Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11382/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-689/2021 saylı, 14.09.2021-ci il tarixli qətnaməsindən caavbdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 23.01.2015-ci il tarixli, 004/15/PBN saylı kredit müqaviləsi əsasən 13825.49 ABŞ dolları əsas borc, 22433.54 ABŞ dolları hesablanmış faiz, 21789 ABŞ dolları hesablanmış dəbbə, cəmi 58048.03 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını, 23.01.2015-ci il tarixli, 004/15/PBN saylı kredit müqaviləsi üzrə tələbin Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 556/557-ci məhəllə, Hüseyn Cavid prospektində yerləşən 79 saylı evin 53 saylı (yeni qaydalara görə Bakı şəhəri, yasamnal rayonu, H.Cavid prospekti 205, M16, mənzil 1) mənzilə (RX seriyalı, ******* nömrəli, **********6-05301-093055 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 17.01.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən) yönəldilməsi, 53 saylı mənzilin dəyərinin 224000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, mənzildə yaşayanların, Cavabdeh mənzilə olan istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, mənzilin məcburi boşaldılması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəlki "xxxx"ASC (indiki İddiaçı BOKT ASC) arasında 23.01.2015-ci il tarixli, 004/15/PBN saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 23.01.2015-ci il tarixli, 004/15/PBN saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 24 faizlə 35 000 ABŞ dolları məbləğində kredit verilmişdir. 23.01.201-ci il tarixli, 004/15/PBN saylı kredit müqaviləsinin təminatı kimi 23.01.20215-ci il tarixli, 004/15/PBN saylı İpoteka müqaviləsi imzalanmışdır. X3 əsaəsn Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 556/557-ci məhəllə, Hüseyn Cavid prospektində yerləşən 79 saylı evin 53 saylı mənzili (Yeni qaydalara görə - Bakı ş. Yasamal r. H. Cavid pr. 205, M16, ml) ipoteka ilə yüklü edilmişdir. (RX seriyalı, ******* nömrəli, **********36-05301-093055 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 17.01.2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən). İpoteka (girov) müqaviləsi və onlara edilən əlavələr notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gccikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 23.01.2015-ci il tarixli, Q04/15/PBN saylı kredit müqaviləsinə əsasən cavabdehin BOKTA-a 13825.49 ABŞ dolları əsas borc, 22433.54 ABŞ dolları hesablanmış faiz, 21789 ABŞ dolları hesablanmış dəbbə, cəmi 58048.03 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər.
3. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-689/2021 saylı, 14.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 13825.49 ABŞ dolları əsas borc, 2392,55 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 17.218,04 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü manata məzənnə ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 556/557-ci məhəllə, Hüseyn Cavid prospektində yerləşən 79 saylı evin 53 saylı mənzilinin (Yeni qaydalara görə - ünvan 1 ünvanında yerləşən mənzilinə yönəldilsin, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Bakı şəhəri, Yasamal rayonu, 556/557-ci məhəllə, Hüseyn Cavid prospektində yerləşən 79 saylı evin 53 saylı mənzilinin (Yeni qaydalara görə - ünvan 1 açıq hərracda ilkin satış qiymətinin 300000,0 (üç yüz min) manat müəyyən edilməsi, mənzilin satılması və ondan əldə ediləcək vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilin hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, 556/557-ci məhəllə, Hüseyn Cavid prospektində yerləşən 79 saylı evin 53 saylı mənzili (Yeni qaydalara görə - ünvan 1 mənzilini tərk etməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli ) manat məbləğində pulun Cavabdeh tutulması, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun Ləğv prosesində olan “Texnikabank" ASC-dən tutularaq, "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir (sədrlik edən: Solmaz Ədilova).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-689/2021 saylı, 14.09.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx"ASC ilə (indiki İddiaçı BOKT ASC) tərəflər arasında olan 23.01.2015-ci il tarixli, 004/15/PBN saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq cavabdehə 23.01.2015-ci il tarixli, 004/15/PBN saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 24 faizlə 35 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin hal-hazırda cavabdehin sözügedən məbləği 24 faizlə ödəməyə maddi imkanı çatmır. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinin İ bəndinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Cavabdehin həmin borcu tam ödəməyə maddi imkanı yol vermir. Aydın məsələdir ki, 2015-ci ildə devalvasiyanın baş verməyəcəyi təqdirdə cavabdeh banka olan borcunu tam şəkildə ödəyə biləcəkdi. Lakin, indiki şərtlər cavabdehin həmin borcu birdəfəyə ödəməyə imkan vermir. Göründüyü kimi, cavabdeh borcun ödənilməsindən boyun qaçırmır. Sadəcə olaraq borcun birdəfəlik ödənilməsi cavabdehin imkanları xaricində olduğundan, cavabdeh onu 60 ay ərzində hissə-hissə qaytarmaq niyyətindədir. Məlumdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yaranmış problemin aradan qaldırılması məqsədi ilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı qəbul edilmişdir. Həmin Fərmana əsasən, problemli kreditlərin həlli üçün görülən tədbirlər 3 mərhələdən ibarətdir: Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi sözügedən Fərmanla müəyyən edilmiş qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi; Banklar tərəfindən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi; Əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə kredit borclarının rcstrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli kreditlərin verilməsi. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi F.Mahmudov cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
10. Belə ki, iş üzrə təqdim olunmuş Cavabdeh ilə əvvəlki "xxxx"ASC arasında bağlanmış 23.01.2015-ci il tarixli, 004/15/PBN saylı kredit müqaviləsindən görünür ki, "xxxx"ASC Cavabdeh 36 ay müddətinə, 24 faizlə 35 000 ABŞ dolları məbləğində kredit verilmişdir.
11. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh 1374 dolları( bir min üç yüz yetmiş dörd) ABŞ dolları məbləği 366 ay müddətinə illik 24 % faizlə, aylıq 1374 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, kredit məbləği borcalan tərəfindən imza edilərək, qəbul edilmişdir.
12. İş materiallarında olan 23.01.20215-ci il tarixli, 004/15/PBN saylı ipoteka müqaviləsindən görünür ki, 23.01.201-ci il tarixli, 004/15/PBN saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 556/557-ci məhəllə, Hüseyn Cavid prospektində yerləşən 79 saylı evin 53 saylı mənzili (Yeni qaydalara görə - Bakı ş. Yasamal r. H. Cavid pr. 205, M16, ml) ipoteka ilə yüklü edilmişdir.
13. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, **********36-05301-093055 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 17.01.2015-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 556/557-ci məhəllə, Hüseyn Cavid prospektində yerləşən 79 saylı evin 53 saylı mənzili (Yeni qaydalara görə - Bakı ş. Yasamal r. H. Cavid pr. 205, M16, ml) Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2270 nömrəli reyestr kitabının 211294 nömrəli vərəqində 16.08.2006-cı ildə qeydiyyata alınmışdır.
14. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, 556/557-ci məhəllə, Hüseyn Cavid prospektində yerləşən 79 saylı evin 53 saylı mənzili (Yeni qaydalara görə - Bakı ş. Yasamal r. H. Cavid pr. 205, M16, ml) Para BOKT ASC-nin xeyrinə Müvafiq olaraq 23.01.2015-ci il tarixli, 004/15/PBN saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 2270 nömrəli reyestr kitabının 211294 nömrəli vərəqində 27.01.2015-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan arayışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ailəsi bir nəfərdən ibarətdir.
15. İş materiallarında olan 24.07.2017-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, 7 iş günü ərzində Bankın pul tələbləri ödənilməzsə və ya məhkəməyə müraciət etmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşma təsdiq edilməzsə, tutmanın ipoteka predmeti olan mənzilə yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir.
16. İş materiallarında olan 02.10.2020-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.04.2016-cı il tarixə 13 825,49 dollar əsas borcu, 22433,54 dollar faiz borcu, 21789 dollar cərimə borcu cəmi 58048,03 ABŞ dolları borcu vardır.
17. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin 06 may 2021-ci il tarixli ƏEM/A 134- 456/21 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 556/557-ci məhəllə, Hüseyn Cavid prospektində yerləşən 79 saylı evin 53 saylı mənzili (Yeni qaydalara görə - Bakı ş. Yasamal r. H. Cavid pr. 205, M16, ml) mənzilin bazar dəyəri 316,000 manat, likvid dəyəri 300000 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir.
18. İş materiallarında olan 07 iyul 2021-ci il tarixli 9/4499 №-li AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış, 23 yanvar 2015-ci İ tarixli, 004/15/PBN saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 23 yanvar 2015-ci il tarixli, 004/15/PBN saylı kredit müqaviləsi üzrə 23 yanvar 2018-ci il və 02 oktyabr 2020-ci il tarixlərə İddiaçı BOKT ASC-nə olan bcrcu ümumilikdə aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 23.01.2018-ci il tarixə əsas kredit borcu 18.691,78 ABŞ dolları, faiz borcu 2.392,55ABŞ dolları, 02.10.2020-ci il tarixə əsas kredir borcu 17.353,97 ABŞ dollar, faiz borcu 8.114,10 ABŞ dollar təşkil edir. Hüquqi dəyərləndirmə:
19. İşin mahiyyəti ilə bağlı kollegiya aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri hesab edir:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
21. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
23. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür;
25. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
26. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
27. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;
28. Həmin Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər;
29. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər;
30. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
32. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında, sonuncu Bankdan 36 ay müddətinə, 24 faizlə 35 000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, 556/557-ci məhəllə, Hüseyn Cavid prospektində yerləşən 79 saylı evin 53 saylı mənzili (Yeni qaydalara görə - Bakı ş. Yasamal r. H. Cavid pr. 205, M16, ml) ipoteka qoyulmuşdur. İş üzrə İddiaçı BOKT ASC kredit müqaviləsində nəzərdə tutulan məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.
33. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə mühasibatlıq ekspertizsı təyin etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyinə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış, 23 yanvar 2015-ci İ tarixli, 004/15/PBN saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 23 yanvar 2015-ci il tarixli, 004/15/PBN saylı kredit müqaviləsi üzrə 23 yanvar 2018-ci il və 02 oktyabr 2020-ci il tarixlərə İddiaçı BOKT ASC-nə olan borcu ümumilikdə aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 23.01.2018-ci il tarixə əsas kredit borcu 18.691,78 ABŞ dolları, faiz borcu 2.392,55ABŞ dolları, 02.10.2020-ci il tarixə əsas kredir borcu 17.353,97 ABŞ dollar, faiz borcu 8.114,10 ABŞ dollar təşkil edir. Kollegiya qeyd edir ki, ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal aşkar edilmədiyindən birinci instansiya məhkəməsi həmin rəylərə istind etməkdə haqlı olmuşdur.
34. Belə ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə ekspert rəyini əsas götürməklə cavabdehin mübahisələndirilən kredit müqaviləsi üzrə tələb edilən 22433.54 ABŞ dolları hesablanmış faiz borcunun qismən - 2392,55 ABŞ dolları məbləğində əsaslı olmasına dair dügün nəticəyə gəlmişdir.
36. İddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
37. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
38. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
39. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, 21.789 ABŞ dolları məbləğində cərimə, yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləğinin azaldılaraq 1000 ABŞ dolları məbləğində müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
40. İddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı hissəsinə münasibətdə isə kollegiya Mülki Məcəllənin aşağıdakı normalarına istinad edilməsini zəruri hesab edir:
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
42. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
43. Həmin Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
44. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
45. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
46. Həmin Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
47. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
48. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
49. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən, girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir.
50. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri.
51. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır.
52. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.
53. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
54. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
55. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
56. Qeyd olunan hüquq normalarına əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini əmlakın ilkin satış qiymətinin 224000 ( iki yüz iyirmi dörd min manat) müəyyən edilməklə və əmlakın harracdan sataraq əldə edilən vəsaitdən göstərilən məbləğlərin İddiaçı Bank ASC-yə ödənilməsi, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, 556/557-ci məhəllə, Hüseyn Cavid prospektində yerləşən 79 saylı evin 53 saylı mənzilindən (Yeni qaydalara görə - Bakı ş. Yasamal r. H. Cavid pr. 205, M16, m 1) çıxarılması və həmin mənzilin məcburi qaydada boşaldılması hissəsində qismən əsaslı hesab etməkdə haqlı olmuşdur.
57. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı əmlakın qiymətləndirilməsi həyata keçirilmişdir. "xxxx" MMC-nin 06.05.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 556/557-ci məhəllə, Hüseyn Cavid prospektində yerləşən 79 saylı evin 53 saylı mənzilin (Yeni qaydalara görə - ünvan 1 likvid dəyəri 300.000 (üç yüz min) manat təşkil edir.
58. Kollegiya qeyd edir ki, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 556/557-ci məhəllə, Hüseyn Cavid prospektində yerləşən 79 saylı evin 53 saylı (Yeni qaydalara görə - ünvan 1 mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Bakı şəhəri, Yasamal rayonu, 556/557-ci məhəllə, Hüseyn Cavid prospektində yerləşən 79 saylı evin 53 saylı (Yeni qaydalara görə - ünvan 1 mənzilin açıq hərracda ilkin satış qiymətinin 300.000 (üç yüz min) manat, müəyyən edilməsi, mənzilin satılması və ondan əldə ediləcək vəsaitin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin müvafiq olaraq ipoteka qoyana qaytarılması, əmlakların satışından əldə edilən vəsaitin iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, mənzilin hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh oranı tərk etməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
59. Kollegiya həmçinin iddiaçının cavabdehin ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin mənzilə olan istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, mənzilin məcburi boşaldılması ilə bağlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının həmin tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Ona görə də həmin hissədə iddia tələbinin rədd edilməsinə dair məhkəmənin mövqeyi əsaslıdır.
60. Cavabdeh apellyasiya şikayətində hazırda borcun ödənilməsinə maddi imkanının olmamasını bildirmiş və borcu hissə-hissə ödəyə biləcəyini qeyd etmiş, bunu 2015-ci ildə baş vermiş devalivasiya ilə ilə izah etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin maddi imkanları və devalivasiya cavabdehi müqavilə üzrə borc öhdəliyindən azad edən hallara aid deyildir. Borcun hissə-hissə ödənilməsinə münasibətdə isə kollegiya qeyd edir ki, tərəflər arasında borcun hissə-hissə ödənilməsinə dair hər hansı bir razılaşma olmadığından cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvi üçün əsas deyildir. Bundan başqa, cavabdeh borcun hissə-hissə ödənilməsi ilə bağlı qətnamə qanuni qüvvəyə mindikdən sonra Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin tələblərinə əsasən qətnamənin hissə-hissə icrası ilə bağlı məhkəməyə müraciət edə bilər.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
62. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
63. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
64. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-689/2021 saylı, 14.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev