Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11193/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı və nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun, Cavabdeh nümayəndəsi və vəkili tumasov Vüqar Əjdər oğlunun iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3907/2021 saylı, 23 avqust 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və qanunsuz zəbt olunmuş sahənin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 27.04.2015-ci il tarixli 172 nömrəli sərəncamına və DƏDRX tərəfindən verilmiş **********22 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla iddiaçıya məxsus, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsinin boşaldılıb iddiaçıya təhvil verilməsinə, yaradılan maneələrin aradan qaldırılmasına və hasarın Cavabdeh hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 199,5 kv. metr torpaq sahəsinə dair cavabdeh İddiaçı adına verilmiş istifadə hüququnu təsdiq edən **********22 reyestr nömrəli çıxarışın və sair sənədlərin etibarsız hesab edilməsi barədə , eləcə də ilkin iddia üzrə iddiaçının iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3907/2021 saylı, 23 avqust 2021ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə icraata xitam verilmiş, iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3907/2021 saylı, 23 avqust 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdr. Bakı Apellyasiya Məhkəməsinə 29 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sorğusu daxil olmuşdur. Həmin sorğuda hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3907/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətlə əlaqədar mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3907/2021 saylı, 23 avqust 2021-ci il tarixli qarşılıqlı iddia üzrə icraata xitam verilməsi barədə qərardadından şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün icraata qəbul qərardadı ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı, 402.2.5-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-11193/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3907/2021 saylı, 23 avqust 2021ci il tarixli qarşılıqlı iddia üzrə icraata xitam verilməsi barədə qərardadından Cavabdeh şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11193/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11193/2021
20.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver