Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12174/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Aydın oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və sair tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və sair tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, sahəsi 43.9 kv.m olan qeyri-yaşayış sahəsinə dair aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və onun adına həmin qeyri-yaşayış sahəsinə daşınmaz əmlaka dair çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtarana qədər ünvan 1 ünvanında yerləşən və 43.9 kv.m olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5314/21 saylı, 12.06.2021-ci il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, ünvan 1 ünvanında yerləşən və 43.9 kv.m olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Daha sonra Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5314/21 saylı, 12.06.2021-ci il tarixli qərardadının ləğv olunmasını, ünvan 1 ünvanında yerləşən və 43.9 kv.m olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə icazə verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 ərizəsi təmin olunaraq, ünvan 1 ünvanında yerləşən və 43.9 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayət təmin edilməyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5314/2021 nömrəli, 22 oktyabr 2021-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və sair” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmini tədbiri qismində qoyulmuş həbsin saxlanılmasına zərurət aradan qalxdığından, eyni zamanda cavabdehə qarşı irəli sürülmüş iddia tələbi təmin edilmədiyindən Bakı şəhəri Xətai rayon Məhkəməsi Cavabdeh1 ərizəsini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərardadının ləğvi üçün hüquqi əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. qərara a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tofiq Səmədov Hakimlər İkram Şirinov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-12174/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12174/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver