Məhkəmə qərarları › İş №2(103)-1289/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1289/2024

30.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1289/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4331/2019 saylı xx.xx.2023-cü il tarixli qərardadından ərizəçi X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, “X5 Prado” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ildə Cavabdeh qarşı pul tələbi ilə bağlı qaldırdığı iddia tələbi ilə bağlı Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(011)-4331/2019 saylı qərardadı ilə “X5 Prado” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin avtomobil "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 262/13 nömrəli, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin təminatı kimi bankda girova qoyulmuşdur. Avtomobil onun tərəfindən dəyərinin bir hissəsi nağd şəkildə qalan hissəsi isə Cavabdeh banka olan kredit müqaviləsi üzrə borcunun ödənilib bağlanması ilə əldə edilərək istifadəsində olmuşdur. Bankın kassa mədaxil qənbzindən də görünür ki, 7550 ABŞ dolları onun tərəfindən kassaya mədaxil edilmişdir. Bankın xx.xx.2022-ci il tarixli, 696 saylı məktubundan da görünür ki, “X5 Prado” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin girovdan azad edilməsi DİN Baş Dövlət Yol Polisi İdarəsindən xahiş edilmişdir. Avtomobil vaxtilə girovda olduğundan adına rəsmiləşdirilməsi qeyri-mümkün olmuşdur. Avtomobilin onun tərəfindən idarə edilməsi üçün xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən ona etibarnamə verilmişdir. Həmçinin Cavabdeh ona 06 yanvar 2022-ci ildə daşınar əmlaka dair bütün səlahiyyətləri özündə əks etdirən baş etibamamə vermişdir. Avtomobilin saxlanılaraq müvəqqəti dayanacağa qoyulması barədə ərizə təmin edilmədiyi halda yəni avtomobilin istifadəsinə hər hansı qadağa qoyulmadığı halda bu ilin sentyabr sayında yol patrul xidməti əməkdaşı avtomobili idarə etdiyi vaxt saxlayaraq avtomobili duracağa yerləşdirmişdir. İcra şöbəsindən məktub alsa da, polisdən ona bildirmişdilər ki, bu məktubla düzəlmir, avtomobilin üzərində həbs var, həbs götürülərsə, avtomobil dayanacaqdan çıxarıla bilər. Bununla da onun hüquqları pozulmuş və avtomobilin istifadəsinin heç bir əsas olmadan qadağan edilməsi qanun pozuntusu olmaqla yanaşı, həm də gələcəkdə avtomobilə kifayət qədər ziyan vurulmasına gətirib çıxaracaqdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4331/2019 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 ərizəsi geri qaytarılmışdır. Qeyd olunan qərardaddan ərizəçi X4 şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəyə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Ali Məhkəmənin sədri tərəfindən respublikanın apellyasiya məhkəmələrinə və rayon(şəhər) məhkəmələrinə göndərilmiş icmal məktubunda göstərilir ki, üzərinə həbs qoyulmuş avtomobillərin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi, bu işin icrasının Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilməsi qanunvericiliyin tələblərinə müvafiq deyil. Ali Məhkəmə belə təcrübənin yaradılmamasını məhkəmələrə tövsiyə edir. Ali Məhkəmənin hüquqi mövqeyi belədir ki, məhkəmələrin iddianın təmini ilə əlaqədar qəbul etdikləri qərardadlarda avtomobillərin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi, bu işin icrasının DİN BDYPİ-ə həvalə edilməsi təcrübəsi yaradılması zəruri və məqsədəuyğun hesab edilə bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2(011)- 4331/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına 2013-cü ilin oktyabr ayında iddiaçının aldığı, 2019-cu ilin mart ayına kimi iddiaçının sahibliyində və istifadəsində olmuş, hazırda cavabdeh tərəfindən əlindən alınmış “X6 Prado” markalı **-KH-*** dövlət qeydiyyat nömrəli avtomobilin alınmasına görə İddiaçı ödədiyi 51.541 ABŞ dolları məbləğində pulun (22000 ABŞ dolları avtomobili alarkən, 29.541 ABŞ dollarını isə kredit kimi) Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmçinin xx.xx.2019-cu il tarixində iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək mülki iddiaya Xətai rayon Məhkəməsində baxıldığı müddətdə “X6 Prado” markalı **-KH-*** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyulması və avtomobilin saxlanılaraq müvəqqəti dayanacağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4331/2019 saylı xx.xx.2019-cu il tarixli Qərardadı ilə “X7 Prado” markalı **-KH-*** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4331/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “X8 Prado” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasına görə ödənilən 51.538 (əlli bir min beş yüz otuz səkkiz) ABŞ dolları məbləğində pul, ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2551/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə Cavabdeh 19591,00 (on doquz min beş yüz doxsan bir) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2594 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2551/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7082/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə Cavabdeh 19591,00 (on doquz min beş yüz doxsan bir) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7082/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi 25 yanvar 2022-ci il tarixdə icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Bununla yanaşı iş materiallarından borclunun öz öhdəliklərini yerinə yetirərək borcunu ödəməsi faktı müəyyən olunmur. Beləliklə işi faktiki halları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4331/2019 saylı xx.xx.2019-cu il tarixli Qərardadı ilə “X7 Prado” markalı **-KH-*** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyulmuşdur, qeyd olunan əmlak hazırda ərizəçinin mülkiyyətində deyildir, o avtomobili mülkiyyətçi tərəfindən verilmiş “Nəqliyyat vasitəsində istifadə edilməsinə dair” etibarnamə vasitəsilə idarə edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, ərizəçi hazırkı iş üzrə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmadığından və qərardad onun maraqlarına toxunmadığından onun ərizəsinə, icraata qəbul edilərək baxılması da mümkün deyil və buna görə də ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki “X7 Prado” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda borclunun mülkiyyətindədir, ərizəçi Z.C.İbadovun həmin əmlaka hər hansı bir mülkiyyət hüquqi yoxdur, əmlaka qoyulmuş məhdudiyyət borclunun öhdəlikləri ilə bağlıdır, ərizəçi hazırkı iş üzrə tərəf deyildir və əmlak üzərindəki məhdudiyyət onun maraqlarına toxunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, ərizəçinin mübahisəli avtomobilə dair etibarnamə olmaqla, ərizəçi avtomobili etibarnamə əsasında idarə edir, lakin həmin daşınar əmlakın mülkiyyətçisi Cavabdehdur və ərizəçinin üzərinə qətnamə ilə hər hansı bir öhdəlik qoyulmamışdır. Belə olan halda hazırki vəziyyətdə həmin avtomobilə dair hər hansı hərəkətlərin edilməsi məhz mülkiyyətçi Cavabdeh məxsusdur. Həmçinin onun avtomobili mülkiyyətçi tərəfindən verilmiş “Nəqliyyat vasitəsində istifadə edilməsinə dair” etibarnamə vasitəsilə idarə etməsi qeyd edilən ərizə ilə müraciət etməsinə əsas vermir. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası ərizəçinin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni geri qaytarmaqla düzgün nəticəyə gəlmiş və bununla bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4331/2019 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar