Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1247/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mülki iş (Açar sözlər: «barışıq sazişinin təsdiq edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9329/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3864/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi və Maraqlı şəxs arasındakı nikah pozulmuşdur.
2. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli MSB/8/2024-00584 nömrəli Barışıq sazişi bağlanmışdır. Sazişin bəndlərindən görünür ki, 1.Birinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı X8 ilə 2 saylı Bakı "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə № 2727 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. 2.Birinci tərəf:Maraqlı şəxs İkinci tərəf X8 ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 İkinci tərəf (ananın) X5 yanında (himayəsində) qalmasına razıdır. 3.Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf X8 ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-dək İkinci tərəf X6 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məbləği Birinci tərəfin ona təqdim edəcəyi və ona məxsus olan bank hesabına ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. 4.Birinci tərəf:Maraqlı şəxs İkinci tərəf X8 ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X7 ilə uşağın mənafei nəzərə alınmaqla vaxt məhdudiyyəti qoyulmadan (gecəni ata ilə qalmaq şərti ilə) ünsiyyətdə olmasına dair İkinci tərəf X5 (ananın) ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 5.Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: X5 nikah pozulduqdan sonra 1 (bir) ay müddətində (Daxili İşlər Nazirliyinin) müvafiq orqanında onun mülkiyyətində (adına) olan (daşınmaz əmlak) ünvan 1 yerləşən mənzilin pasport qeydiyyatından könüllü qaydada çıxacağına dair İkinci tərəf: X5 öz üzərinə götürdüyü öhdəliklə razıdır. 6.Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: X5 ona məxsus olan cehiz əşyalarını nikah pozulduqdan sonra 3 (üç) ay müddətində ünvan 1 ünvanında yerləşən mənzildən götürəcəyinə (çıxaracağına) dair İkinci tərəf: X5 öz üzərinə götürdüyü öhdəliklə razıdır. 7.Birinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. 1.İkinci tərəf: X4 Sazişi imzalandıqdan sonra Birinci tərəf Maraqlı şəxs ilə 2 saylı Bakı "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə No 2727 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. 2.İkinci tərəf: X2 tərəf: Maraqlı şəxs ilə Birge nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır. 3.İkinci tərəf: X2 tərəf: Maraqlı şəxs ile Birge nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən Birinci tərəf Maraqlı şəxs ona hər ayın 15-dək 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu məbləği Birinci tərəfə təqdim edəcəyi ona məxsus olan bank hesabına ödəniləcəyinə dair Birinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. 4.İkinci tərəf: X2 tərəf: Maraqlı şəxs ilə Birgǝ nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 Birinci tərəf: Maraqlı şəxs ilə uşağın mənafeyi nəzərə alınmaqla vaxt məhdudiyyəti qoyulmadan (gecəni qalmaq şərti ilə) ünsiyyətdə olmasına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. 5.İkinci tərəf: X8 nikah pozulduqdan sonra 1 (bir) ay müddətində (Daxili İşlər Nazirliyinin, ASAN xidmət) müvafiq orqanında Birinci tərəf Maraqlı şəxs mülkiyyətində (adına) olan (daşınmaz əmlak) ünvan 1 ünvanından pasport qeydiyyatından könüllü qaydada çıxacağına dair öz üzərinə öhdəlik götürür. 6.İkinci tərəf: X8 nikah pozulduqdan sonra 3 (üç) ay müddətində ünvan 1 ünvanında yerləşən və özünə məxsus olan cehiz əşyalarını götürəcəyinə (çıxaracağına) dair öz üzərinə öhdəlik götürür. 7.İkinci tərəf: X4 mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir.
Birinci instansiya məhkəməsində icraat:
3. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında (mediator: X15) Maraqlı şəxs ilə Həsənzadə (Axundova) Songül İlqar qızı ilə arasında bağlanılmış və MSB/8/2024-00584 nömrə ilə qeydiyyatdan keçirilmiş barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizəçi tələbini bununla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.20217-ci il tarixdə 2 saylı "ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsində 2727 nömrə ilə qeydiyyatdan keçməklə ailə qurmuşdur, birgə nikahdan xx.xx.20218-ci il təvəllüdlü X7 dünya gəlmişdir. Aralarındakı nikah Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)- 3864/2024 saylı qətnaməsi ilə pozulmuşdur. xx.xx.2024-cü il tarixli Bakı şəhər 8 saylı Mediasiya təşkilatında xx.xx.2018-ci il təvəllüdlü X3 onun himayəsində qalmasına, xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-dək qızı Axundova Xuramanın yetkinlik yaşına çatana kimi 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində alimenti kart hesabıma ödəyəcəyini öz üzərinə öhdəlik götürmüşdür, qızının mənafeyi nəzərə alınmaqla vaxt məhdudiyyəti qoyulmadan atası ilə ünsiyyət yaratmasına (gecəni ata ilə qalmaq şərti ilə) razılıq vermişdir, bununla yanaşı nikah pozulduqdan 1 ay sonra qeydiyyatda olduğu ünvandan könüllü qaydada mənzilin pasport qeydiyyatından çıxacağını öz üzərinə götürmüşdür. Nikah pozulduqdan sonra üç ay müddətinə cehiz əşyalarını oradan çıxaracağını öz üzərinə götürmüşdür, xx.xx.2024-ci ildə barışıq sazişi bağlandığı tarixdən etibarən bu günə kimi borclu Maraqlı şəxs aliment ödəməyibdir. Bu müddət ərzində 2115 manat borcu yaranıb. Onunla əlaqə saxlamaq olmur, könüllü olaraq alimenti ödəmək istəmir. Ona görə də o, barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsində məcburi icrası üçün məhkəmə tərəfindən təstiq olunmasını istəyir, bu məqsədlə məhkəməyə müraciət etmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9329/2024 saylı, 29 noyabr 2024cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) ərizənin təmin edilərək Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq sazişi”nin aşağıdakı məzmununda təsdiq edilməsi: - birinci tərəf Maraqlı şəxs İkinci tərəf X8 ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-dək İkinci tərəf X6 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məbləği Birinci tərəfin ona təqdim edəcəyi və ona məxsus olan bank hesabına ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür; və dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat Ərizəçi özünə aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mediasiya prosesi nəticəsində tərəflər Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli Barışıq sazişi bağlanmışdır, saziş hər iki tərəf və mediator tərəfindən imzalanmışdır, Sazişin bəndlərindən görünür ki, Maraqlı şəxs X8 ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-dək İkinci tərəf X6 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məbləği Birinci tərəfin ona təqdim edəcəyi və ona məxsus olan bank hesabına ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürməsi və digər ümumi şərtlər barədə razılığa gəlmişdirlər, ərizəçi barışıq sazişinin aliment hissəsində təsdiq edilməsini xahiş edir. Bununla belə, tərəflər arasında bağlanmış barışıq sazişinin qanuna zidd olmasına, onun mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmasına dair halar məhkəmə tərəfindən müəyyən olunmadı.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Maraqlı şəxs apellyasiya şikayətində qətnamənin ləğv, ərizənin isə təmin edilməməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin 2-ci səhifəsinin 2-ci abzasında qeyd edlib ki, maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazmi qaydada xəbərdarlıq edilməklə məhkəmə iclasına çağrılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməmişdir. Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi, yəni alimentin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etsə də o, birgə nikahdan dünyaya gəlmiş azyaşlı X1 üçün deyil, yalnız öz maraqlarını təmin etmək və həmin məbləği şəxsən özü üçün xərcləməsi məqsədi ilə əlaqədar bu ərizəni məhkəməyə verib. Məhkəmə nəzərə almayıb ki, barışıq sazişi üzrə onun öhdəliyi icra etməmək niyyəti olmayıb. Məhkəmə nəzərə almayıb ki, o, alimentin ödənilməsi ilə əlaqədar ərizəçiyə bir neçə aylıq aliment məbləğini ödəmişdir. Məhkəmə nəzərə almayıb ki, ərizəçi guya onun alimenti könüllü ödəmək istəmədiyini, hətta guya onun məhkəməyə hörmətsizlik edərək gəlməməyini bildirməklə məhkəməni aldadıb. Məhkəmə ərizəçinin ərizəsində göstərdiyi dəlilləri əsas götürərək xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-dək X6 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödənilməsi barədə barışıq sazişini təsdiq ediməsi barədə qətnamə qəbul edib. Məhkəmənin onun məhkəmə iclasında iştirakını təmin etməməsi nəticəsində o, sübutlarını məhkəməyə təqdim edə bilməmiş və bununla da məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə nəzərə almayıb ki, ərizəçi də barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməkdən boyun qaçırıb. Belə ki, o, mülkiyyətindən olan mənzilindən pasport qeydiyyatından çıxmaması səbəbindən o, Bakı İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Eyni zamanda, ərizəçi barışıq sazişi üzrə övladı X3 onunla ünsiyyətdə olub yanında qalmasına müxtəlif maneələr yaradıb. Məhkəmə nəzərə almayıb ki, ərizəçiyə qızı X1 üçün tərəfindən ödənilməmiş aliment hissəsi tərəfindən qızı yanında qalarkən onun müxtəlif təminatları üçün xərclənilib. Məhkəmə nəzərə almayıb ki, barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsində məcburi icrası üçün həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsinə lüzum yox idi.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və ərizənin təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1.0.7. Barışıq sazişi - tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 9.3 və 9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsi üçün əsas ola bilməz.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. Ərizədəki tələbin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik maraqlı şəxsin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından ərizə haqlı sayılırdı.
19. Hazırki ərizədəki tələb mediasiya qaydasında bağlanılmış barışıq sazişinin bir hissəsinin məhkəmə qaydasında təsdiq edilməsi ilə bağlı olub. Maraqlı şəxsin apellyasiya şikayətində göstərilənlər isə qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi üçün əsas ola bilməz. Çünki MPM-in 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Qanunda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Ərizəçi də barışıq sazişinin alimentlə bağlı hissəsi maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə onun məcburi icrası üçün təsdiq edilməsinə görə məhkəməyə müraciət edib. Demək ki, həm barışıq sazişində göstərilən tarixdən, həm də “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsində da müəyyən edilmiş 10 gün müddətində maraqlı şəxs barışıq sazişinin alimentlə bağlı hissəsini icra etmədiyinə görə ərizəçi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
20. Göründüyü kimi, ərizəçinin ərizəsində göstərilən dəlillər barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsas ola bilməz. Çünki məhkəmə “Mediasiya haqqında” Qanunun 3.3, 33.3 və 34.5-ci maddələrinə zidd olduqda və Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsində nəzərdə tutulmuş hallarda barışıq sazişini təsdiq etməkdən imtina edə bilər. Barışıq sazişi qanuna, o cümlədən əvvəlki cümlədə qeyd olunan normalara zidd olmadığından və həmin normada nəzərdə tutulan hallar olmadığına görə onun təsdiq edilməsindən imtina üçün də əsas yaranmamışdır.
21. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, hazırkı ərizəyə MPM-in 355-25.1-ci maddəsinə əsasən məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılır. Birinci instansiya məhkəməsi tərəfindən bu müddət ərzində maraqlı şəxsin ünvanına məhkəmə bildirişi, eləcə də SMS bildiriş göndərilmişdir. Maraqlı şəxsin məhkəmə iclasında iştirak etməməsi şikayətin əsaslı olduğuna dəlalət etmir.
22. Bundan əlavə, maraqlı şəxs barışıq sazişi təsdiq edildiyi vaxtdan bugünədək aliment öhdəliyini tam icra etməsinə dair şikayətinə sübut əlavə etməmişdir. Düzdü, 2024-cü ilin sentyabr, oktyabr, noyabr(100 manat ödəniləməsinə dair qəbz var), dekabr aylarında 235 manat ödəniş edilməsinə dair şikayətə qəbzlər əlavə edilmişdir. Ona görə də ərizəçinin öz maraqlarının olduğu və aliment məbləğini özü üçün xərcləmək məqsədi ilə bu cür ərizə ilə məhkəməyə müraciət etməsi barədə dəlillər əsaslı ola bilməz. Barışıq sazişi üzrə maraqlı şəxsin öhdəliyini icra etməmək niyyəti olmamışdırsa, onda hüquqi məntiqə görə aliment borcunu bugünədək tam ödəməli idi. Ancaq qeyd olunduğu kimi bu barədə sübut təqdim etmir. Maraqlı şəxsin birinci instansiya məhkəməsində sübut təqdim etmək imkanı iştirak etməməsi səbəbəindən olmamışdırsa bunu apellyasiya baxışı zamanı edə bilərdi. Ancaq burada da onun tərəfindən məhkəməyə mötəbər sübut təqdim olunmadı.
23. Bundan əlavə, ərizəçi də barışıq sazişi üzrə hansısa öhdəliyini yetirməmişdirsə maraqlı şəxsin də qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququ mövcuddur.
24. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9329/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9329/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.