Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11299/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2021 saylı, 24 avqust 2021ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X5, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Əliyeva (Əbdülova) Samirə Camal qızına, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18 və Cavabdeh11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Pərzəli oğlundan, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 İiqar oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000008019 saylı kredit razılaşması üzrə 24538.69 ABŞ dolları məbləğində kredit borcu, 14691 ABŞ dolları məbləğində faiz borcu və 10000 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 49229.69 ABŞ dolları borcun, 09R000010950 saylı kredit razılaşması üzrə 496838.64 ABŞ dolları məbləğində kredit borcu, 267795.79 ABŞ dolları məbləğində faiz borcu və 120000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 884634.43 ABŞ dolları borcun, hər iki kredit razılaşması üzrə ümumilikdə cəmi 933864 (doqquz yüz otuz üç min səkkiz yüz altmış dörd ABŞ dolları 12 (on iki) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 90 manat rüsumun və 180 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri Xətai rayonu Vunqtau küçəsində yerləşən 11 a saylı evin 59 saylı mənzilinə, Cavabdeh4 məxsus Bakı şəhəri Hidayətzadə küçəsində yerləşən 51 "a” saylı evin 27 saylı mənzilinə; Cavabdeh6 məxsus Bakı şəhəri Nəsimi rayonu Ak.Mirqasımov küçəsində yerləşən 29 saylı evin 173 saylı mənzilinə; Cavabdeh5 məxsus Bakı şəhəri Nərimanov rayonu Hidayətzadə İsmayıl küçəsində yerləşən 14 saylı evin 80 saylı mənzilinə; Cavabdeh9 məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Axundov küçəsində yerləşən saylı evin 26 saylı mənzilinə; Cavabdeh3 məxsus Bakı şəhəri Yasamal rayonu İzmir küçəsində yerləşən 5 a saylı evin 18 saylı mənzilinə; Cavabdeh8 məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsində yerləşən 8 saylı evin 21 saylı mənzilinə; Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsində yerləşən 121 saylı evin 52 saylı mənzilinə; Cavabdeh7 məxsus Bakı şəhəri Nizami rayonu 526-cı küçə, 2410-cu məhəllədə yerləşən 326.6 kv.m ümumi, 176.6 kv.m əsas, 150 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 933864 (doqquz yüz otuz üç min səkkiz yüz altmış dörd) ABŞ dolları 12 (on iki) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 90 manat rüsumun və 180 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 müştərək qaydada tutulması; Bakı şəhəri Nizami rayonu 526-cı küçə, 2410cu məhəllədə yeləşon 326.6 kv.m ümumi, 176.6 kv.m əsas, 150 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri Xətai rayonu Vunqtau küçəsində yerləşən 11 a saylı evin 59 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən cixarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri Hidayətzadə küçəsində yerləşən 51 "a" saylı evin 27 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, X3 və Cavabdeh11 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri Nəsimi rayonu Ak.Mirqasımov küçəsində yerləşən 29 saylı evin 173 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri Nərimanov rayonu Hidayətzadə İsmayıl küçəsində yerləşən 14 saylı evin 80 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5, X4 və Cavabdeh13 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Axundov küçəsində yerləşən 19 saylı evin 26 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh9 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri Yasamal rayonu İzmir küçəsində yerləşən 5 a saylı evin 18 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 Cavabdeh14, Əliyeva (Əbdülova) Samiıə Camal qızının, Cavabdeh16 və Cavabdeh17 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsində yerləşən 8 saylı evin 21 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh8 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsində yerləşən 121 saylı evin 52 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 İiqar oğlundan müştərək qaydada 09R000008019 saylı kredit razılaşması üzrə 24538.69 ABŞ dolları məbləğində kredit borcu, 14691 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 39729.69 ABŞ dolları (otuz doqquz min yeddi yüz iyirmi doqquz dollar altmış doqquz sent) ABŞ dolları, 09R000010950 saylı kredit razılaşması üzrə 496838.64 ABŞ dolları məbləğində kredit borcu, 267795.79 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 765634.43 ABŞ dolları olmaqla, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə 805364,12 (səkkiz yüz beş min üç yüz altmış dörd dollar on iki sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 90 (doxdan) manat məbləğində rüsumun və 180 (yüz səksən) manat məbləğində xidmət haqqının iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 tutulmalı olan məbləğ-805364,12 (səkkiz yüz beş min üç yüz altmış dörd dollar on iki sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc öhdəliyinin təminatı kimi iddiaçı "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində yerləşən 11 a saylı evin 59 saylı mənzilə dair, Cavabdeh4 məxsus Bakı şəhəri, Hidayətzadə küçəsində yerləşən 51 "a" saylı evin 27 saylı mənzilinə, Cavabdeh6 məxsus Bakı şəhəri, Nəsimi rayonu Ak.Mirqasımov küçəsində yerləşən 29 saylı evin 173 saylı mənzilinə, Cavabdeh9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi R.Axundov küçəsində yerləşən saylı evin 26 saylı mənzilinə, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində yerləşən 5 a saylı evin 18 saylı mənzilinə, Cavabdeh8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsində yerləşən 8 saylı evin 21 saylı mənzilinə, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 121 saylı evin 52 saylı mənzilinə, Cavabdeh7 məxsus Bakı şəhəri, Nizami rayonu, 526-cı küçə, 2410-cu məhəllədə yerləşən 326.6 kv.m ümumi, 176.6 kv.m əsas, 150 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına yönəldilməsi, həmin ipoteka predmetləri açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Pərzəli oğluna, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 İiqar oğluna verilməsi; ipoteka predmetləri olan Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində yerləşən 11 a saylı evin 59 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 72000 (yetmiş iki min) manat, Bakı şəhəri, Hidayətzadə küçəsində yerləşən 51 "a" saylı evin 27 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 76000 (yetmiş altı) manat, Cavabdeh6 məxsus Bakı şəhəri, Nəsimi rayonu Ak.Mirqasımov küçəsində yerləşən 29 saylı evin 173 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 108.000 (yüz səkkiz min) manat, Cavabdeh5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə İsmayıl küçəsində yerləşən 14 saylı evin 80 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 45.000 (qırx beş min) manat, Cavabdeh9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi R.Axundov küçəsində yerləşən saylı evin 26 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 72000 (yetmiş iki min) manat, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində yerləşən 5 a saylı evin 18 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 117.000 (yüz on yeddi min) manat, Cavabdeh8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsində yerləşən 8 saylı evin 21 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 63.000 (altmış üç min) manat, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 121 saylı evin 52 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 80.000 (səksən min) manat, və Cavabdeh7 məxsus Bakı şəhəri, Nizami rayonu, 526-cı küçə, 2410-cu məhəllədə yerləşən 326.6 kv.m ümumi, 176.6 kv.m əsas, 150 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 170.000 (bir yüz yetmiş min) manat məbləğində müəyyən olunması; Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində yerləşən 11 a saylı evin 59 saylı mənzil, Bakı şəhəri, Hidayətzadə küçəsində yerləşən 51 "a" saylı evin 27 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu Ak.Mirqasımov küçəsində yerləşən 29 saylı evin 173 saylı mənzil, Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə İsmayıl küçəsində yerləşən 14 saylı evin 80 saylı mənzil, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi R.Axundov küçəsində yerləşən saylı evin 26 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində yerləşən 5 a saylı evin 18 saylı mənzil, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsində yerləşən 8 saylı evin 21 saylı mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 121 saylı evin 52 saylı mənzil, Bakı şəhəri, Nizami rayonu, 526-cı küçə, 2410-cu məhəllədə yerləşən 326.6 kv.m ümumi, 176.6 kv.m əsas, 150 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış mənzil açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması və ipoteka predmetləri alıcıya təhvil verilməsi; aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Pərzəli oğlundan, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 İiqar oğlundan müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi; Ekspertiza (əmtəəşünaslıq) tədqiqatının dəyərini təşkil edən 1000 (min) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Pərzəli oğlundan, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 İiqar oğlundan müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə yanlışlığın düzəldilməsi barədə ərizə təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində - 3-cü abzasında yönəldilməli əmlak sırasında Cavabdeh5 Həbulla oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə İsmayıl küçəsində yerləşən 14 saylı evin 80 saylı mənzili əlavə edilmiş; 4-cü abzasda “Cavabdeh9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi R.Axundov küçəsində yerləşən saylı evin 26 saylı mənzili” sözləri “Cavabdeh9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi R.Axundov küçəsində yerləşən 19 saylı evin 26 saylı mənzili” sözləri ilə əvəz edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən - faizlərin və dəbbənin tutulmasi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi üzrə ilkin satış qiymətinin likvid dəyərinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, iddianın faiz və dəbbənin tutulması hissəsində rədd edilməsi, tutmanın ipoteka predmetlərinə yönəlməsi hissəsində ilkin satış qiymətinin bazar dəyərinə uyğun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini bununla əsaslandırılmışdır ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş məhkəmə ekspertizası idarəsinə və ya məhkəmə ekspertinə həvalə edilmək əvəzinə, heç bir təcrübəsi olmayan özəl şirkətə həvalə edilmiş, nəticədə ekspert rəyini heç bir xüsusi elmi biliyə malik olmayan şəxs imzalamışdır. Mənzillərin qiymətinin müəyyən edilməsi zamanı ciddi səhvlərə yol verilib, qiymətləndirmə işi qeyri-peşəkarcasına aparılıb, rəydə müxtəlif metodikalar formal olaraq sadalansa da, bu qiymətləndirmə zamanı hansı metodikanın tətbiq edildiyi göstərilməyib, alternativ qiymət təkliflərinə və (və ya) reallaşmış alğı-satqı nümunələrinə (miiqavilə və s.) istinad edilməyib və müvafiq sənədlər (sübut və ya təsdiqlər) rəylərə əlavə edilməyib. Bu səbəbdən rəylərdə mənzillərin qiyməti real satış və bazar dəyərindən xeyli aşağı göstərilmişdir. Belə ki, yaşadığı binada (Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi ev 51A) mənzililə eyni sahəsi olan mənzil bir neçə ay bundan əvvəl 98.000 manata satılmışdır. Qeyd olunanlardan məlum olur ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası səlahiyyəti olmayan şəxs tərəfindən həyata keçirilmiş və mənzillərin real qiymətini əks etdirmir. Bundan başqa məhkəmə nədənsə qətnamədə likvid dəyərini ilkin satış qiyməti kimi müəyyən etmişdir. Hesab edirik ki, ilkin satış qiyməti bazar qiymətlərinə bərabər olmalıdır. Bundan əlavə, məhkəmə-mühasibatlıq ekspertizasnın rəyində borcun hesablanması metodologiyası göstərilməmişdir, bu səbəbdən əsas borc və faizlər hansı üsulla hesablandığı məlum deyildir. Onun hesablamalarına görə bu borc göstərildiyindən xeyli aşağı olmalıdır. Bu isə qətnamədəki mövcud rəqəmləri xeyli dəyişəcəkdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 465.2, 467, 470.1, 472.1-472.2, 269.1, 269.7, 269.4, 317.1, 319.1, 319.4-cü maddələrinə; “İpoteka haqqında” Qanunun 33, 34.1, 36.1, 36.3, 39.3, 47.4, 59.3.1-ci maddələrinə; “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3, 7, 8-ci istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.05.2005-ci il tarixli 01L000257 saylı kreditxətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 125000 (yüz iyirmi bir) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.04.2013-cü il tarixli 09R000008019 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 650000 (altı yüz əlli min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Nəticədə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000008019 saylı kredit razılaşması üzrə 24538.69 ABŞ dolları məbləğində kredit borcu, 14691 ABŞ dolları məbləğində faiz borcu və 10000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 49229.69 ABŞ dolları borcun, 09R000Cİ10950 saylı kredit razılaşması üzrə 496838.64 ABŞ dolları məbləğində kredit borcu, 267795.79 ABŞ dolları məbləğində faiz borcu və 120000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 884634.43 ABŞ dolları borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsinə əsasən tərtib edilmiş 2 (iki) kredit razılaşması üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh2, Cavabdeh3 Pərzəli oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Pərzəli oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas kredit borcu və hesablanmış faizlər hissəsində təmin edilməli, 09R000008019 nömrəli kredit razılaşması üzrə 24538,69 (iyirmi dörd min beş yüz otuz səkkiz dollar altmış doqquz sent) ABŞ dolları məbləğində kredit borcu və 14691 (on dörd min altı yüz doxsan bir dollar) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 39229,69 (otuz doqquz min iki yüz iyirmi doqquz dollar altmış doqquz sent) ABŞ dolları məbləğində borc cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Pərzəli oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X6, Cavabdeh10 və Cavabdeh11, 09R000010950 nömrəli kredit razılaşması üzrə 496838,64 (dörd yüz doxsan altı min səkkiz yüz otuz səkkiz dollar altmış dörd sent) ABŞ dolları məbləğində kredit borcu və 267795,79 (iki yüz aıtmış yeddi min yeddi yüz doxsan beş dollar yetmiş doqquz sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 764634,43 (yeddi yüz altmış dörd min altı yüz otuz dörd dollar qırx üç) ABŞ dolları məbləğində borc cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Pərzəli oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 tərəfindən iddiaçıya ödəməlidirlər. Məhkəmə iddia ərizəsinin kredit müqaviləsinə əsasən tərtib edilmiş 2 (iki) kredit razılaşması üzrə ayrı-ayrılıqda əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından endirilməli, 09R000008019 nömrəli kredit razılaşması üzrə 10000 (on min dollar) ABŞ dolları məbləğində cərimə (dəbbə) borcu 500 (beş yüz) ABŞ dolları məbləğində müəyyən edilməli, 09R000010950 nömrəli kredit razılaşması üzrə 12000 (on min dollar) ABŞ dolları məbləğində cərimə (dəbbə) borcu 1.000 (bir min) ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Pərzəli oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində yerləşən 11 a saylı evin 59 saylı mənzilə dair, Cavabdeh4 məxsus Bakı şəhəri, Hidayətzadə küçəsində yerləşən 51 "a" saylı evin 27 saylı mənzilə dair, Cavabdeh6 məxsus Bakı şəhəri, Nəsimi rayonu Ak.Mirqasımov küçəsində yerləşən 29 saylı evin 173 saylı mənzilə dair, Cavabdeh9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi R.Axundov küçəsində yerləşən saylı evin 26 saylı mənzilə dair, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində yerləşən 5 a saylı evin 18 saylı mənzilə dair, Cavabdeh8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsində yerləşən 8 saylı evin 21 saylı mənzilə dair, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 121 saylı evin 52 saylı mənzilə dair, Cavabdeh7 məxsus Bakı şəhəri, Nizami rayonu, 526-cı küçə, 2410-cu məhəllədə yerləşən 326.6 kv.m ümumi, 176.6 kv.m əsas, 150 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına dair ipoteka müqavilələri bağlanmış, göstərilən əmlaklar ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdeh1 və zaminlik müqaviləsi üzrə üzərinə öhdəlik götürmüş digər cavabdehlərə xəbərdarlıq məktubları ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlər ipoteka saxlayanın (iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində yerləşən 11 a saylı evin 59 saylı mənzilə dair, Cavabdeh4 məxsus Bakı şəhəri, Hidayətzadə küçəsində yerləşən 51 "a" saylı evin 27 saylı mənzilinə, Cavabdeh6 məxsus Bakı şəhəri, Nəsimi rayonu Ak.Mirqasımov küçəsində yerləşən 29 saylı evin 173 saylı mənzilinə, Cavabdeh9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi R.Axundov küçəsində yerləşən saylı evin 26 saylı mənzilinə, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində yerləşən 5 a saylı evin 18 saylı mənzilinə, Cavabdeh8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsində yerləşən 8 saylı evin 21 saylı mənzilinə, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 121 saylı evin 52 saylı mənzilinə, Cavabdeh7 məxsus Bakı şəhəri, Nizami rayonu, 526-cı küçə, 2410-cu məhəllədə yerləşən 326.6 kv.m ümumi, 176.6 kv.m əsas, 150 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyanlara qaytarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində yerləşən 11 a saylı evin 59 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 72000 (yetmiş iki min) manat, Bakı şəhəri, Hidayətzadə küçəsində yerləşən 51 "a" saylı evin 27 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 76000 (yetmiş altı) manat, Cavabdeh6 məxsus Bakı şəhəri, Nəsimi rayonu Ak.Mirqasımov küçəsində yerləşən 29 saylı evin 173 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 108.000 (yüz səkkiz min) manat, Cavabdeh5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə İsmayıl küçəsində yerləşən 14 saylı evin 80 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 45.000 (qırx beş min) manat, Cavabdeh9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi R.Axundov küçəsində yerləşən saylı evin 26 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 72000 (yetmiş iki min) manat, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində yerləşən 5 a saylı evin 18 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 117.000 (yüz on yeddi min) manat, Cavabdeh8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsində yerləşən 8 saylı evin 21 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 63.000 (altmış üç min) manat, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 121 saylı evin 52 saylı mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 80.000 (səksən min) manat və Cavabdeh7 məxsus Bakı şəhəri, Nizami rayonu, 526-cı küçə, 2410-cu məhəllədə yerləşən 326.6 kv.m ümumi, 176.6 kv.m əsas, 150 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış mənzilinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 170.000 (bir yüz yetmiş min) manat məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni faiz borcu və dəbbə pulu, tutmanın ipoteka predmetlərinə yönəldilməsi üzrə ilkin satış qiymətinin likvid dəyərinin müəyyən edilməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin mübahisələndirilən hissədə faktiki əsası (faktiki hallar) tələbin həmin hissələrdə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, birinci instansiya məhkəməsində tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən də istifadə edilmişdir. Ekspert də də iş materialına əlavə edilmiş sübutlardan istifadə etməklə rəy vermişdir. Lakin cavabdeh şikayətində məhkəmə-mühasibatlıq ekspertizasnın rəyində borcun hesablanması metodologiyasının göstərilməməsi, bu səbəbdən əsas borc və faizlərin hansı üsulla hesablandığı məlum olmadığı, hesablamalarına görə bu borc göstərildiyindən xeyli aşağı olmalı olduğuna dair halları mübahisələndirir. Məhkəmə qərar qəbul edərkən ekspertin əsas və faiz borc barədə müəyyən etdiyi məbləği də nəzərə almış, yəni tələb edilən əsas və faiz borcunun məbləği ilə, ekspertin müəyyən etdiyi məbləğ eyni olmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə etdiyi ödənişlərə dair sübutları apellyasiya baxışı zamanı da təqdim edə bilərdi, lakin məhkəmə iclasına gəlməmiş və şikayətində göstərdiklərinə dair sübut təqdim etməmişdir. Əgər hesablamalarına görə borcunun xeyli aşağı qaldığını bəyan edirsə artıq bu halı sübut etmək yükü onun üzərinə düşür, lakin bəyan etdiyi bu halları sübut edə bilmir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. İkincisi Cavabdeh1 göstərdiyi dəlillər onu kredit müqaviləsi üzrə öhdəlikdən azad edə bilməz. Çünki, borcalan qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də borcalandan qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Üçüncüsü, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, borcalanın da əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas və faiz borcu ilə yanaşı, həm də cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz borcalanın vəziyyətini ağırlaşdırmaya bilməz. Ancaq tələb edilən birinci müqavilə üzrə 10000 ABŞ dollarından 500 ABŞ dollarınadək, ikinci müqavilə üzrə 120000 ABŞ dollarından, 1000 ABŞ dollarınadək azaldılmışdır. İddiaçı bu azalmanı mübahisələndirməsə də, cavabdeh azaldılmış məbləğin də tam ləğv edilməsini tələb edir. Ancaq cərimənin tam ləğv edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də cərimə hissəsində də şikayətin dəlili əsassız olduğundan təmin edilə bilməz. Dördüncüsü, Cavabdeh1 ipoteka predmeti olan əmlakların yenidən qiymətləndirilməsi ilə bağlı təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi və ekspertizanın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində aparılması ilə bağlıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti də ipoteka predmetinin bazar dəyəri ilə deyil, likvid dəyəri ilə müəyyən edilir. Bazar dəyərinin ilkin satış qiyməti kimi göstərilməsi isə “İpoteka haqqında” Qanunun tələblərinə ziddir. Birinci instansiya məhkəməsi də hər bir ipoteka predmeti barədə müstəqil qiymətləndiricinin rəyini almış və həmin rəylərdə də ipoteka predmetinin likvid dəyəri göstərilmişdir. Ona görə də yenidən qiymətləndirmə keçirilməsinə hər hansı bir zərurət və əsas olmadığından təkrar qiymətləndirmə yaxud əmtəəşünaslıq ekspertizasının keçirilməsinə də lüzum yoxdur. Çünki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində daşınmaz əşyaların qiymətləndirilməsinə dair ekspertizalar keçirilmir. Bu fakt barədə dəfələrlə başqa işlər üzrə də həmin Mərkəzdən məlumat verilmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə həmin hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2021 saylı, 24 avqust 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11299/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11299/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver