Məhkəmə qərarları › İş №2(103)-11213/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11213/2021

15.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11213/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlk iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Səfərli Vidadi Cahid oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3077/2021 saylı iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlk iddia üzrə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, pulun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək müqaviləsinə xitam verilməsi barədə 26.04.2021-ci il tarixli əmrin ləğv edilməsi və öz vəzifəsinə bərpa olunması, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr, yəni xəstə olduğu dövrlər üçün həmin xəstəlik vərəqlərinə görə verilməyən 25000 (iyirmi beş min) manat pulun, istifadə etmədiyi 74 günlük məzuniyyətə görə verilməli olan 7978 manat məbləğində pulun və iddiaçıya vurulmuş 5000 manat məbləğində mənəvi zərərin caabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı tərəf iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun əmək müqaviləsinə xitam verilməsi barədə 26.04.2021-ci il tarixli əmrin ləğv edilməsi və öz vəzifəsinə bərpa olunması, onun əmək abiliyyətini müvəqqəti itirdiyi dövr, yəni xəstə olduğu dövrlər üçün həmin xəstəlik vərəqələrinə görə verilməyən və istifadə etmədiyi 74 günlük məzuniyyətə görə verilməli olan pulun hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması və iddiaçıya vurulmuş 5000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" ASC-də 02.04.2007-ci il tarixdən əmək müqaviləsinə əsasən işə qəbul edilmişdir. Həmin tarixdən 26.04.2021-ci il tarixədək müxtəlif vəzifələrdə (baş inspektor, böyük mütəxəssis, şöbə rəisi, direktor müavini, inzibati və təsərrüfat işlərinə rəhbər, xidmət şöbəsinə müdir) çalışmışdır. Son olaraq 18.02.201-cu il tarixli 13 nömrəli əmək müqaviləsinə əsasən mərkəzi aparata rəhbər vəzifəsinə keçirilmiş və aylıq əmək haqqı 4280 manat müəyyən edilmişdir. 26.04.2021-ci il tarixli əmrlə xəstə olduğu dövrdə işəgötürən tərəfindən əmək hüquqları kobud şəkildə pozularaq əmək müqaviləsinə “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması” əsası ilə xitam verilmişdir. Həmin əmr ona ümumiyyətlə təqdim edilməmişdir və əmrdən yalnız elektron qaydada şəxsi kabinetinə daxil olarkən xəbərdar olmuşdur. Həmçinin işdən azad olunarkən ona verilməli olan son haqq-hesab verilməmiş, istifadə etmədiyi 74 günlük 7978 manat məbləğində məzuniyyət pulları ona verilməmiş, əmək kitabçası ümumiyyətlə ona təqdim edilməmişdir. Bununla belə o, 10.08.2020-ci il tarixdən 08.05.2021-ci il tarixədək müxtəlif diaqnozlarla xəstə olmuş və bununla əlaqədar olaraq qanuna müvafiq qaydada müalicə müəssisəsinin əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsinə uyğun olaraq işdən azad edilmişdir və bütün xəstəlik vərəqələri lazımi qaydada və vaxtında "xxxx" ASCyə təqdim edilmişdir. Lakin həmin xəstəlik vərəqlərinə görə hesablanıb ona verilməli olan 25000 (iyirmi beş min) manat məbləğində pulu ala bilməmişdir. Əsas ödənişlər üzrə cavabdehin qeyd olunan müddət üçün borcu ümumilikdə 32978 (otuz iki min doqquz yüz yetmiş səkkiz) manat təşkil edir. Onun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması ilə xitam verilmiş, bununla da onun əmək hüquqları işəgötürən tərəfindən kobud və qərəzli şəkildə pozulmuşdur. O, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar, iztirablar keçirmişdir. İllərini verdiyi əmək müəssisəsinin ona qarşı etdiyi bu hörmətsiz, qayğısız, etinasız davranış onun üçün dözülməz və qəbul edilməzdir. Üstəlik cavabdeh ağır ürək əməliyyatı keçirdiyi dövrdə əmək müqaviləsinə heç bir xəbərdarlıq etmədən xitam vermişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə ümumilikdə 63500 (altmış üç min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin keçmiş əməkdaşıdır. Abdulayev Vaqif Cavanşir oğlu 11.11.2008-ci il tarixdə əmək müqaviləsinə əsasən, Korporasiyaya işə qəbul edilmiş, 26.04.2021-ci il tarixdə isə Azəraycan Respublikasının Əmək Məcəlləsinin 72-i maddəsinə əsasən onun əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Belə ki, cavabdeh fəaliyyəti dövründə öz vəzifə mövqeyindən sui-istifadə edərək, özünə müəyyən imtiyazlar tətbiq etmiş, özünə yaxın olan şəxslərə güzəştlər etməklə Korporasiyanın mülkiyyətində olan əmlakların dəyərindən aşağı qiymətə onların xeyrinə özgəninkiləşdirilməsinə şərait yaratmış və bununla da Korporasiyaya xeyli miqdarda maddi ziyan vurmuşdur. Bununla bağlı cavabdehin iş fəaliyyəti dövrü yoxlanılmış,pozuntular aşkar edilmiş və nəticəsi barədə Müşahidə Şurasının Audit Komitəsinin 25.12.2020-ci il tarixli hesabatı tərtib edilmişdir. Həmin hesabatdan görünür ki, Korporasiya ilə Şamilov Şaiq Tofiq oğlu arasında bağlanmış 21.06.218-ci il tarixli AS 103/1068 nömrəli alqı-satqı müqaviləsinə əsasən,”Lexus LX 570” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil 42500 (qırx iki min beş yüz) manat məbləğində satılmış,lakinvəsait bu günə qədər Korporasiyaya ödənilməmişdir. Həmin alqı-satqını İddiaçı özü təşkil etmişdir. Korporasiya ilə Qəndəmov Nazim Hüseynağa oğlu arasında bağlanmış 03.03.2020-ci il tarixli AS 06/0121 nömrəli alqı-satqı müqaviləsinə əsasən, “Hyundai İX-35” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 3894 manat məbləğində satılmışdır. Həmin avtomobilə təbiət hadisəsi, yəni küləyin iri gövdəli ağacı qıraraq üzərinə aşırması nəticəsində ciddi ziyan dəymişdir. Həmin avtomobil "xxxx" ASC-də 625 manat məbləğində sığorta haqqı ödənilməklə “Kasko” sığorta olunmuşdur. Qəzadan sonra avtomobilin təmiri üçün sığorta şirkətinə müraciət olunmamış və nəticədə avtomobil qalıq dəyərindən aşağı satılmışdır. “Hyundai İX-35” markalı avtomobilin həmin dövrə bazar qiyməti 25000 manat civarında dəyişib, bununla Korporasiyaya 21000 manat maddi ziyan dəymişdir. Göründüyü kimi İddiaçı təqsirli hərəkətləri nəticəsində Korporasiyaya ümumilikdə 63500 manat məbləğində maddi ziyan vurulmuşdur. Eyni zamanda İddiaçı Avanşir oğlu ilə Korporasiya arasında 11.11.2008-ci il tarixli tam maddi məsuliyyət barədə müqavilə imzalanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3077/2021 saylı iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı "xxxx"ASC-nin Baş İcraçı direktoru Vüqar Süleymanovun 90 nömrəli 26 aprel 2021-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı "xxxx" ASC-nin Mərkəzi Aparat rəhbəri vəzifəsinə işə bərpa edilməsi, İddiaçı 26 aprel 2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün işə bərpa olunduğu vaxtadək ödənilməli olan əmək haqqının hesablanaraq ödənilməsinin "xxxx" ASC-yə həvalə edilməsi, əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr, yəni xəstə olduğu dövrlər üçün həmin xəstəlik vərəqələrinə görə verilməyən və istifadə etmədiyi məzuniyyətə görə verilməli olan pulun hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquqlarını pozmuşdur. İşin baxışı və onun qiymətləndirilməsi zamanı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin bir çox maddəsinin tələblərinə zidd mövqe tutmuş və onu düzgün tövsif, təfsir və tətbiq etməmişdir. Qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməlidir və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarından göründüyü kimi, Abdullayev Vagif Cavanşir oğlu 11.11.2008-ci il tarixdə əmək müqaviləsinə əsasən ”Korporasiya"ya işə qəbul edilmiş və 18.02.2019-cu il tarixdə mərkəzi aparata rəhbər vəzifəsinə keçirilmişdir. Sonradan Abdullayev Vagif Cavanşir oğlu müxtəlif diaqnozlarla xəstə olduğunu bildirmiş, 10.08.2020-ci il tarixdən etibarən işə gəlməmiş və bununla bağlı vəzifə Öhdəliklərinin icrasında nöqsanların olması barədə ’'Korporasiyamda əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən əlavə cavabdehin fəaliyyəti dövrü yoxlanılmış, nəticədə çoxsaylı pozuntular aşkar edilmiş və yoxlama ilə bağlı Müşahidə Şurasının Audit Komitəsinin 25.12.2020-ci il tarixli hesabatı tərtib edilmişdir. 26.04.2021-ci il tarixdə isə Azərbaycan Respubikası Əmək Məcəllənin 72-ci maddəsinə əsasən onun əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə "Korporasiya'nın təqdim etdiyi sübutlar və dəlilər tam əsaslıdır. Lakin sənədlərin, işin hallarına tam uyğun gəlməsinə və sübuta yetirilməsinə baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Bütün yuxarıda qeyd olunanlardan və əmək Məcəlləsinin 288-ci maddəsinin d) bəndinə əsasən, müəyyən olunur ki, hazırki iddianın predmeti pul tələbi deyil, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi tələbidir ki, bu tələb Əmək Məcəlləsinin 288-ci maddəsinin d) bəndinə əsasən Fərdi Əmək mübahisəsidir, əmək mübahisəsinin həllinə dair iddia müddətləri isə 1 ay kimi müəyyən olunmuşdur. Lakin iddiaçı 1 aylıq iddia müddətini ötürmüşdür. Məhkəmənin iddiaçıya avqust 2020-ci il tarixdən mart 2021-ci il tarixədək ödənilməmiş əmək haqqının ödənilməsi və gecikdirilmələrə görə ödənişin verilməsi barədə qənaəti də tam əsassız və qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Səfərli Vidadi Cahid oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İlk iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qarşılıqlı iddia üzrə iddiaçı mübahisələndirmiş, ilk iddia üzrə iddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3077/2021 saylı iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan işəgötürən "xxxx" ASC və işçi İddiaçı arasında bağlanan Dİ00001 nömrəli 01 sentyabr 2010-cu il tarixli əmək müqaviləsindən görünür ki, işçi baş inspektor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında 01 sentyabr 2010-cu il tarixdən 01 sentyabr 2011-ci il tarixdən 1 il müddətinə bağlanmışdır. İş materiallarında olan işəgötürən "xxxx" ASC və işçi İddiaçı arasında bağlanan M8- 24 nömrəli 05 yanvar 2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi Mərkəzi Administrativ İşlər şöbəsinə böyük mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında 3 ay müddətinə bağlanmışdır. İş materiallarında olan 05 yanvar 2012-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə 2 nömrəli Əlavədən görünür ki, işəgötürən "xxxx" ASC və işçi İddiaçı arasında bağlanan 05 yanvar 2012-ci il tarixli əmək müqaviləsinin 4.1-ci bəndinə aşağıdakı redaksiyada 4.1.1. bəndi əlavə edilmişdir. 4.1.1. işçinin əmək haqqına vergilər və digər ödənişlər daxil olmaqla 227 (iki yüz iyirmi yeddi) manat məbləğində əmək haqqına əlavə müəyyən edilir. İş materiallarında olan 17 sentyabr 2012-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə 4 nömrəli Əlavədən görünür ki, işəgötürən "xxxx" ASC və işçi İddiaçı arasında bağlanan 05 yanvar 2012-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir. 1.2.işçi Mərkəzi aparat Administrativ işlər şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilir. 4.1.işçiyə hər ay vergilər və digər ödənişlər daxil olmaqla 14A kateqoriyasına müvafiq olaraq 2546 (iki min beş yüz qırx altı) manat məbləğində əmək haqqı ödənilir. İş materiallarında olan 07 yanvar 2013-cü il tarixdə bağlanmış Əmək müqaviləsinə 4 nömrəli Əlavədən görünür ki, işəgötürən "xxxx" ASC və işçi İddiaçı arasında bağlanan 05 yanvar 2012-ci il tarixli əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir. 4.1.işçiyə hər ay vergilər və digər ödənişlər daxil olmaqla 16A kateqoriyasına müvafiq olaraq 3305 (üç min üç yüz beş) manat məbləğində əmək haqqı ödənilir. İş materiallarında olan 01 aprel 2013-cü il tarixdə bağlanmış Əmək müqaviləsinə 4 nömrəli Əlavədən görünür ki, işəgötürən "xxxx" ASC və işçi İddiaçı arasında bağlanan 05 yanvar 2012-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir. 1.2.İşçi mərkəzi aparatın direktor müavini vəzifəsinə işə qəbul edilir. 4.1.işçiyə hər ay vergilər və digər ödənişlər daxil olmaqla 17A kateqoriyasına müvafiq olaraq 3760 (üç min yeddi yüz altmış) manat məbləğində əmək haqqı ödənilir. İş materiallarında olan 07 yanvar 2014-cü il tarixdə bağlanmış Əmək müqaviləsinə 4 nömrəli Əlavədən görünür ki, işəgötürən "xxxx" ASC və işçi İddiaçı arasında bağlanan 05 yanvar 2012-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir. 2.1.bu əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə 3 ay müddətinə uzadılır. İş materiallarında olan 17 fevral 2014-cü il tarixdə bağlanmış Əmək müqaviləsinə 4 nömrəli Əlavədən görünür ki, işəgötürən "xxxx" ASC və işçi İddiaçı arasında bağlanan 05 yanvar 2012-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir. 1.2.işçi inzibati və təsərrüfat işləri xidmətinə rəhbər vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 01 dekabr 2016-cı il tarixdə bağlanmış Əmək müqaviləsinə 8 nömrəli Əlavədən görünür ki, işəgötürən "xxxx" ASC və işçi İddiaçı arasında bağlanan M8- 24 saylı 05 yanvar 2012-ci il tarixli əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir. 4.1.işçiyə hər ay vergilər və digər ödənişlər daxil olmaqla 2391 (iki min üç yüz doxsan bir) manat məbləğində əmək haqqı ödənilir. İş materiallarında olan 19 dekabr 2016-cı il tarixdə bağlanmış Əmək müqaviləsinə 9 nömrəli Əlavədən görünür ki, işəgötürən "xxxx" ASC və işçi İddiaçı arasında bağlanan 05 yanvar 2012-ci il tarixli əmək müqaviləsinin 1.2, 3.1 və 4.1-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir. 1.2.işçi təşkilat-analitik departamentinə baş mütəxəssis vəzifəsinə keçirilir. 3.1.işçi aşağıdakı əmək funksiyasının icrasını öz öhdəsinə götürür: a) Departament direktorunun tərəfindən verilmiş tapşırıqları icra edir. b) Cəmiyyətin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və cəmiyyətin rəhbəri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsini c) iş prosesindən irəli gələn digər vəzifələri. 4.1.işçiyə hər ay vergilər və digər ödənişlər daxil olmaqla 2400 (iki min dörd yüz) manat məbləğində əmək haqqı ödənilir. İş materiallarında olan 01 may 2017-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə 10 nömrəli Əlavədən görünür ki, işəgötürən "xxxx" ASC və işçi İddiaçı arasında bağlanan Dİ00001 nömrəli 05 yanvar 2012-ci il tarixli əmək müqaviləsinin 1.2, 3.1 və 4.1-ci bəndləri aşağıdakı redaksiyada 1.2.1, 3.1.1 və 4.1.1-ci bəndləri əlavə edilir: 1.2.1..işçiyə təşkilatanalitik departamentinin müdiri vəziəsi üzrə əmək funksiyalarının icrası həvalə edilir. 3.1.1.işçi aşağıdakı əmək funksiyasının icrasını öz öhdəsinə götürür: a) Baş icraçı direktorun əmr, qərar və sərəncamlarının struktur bölmələri tərəfindən icra olunmasına nəzarətinin həyata keçirilməsinin təşkilati cəhətdən təmin edilməsi b) Korporasiyanın inzibati-təsərrüfat işlərinin təşkili, əmlakından məqsədyönlü və düzgün istifadə edilməsinin təşkili və nəzarətinin həyata keçirilməsi, c) Cəmiyyətin rəhbəri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi. d) İş prpinsipindən irəli gələn digər vəzifələrin icrası. 4.1.1. Boş vəzifə üzrə əmək funksiyasının icrasına görə işçiyə hər ay vergilər və digər ödənişlər daxil olmaqla 700 (yeddi yüz) manat məbləğində əmək haqqı ödənilir. İş materiallarında olan 01 iyun 2017-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə 11 nömrəli Əlavədən görünür ki, işəgötürən "xxxx" ASC və işçi İddiaçı arasında bağlanan Dİ00001 nömrəli 05 yanvar 2012-ci il tarixli əmək müqaviləsinin 1.2, 3.1 və 4.1-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: 1.2.işçi təşkilat-analitik departamentinə müdir vəzifəsinə keçirilir. 3.1.işçi aşağıdakı əmək funksiyasının icrasını öz öhdəsinə götürür: a) Baş icraçı direktorun əmr, qərar və sərəncamlarının struktur bölmələri tərəfindən icra olunmasına nəzarətinin həyata keçirilməsinin təşkilati cəhətdən təmin edilməsi b) Korporasiyanın inzibati-təsərrüfat işlərinin təşkili, əmlakından məqsədyönlü və düzgün istifadə edilməsinin təşkili və nəzarətinin həyata keçirilməsi, c) Cəmiyyətin rəhbəri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi. d) İş prpinsipindən irəli gələn digər vəzifələrin icrası. 4.1.işçiyə hər ay vergilər və digər ödənişlər daxil olmaqla 3100 (üç min yüz) manat məbləğində əmək haqqı ödənilir. İş materiallarında olan 15 yanvar 2019-cu il tarixdə bağlanmış Əmək müqaviləsinə 12 nömrəli Əlavədən görünür ki, işəgötürən "xxxx" ASC və işçi İddiaçı arasında bağlanan Dİ00001 nömrəli əmək müqaviləsinin 1.2 və 4.1-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: 1.2.işçi xidmət şöbəsinə müdir vəzifəsinə keçirilir. 4.1.işçiyə hər ay vergilər və digərödənişlər daxil olmaqla 4000 (dörd min) manat məbləğində əmək haqqı ödənilir. İş materiallarında olan 18 fevral 2019-cu il tarixdə bağlanmış Əmək müqaviləsinə 13 nömrəli Əlavədən görünür ki, işəgötürən "xxxx" ASC və işçi İddiaçı arasında bağlanan Dİ00001 nömrəli əmək müqaviləsinin 1.2 və 4.1-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: 1.2.işçi Mərkəzi Aparata rəhbər vəzifəsinə keçirilir. 4.1.işçiyə hər ay vergilər və digər ödənişlər daxil olmaqla 4280 (dörd min iki yüz səksən) manat məbləğində əmək haqqı ödənilir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan 06-01/288 nömrəli 19 aprel 2021-ci il tarixli məlumatdan görünür ki, ən son təqdim olunmuş xəstəlik vərəqəsinin verilməsindən 1 ay keçməsinə baxmayaraq İddiaçı tərəfindən xəstəliyin davam etməsi ilə əlaqədar Korporasiyaya heş bir sənəd təqdim olunmamış və bununla yanaşı o, işə gəlməmişdir. 3 iş günü ərzində Korporasiyaya 16.03.2021-ci il tarixdən sonrakı dövr ərzində əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar hər hansı sənəd təqdim olunmazsa, bu hal üzürsüz iş yerinə gəlməmə və bu barədə iş yerinə məlumat verməmə kimi nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun müvafiq tədbirlər görüləcəkdir. İş materiallarında olan "xxxx" MMC-nin 23 aprel 2021-ci il tarixli göndərişin geri qaytarılmasına dair aktından görünür ki, cəmiyyətin kuryeri göndrişdə qeyd olunan ünvan üzrə olmuş, lakin yaşayış evlərinin üzərində nömrələnmə olmadığı üçün ünvan müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan "xxxx" ASC -nin Baş İcraçı direktoru Vüqar Süleymanovun əmək müqaviləsinə xitam verilməsi barədə 90 nömrəli 26 aprel 2021-ci il tarixli əmrindən görünür ki, Abdulayev Vaqif Cavanşir oğlu Korporasiyanın daxili nizam-intizam qaydalarını və eləcə də, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 26.04.2021-ci il tarixdən xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Abdullaye Vüqar Cavanşir oğluna istifadə etmədiyi əmək məzuniyyətu günlərinə uyğun son haqqhesab ödənilməsi əmr edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Baş İcraçı direktoru Vüqar Süleymanovun əmək müqaviləsinə xitam verilməsi barədə 90 nömrəli 26 aprel 2021-ci il tarixli əmrindən görünür ki,Abdulayev Vaqif Cavanşir oğlu Korporasiyanın daxili nizam-intizam qaydalarını və eləcə də, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 26.04.2021-ci il tarixdən xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. İddiaçı istifadə etmədiyi əmək məzuniyyətu günlərinə uyğun son haqqhesab ödənilməsi əmr edilmişdir. İş materiallarında olan "xxxx" ASC və İddiaçıarasında bağlanan Dİ0001 saylı 01 sentyabr 2010-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, müqavilənin premetini əmək prosesində 18 yaşına çatmış işçinin və işəgötürənin bir-birinə vurduqları maddi ziyanın əsaslarını müəyyən etmək, vurulmuş zərərin həcmini, zərərin ödənilməsini və müqavilə tərəflərinin əmək hüquqlarının həyata keçirilməsinin Azərbaycan Respublikası Əmək və Mülki Qanunvericiliyinin tələbləri daxilində təmin edilməsi ilə əlaqədar yaranan münasibətlər təşkil edir. İş materialalrında olan AS 103/0618 nömrəli 21.06.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" ASC (bundan sonra satıcı) Nizamnamə əsasında fəaliyyət göstərən Baş İcraçı direktor Həmidov Burhan Əhməd oğlu və alıcı Şamilov Şaiq Tofiq oğlu müqavilə bağlayaraq Lexus LX 570 minik markalı **-AA-*** i/o avtomobili satıcı satır, alıcı isə müqavilədə qeyd olunan məbləği ödəyərək alır. Avtomobilin qiyməti vergilər daxil 42500 manat təşki edir. İş materialalrında olan AS 06/0121 nömrəli 03.03.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “Akkord Sənaye Tikinti İnvestisiya KorporasiyasıASC (bundan sonra satıcı) Nizamnamə əsasında fəaliyyət göstərən Baş İcraçı direktor Həmidov Burhan Əhməd oğlu və alıcı Qəndəmov Nazim Hüseynağa oğlu müqavilə bağlayaraq Hyundai İX35 minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili satıcı satır, alıcı isə müqavilədə qeyd olunan məbləği ödəyərək alır. Avtomobilin qiyməti ƏDV daxil 3894 manat təşki edir. İş materialarında olan 21.06.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan SN 0006 seriyalı 649804 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 10.08.2020- 16.08.2020, 17.08.2020- 19.08.2020, 20.08.2020-31.08.2020, 01.09.2020-12.09.2020-ci il aralığında işdən azad edilir. İş materiallarında olan SN 0006 seriyalı 876654 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 13.09.2020- 19.09.2020, 20.09.2020- 26.09.2020, 27.09.2020-03.10.2020,04.10.2020-10.10.2020-ci il aralığında işdən azad edilir. İş materiallarında olan SN 0006 seriyalı 749969 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 11.10.2020- 17.10.2020, 18.10.2020- 24.10.2020, 25.10.2020-01.11.2020,02.11.2020-14.11.2020-ci il aralığında işdən azad edilir. İş materiallarında olan SN 0006 seriyalı 766418 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 15.11.2020- 20.11.2020, 21.11.2020- 26.11.2020, 27.11.2020-02.12.2020,03.12.2020-09.12.2020-ci il aralığında işdən azad edilir. İş materiallarında olan SN 0006 seriyalı 936757 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 10.12.2020- 11.12.2020, 11.12.2020- 23.12.2020, 24.12.2020-30.12.2020, 31.12.2020-13.01.2021-ci il aralığında işdən azad edilir. İş materiallarında olan SN 0006 seriyalı 996223 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 14.01.2021- 20.01.2021, 21.01.2021- 28.01.2021, 29.01.2021-05.02.2021, 06.02.2021-12.02.2021-ci il aralığında işdən azad edilir. İş materiallarında olan SN 0006 seriyalı 996390 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 13.02.2021- 19.02.2021, 20.02.2021- 28.02.2021, 01.03.2021-08.03.2021, 09.03.2021-16.03.2021-ci il aralığında işdən azad edilir. İş materiallarında olan SN 0007 seriyalı 025700 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 17.03.2021- 24.03.2021 25.03.2021- 01.04.2021, 02.04.2021-09.04.2021, 10.04.2021-17.04.2021-ci il aralığında işdən azad edilir. İş materiallarında olan SN 0007 seriyalı 072966 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 18.04.2021- 25.04.2021 25.04.2021- 04.05.2021-ci il aralığında işdən azad edilir. İş materiallarında olan SN 0007 seriyalı 107067 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 05.05.2021- .07.05.2021 08.05.2021-10.05.2021-ci il aralığında işdən azad edilir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Ağsu şəhərində doğulmuşdur. ünvan 1 ünanında qeydiyyatdadır. İş materiallarından müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC-də sonuncu dəfə Mərkəzi Aparat rəhbəri vəzifəsində işləmişdir. "xxxx" ASC-nin Baş İcraçı direktoru Vüqar Süleymanovun əmək müqaviləsinə xitam verilməsi barədə 90 nömrəli 26 aprel 2021-ci il tarixli əmri ilə, Abdulayev Vaqif Cavanşir oğlu Korporasiyanın daxili nizam-intizam qaydalarını və eləcə də, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 26.04.2021-ci il tarixdən xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Əmrdə göstərilmişdir ki, İddiaçı 10.08.2020-ci il tarixdən etibarən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqə təqdim etmişdir. 10.0.2020-ci il tarixdın 26 aprel 2021-ci il tarixədək işə gəlmir. Korporasiyaya sonuncu dəfə 16.03.2021-ci il tarixli 996390 saylı xəstəlik vərəqəsi təqdim olunmuşdur. ƏN son xəstəlik vərəqəsinin verilməsindən bir aydan çox vaxt keçməsinə baxmayaraq xəstəliyin davam etməsi ilə əlaqədar Korporasiyaya heç bir sənəd təqdim etməmiş və bununla yanaşı işə də gəlməmişdir. Korporasiya tərəfindən Abdullayev Vüqar Cavanşir oğluna bir neçə dəfə yazılı və şifahi məlumat verilsə də, o heç bir sənəd təqdim etməmiş və işə də gəlməmişdir. Həmçinin müəyyən edilmişdir ki, yalnız 19 aprel 2021-ci il tarixdə məlumat göndərilmiş, həmin məlumat isə Poçt şirkətinin aktı ilə geri qaytarılmışdır. Çünki məlumat Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May 1 küçəsi, ev 7 ünanında göndərilmiş və yaşayış evlərinin üzərində nömrələnmə olmadığında görə geri qaytarılmışdır. Lakin İddiaçı yaşayış yeri olan, hansı ki, 18 fevral 2019-cu il tarixdə bağlanmış Əmək müqaviləsinə 13 nömrəli Əlavədə də qeyd edilən ünvan 1 ünvanına məlumat göndərilməsi ilə bağlı sənəd iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda SN 0007 seriyalı 072966 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, İddiaçı 18.04.2021-25.04.2021, 25.04.2021- 04.05.2021-ci il aralığında işdən azad edilir, yəni əmək müqaviləsinə xitam verildiyi gün işçi rəsmi olaraq xəstə olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddənin “Ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsində aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 79-cu maddənin 1ci hissəsinə görə işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, "xxxx" ASC-nin Baş İcraçı direktoru Vüqar Süleymanovun əmək müqaviləsinə xitam verilməsi barədə 90 nömrəli 26 aprel 2021-ci il tarixli əmri əmək qabiliyyətini müvəqqəti itirən işçi barəsində olduğundan qanunvericiliyin pozulması ilə qəbul edilmişdir. Ona görə də qeyd edilən əmr əsaslı deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 300-cü maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası hesab etdir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hüquq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddiaçının iddia tələbinin işə bərpa hissəsində təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir. Məhkəmə ilkin iddia tələbinin onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr, yəni xəstə olduğu dövrlər üçün həmin xəstəlik vərəqələrinə görə verilməyən və istifadə etmədiyi 74 günlük məzuniyyətə görə verilməli olan pulun hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması hissəsi ilə bağlı haqlı olaeaq qeyd etmişdir ki, iddia tələbi qeyd edilən hissədə təmin olunmalıdır. Məhkəmə kollegiuası qarşılıqlı iddia tələbi ilə bağl aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-ci maddəsinin 1-ci hissəsinə görə, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Qarşılıqlı iddiaçı "xxxx" ASC və İddiaçı arasında bağlanan Dİ0001 saylı 01 sentyabr 2010-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır "xxxx" ASC həmin müqaviləyə istinad edərək İddiaçı vurulmuş zərərin ödənilməsini tələb edir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının zərərin əsası kimi istinad etdiyi AS 103/0618 nömrəli 21.06.2018-ci il tarixli və AS 06/0121 nömrəli 03.03.2020-ci il tarixli alqı-satqı müqavilələrində "xxxx"ASC adından Baş İcraçı direktor Həmidov Burhan Əhməd oğlu imza etmişdir. İddiaçı əmlakları sataraq müəssisəyə maddi ziyan vurulması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. - Birincisi mülki hüquq pozuntusu olmalıdır, - ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, - üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdehin hər hansı hüquqa zidd əməli və bunun nəticəsində zərər vurulması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddia üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyator apellyasiya şikayətində ilkin iddia üzrə iddiaçının 1 aylıq iddia müddətini ötürüldüyünü qeyd etsə də, iş materialları ilə bu hal təkzib olunur. Belə ki, ilkin iddia üzrə iddiaçı 25.05.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə onun əmək müqaviləsinə xitam verilməsi barədə 26.04.2021-ci il tarixli əmrin ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməklə 1 aylıq müddəti ötürməmişdir. Ona görə də kolegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3077/2021 saylı iş üzrə 07 iyul 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC -nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3077/2021 saylı iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar