJ-013 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dır.

7. Bakı şəhəri 6 saylı notariat ofisində 7E-35845 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh1 məxsus “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzrə səlahiyyətlər xx.xx.2020-ci il tarixədək müddətə X24 etibar edilmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2038/2019 nömrəli xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X10 cavabdeh X13 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, X21 ilə X20 arasında 10 yanvar 2014-cü il tarixdə bağlanmış və Səadət sarayı (Bakı nikah evi) tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 24 nömrə ilə qeyd edilmiş nikahın pozulması və 22 iyun 2015-ci il təvəllüdlü X16 anası X10 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir.

9. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 328521 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X20 arasında olan nikah xx.xx.2019-cu il tarixində ləğv edilmişdir.

10. "xxxx" MMC tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli hesabatdan görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən Cavabdeh1 məxsus olan “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 28 yanvar 2019-cu il tarixinə bazar dəyəri 80.000 manat, likvid dəyəri 70.000 manat və orta satış qiyməti 73.000 manat təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-SJ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2017, ban:WP1ZZZ95ZHLB06951, tip: Universal, mühərrik 049202) “PORSCHE MACAN” markalı avtomobilin Cavabdeh1 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (X20 ilə Cavabdeh1 arasında bağlanmış) və 10- SJ-013 dövlət qeydiyyat nişanlı “PORSCHE MACAN” markalı avtomobilin X10 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (Cavabdeh1 ilə X20 arasında bağlanmış) etibarsız hesab edilməsi və **-SJ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2017, ban:WP1ZZZ95ZHLB06951, tip: Universal, mühərrik 049202) “PORSCHE MACAN” markalı avtomobilin dəyərinin – 136.000 manat pul vəsaitinin və ödənilmiş 426 manat dövlət rüsumunun cavabdeh X3 tutularaq, ona, yəni İddiaçı Sadiq oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci il tarixdə buraxılış ili 2017-ci il olan yeni “Porsche Macan” avtomobilini (ban:WP1ZZZ95ZHLB06951, tip: Universal, mühərrik 049202) 80.000 ABŞ dolları məbləğində Porsche Bakı Mərkəzindən almışdır. Həmin avtomobili müvəqqəti olaraq idarə etmək üçün dostu X13 etibarnamə əsasında vermişdir. Bundan sonra o, bir neçə şəxsə avtomobili idarə etmək üçün etibarnamələr vermişdir. Eyni zamanda iddiaçı “Porsche Macan” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək və avtomobilə dair sərəncam vermək barədə dostu X11 xahişi ilə onun həmin vaxt həyat yoldaşı olmuş Cavabdeh2 etibarnamələr vermişdir. X21 ilə X20 arasında bağlanmış nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2038/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Bu etibarnamələrdən istifadə edən cavabdeh X20 iddiaçının, yəni İddiaçı ona verdiyi avtomobilə dair sərəncam vermək barədə etibarnamədən sui-istifadə edərək, həmin avtomobili xx.xx.2019-cu il tarixdə öz tanışı Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında satmışdır. İradə Mikayılova həmin alqı-satqı nəticəsində əldə olunan vəsaiti ona ödəməmişdir. Sonradan Cavabdeh1 ilə X20 arasında olan və əvvəlcədən planlaşdırılmış razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixdə, yəni onun dostu X37 Mikayılovanın nikahları pozulduqdan sonra həmin “Porsche Macan” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili Babayeva-X4. Nəticədə onun mülkiyyətində olan avtomobil cavabdehlər Cavabdeh1 və İradə Mikayılovanın əlbir olaraq, öz aralarında, onun, yəni iddiaçının etibarından sui istifadə edərək, görünüş üçün uydurma əqd bağlayaraq, avtomobilin satışından əldə edilmiş məbləğ əmlakın mülkiyyətçisinə (təmsil edilənə) yəni ona verilməli olduğu halda bunu etməmişlər, avtomobilin satışından əldə edilmiş məbləğ ona ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vəkalət alanın tapşırıqla bağlı məsuliyyətlərindən bəhs edən normaların tələblərinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Hazırki işdə mübahisə predmeti olan avtomobilin alqısatqısına dair müqavilə bağlansa da, həmin müqavilə üzrə ona, yəni iddiaçıya satılmış avtomobilə görə hər hansı məbləğ ödənilməmişdir. Bu hal onu deməyə əsas verir ki, alqısatqı formal olmuş, bu barədə bağlanmış əqd yalnız görünüş üçün bağlanaraq uydurma əqd olmuşdur. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də, müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Buna görə də, belə nəticəyə gəlinir ki, mübahisə predmeti olan avtomobilə dair bağlanmış alqı-satqı müqavilələri formal xarakter daşımaqla, görünüş üçün bağlanıldığından həmin müqavilələr etibarsız hesab edilməlidir. Beləliklə, X20 avtomobilə dair sərəncam vermək hüququ verən etibarnamə əsasında onun adından çıxış edərək, “Porsche Macan” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1, Cavabdeh1 tərəfindən həmin avtomobili X12 hansı məbləğdə satılmasını müəyyən etmək, alqı-satqı müqavilələrinin dəyərinin iddiaçı tərəfindən əldə edilib-edilməməsini təsdiq etmək məqsədilə tərəflərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X46 İdarəsinə “**-SJ-*** dövlət qeydiyyat nişanlı “PORSCHE MACAN” markalı avtomobilin Cavabdeh1 adına qeydiyyata alınmasına əsas olmuş 1) xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (X20 ilə Cavabdeh1 arasında bağlanmış) və 2) 10-SJ013 dövlət qeydiyyat nişanlı “PORSCHE MACAN” markalı avtomobilin X10 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (Cavabdeh1 ilə X20 arasında bağlanmış) qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş surətlərinin təqdim edilməsi” məzmununda vəkil sorğusu verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X40 3-13- 16/2-35241/2023 saylı, xx.xx.2023-cü il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, normativ hüquqi sənədlərin tələblərinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı) nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsi və s) surətini almağa yalnız təhqiqat, istintaq, məhkəmə orqanlarının hüququ vardır. Odur ki, “Porsche Macan” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı göndərilmişdir. Vəkil sorğusuna cavab olaraq təqdim edilmiş “Porsche Macan” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, həmin avtomobil xx.xx.2019-cu il tarixdə X12 verdiyi etibarnamə əsasında Cavabdeh1 satılmış, Cavabdeh1 isə öz növbəsində həmin avtomobili xx.xx.2019-cu il tarixdə X4.

13. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəyə müraciət edərək **-SJ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2017, ban:WP1ZZZ95ZHLB06951, tip: Universal, mühərrik 049202) “PORSCHE MACAN” markalı avtomobilin dəyərinin – 80000 manat pul vəsaitinin və ödənilmiş 426 manat dövlət rüsumunun, 20000 manat məbləğində dəymiş zərərin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. Cavabdeh1 iddia ərizəsinə etiraz ilə müraciət edərək, bildirmişdir ki, ona qarşı irəli sürülmüş iddia tələbi tam əsassızdır. Belə ki, mübahisələndirilən alqı-satqı müqavilələri 2019-cu ilin yanvar və sentyabr aylarında bağlanmış, iddia ərizəsi isə 2023-cü ilin noyabr ayının 28-də məhkəməyə verilmişdir. Beləliklə, iddia ərizəsi mülki qanunvericiliyin tələbləri pozulmaqla verilmiş, başqa sözlə, iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mübahisəli avtomobil qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsi əsasında X8 alınmışdır. 2019-cu ilin yanvar ayında ortaq tanışları demişdir ki, Şahin Rəcəbov “Porsche Macan” avtomobilini satışa çıxarmışdır. Həmin ərəfədə özünə uyğun avtomobil axtardığına görə qeyd olunan avtomobilə baxış keçirtmişdir. Avtomobili bəyənmiş, lakin xarici görünüşündə bəzi qüsurların olduğuna görə avtomobili təmir edib sonra da təhvil verilməsini Ş.Rəcəbovdan xahiş etmişdir. Ş.Rəcəbov bildirmişdir ki, çox tələsir və söz verir ki, o, pulu ödəyəndən sonra avtomobilin kosmetik təmirini qısa müddət ərzində edib ona təhvil verəcəkdir. Əvvəl Ş.Rəcəbov ona təklif etmişdir ki, ona baş etibarnamə verilsin, o, isə pulu ödəsin, S.Qazəzadə isə bildirmişdir ki, avtomobil onun adına keçməlidir, ondan sonra pulu ödəyəcəkdir. Belə də olmuşdur. Ş.Rəcəbov bildirmişdir ki, onun arvadı İ.Mikayılova onunla alqı-satqı edəcək və avtomobil onun mülkiyyətinə keçəcəkdir. Buna uyğunda etmişlər və xx.xx.2019cu il tarixdə adına qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobilin kosmetik təmirini etmək üçün Mikayılovaya sürücülük etibarnaməsi verilmişdir. Qısa zamanda avtomobil uyğun vəziyyətə gətirilərək ona təhvil verilmişdir. Nə qədər gülməli və ağlabatan olmasa da, qeyd etmişdir ki, həmin avtomobil ona düşməmişdir. Avtomobili təxmini 7-8 ay sürdükdən sonra qərara gəlmişdir ki, avtomobili satsın. Həmin müddət ərzində nədənsə şəxsi problemləri çoxalmış və o, bunu təzə aldığı avtomobillə bağlamışdır. Avtomobilin satışı ilə bağlı dost tanışa xəbər vermişdir. Bunu eşidən İ.Mikayılova onunla əlaqə saxlamış və bildirmişdir ki, avtomobil onun üçün dəyərlidir, almaq istəyir, lakin əri ilə təzəlikcə boşandığına görə o qədər pulu yoxdur, lakin o, razılaşsa, hissə-hissə ödənişi edəcəkdir. İ.Mikayılovanı çoxdan tanıdığına görə, bir xanım kimi onu başa düşdüyünə görə, həm də avtomobildən qurtulmaq üçün Mikayılovanın təklifini müsbət qəbul etmiş və avtomobili ona satmışdır. O, İddiaçı tanımır, heç vaxt görməmiş, İddiaçı da onu heç vaxt narahat etməmiş, heç vaxt zəng vurmamışdır. Göstərlənləri nəzərə alaraq, etiraz ərizəsində İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

15. Cavabdeh2 qızı tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, mübahisələndirilən alqı-satqı müqavilələri 2019-cu ilin yanvar və sentyabr aylarında bağlanılmış, iddia ərizəsi isə 2023-cü ilin noyabr ayının 28-də məhkəməyə verilmişdir. Beləliklə, iddia ərizəsi mülki qanunvericiliyin tələbləri pozulmaqla verilmiş, başqa sözlə, iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmçinin, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 keçmiş əri Şahin Rəcəbovla aralarında Bakı şəhəri Nizami Rayon Məhkəməsində 2020-ci ilin may ayından davam edən “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə Şahin Rəcəbovun hüquqlarının müdafiəsini həyata keçirir, eyni zamanda, iddiaçının rəhbəri olduğu ‘‘Business Partners” şirkətində partnyor kimi fəaliyyət göstərirlər. Yəni, İddiaçı aralarında olan nikahın pozulması barədə işdən məlumatlı olmuş və əgər etibarsızlıq üçün real əsaslar var idisə vaxtında iddia qaldıra bilərdi. O, eyni zamanda qeyd etmişdir ki, iddia ərizəsində də göstərildiyi kimi iddiaçı ilə sabiq əri yaxın dost olmuş və iddiaçının baş verən proseslərdən məlumatı olmuşdur. Bütün bunlarla yanaşı, bildirmişdir ki, əslində mübahisəli avtomobilin iddiaçının adına qeydə alınması formal xarakter daşımış və həmin avtomobil Şahin Rəcəbovla birgə nikahları dövründə birgə vəsait hesabına əldə edilmişdir. Qeyd olunanlar ddia ərizəsinə əlavə edilmiş BDYPİ-nin vəkil sorğusuna cavabından aşkar şəkildə görünür. Belə ki, avtomobil xx.xx.2017-ci il tarixdə Şahin Rəcəbov tərəfindən 63.000 (altmış üç min) ABŞ dolları məbləğinə (iddiaçının yalandan qeyd etdiyi 80.000 ABŞ Dolları deyil) alınmış, ilkin olaraq iddiaçının adına qeydə alınmış, eyni tarixdə Şahin Rəcəbova və xx.xx.2017-ci il tarixdə ona etibarnamə verilmişdir, iddia ərizəsindən və əlavə edilən sənədləri təhlilindən belə çıxır ki, iddiaçı avtomobili alan kimi dostu Şahinə və ona etibarnamə vermişdir ki, avtomobili o yox, onlar idarə etsinlər. Həmin avtomobil ümumiyyətlə iddiaçının istifadəsində olmamışdır. Çünki həmin avtomobili almaq üçün iddiaçının o qədər vəsaiti də olmamış və hazırda yoxdur. Mübahisəli avtomobil onun və Şahinin birgə gəliri hesabına əldə edilmiş, avtomobilin dəyərini də faktiki olaraq avtosalona Şahin ödəmişdir. BDYP-dən əldə olunmuş çıxarışa əsasən o, və Şahin Rəcəbovdan başqa etibarnamə verilmiş şəxslərin də iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, X27 və X9 Rəcəbovun sürücüləri olmuş, X22 isə onun və uşağın sürücüsü olmuşdur. Yəni mübahisəli avtomobil iddiaçının adına formal olaraq rəsmiləşdirildikdən sonra onun və keçmiş ərinin istifadəsində olmuş, etibarnamələr də onların tapşırıqlarına əsasən sürücülərə verilmişdir. Yəni mübahisəli avtomobil heç vaxt iddiaçının faktiki sahibliyində və istifadəsində olmamışdır. Mübahisəli avtomobil faktiki olaraq birgə nikah dövründə Ş.Rəcəbovun təşəbbüsü ilə alınmış və birgə nikah dövründə onun təkidi ilə başqa şəxsə satılmışdır. Bu barədə İddiaçı məlumatı olmuşdur. Avtomobil onların ailə tanışı olan Səbinə Qazızadəyə satılmışdır. Ş.Rəcəbovun müəyyən borcları olduğuna görə qeyd olunan avtomobil Cavabdeh1 təcili olaraq qısa zaman ərzində satılmışdır. Lakin avtomobilin xarici görünüşündə müəyyən qüsurlar olduğuna görə Ş.Rəcəbov bildirmişdir ki, onun bununla məşğul olmağa vaxtı yoxdur, bu səbəbdən Cavabdeh1 etibarnaməni ona versin və o, avtomobili təmirə aparıb, sonradan S.Qazi-zadəyə təhvil versin. Belə də olmuşdur, qısa zaman ərzində avtomobili təmir etdirib, S.Qazi-zadəyə təhvil vermişdir. Bir neçə aydan sonra o, xəbər tutmuşdur ki, Cavabdeh1 qeyd olunan avtomobili satışa çıxartmışdır. Avtomobil vaxtilə ona hədiyyə alındığına görə çox dəyərli idi, baxmayaraq ki, artıq o dövrdə əri ilə nikahları pozulmuşdur. S.Qazi-zadə ilə görüşüb vəziyyəti izah etmiş, həmçinin izah etmişdir ki, avtomobili nağd almağa imkanı yoxdur, Ş.Rəcəbov onu pulsuz qoymuşdur. Bu səbəbdən də, avtomobili ona nisyə satmağı xahiş etmiş, S.Qazi-zadə isə razılaşmış və beləliklə avtomobili S.Qazi-zadədən nisyə almış, hazırda da qeyd olunan avtomobil onun mülkiyyətindədir. Həmçinin, etiraz ərizəsində göstərilmişdir ki, Şahin Rəcəbovla aralarında Nizami Rayon Məhkəməsində 2020-ci ilin may ayından davam edən “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə Ş.Rəcəbovun qarşılıqlı iddia ərizəsində “Porsche Macan” markalı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak kimi vurğulanmış və hazırda mübahisə predmeti olan avtomobilin dəyərinin İddiaçı Sadiq oğlunun adına “Volvo XC 90’’ modelli ** UG *** dövlət nömrə nişanlı avtomobili keçirməklə ödənildiyi göstərilmişdir. Buradan isə tam aydm olur ki, əmlak faktiki olaraq Ş.Rəcəbovla birgə nikah dövründə alınmış və sonradan satılmışdır. İddiaçı tərəfindən isə qaldırılan iddia ona qarşı növbəti təxribat və fırıldaqçılıqdır. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunması məhkəmədən xahiş edilmişdir.

16. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərək onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə X20 arasında olan əvvəlcədən planlaşdırılmış razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixdə, yəni iddiaçının dostu X37 Mikayılovanın nikahları pozulduqdan sonra həmin “Porsche Macan” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili Babayeva-X4. Nəticədə iddiaçının mülkiyyətində olan avtomobil cavabdehlər Cavabdeh1 və İradə Mikayılovanın əlbir olaraq, öz aralarında, iddiaçının etibarından sui istifadə edərək, görünüş üçün uydurma əqd bağlayaraq, avtomobilin satışından əldə etdiyi məbləğ əmlakın mülkiyyətçisinə (təmsil edilənə) yəni iddiaçıya verməli olduğu halda bunu etməmiş, avtomobilin satışından əldə edilmiş məbləğ iddiaçıya ödənilməmişdir. Qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Müqavilələr xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə imzanmışlar. 4 ildən artıq müddət keçib. Tərəfimizdən verilən etirazdan sonra iddiaçı bunu başa düşüb, qərara gəlmişdir ki, iddianın tələbini dəqiqləşdirsin və yalnız cavabdehlərdən pul tələbi hissəsində iddianı saxlamışdır. Qeyd etmək lazımdır ki, həmin hissədə də iddia müddəti ötürülüb. Belə ki, müqavilə xx.xx.2019-cu il tarixdə bağlanılıb. İddiaçı Cavabdeh2 baş etibarnamə verdiyinə görə bu munasibətlər tapşırıq müqaviləsinin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Xahiş edirik: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarş pul tələbinə dair iddiasının iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1099/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi iddia tələbi rədd edilmişdir. (hakim X25)

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə buraxılış ili 2017-ci il olan “Porsche Macan” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil Porsche Bakı Mərkəzindən alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X47 İdarəsi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli məktuba əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı ilə təsdiq edilmişdir ki, “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi ilk əvvəl İddiaçı olmuş və ona 13 may 2017-ci il tarixdə şəhadətnamə verilmişdir. Həmin tarixdə, yəni 13 may 2017- ci il tarixdə X13, 14 may 2017ci il tarixdə X12 etibarnamə verilmişdir. xx.xx.2019-cu il tarixdə həmin nəqliyyat vasitəsi alqısatqı müqaviləsi əsasında qeydiyyatdan çıxmış və həmin tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmiş və ona şəhadətnamə verilmişdir. 17 sentyabr 2019-cu il tarixdə sözügedən nəqliyyat vasitəsi alqı-satqı əsasında qeydiyyatdan çıxmış və həmin tarixdən X10 adına qeydiyyatdan keçmiş və ona həmin tarixdə şəhadətnamə verilmişdir. İş materiallarında olan 28 yanvar 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə təsdiq edilir ki, həmin tarixdə satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Porsche Macan” minik markalı, 10-SJ013 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2017-ci il, mühərrik nömrəsi 049202, Ban nömrəsi WPİZZZ95ZHLB06951 olan nəqliyyat vasitəsi 55.000 manata Cavabdeh1 satılmışdır. İş materiallarında olan 17 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə təsdiq edilir ki, həmin tarixdə satıcı Cavabdeh1 ilə alıcı X20 arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2017-ci il, mühərrik nömrəsi 049202, Ban nömrəsi WPİZZZ95ZHLB06951 olan nəqliyyat vasitəsi 60.000 manata X2. Hazırda sözügedən avtomobil Babayeva-X1 və istifadəsindədir. **-SJ-*** dövlət qeydiyyat nişanlı “PORSCHE MACAN” markalı avtomobillə bağlı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (X20 ilə Cavabdeh1 arasında bağlanmış) və X10 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinin (Cavabdeh1 ilə X20 arasında bağlanmış) etibarsız hesab edilməsi və **-SJ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2017, ban:WP1ZZZ95ZHLB06951, tip: Universal, mühərrik 049202) “PORSCHE MACAN” markalı avtomobilin dəyərinin – 136.000 (bir yüz otuz altı min) manat pul vəsaitinin tutulmasını tələb etsə də, sonradan tələbini dəyişdirmiş və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399 və 449-cu maddələrinə əsaslanaraq, “PORSCHE MACAN” markalı avtomobilin dəyərinin – 80000 manat pul vəsaitinin və ödənilmiş 426 manat dövlət rüsumunun, 20000 manat məbləğində dəymiş zərərin Cavabdeh2 tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iddiaçı müqavilə münasibətlərinə əsaslanaraq, pul vəsaitinin qanunsuz saxlanılmasına görə cavabdehdən maddi zərərin tutulmasını tələb etsə də, cavabdehlə arasında hər hansı müqavilə münasibətlərinin mövcud olmasını və bununla bağlı maddi zərərə məruz qalmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı tərəflərin izahatlarından və işdə olan sübutlardan müəyyən edilmişdir ki, İddiaçı ilə X21 dostdurlar, BabayevaX20 ilə X21 ər-arvad münasibətlərində olmuşlar, onların nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2038/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı mübahisə yaranmış, iddiaçı tərəf Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, daha sonra X21 Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, hazırda həmin tələblərə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılmaqdadır. özügedən mübahisəli avtomobilin alınma tarixi ilə hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 doğum tarixi eynilik təşkil edir, yəni 13 may; və avtomobilin rənginin qırmızı olması da, öz-özlüyündə həmin avtomobilin məhz ona hədiyyə edilməsi üçün həmin tarixdə alınmasını göstərir. Digər tərəfdən eyni gündə avtomobilə dair İddiaçı tərəfindən X13, bir ay sonra isə onun həyat yoldaşına etibarnamələrin verilməsi də, məhz sözügedən avtomobilin X21 tərəfindən faktiki alınmasına, formal olaraq İddiaçı Sadiq oğlunun adına rəsmiləşdirilməsinə dəlalət edir. Məhkəmə avtomobilin alındığı gün iddiaçı tərəfindən dostuna və onun arvadına etibarnamə verilməsinin məhz dostunun xahişi əsasında olmasını, iddiaçının formal mülkiyyət hüququnun rəsmiləşdirilməsini inandırıcı hesab edir. Digər tərəfdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X47 İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından da görünür ki, sözügedən avtomobilin idarə edilməsi və sair üçün müxtəlif tarixlərdə müxtəlif şəxslərə etibarnamələr verilmiş, məhkəmə tərəfindən həmin şəxslərin X37 Mikayılovanın sürücüləri olması müəyyən edilmişdir. Bundan başqa, X45 Mikayılova ilə aralarında Nizami Rayon Məhkəməsində 2020-ci ilin may ayından davam edən “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə qarşılıqlı iddia ərizəsində “Porsche Macan” markalı avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi vurğulanması və mübahisə predmeti olan avtomobilin dəyərinin İddiaçı Sadiq oğlunun adına “Volvo XC 90’’ modelli ** UG *** dövlət nömrə nişanlı avtomobili keçirməklə ödənildiyi göstərilmişdir. İddiaçı pul tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir və cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmə mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, iddiaçı tərəfindən hazırki tələblərlə məhkəməyə məhz onun dostu X7rşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair iddia ərizəsi verildikdən sonra müraciət etdiyini nəzərə alaraq, iddia müddətinin tətbiqi məsələsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbləri əsassız oduğundan, həmçinin iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi işdə olan sübutlarda təsdiq edildiyindən, mülki iş üzrə iddia tələbləri təmin edilməməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci, 1096-cı, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 324, 337, 340, 359, 362, 385, 386, 390, 406, 425, 777, 778, 779, 789-cu maddələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli, “Deryus Litvaya qarşı” iş üzrə 31 iyul 2000-ci il tarixli, “X18 və Braniovski Polşaya qarş”ı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmışdır əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə iddia tələbinin pul tələbi olmasını və pul tələbinin tələb etmə hüququnun yaranmasının,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1, 362.2, 385.1, 390.1, 406.1, 425.1, 777.1, 777.2, 778.1, 779.1, 782.1-ci maddələrinə istinad edərək, iddiaçı özünə məxsus “Porsche Macan” markalı **-SJ-*** dövlət nömrəli avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər ilə əlaqədar cavabdehə etibarnamə vermiş, bununla da tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd etdiyi kimi, alqı-satqı müqavilələrinin özü mübahisələndirilməyib ki, məhkəmə tərəfindən qanunsuz olaraq müqavilələrdən irəli gələn 3 illik iddia müddəti (baxmayaraq, birinci instansiya məhkəməsi qətnaməsində hansı iddia müddətinin ötürüldüyünü əsaslandırmamışdır) tətbiq edilmişdir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən əhəmiyyətli olan hallar sübut edilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

23. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. İzhatına əlavə olaraq bildirmişdir ki, iddia müddətin ötməsinə, həmçinin iddia müddətinin ötməsi qənaətinə necə gəldiyi barədə birinci instansiya məhkəməsinin qətnaməsində heç bir qeyd olmamışdır. İş materiallarında iddiaçıya məxsus olan avtomobilin şəhadətməsi mövcuddur. Sözügedən avtomobil 2017-ci ildən iddiaçının mülkiyyətindədir. 2019-cu ildə iddiaçının verdiyi etibarnamə əsasında Cavabdeh2 xanım rəfiqəsinə, yəni digər cavabdehə sözügedən avtomobili satmışdır. Alqı-satqıdan əldə olunmuş məbləğ iddiaçıya qaytarılmamışdır. İddia tələbilərinin əsasını da öhdəlik münasibətləri təşkil edir. Mülki qanunvericiliyə əsasən də pul tələbi ümumi iddia tələbinə aid olduğundan, iddia müddəti 10 il təşkil edir. Bu səbəbdən də hesab edirlər ki, iddia müddəti ötməmişdir. Qarşı tərəfin müqavilə müasibətlərinə əsaslanmasına gəldikdə isə tərəflər arasında müqavilə yox, etibarnamə əsasında yaranmış münasibətlər olub. Etibarnamə əsasında cavabdeh İradə xanıma iddiaçının avtomobili satmaq, müvafiq çıxarışlar almaq səlahiyyətləri verilib. Sözügedən etibarnaməni iddiaçı əvvəl cavabdeh İradə xanımın avtomobili idarə etməsi üçün vermişdir. Sonra isə etibarnamə ilə cavabdehə verilmiş səlahiyyətlər artırılaraq avtomobilə dair sərəncam verilməsi də əlavə edilmişdir. Hətta etibarnamənin müddəti ötdüyündən ikinci dəfə də verilmişdir. Cavabdeh İradə xanım iş üzrə üçüncü şəxs Şahin Rəcəbovun keçmiş həyat yoldaşıdır. 2019-cu ilin iyun ayında İradə xanım və Şahin bəyin nikah münasibətlərinə xitam verilir. Bundan sonra İradə xanım keçmiş həyat yoldaşının dostunun avtomobilini öz rəfiqəsinə satır. Daha doğrusu nikah dövründə İradə xanım rəfiqəsinə satır, nikaha xitam verildikdən sonra isə avtomobili öz adına rəsmiləşdirir. Çünki nikah dövründə rəsmiləşdirilsə idi, avtomobil də ümumi birgə mülkiyyət hesab olunaraq, bölünəcəkdi. Bununla bağlı cavabdeh və üçüncü şəxs arasında məhkəməsi işi vardır. Ümumilikdə, müqavilə üzrə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, etibarnamə özlüyündə tapşırıq müqaviləsinin təbiətini ehtiva edir. Ən bariz nümunə vəkillərin vətəndaşlarla imzaladığı etibarnamədir. Həmin etibarnamə əsasında biz müvəkkilimizin adından müxtəlif prosessual hərəkətlər edə bilirik (iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin imzalanması, göndərilməsi və s.). Sözügedən etibarnamə də özündə avtomobili iddiaçının xeyrinə satmağı, girov qoymağı əks etdirir. Lakin həmin alqı-satqıdan əldə edilmiş pulun götürülməsi qanunauyğun hesab edilmir. Yəni etibarnamə ilə satılmış avtomobildən əldə olunmuş pul etibar edilən şəxsə məxsus deyildir. avtomobil Orxan bəy və Şahin bəy yaxın dostluq münasibətləri əsasında idarə edilməsi üçün etibarnamə İradə xanıma da verilmişdir. Şahin bəy hətta həmin avtomobili xanımı üçün satın almaq niyyətində olmuşdur. Lakin ailə münasibətlərində yaranmış vəziyyət səbəbi ilə bu niyyət həyata keçirilməmişdir. 2020-ci ildən bugünədək davam edən əmlak bölgüsündə Ş.Rəcəbovun qarşılıqlı iddia ərizəsində “Porsche Macan” markalı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak kimi vurğulanmış və hazırda mübahisə predmeti olan avtomobilin dəyərinin İddiaçı Sadiq oğlunun adına “Volvo XC 90’’ modelli avtomobili keçirməklə ödənildiyi göstərilsə də, həmin avtomobil məhz “Porsche Macan” markalı avtomobilin əvəzində iddiaçının mülkiyyətinə keçirilsə də, “Volvo” markalı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak kimi qeyd edildiyindən üzərinə həbs qoyulmuşdur və bu baxımdan da İddiaçı tərəfindən istifadəsi məhduddur.

24. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, sözügedən avtomobil birgə nikah dövründə əldə edilmiş, lakin hədiyyə olaraq ona alınmışdır.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə Cavabdeh1 və üçüncü şəxs X21 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə Cavabdeh1 və üçüncü şəxs X21 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 369.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

e) Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

31. Məhkəmə kollegiyası vurğulayır ki, xx.xx.2017-ci il tarixdə buraxılış ili 2017-ci il olan “Porsche Macan” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil Porsche Bakı Mərkəzindən alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X47 İdarəsi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli məktuba əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı ilə təsdiq edilmişdir ki, “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi ilk əvvəl İddiaçı olmuş və ona 13 may 2017-ci il tarixdə şəhadətnamə verilmişdir. Həmin tarixdə, yəni 13 may 2017- ci il tarixdə X13, 14 may 2017-ci il tarixdə X12 etibarnamə verilmişdir. xx.xx.2019-cu il tarixdə həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxmış və həmin tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmiş və ona şəhadətnamə verilmişdir. 17 sentyabr 2019-cu il tarixdə sözügedən nəqliyyat vasitəsi alqı-satqı əsasında qeydiyyatdan çıxmış və həmin tarixdən X10 adına qeydiyyatdan keçmiş və ona həmin tarixdə şəhadətnamə verilmişdir. İş materiallarında olan 28 yanvar 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə təsdiq edilir ki, həmin tarixdə satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Porsche Macan” minik markalı, 10-SJ013 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2017-ci il, mühərrik nömrəsi 049202, Ban nömrəsi WPİZZZ95ZHLB06951 olan nəqliyyat vasitəsi 55.000 manata Cavabdeh1 satılmışdır. İş materiallarında olan 17 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə təsdiq edilir ki, həmin tarixdə satıcı Cavabdeh1 ilə alıcı X20 arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2017-ci il, mühərrik nömrəsi 049202, Ban nömrəsi WPİZZZ95ZHLB06951 olan nəqliyyat vasitəsi 60.000 manata X2. Hazırda sözügedən avtomobil Babayeva-X1 və istifadəsindədir.

32. Hazırda iddiaçı tələbini dəyişdirərək, “PORSCHE MACAN” markalı avtomobilin dəyərinin-80000 manat pul vəsaitinin və ödənilmiş 426 manat dövlət rüsumunun, 20000 manat məbləğində dəymiş zərərin Cavabdeh2 tutularaq, ona ödənilməsini tələb edir.

33. Bununla yanaşı tərəflərin izahatlarından və işdə olan sübutlardan müəyyən edilmişdir ki, İddiaçı ilə X21 dostdurlar, o cümlədən İddiaçı Şahin Rəcəbov işlədikləri yerdə ona münasibətdə daha aşağı vəzifədə olmuşdur. X6 ilə X21 ər-arvad münasibətlərində olmuşlar, onların nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2038/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı mübahisə yaranmış, iddiaçı tərəf Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, daha sonra X21 Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, hazırda həmin tələblərə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılmaqdadır.

34. Sözügedən tələblərə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılarkən X11 nümayəndəsi Ə.Rzayev tərəfindən 10 avqust 2020-ci il tarixli qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdeh X10 adına olan ** SJ *** dövlət nömrə nişanlı, “Porsche Macan” markalı avtomobilin tərəflərin birgə nikahları dövründə əldə edilmiş əmlak hesab edilməsi və həmin avtomobil üzərində iddiaçı Ş.Rəcəbovun ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Həmin ərizənin təsviri hissəsində qeyd edilmişdir ki, tərəflər birgə nikah dövründə ** SJ *** dövlət nömrə nişanlı, “Porsche Macan” markalı avtomobil əldə etmişlər. Həmin avtomobilin əvvəlki sahibi İddiaçı olmuşdur. İddiaçı Ş.Rəcəbov həmin avtomobili cavabdeh İ.Mikayılovanın adına verilən baş etibarnamə əsasında əldə etmişdir. İ.Mikayılova isə başqa bir etibarnamə ilə Ş.Rəcəbova həmin avtomobili idarə etmək hüququ vermişdir. İddiaçıla Ş.Rəcəbov yaxın münasibətlərdə olduqları üçün həmin vaxt avtomobilin dəyəri ödənilməmişdir. Ş.Rəcəbov həmin avtomobilin dəyərini sonradan ödəyəcəyinə söz vermiş, lakin tərəflər boşandıqdan sonra cavabdeh İ.Mikayılova adına verilmiş baş etibarnamədən istifadə edərək, həmin avtomobili öz mülkiyyətinə keçirtmişdir. Həmin avtomobilin əvvəlki sahibi olan İddiaçı isə heç bir vəsait ödənilməmişdir. Buna görə də iddiaçı Ş.Rəcəbov özünə məxsus olan ** UG *** dövlət nömrə nişanlı “Volvo XC90” markalı avtomobilini ** SJ *** dövlət nömrə nişanlı, “Porsche Macan” markalı avtomobilin dəyərinin əvəzi olaraq İddiaçı adına keçirtməyə məcbur olmuşdur.

35. Apellyasiya icraatı zamanı da iddiaçının nümayəndəsi və vəkili öz izahatında bir daha bildirmişdir ki, hazırda mübahisə predmeti olan avtomobilin dəyərinin İddiaçı Sadiq oğlunun adına “Volvo XC 90’’ modelli avtomobili keçirməklə ödənildiyi bildirmiş, lakin avtomobilin üzərində həbs olmaqla istifadəsi məhdud olduğundan hazırki iddianı qaldırdığını bildirmişdir.

36. Bundan başqa, X45 Mikayılova ilə aralarında Nizami Rayon Məhkəməsində 2020-ci ilin may ayından davam edən “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə qarşılıqlı iddia ərizəsində “Porsche Macan” markalı avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi vurğulanması və mübahisə predmeti olan avtomobilin dəyərinin İddiaçı Sadiq oğlunun adına “Volvo XC 90’’ modelli ** UG *** dövlət nömrə nişanlı avtomobili keçirməklə ödənildiyi göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası avtomobilin alındığı gün iddiaçı tərəfindən dostuna və onun arvadına avtomobili idarə etmək üçün, daha sonra isə İradə Mikayılovaya baş etibarnamənin (müddət bitdikdən sonra yenidən verilib) verilməsinin iddiaçının mülkiyyət hüququnun formal rəsmiləşdirilməsini inandırıcı hesab edir. Bu baxımdan sonradan mübahisəli avtomobilin iddiaçının mülkiyyətindən çıxması iddiaçının hər hansı hüququnun pozulmasına dəlalət etməmişdir. İşin araşdırılmış halları ilə müəyyən edildiyi kimi, həmin avtomobilin dəyərinin digər bir avtomobil vasitəsi ilə İddiaçı ödənilməsi təsdiqini tapmışdır. Belə olan halda tapşırıq müqaviləsinə istinad edilməklə cavabdeh İradə Mikayılovadan avtomobilin pulunun tələb edilməsi əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı digər avtomobili mülkiyyətinə keçirməklə yanaşı mübahisəli avtomobilin də pulunu əldə etməklə hüquqdan sui istifadəyə yol verməklə əsassız olaraq gəlir əldə etmiş olardı. Yəni cavabdeh İradə Mikayılova heç də tapşırıq müqaviləsinin tələbləri baxımından avtomobilə münasibətdə hər hansı bir məbləği iddiaçıya ödəməli olmamışdır. Etibarnamə ilə onun adından çıxış etməsi yalnız mülkiyyət hüququnun iddiaçının adına qeydiyyatda olması ilə bağlı olmuşdur. Əslində isə yuxarıda qeyd edildi kimi, avtomobilin dəyəri digər avtomobillə əvəzləşmə qaydasında ödənilmişdir. Gösərilənlən baxımından kollegiya həmçinin qeyd edir ki, iddiaçının hər hansı formada vurulmuş zərər barədə tələbinin də təmin edilməsi üçün heç bir əsas yoxdur.

37. Eyni zamanda məhkəmə kolllegiya işin qeyd edilən hallarını, yəni avtomobilin məhz İradə Mikayılovaya birgə nikah dövründə alınmasının təsdiqi kimi yanakı sübutlar qismində birinci instansiya məhkəməsinin qeyd etdikləri işin hallarını əsaslı hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi, sözügedən mübahisəli avtomobilin alınma tarixi ilə hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 doğum tarixi eynilik təşkil edir, yəni 13 may, o cümlədən avtomobilin rənginin qırmızı olması (öz-özlüyündə əksərən qadınlar tərəfindən istifadə edilməsi də nəzərə alınmaqla), həmçinin alınmış avtomobilə (işin faktiki halları kimi müəyyən edilir) cavabdehi keçmiş avtomobilinin üzərində olan dövlət qeydiyyat nişanının vurulması həmin avtomobilin məhz bu xüsusatlar da nəzərə alınmaqla onun sahibliyinə verilməsi üçün həmin tarixdə alınmasını təsdiq edən hallardan biridir. Bütün yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbi əsasssız olmaqla təmin edilməməlidir.

38. Əlavə olaraq kollegiya qeyd edir ki, iddianın əsaslılığı təsdiqini tapmış olsaydı belə, cavabdeh tərəf iddia müddətinin ötürüldüyünü bilməklə iddia müddətinin tətbiqinə dair ərizə verməklə hazırki iddiaya iddia müddəti tətbiq edilməklə rədd edilməsini tələb etdiyindən öz növbəsində bu ərizəyə də hüquqi qiymətin verilməsini və bu ərizənin əsaslı olub-olmamasının araşdırılmasına zərurət yaradır.

39. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Mülki qanunvericiliyin müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

40. Bu baxımdan nəzərə alınmalıdır ki, İradə Mikayılova tərəfindən həmin avtomobil ilkin olaraq digər şəxsə 2019-cu ilin yanvar ayında satılmış, daha sonra isə həmin şəxs tərəfindən həmin ilin sentyabr ayında yenidən İradə Mikayılovaya satılmışdır. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş iddiaçının nümayəndəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X47 İdarəsinə ünvanlanan 06 mart 2023-cü il tarixli vəkil sorğusunda mübahisələndirilən avtomobilin satılması və yenidən cavabdeh İradə Mikayılovanın mülkiyyətinə keçməsi barədə məlumatın onlara ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla məlum olduğu aydın vurğulanmışdır. Bununla belə, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər yəni müqavilə üzrə iddialarında qeyd etdikləri tapşırıq müqaviləsi baxımından yanaşılarsa, iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilə üzrə müəyyən edilmiş 3 illik müddət hüququndan istifadə etməmiş və ilk dəfə məhkəməyə xx.xx.2023-cü il tarixdə iddia qaldırılan zaman artıq iddia müddətini pozmuşdur.

41. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq idda tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı X34 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1099/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar