Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11330/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədirlik edən və məruzəçi), X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.09.2021-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının aradan qaldırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqavilənin 9.2-ci bəndində tərəflər öhdəliyini yerinə yetirmədiyi zaman yaranan mübahisə və ziddiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyində göstərilmiş qaydada aidiyyatı üzrə Bakı şəhərinin məhkəmələrində həll edilməsi müəyyənləşdirilsə də və iş üzrə tərəflərdən yalnız İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhərində olsa da, iş materiallarında olan vergi ödəyicilərinin məlumatları barədə elektron informasiya sistemindən çıxarışa əsasən Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı ünvan 2k prospekti 16 isə Əmanətlərin Sığortalanması Fondunun fəaliyyət göstərdiyi fakriki ünvandır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Sumqayıt apellyasiya Məhkəməsi də apellyasiya instansiyası olaraq qeyd olunan mülki işlə bağlı ərazi aidiyyatına dair mübahisəyə münasibət bildirmişdir və mövqeyini bu cür əsaslanırmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasıdna bağlanmış 18 mart 2014-cü il tarixli müqavilənin 9.2-ci maddəsindən görünür ki, tərəflər öhdəliyini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyuində göstərilmiş qaydada aidiyyatı üzrə Bakı şəhərinin məhkəmələrində həll edilir. İşdən görünür ki, iddiaçı "xxxx" ASC ləğv prosesindədir və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanıdır. Odur ki, Bakı apellyasiya Məhkəməsinin də apellyasiya instansiyası olaraq qeyd olunan mülki işlə bağlı ərazi aidiyyatına dair mübahisəyə münasibət bildirməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Göstərilənlərə əsasən və MPM-in 45, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Mülki iş Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-11330/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11330/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver