Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11279/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı (X3 üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka predmetinin əvəz olunması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(006)-4056/2021 saylı qətnaməsindən iddiaçıların apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-yə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanının X2 mülkiyyət hüququ əsasında məxsus olan, Qəbələ rayonunun, Vəndam kəndində yerləşən, 0.12 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, kürsülü, 4 otaqdan ibarət fərdi həyət evi, 16 yanvar 2018-ci il tarixində Qəbələ Regional Ərazi İdarəsi tərəfindən verilmiş, **********14 daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş RX seriyalı, ******* nömrəli çıxarışı ilə fərdi həyət evi ilə əvəzləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ASC Sərraf və İddiaçı2lərə qarşı 03-MK/0810 saylı, 18 avqust 2014 tarixli kredit müqaviləsinin ləğvi, kredit məbləğinin və kredit faizinin tutulmasına, tələbin 03-MK/0810 saylı, 18 avqust 2014-cü il tarixli ipoteka predmetinə yönəldilməsinə, mənzildə olan şəxslərin qeydiyyatdan çıxarılmasına dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Kredit və ipoteka müqavilələri 18 avqust 2014-cü il tarixində bağlanmışdır. Cavabdehlərdən İddiaçı2 istisna olmaqla, digər cavabdeh İddiaçı3 məhkəmə prosesləri barədə məlumatı olmamışdır, İddiaçı1 və Sona Piriyeva isə məhkəmə prosesinə cəlb olunmamışdırlar. Sumqayıt Şəhər Məhkəməsi iddianın qismən təmin olunmasına dair qətnamə çıxarmışdır. Qətnamə ilə tələb onlara mülkiyyət hüququ əsasında məxsus olan və Sumqayıt şəhəri, məhəllə 16, ev 23A/38, mənzil 102-yə yönəldilmişdir. İddiaçıların bu mənzildən başqa daşınmaz əmlakları yoxdur, mənzilin ipoteka ilə yüklü edilməsi, gələcəkdə tutmanın mənzilə yönəldilməsi barədə iş üzrə cavabdeh İddiaçı3 istisna olmaqla, onlara məlumat verilməmişdir. İddiaçılara məxsus mənzilin mülkiyyətçisi artıq, Cavabdeh ASC-dir, bu bank da müflisləşmiş hesab olunub. Əvəzləşdirilməsi istənilən əmlak, mülkiyyət hüququ əsasında, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan X2 məxsusdur. Əvəzlənməsi istənilən əmlakın bazar qiymətinə hazırki dəyəri 100.000 manata yaxındır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(006)- 4056/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməlidir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,12 ha torpaq sahəsi X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4598/2017 saylı, 06 aprel 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, “Amrahbank" ASC ilə cavabdeh İddiaçı2 arasında bağlanmış 18 avqust 2014-cü il tarixli, 03- MK/0810 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı2 18 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə milli manat ekvivalentində əsas borc üzrə 38.577 ABŞ dolları, faiz məbləği üzrə 13.967 ABŞ dolları, cərimə məbləği üzrə 100 ABŞ dolları, ödənilmiş 30 manat dövlət rüsumundan 28 manat Cavabdeh ASC-nin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, yaşayış sahəsinin ilkin satış qiymətinin 52.000 manat müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra milli manat ekvivalentində 52,644 ABŞ dolları və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş puldan 28 manatın "xxxx" ASC-yə ödənilməsi, qalan vəsaitin isə İddiaçı3 qaytarılması, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Qətnamədən müəyyən edilir ki, kredit müqaviləsi üzrə cavabdeh İddiaçı2 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə İddiaçı3 ilə Amrahbank ASC arasında bağlanılmış 18.08.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 4 ünvanında yerşələn yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı hazırda həmin ipoteka predmetinin başqa yaşayış evi ilə əvəz olunmasını tələb edir. Kollegiya hesab edir ki, məhkəmə iddianın rədd olunması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 6.5-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka saxlayanın razılığı ilə dəyişdirilə bilər. Baxılan iş üzrə göründüyü kimi, sözügedən mübahisəli müqavilə ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur və həmin aktda tutmanın ipoteka müqaviləsinin predmeti olan əmlaka yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi öz əksini tapmışdır. İddiaçı özü qeyd etmişdir ki, mənzilin mülkiyyətçisi artıq Bankdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Qeyd olunanlara əsasən, hazırki halda ipoteka predmetinin əvəz edilməsindən söhbət gedə bilməz. Beləliklə, apelyyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Kollegiya iddiaçı tərəfindən dəlillərin formal olaraq irəli sürülməsi qənaətinə gəlir. Apelyasiya şikayətində irəli sürdülənlər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçların apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4056/2021 saylı iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11279/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11279/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver