Məhkəmə qərarları › İş №2(103)-11258/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11258/2021

12.11.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11258/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO QSC «Bank Standard» KB-yə qarşı “əmlakların ipoteka yüklülüyündən azad olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-301/2021 saylı, 04.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı1 və X1 ilə cavabdeh ləğv prosesində olan QSC “Bank Standart” KB-nin Lənkəran filialı arasında bağlanmış 18 iyun 2008-ci il tarixli, № ********** və № **********-1 saylı ipoteka müqavilələrinə xitam verərək, Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi ev 7 və Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, dalan 1, ev 7 A nömrəli fərdi yaşayış evlərinin girovdan azad olunmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-301/2021 saylı, 04.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1 ünvanında və ünvan 2aşayış evlərinin üzərində LPO QSC “Bank Standard” KB-nin xeyrinə edilmiş ipotekaya xitam verilməklə həmin əmlakların ipoteka yüklülüyündən azad olunması qət edilmişdir (sədrlik edən: Cəmilə Musayeva). Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Qətnamədən şikayət verilmə qaydası MPM - nin 360-cı maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, cavabdeh tərəfindən məhkəmə qətnaməsinin rəsmi qaydada alınmasını təsdiq edən hər hansı sənəd iş materiallarında aşkar edilmədiyindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülüb-ötürülmədiyini hesablamaq mümkün deyildir. Lakin kollegiya iş materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsinin 04.03.2021-ci il tarixli qətnaməsi məhkəmə tərəfindən poçta 09.04.2021-ci il tarixində verilmiş, icra vərəqində də qətnamənin qüvvəyə minmə tarixi kimi 25 may 2021-ci il tarixi qeyd edilmişdir. Cavabdeh isə apellyasiya şikayətini sürətli poçta 30.09.2021-ci il tarixində vermişdir. 09.04.2021-ci il tarixində göndərilmiş qətnamənin cavabdeh tərəfindən təxminən 5 ay gecikmə ilə almasını məhkəmə ağılabatan hesab etmir. Bundan başqa, apelyator prosessual müddətin ötürülməsinin üzürlü hesab edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etməmiş, müddəti ötürməsini hər hansı şəkildə izah etməmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti verməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin başa çatdığı tarixindən təxminən 5 ay sonra – 30.09.2021-ci il tarixində apellyasiya şikayəti verilmişdir. Qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinə baxmayaraq işə baxılmanın mümkün hesab edilməsi gələcəkdə baş verə bilən prosessual pozuntunun yaranmasına səbəb ola biləcək hal hesab edildiyindən, məhkəmə kollegiyası işə baxılmanı qeyri-mümkün hesab edir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-301/2021 saylı, 04.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh LPO QSC “Bank Standard” KB tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar