Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12126/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cаvаbdеhlər Cavabdeh1 və qeyrisinə qаrşı pul və əmlak tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2548/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, cаvаbdеhlərdən müştərək qaydada 61.000 manat əsas məbləğin və faiz qismində 48.800 manat, cəmi 109.800 manat pulun həmçinin digər əmlakların cavabdehlərdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını хаhiş еtmişdir. Daha sonra məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiаnın təmini tədbirinə dair ərizə ilə məhkəməyə mürаciət еtmiş və ərizə оnunlа əsаslаndırılmışdır ki, cavabdehlərə qarşı əmlak və pul tələbi ilə bağlı irəli sürülmüş iddia tələbi ilə bağlı bildirir ki, iddia ərizəsində qeyd etdiyi ev və məişət avadanlığından ibarət əşyalarını 17-19 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanından ünvan 2dır. Həmin iddia ərizəsində sadaladığı əşyaları və məişət avadanlığını ona görə öz ünvanına daşımışdır ki,onların sözlərinə görə həmin əşyaları sonradan onun adına alınacaq mənzilə yerıəşdirilməli idi.Aralarında yaranmış mübahisə nəticəsində cavabdehlər onları mənzillərindən qovalamışdır. Sözü gedən əşyalar isə cavabdehlərdə qalmışdır. Cavabdehlərdən tərəfindən əşyalarının götürülməsi üçün şərait yaratmasını xahiş etsə də,o, bundan imtina etmişdir,eyni zamanda həmin əşyalar cavabdeh tərəfindən könüllü olaraq ona təhvil verilməmişdir və aşağıda sadalanan əşyaları özündə saxlamışdır. Hazırda mülkiyyətçisi olduğu aşağıda sadalanan əşyaların tələb edilməsi məqsədi ilə məhkəmədə iddia qaldırmışdır.Hesab edir ki, tərəflər arasında olan hüquqi mübahisə üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər cavabdehdə olan aşağıda sadalanan əmlak üzərində həbs qoyulmalıdır. Cavabdehlərdən tələb etdiyi əmlakaşağıdakılardan ibarətdir:1.Paltaryuyan maşın 6 kq-lıq, 2. Kondisioner SAMSUNG böyük, 3.Televizor 2 ədəd sovet istehsalı,4. Paltar şkafı 4 ədəd ,5.Divar mebeli (stenka) böyük, 6.Xalça 4 ədəd böyük,7.Xalça 6 ədəd balaca, 8.Yorğan 8 ədəd,9.Döşək 8 ədəd,10.Balınc 8 ədəd, 11 .Mütəkkə 3 ədəd, 12. Soyuducu böyük 1 ədəd, 13. Mətbəx mebeli, 14.Divan, kreslo 9 (təzə), 15.Masa 1 ədəd, 16.Oturacaq stullar 6 ədəd qonaq otağı üçün,17.Mətbəxdə 1 ədəd stol və 4 ədəd stul, 18.Qab servisi 12 predmet madonna çay dəsti,19.Madonna çay dəsti 6 ədəd, 20.Nahar üçün kofeyni servis,21.Bahalı çay servisi 2 ədəd antik, 22.Qrafin 2 dəst qızıl rəngdə (12 ədəd stəkanla) ,23.Xrustal stəkan,rumkastəkan,24.Çay servisi gündəlik işlətmək üçün, 25.Qab dəsti məişət üçün 12 ədəd, 26.Bulud boşqablar 12 ədəd ,27.Soba 1 ədəd, 28.Qaz sobası 1 ədəd,29.Samovar 1 ədəd,30.Ütü 2 ədəd, 31. Elektrik qızdırıcısı 4 ədəd, 32.Hamam dəsti, 33.Video aparat 1 ədəd,34.Maqnitofon 1 ədəd, 35. Şəkilçəkən 1 ədəd, 36. Meyvə qabı antik, 37.Xrustal meyvə qabı 4 ədəd, 38.Koridorda üstündə güzgü olan şkaf, 39.Hamamda su bakı 2 ədəd üstündə motor, 40. 4 gözlü qaz sobası hava çəkənli, 41. Çuqun qazanlar 8 ədəd,42.Tikiş maşını motoru ilə birlikdə, 43.Pərdə jalyüz 2 ədəd, 44.Tül pərdə 4 ədəd.Qeyd olunanları nəzərə alaraq sadalanan və cavabdehin mənzilində qalan 44 adda olan mənzil-məişət əşyalarının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən хаhiş еtmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2548/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Ərizədə qeyd olunan əşyalarının üzərinə həbs qoyulmuşdur. Cavabdeh1 nümayəndəsi-vəkili qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə həmin ərizəyə baxarkən subyektivliyə yol vermiş, iddiaçının üzərinə həbs qoyulmasının istədiyi əmlakın var-olub olmamasını yoxlamadan, yerində baxış keçirmədən, iddiaçının verdiyi siyahıdakı əmlak sanki həqiqitən də cavabdehə verilibmiş kimi fərziyyədən hərəkət etmişdir. Əslində isə, məhkəmə iddianı təmin etmə tədbiri barədə ərizəyə baxarkən, üzərinə həbs qoyulması xahiş edilən əmlakın həqiqətən də mövcud olub-olmadığını araşdırlmalı, amlaka baxış keçirməli idi. Məhkəmənin 13.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiаçı İddiaçı şikayətə etiraz göndərərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1). Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər (maddə 157.3). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (maddə 157.7). Müvəqqəti təminat tədbirləri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tətbiq edilə bilər (maddə 158.1.2-158.1.3). Qanunun mənasından göründüyü kimi müvəqqəti təminat tədbirləri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası iddianın əsaslılığına hüquqi qiymət vermədən nəzərə alır ki, iddianın predmetini əşyaların cavabdehdən alınıb iddiaçıya verilməsi tələbi təşkil edir. Bu mənada, hazırkı işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir. Mülki iş üzrə gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etmək məqsədi ilə müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən məhkəmə aktı ilə mübahisəli əmlakın üzərinə məhdudiyyətin qoyulması qanunun tələbinə uyğundur və məhz müvəqqəti təminat tədbirləri institutunun məqsədlərinə xidmət edir. Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirlərinə baxılarkən hakim iddiaya mahiyyəti üzrə qiymət verməkdə haqlı deyildir və iddianın əsaslılığı prezumpsiyasından çıxış etməlidir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2548/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-12126/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12126/2021
22.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver