Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1257/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) tələbinə dair mülki iş və iddiaçı X1 cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X3 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh hüquqi varisi X4 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh 14.248,68 ( on dörd min iki yüz qırx səkkiz ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 3.490,20 (üç min dörd yüz doxsan ABŞ dolları iyirmi sent) ABŞ dolları məbləğində faiz borcu, 526,96 (beş yüz iyirmi altı ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18.265,84 (on səkkiz min iki yüz altmış beş ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutulan məbləğin Cavabdeh məxsus “SCHMİTZ YARİMQOŞQU” markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı, “MERCEDENS BENZ M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsaitin hesabına "xxxx" BOKT ASC-yə olan borc ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4497/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı BOKT "xxxx" ASC-nin Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinin təmin edilməsi, Cavabdeh 14.248,68 ( on dörd min iki yüz qırx səkkiz ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 3.490,20 (üç min dörd yüz doxsan ABŞ dolları 20 sent) ABŞ dolları məbləğində faiz borcu, 526,96 (beş yüz iyirmi altı ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18.265,84 (on səkkiz min iki yüz altmış beş ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutulan məbləğin Cavabdeh məxsus “SCHMİTZ YARİMQOŞQU” markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı, “MERCEDENS BENZ M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsaitin hesabına "xxxx" BOKT ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin Cavabdeh qaytarılması, iddiaçı X1 cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X3 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 3161/2021 saylı qərardadı ilə X1 apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsi qismən - iddiaçı BOKT "xxxx" ASC-nin Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair hissədə ləğv edilmiş, mülki işin icraatına həmin hissədə xitam verilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-3161/2021 saylı digər qərardadı ilə X1 apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsi iddiaçı X1 cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X3 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair hissədə ləğv edilmiş, iddiaçı X1 cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X3 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2021-ci il tarixli, 2(102)-3816/2021 saylı qərarı ilə iddiaçı "xxxx" BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3161/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-143/2022 saylı qərardadı ilə iddiaçı X1 cavabdehlər "xxxx" BOKT ASC-yə, X6 və Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) ) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1540/2020 saylı qərardadı ilə Cavabdeh hüquqi varisi X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-2685/2018 saylı qiyabi qətnaməsinin icrasında dönüş edilməsi barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2018 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrasında dönüş edilmiş, DİN-in Baş X10 İdarəsində 2007-ci il buraxılışlı, “MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində və xx.xx.2019-cu il tarixində qeydə alınmış şəhadətnamələr ləğv edilmiş, DİN-in Baş X10 İdarəsində “SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində qeydə alınmış şəhadətnamələr ləğv edilmiş, DİN-in Baş X10 İdarəsində SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı, “MERCEDENS BENZ M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə dair qeyd əvvəlki mülkiyyətçi Cavabdeh adına qeydə alınmaqla mülkiyyət hüququna dair qeydin bərpa olunması qərara alınmışdır. Həmin qərardaddan "xxxx" BOKT ASC şikayət vermiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iş məhkəmənin icraatında olarkən, maraqlarına toxunan şəxs X6 tərəfindən də şikayət verildiyi üçün "xxxx" BOKT ASC-nin şikayəti apellyasiya baxışından çıxarılmış və iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1540/2020 saylı qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardadından "xxxx" BOKT ASC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1540/2020 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1540/2020 saylı qərardadından birləşdirilmiş iş üzrə cavabdeh X6 tərəfindən verilmiş şikayət təmin edilmiş, sonuncu qərardad ləğv edilmiş, qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə Cavabdeh varisi X1 ərizəsi təmin edilməmişdir. X4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1540/2020 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və icraya dönüş barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1540/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-6715/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş materialları şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1540/2020 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən X6 tərəfindən verilmiş şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə Cavabdeh varisi X1 ərizəsi təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan X4 şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1540/2020 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandrılmışdır ki, F.Tarquluyev xx.xx.2022-ci il tarixli qarardaddan icrada dönüşün edilməsindən - yalnız özünün mənafeyinə toxunan hissəyə dair şikayət vermişdir. Bundan əvvəl isə "xxxx" ASC-nin verdiyi şikayət Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Hazırki vəziyyətdə də Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı qanuni qüvvəsindədir. Beləliklə, ASC-nin şikayəti təmin edilmədən icrada dönüş edilməsinə dair xx.xx.2022-ci il tarixli qərardadın dəyişdirilmədən saxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərardad qanuni qüvvəsində olduğu halda, növbəti - xx.xx.2022-ci il tarixli qərardadla icrada dönüş ərizəsi rədd edilmişdir. Barəsində şikayət olunan məhkəmə aktı eyni məsələnin fərqli həll olunduğu və fərqli nəticəsi olan - qanuni qüvvəsində olan məhkəmə aktına ziddir. Məhkəmə F.Tarquluyevin vicdanlı əldə edən olması əsasına görə belə qərardad qəbul etdiyini qeyd etmişdir. Lakin Məhkəmə nəzərə almamışdır ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qərardadında Kollegiya konkret və birmənalı qeyd etmişdir ki, "mübahisəli əmlaka dair alğı-satqı müqaviləsi hərracda bağlandığından birinci instansiya məhkəməsi əldə edən şəxsin vicdanlı alıcı kimi qəbul edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir". Hesab edir ki, Məhkəmə icrada dönüşün mahiyyətini və məqsədini yanlış təfsir etmişdir. İlk növbədə ona görə ki, hazırki iş üzrə Bakı Apellyasiya MKnın xx.xx.2021-ci il tarixli qərardadında onun "hərracın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi"nə dair qərardadında iddianın baxılmamış saxlanmasında apellyasiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, "iddiaçı S.Səlimzadə hərracın və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin nəticələrinin aradan qaldrılmasma dair hüquqi tələbini lrg, edilmis qiyabi qətnamənin icraatında dönüş qaydasında tələb edə bilər". Lakin barəsində şikayət olunan qərardad qəbul etməklə Məhkəmə faktiki olaraq onu məhkəmə müdafiəsi hüququndan məhrum etmişdir. Belə ki, qiyabi qətnamənin icrası qaydasında keçirilmiş hərracın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi üzrə işə xitam verilərək tələbinin icrada dönüş qaydasında həll edilməli olduğu izah edilmişdir. Hazırki qərardadla isə Məhkəmə icrada dönüş tələbini rədd edərək hesab edir ki, hərracın və alqısatqının etibarsızlığı məsələsi ayrıca mübahisə çərçivəsində məhkəmə araşdırmasının nəticəsində həll edilə bilər. Beləliklə, barəsində şikayət olunan qərardadın nəticəsində, faktiki olaraq, o pozulmuş mülkiyyət hüququnun bərpası üçün nə iddia icraatı qaydasında, nə də icrada dönüş qaydasında məhkəmədə öz hüququnu müdafiə edə bilmirsə, bu halda hansı qaydada hüquqlarını müdafiə etməlidir? Bu hüququnun həyata keçirilməsi üçün Məhkəmədə qaldırdığı iddiaya Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ona görə xitam verilmişdir ki, məhkəmə bu tələbin iddia icraatında deyil, icrada dönüş ərizəsi (MPM-in 236-1.1) əsasında aparılmalı olması nəticəsinə gəlmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı, 19 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, hazırki şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsinin tələblərinə görə icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Maddənin məzmunundan göründüyü kimi qətnamənin icrasında dönüş institutu cavabdehin sonradan ləğv olunmuş məhkəmə aktı ilə pozulmuş hüquq və qanuni mənafelərinin bərpa edilməsinə xidmət edir. Belə olan halda cavabdeh məhkəmə mübahisəsindən əvvəl mövcud olan vəziyyətin bərpa olunmasını, məsələn düzgün olmayan qətnamə əsasında tərtib edilmiş icra sənədi üzrə iddiaçıya verilmiş əmlakın geri qaytarılmasını tələb etmək hüququna malik olur. Hazırki işin materiallarından göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası nəticəsində hərrac keçirilmiş, baş tutmuş hərrac nəticəsində şikayətçinin hüquqi varisi olduğu Cavabdeh məxsus “SCHMİTZ YARİMQOŞQU” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı və “MERCEDENS BENZ M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobillər "xxxx" ASC tərəfindən əldə edilmiş, daha sonra isə xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 mülkiyyətinə keçmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan maddəyə əsasən birdə vurğulayır ki, qətnamənin icrasında dönüş qaydaları ləğv olunmuş məhkəmə aktı əsasında tərtib edilmiş icra sənədində göstərilənlərin icra edilməsi ilə əlaqədar yaranmış nəticələrin aradan qaldırılması üçün tətbiq edilir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası nəticəsində bankın xeyrinə tutulmuş pulun ödənilməsini təmin etmək məqsədilə hərrac həyata keçirilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 236-1.1-ci maddəsini bu məsələyə tətbiq etməklə hesab edir ki, ləğv olunmuş məhkəmə aktı əsasında keçirilmiş hərracın hüquqi nəticələri ləğv edilməlidir. Lakin hərracdan sonra baş vermiş proseslər (xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanması) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası ilə əhatə olunmadığından X2 vicdanlı əldə edən olub-olmamasına, alqı-satqı müqaviləsinə əsasən verilmiş şəhadətnamələrin ləğv edilməsinə dair məsələlərə hazırki icraat çərçivəsində baxıla bilməz. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırki şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı qismən ləğv edilməli, qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə Cavabdeh varisi X1 ərizəsi qismən təmin edilməli, hərracın nəticəsi olaraq DİN-in Baş X10 İdarəsində 2007-ci il buraxılışlı, “MERCEDENS BENZ M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə və DİN-in Baş X10 İdarəsində “SCHMİTZ YARİMQOŞQU” markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə ləğv edilməlidir. Şikayət digər hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh hüquqi varisi X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı qismən ləğv edilsin. Qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə Cavabdeh varisi X1 ərizəsi qismən təmin edilsin. Hərracın nəticəsi olaraq DİN-in Baş X10 İdarəsində 2007-ci il buraxılışlı, “MERCEDENS BENZ M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə ləğv edilsin. Hərracın nəticəsi olaraq DİN-in Baş X10 İdarəsində “SCHMİTZ YARİMQOŞQU” markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə ləğv edilsin. Şikayət digər hissədə rədd edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1257/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1257/2023
17.01.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver