Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11507/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı oğlunun nümayəndəsi eyni zamanda vəkili Vəkil, Cavabdeh2 MTK-nın nümayəndəsi eyni zamanda vəkili X4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və qalıq dəyəri ödənilməklə iddiaçıya təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4409/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və qalıq dəyəri ödənilməklə iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında tikilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 94.6 kv.metr olan 200 nömrəli mənzilin tikintisi ilə bağlı imzalanmış 13 oktyabr 2010-cu il tarixli Yaşayış Binasında Mənzil Tikintisi Haqqında” müqavilənin etibarsız hesab edilməsi, mənzil boşaldılması və qalıq dəyəri iddiaçı tərəfindən ödənilməklə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar ailəliklə Rusiya Federasiyasının X2 Salexard şəhərində yaşayırlar. İlin müxtəlif aylarında əsasən yay aylarında qısa müddətli Azərbaycan Respublikasına gəlirlər. 2007-ci ildə yoldaşı ilə məsləhətləşib Bakı şəhərindən mənzil almaq qərarına gəlmişlər. Yoldaşı ortaq tanışları vasitəsilə onlarla eyni rayondan olan Cahangir Alışovla tanış olmuşdur. Sonuncu Bakı şəhəri,Yasamal rayonu, M.Xiyabani küçəsində hündürmərtəbəli binanın tikintisini həyata keçirmişdir. Nəhayət qeyd olunan binadan məznilin alınmasına qərar vermiş və 26 sentyabr 2007-ci il tarixdə iddiaçı ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında tikilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 94.6 kv.metr olan 200 nömrəli mənzilin iddiaçıya satılması ilə bağlı eyni tarixli “Yaşayış Binasında Mənzil Tikintisi Haqqında” Müqavilə imzalandı. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 47773 (qırx yeddi min yeddi yüz yetmiş üç) manat müəyyən olundu və iddiaçı tərəfindən MTK-nın kassasına ilkin ödəniş olaraq 25650,0 (iyirmi beş min altı yüz əlli) manat pul ödənildi. Razılığa əsasən 18 ay sonra sonra mənzil tam hazır olmalı və iddiaçıya təhvil verilməli, onlar isə mənzilin pay dəyərinin qalan hissəsini ödəməli olmuşlar. Lakin binada işlər vaxtında yekunlaşdırılmamış və və C.Alışov iddiaçının yoldaşına bildirmişdir ki, “narahatçılıq yoxdur əgər tikintinin yarımçıq qalacağından qorxursunuzsa o zaman mənzil sizə təhvil verilən zaman mənzilə görə qalıq borcu ödəyərsiniz.” Onlar C.Alışovun dediklərinə inanmış və mənzilin təhvil verilməsini gözləmişlər. Daimi olaraq Rusiya Federasiyasında yaşadıqlarından və son illərdə iddiaçının yoldaşının işlərinin çoxluğu səbəbindən Azərbaycan Respublikasına gələ bilmədiyini nəzərə alaraq mənzilin aqibəti ilə maraqlana bilməmişlər. Nəhayət, 2020-ci ilin dekabrında Cahangir Alışovun binadakı eyni mənzilləri bir neçə dəfə müxtəlif şəxslərə satdığını buna görə həbs olunduğunu və iddiaçıya satılmış 200 nömrəli mənzilin də başqa şəxsə satıldığı barədə məlumat almışlar. Cahangir Alışovun əməlləri barədə istintaq aparmış Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən istintaqın yekunlaşdırılıdığını və aidiyyəti üzrə baxılması üçün Bakı Cinayətlər Məhkəməsinə göndərildiyini öyrənmişlər. Bundan sonra müvafiq sənədlərin əldə edilməsi və hüquqi prosedurun həyata keçirilməsi üçün vəkillə müqavilə bağlamışlar. Vəkilin sorğusu əsasında mübahisə predmeti ünvan 1 ünvanında tikilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 94.6 kv.metr olan 200 nömrəli mənzilin 13 oktyabr 2010-cu il tarixli müqavilə əsasında Cavabdeh1 satıldığını müəyyən etmişlər. İddiaçı ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında tikilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 94.6 kv.metr olan 200 nömrəli mənzilin tikintisi ilə bağlı 26 sentyabr 2007-ci il tarixli “Yaşayış Binasında Mənzil Tikintisi Haqqında” müqavilə ləğv olunmamışdır və hələ də qüvvədədir. İddiaçı hesab edir ki, qeyd olunan müqavilə qüvvədə olan müddətdə eyni mənzilin tikintisi ilə bağlı Cavabdeh1 ilə bağlanmış 13 oktyabr 2010-cu il tarixli Yaşayış Binasında Mənzil Tikintisi Haqqında” müqavilə etibarsız hesab edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, 13 oktyabr 2010-cu il tarixli Yaşayış Binasında ə~zil Tikintisi Haqqında” müqavilədə nəzərdə tutulmuş qiymət yəni 34056 (otuz dörd min əlli altı manat) real bazar qiymətini əks etdirmir. Nəzərə alınmalıdır ki, həmin mənzil 2007-ci ildə mənə satılarkən mənzilin satış qiyməti 47773 (qırx yeddi min yeddi yüz yetmiş manat müəyyən edilmişdir. 2007-ci ildə dəyəri 47773 manat olan mənzilin 2010-cu ildə dəyəri 34056 manat olması qeyri-mümkündür. Bu hal özü də sübut edir ki, müqavilə real müqavilə deyildir və alıcı həmin mənzili alarkən mənzilin iddiaçıya satılması barədə məlumatlı olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4409/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi və iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hazıkı mübahisəyə münasibətdə tətbiq etdiyi Mülki Məcəllənin 178.8-ci maddəsinin hazırkı redaksiyası tərəflər arasında müqavilə imzalanan zaman qüvvədə olmamış həmin maddə hazırkı redaksiyada 15 dekabr 2017-ci il tarixli 918-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəlləyə əlavə edilmişdir. Mülki Məcəllənin 178.8-ci maddəsinə istinad olunan podrat müqaviləsinə dair normalarda da mübahisə predmeti olan əşyanın ilkin müqavilə ləğv olunmadan ikinci müqavilə əsasında digər şəxsə verilməsi nəzərdə tutulmamışdır. Hazırkı mübahisə üzrə Cavabdeh2 MTK ilə digər Cavabdeh1 arasında bağlanmış 13 oktyabr 2010-cu il tarixli əqd bağlanarkən subyektiv tərkibə aid edilən şərt pozulmuşdur. Belə ki, həmin müqavilə bağlanarkən əslində Cavabdeh2 MTK ilə eyni mənzilə dair mənimlə bağlanmış 26 sentyabr 2007-ci il tarixli müqavilə qüvvədə olduğundan və ləğv edilmədiyindən Cavabdeh2 MTK-nın mənzilə sərəncam vermək hüququ olmamış (belə hüquqa əsas verən sənədlər qanunsuz (etibarsız) olmuşdur), beləliklə də əqd mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd mahiyyəti qazanmışdır. Eləcə də, hazırkı mübahisə predmeti olan mənzilə münasibətdə Cavabdeh1 vicdanlı sahib də hesab edilə bilməz. Cavabdeh1 mənzili əldə edən zaman bina hazır olmadığından mənzilə dair reyestrdə hər hansı qeyd aparılmamışdır, lakin şübhəsizdir ki, Cavabdeh1 mənzilin yerləşdiyi ərazidəki yeni tikilmiş binalarda mənzillərin qiymətlərinin alqı-satqı müqaviləsində göstərilən qiymətdən təxminən iki dəfə artıq olduğunu bilməyə bilməzdi. Təsadüfi deyildir ki, 13 oktyabr 2010-cu il müqavilədə mənzilin dəyəri 34056 (otuz dörd min əlli altı) manat 26 sentyabr 2007-ci ildə mənə satılarkən isə 47773 (qırx yeddi min yeddi yüz yetmiş üç) manat müəyyən edilmişdir. Digər tərəfdən hazırkı mübahisə üzrə məhkəmənin iddia müddətini tətbiq etməsi kobud maddi hüquq pozuntusudur. Nəzərə alaraq ki, tərəfindən cavabdehlər arasında bağlanmış 13 oktyabr 2010-cu il tarixli müqavilənin etibarsızlığına dair iddia irəli sürülmüşdür, qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əqdlərin etibarsızlığına dair iddia müddəti deyil kəsici müddətlər tətbiq edilir. İddia ərizəsində də qeyd etdiyim kimi, O, Rusiya Federasiyasında daimi yaşadığından və Azərbaycan Respublikasına gec-gec gəldiyindən mənzilin ikinci şəxsə satılmasını 2020-ci ilin dekabrında konkret halda kimə, hansı tarixdə, hansı müqavilə əsasında satılması barədə məlumatları isə 2021-ci ilin iyulunda öyrənmişdir. Bu xüsusatda isə o, əqdin etibarsız hesab edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 illik müddəti ötürməmişdir. Hətta hazırkı mübahisə predmeti üzrə iddia müddəti tətbiq olunsa belə bu müddət tərəfindən ötürülməmişdir. Eləcə də, onun evin daha əvvəllər Cavabdeh1 satılmasını bildiyinə dair hər hansı sübut iş materiallarında yoxdur. Bu səbəbdən məhkəmənin hər hansı sübut olmadan onun iddia müddətini ötürdüyü qənaətinə gəlməsi əsassızdır. Eyni zamanda, Mülki Məcəllənin 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Deməli hazırkı mübahisə üzrə ümumiyyətlə iddia müddəti tətbiq edilə bilməz. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə onunla Cavabdeh2 MTK arasında bağlanmış 26 sentyabr 2007-ci il tarixli “Yaşayış Binasında Mənzil Tikintisi Haqqında” Müqavilənin qüvvədə olub-olmamasını, o cümlədən Cavabdeh2 MTK tərəfindən müqavilənin ləğv edilib-edilməməsini araşdırmamışdır. Eləcə də, yuxarıda qeyd olunan xüsusata münasibət bildirmədən, mübahisəli mənzilə dair Cavabdeh2 MTK ilə digər Cavabdeh1 arasında bağlanmış 13 oktyabr 2010-cu il tarixli müqavilənin əsaslı olması qənaətinə gəlmişdir. Bildirir ki, Cavabdeh2 MTK ilə 26 sentyabr 2007-ci il tarixli müqavilə imzalandığı andan onun mübahisə predmeti olan mənzilə sahiblik və istifadə hüquqları yaranmışdır. Öhdəlikləri yerinə yetirməməsi səbəbilə Cavabdeh2 MTK-nın mübahisə predmeti olan mənzili ondan alması hüquqi cəhətdən yalnızca aralarında imzalanmış müqavilənin ləğvi yolu ilə mümkündür. Nəzərə alınmalıdır ki, aralarında bağlanmış müqavilənin şərtinə əsasən “ilk ödəmədən sonrakı pay haqqlarının 30 gündən artıq gecikdirilməsi halında cəmiyyətin müqaviləni birtərəfli qaydada ləğv etmə hüququ müqavilədə qeyd olunmuşdur. Lakin bu halda belə cəmiyyət müqavilənin ləğvi ilə bağlı ona müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair yazılı bildiriş göndərməli idi ki, cəmiyyət tərəfindən ona belə bir bildiriş göndərilməmişdir. Eləcə də, iş materiallarından müəyyən olunur ki, mübahisə predmeti olan mənzil əvvəlcə ona, daha sonra Cavabdeh1 daha sonra isə X1. Buradan da göründüyü kimi cəmiyyətin mübahisəli mənzili təkrarən başqa şəxsə satması heç də onun öhdəlikləri icra etməməsi ilə bağlı olmamış, qeyd olunan hal cəmiyyət rəhbərliyinin cinayət tərkibli əməlləri ilə bağlı olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı ilə MTK arasında bağlanmış müqavilənin ləğv edilməsi iş materialları ilə müəyyən edilmir, belə olan halda həmin müqavilə olduğu vaxt, Cavabdeh1lə həmin mənzilə dair yenidən müqavilə bağlması yol verilməzdir, həmin müqavilə etibarsızdır və müqavilə bağlanarkən subyektiv hüququ olmamışdır. Bundan başqa iddiaçı tərəfindən pay haqqı tam olaraq ödənilməsə də qalan məbləğin ödənilməsi məhz binanın təhvil verilməsindən sonra olmalı idi, lakin bina təhvil verilməmiş və buna səbəb MTK-nın rəhbərliyinin cinayət əməlləri olmuşdur. Həmçinin iddiaçı ölkə xaricində yaşadığından mənzillə maraqlana bilməyib və belə olan halda da iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MTK-nın nümayəndəsi eyni zamanda vəkili X9 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, MTK tərəf olaraq iddiaçını tanımırlar, iddiaçı MTK-ya bir manat da olsun pul ödəməmişdir. Müqaviləyə C.Alışov qol çəkib, payçı kimi isə kimin qol çəkməsi onlara məlum deyil. İddiaçı isə müüqaviləyə qol çəkməyib, Əlisahib onun adından müqavilə bağlamaq öhdəliyi götürüb, iddiaçı onların yanında MTK-ya gəlməmişdir. Müqavilənin ləğv edilməsi ilə bağl müraciət etmək onların hüququ olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan 26 sentyabr 2007-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən, ünvan 1ndə yerləşmiş, 2-ci binanın 11-ci mərtəbəsində yerləşən 200 №-li, 2 otaqdan ibarət, ümumi sahəsi 94,6 kv.m olan mənzil Cavabdeh2 MTK-nın direktoru X3 tərəfindən İddiaçı satılmışdır. Eyni tarixli maliyyə arayışına əsasən görünür ki, həmin mənzil üçün İddiaçı tərəfindən 25650 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 01 iyun 2021-ci il tarixli vəkil sorğusuna Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli cavab məktubuna və ona əlavə olunmuş 13 oktyabr 2010- cu il tarixli ərizəyə əsasən görünür ki, Cavabdeh1 ərizə ilə MTK-ya müraciət etmiş, ünvan 1ndə yerləşmiş, 2-ci binanın 11-ci mərtəbsində yerləşən 200 №-li, 2 otaqdan ibarət, ümumi sahəsi 94,6 kv.m olan mənzili istədiyini bildirmişdir. İş materiallarında olan “Pul pay haqqları”na dair çıxarışa əsasən görünür ki, ünvan 1ndə yerləşən mənzilin ümumi dəyəri 34056 manat qəbul edilmişdir. İş materiallarında olan 13 oktyabr 2010-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən mübahisə predmeti olan mənzil Cavabdeh1 tərəfindən 34056 manat məbləğinə alınmışdır. Həmin tarixli maliyyə arayışına əsasən qeyd olunan məbləğ Cavabdeh1 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan 27.04.2018-ci il tarixli, 0434 saylı şahidin dindirilməsi haqqında protokola əsasən, Cavabdeh1 şahid qismində dindirilmiş, ifadəsində qeyd etmişdir ki, 2010-cu ilin oktyabr ayında Bakı şəhərinin Yasamal rayonunda təzə tikili binaların birindən mənzil almaq istəmişdir. Həmin vaxt tanışlıq vasitısilə ünvan 3 ünvanda inşa edilmiş Cavabdeh2 MTK-nın binasında Cavanşir adlı şəxsin 2 otaqlı mənzil satdığı ona məlum olmuşdur. Oktyabr ayının əvvəllərində həmin binanın həyətində görüşərək mübahisə predmeti olan mənzilə baxmışdır. Mənzil onun xoşuna gəlmiş, qiymətini soruşmuşdur. Cavanşir mənzili 34000 manata satdığını demişdir. Cavabdeh1 atasıyla əlaqə saxladıqdan sonra onunla danışacağını bildirərək həmin yerdən ayrılmışdır. 13 oktyabr 2010-cu ildə Cavanşirlə əlaqə saxlayaraq kooperativin həyətindəki ofisdə görüşmüşlər. 34056 manatı Cavanşirə vermişdir. Şəxsiyyət vəsiqəsi əsasında həmin mənzilə dair müqavilə və maliyyə arayışı rəsmiləşdirilərək ona təqdim edilmişdir. Bir müddət keçdikdən sonra mənzilə giriş qapısı qoydurmuşdur. Hal-hazırda 200 nömrəli mənzil təmrsiz olaraq onun sahibliyindədir. Mənzilin giriş qapısının açarları da ondadır. Mənzillə bağlı hələki onu heç kim narahat etməmişdir. İş materiallarında olan 04.01.2018-ci il tarixli şahidin dindirilməsi haqqında protokola əsasən, X8 şahid qismində dindirilmiş, ifadəsində qeyd etmişdir ki, Cavabdeh2 MTKdan aldığı 200 nömrəli mənzil onun sahibliyindədir. Həmin vaxt Cavabdeh2 MTK-nın sədri ona heç bir yerə şikayət etməməyini, pulu tez bir zamanda qaytaracağını demişdir. Lakin qeyd olunan mənzil üçün ödədiyi 45000 manatdan bugünədək cəmi 5000 manat qaytarılmışdır. Mənzil də faktiki olaraq başqa şəxsin mülkiyyətindədir. Həmin şəxsin adını bilmir. 5000 manat məbləğində pulu ona C.Alışov Bakı şəhərində müxtəlif yerlərdə 2017-ci ilin iyul ayında 2000 manat, 2017-ci ilin avqust ayında isə 3000 manat olaraq qaytarmışdır. İş materiallarında olan İddiaçı məxsus pasporta əsasən görünür ki, iddiaçı həqiqətən müxtəlif dövrlərdə Rusiya Federasiyasına getmiş, viza alaraq Rusiya Federasiyasının X2 Salexard şəhərində müvəqqəti yaşamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış müqaviləni mübahisələndirmək üçün heç bir subyektiv hüququ yoxdur; müqavilə tam əsaslı şəkildə bağlanmışdır; eyni zamanda, Cavabdeh2 MTK öz öhdəlikləri yerinə yetirilmiş, iddiaçı isə öz öhdəliklərini yerinə yetirməyərək mənzilin ödənişlərini həyata keçirməmiş, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir; borclu tərəfindən öhdəliklər yerinə yetirilmədiyi üçün kreditor mübahisəli predmeti borclunun əlindən ala, eyni zamanda öhdəlikdə nəzərdə tutulan şərtlərlə onun istifadəsinə verilməsini tələb edə bilər; iddiaçı Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, həmin müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar məhkəmə iclasında müəyyən edilməmişdir; mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin forması və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur; qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir; həmçinin iddiaçı ilə Cavabdeh2 MTK arasında 26 sentyabr 2007-ci il tarixdə yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlandığından iddiaçı iddia müddətini ötürmüş hesab olunur. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, 26 sentyabr 2007-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən, ünvan 1ndə yerləşmiş, 2-ci binanın 11-ci mərtəbəsində yerləşən 200 №-li, 2 otaqdan ibarət, ümumi sahəsi 94,6 kv.m olan mənzil Cavabdeh2 MTK-nın direktoru X3 tərəfindən İddiaçı satılmış, eyni tarixli maliyyə arayışına əsasən görünür ki, həmin mənzil üçün İddiaçı tərəfindən 25650 manat məbləğində ödəniş edilmişdir. Həmçinin qeyd olunan müqavilə ilə mənzilin dəyəri 47773 manat müəyyən edilsə də, iddiaçı tərəfindən mənzilin dəyəri tam olaraq ödənilməmişdir. Həmin halın mövcudluğu isə iddiaçının MTK ilə arasında olan müqavilənin qüvvədə olmasını şübhə altına alır, belə ki, qeyd olunan müqavilənin məzmunundan da göründüyü kimi ilk ödəmədən sonrakı haqqların 30 gündən artıq gecikdirilməsi halında cəmiyyətin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin, bu halda ödənilmiş pulun miqdarı cəmiyyət tərəfndən yalnız həmin mənzil başqa bir şəxsə verildikdən sonra alıcıya qaytarılır. Bununla da məhkəmə kollegiyası iddiaçının MTK-ya qarşı ödədiyi pulun geri qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququnun olmasını izah edir. Bundan sonra digər Cavabdeh1 tərəfindən 13 oktyabr 2010-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən mübahisə predmeti olan mənzil 34056 manat məbləğinə alınmışdır. Həmin tarixli maliyyə arayışına əsasən qeyd olunan məbləğ Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Həmin müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar isə müəyyən edilməmişdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi 13 oktyabr 2010-cu il tarixli müqavilənin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu və hədə qorxu altında bağlandığı isə sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, apellyatorun irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi mülki işin materiallarında Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 13 oktyabr 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsas müəyyən olunmur. Bundan əlavə, həmin müqavilənin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, iddiaçı həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələndirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Gцstərilənlərə əsasən kollegiyanэn qənaətinə gцrə iddiaзэnэn apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4409/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11507/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11507/2021
15.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver