Məhkəmə qərarları › İş №2(103)-12284/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12284/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12284/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2(005)- 493/2021 saylı qətnaməsindən Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2015-ci il tarixli 100/00/129717/15 saylı kredit müqaviləsi üzrə 49197,91 (qırx doqquz min yüz doxsan yeddi ABŞ dolları, doxsan bir sent) ABŞ dolları məbləğində əsas borc, 21278,68 (iyirmi bir min iki yüz yetmiş səkkiz ABŞ dolları, altmış səkkiz sent) ABŞ dolları məbləğində faiz borcu, 15668,76 (on beş min altı yüz altmış səkkiz ABŞ dolları, yetmiş altı sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 86145,35 (səksən altı min yüz qırx beş ABŞ dolları, otuz beş sent) ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 60 (altmış) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 90 (doxsan) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin ümumilikdə 131000 (yüz otuz bir min) manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan borc məbləği Bank qarşısında ipoteka ilə yüklü Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi /0,06 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinə yönəldilməsinə və ipoteka predmetlərinin açıq hərracdan satılması, ipoteka predmetlərinə tutma yönəldildikdən və o satıldıqdan sonra satışdan əldə olunmuş məbləğin cavabdehin banka olan borcuna sərf edilməsinə, borcun ödənilməmiş qalan hissəsinin Cavabdeh1 tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2(005)- 493/2021 saylı qətnaməsi ilə, iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnamədən Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı apellyasiya şikayəti vermişdir. Mülki işin materiallarını və apellyasiya şikayətini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki işin materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan (səhifə 177) poçt xəbərnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2(005)- 493/2021 saylı qətnaməsini ilə Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı 14 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada qəbul etmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti 16 noyabr 2021-ci il tarixdə yəni apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra Elektron qaydada vermişdir.Lakin iddiaçı tərəfindən apellyasiya şikayətinə, şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə də əlavə edilməmişdir. Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi ilə verilməsinə, habelə apellyasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsi ilə bağlı ərizənin əlavə edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası ilə bağlı məsələyə qiymət vermədən apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 366.2-ci maddəsinə görə isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən apellyasiya şikayəti prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən bu hallara qiymət verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə şikayət üzrə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli apellyasiya şikayəti geri qayatarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2(005)- 493/2021 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar