Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1297/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili Vəkil2, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlərin vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadiq qızına qarşı “borcun və bu borcun əvəzinin ipoteka predmentinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, e-2(005)-160/2021 saylı qətnaməsindən iddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sadiq qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadiq qızına qarşı iddia ərizəsi ilə, həmçinin iddia tələbinin həcminin artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh-borcalan Cavabdeh1 Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə K-148/2014 saylı, 08.10.2014-cü il tarixli kredit müqaviləsi əsasında 129197 (yüz iyirmi doqquz min yüz doxsan yeddi manat) manat əsas borcun, 10 oktyabr 2014-cü il tarixdən kredit müqaviləsinin müddəti başa çatana 10 oktyabr 2019-cu il tarixinə kimi hesablanmış 12211 (on iki min iki yüz on bir) manat faiz borcunun, 256373 (iki yüz əlli altı min üç yüz yetmiş üç manat) manat dəbbə borcunun, cəmi 397781 (üç yüz doxsan yeddi min yeddi yüz səksən bir) manat məbləğində borcun və kredit müqaviləsinin müddəti bitdikdən sonra 10 oktyabr 2019-cu il tarixindən 11 avqust 2021-ci il tarixinədək dövrü üzrə 129197 manat əsas borc məbləğinə hesablanmış 16605 manat faiz borcunun, 304924 manat dəbbə pulu borcunun, cəmi 317484 manat borcun, hər iki dövr üzrə ümumilikdə: 719310 manat məbləğində borcun və K- 023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1№-li Əlavə əsasında 8576 (səkkiz min beş yüz yetmiş altı dollar) ABŞ dolları əsas borcun, 15 aprel 2015-ci il tarixdən kredit müqaviləsinin müddəti başa çatana 15 aprel 2018-ci il tarixinə kimi hesablanmış 8528 ABŞ dolları faiz borcunun, bu kredit müqaviləsinin müddəti bitdikdən sonra 16 aprel 2018-ci il tarixindən 11 avqust 2021-ci il tarixinə kimi qalıq 10199 ABŞ dolları faiz borcunun və kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövrü üzrə hesablanmış 46636 ABŞ dolları dəbbə pulu borcunun, hər iki dövr üzrə ümumilikdə 65411 ABŞ dolları borcun tutulması, hüquqi yardım üzrə vəkilə ödənilmiş 210 manat pulun və 30 manat dövlət rüsumunun ödənilməsi, borc tələbinin, K-148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin i-025/2014 saylı 08.10.2014-cü il tarixli ipoteka müqaviləsi və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi əsasında təminat üsulu olaraq İ-025/2014 saylı 08.10.2014-cü il tarixli ipoteka müqaviləsi və 15.04.2015-ci il tarixli İ-005/2015 saylı Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh2 Sadiq qızına məxsus, ünvan 1 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evini 482000 (dörd yüz səksən iki min) AZN satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, e-2(005)-160/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 K-148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 108746,72 manat məbləğində kredit borcu, 2688,3 manat məbləğində müqavilə müddəti bitdikdən sonra hər gecikdirilmiş günə görə hesablanmış faiz borcu və 1500 manat məbləğində cərimə borcu olmaqla, cəmi 112.935, 02 (yüz on iki min doqquz yüz otuz beş manat 02 qəpik) manat, K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 8576 ABŞ Dolları məbləğində kredit borcu, 85,51 ABŞ Dolları məbləğində faiz borcu və 846 ABŞ Dolları məbləğində müqavilə müddəti bitdikdən sonra hər gecikdirilmiş günə görə hesablanmış faiz borcu olmaqla, cəmi 9507,5 (doqquz min beş yüz yeddi dollar, beş sent) ABŞ Dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh1 tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 Sadiq qızına məxsus ünvan 1 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmeti olan Cavabdeh2 Sadiq qızına məxsus, ünvan 1 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyərinin 289.000 (iki yüz səksən doqquz min) manat məbləğində müəyyən olunması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət büdcəsinə keçirilməsi, əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan BOKT "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Royon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(005)-160/2021 saylı qətnaməsinin borc tələbi üzrə hissəsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, e-2(005)-160/2021 saylı mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli qətnaməsinin qismən, yəni “Cavabdeh1 K-148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2.688,3 manat məbləğində müqavilə müddəti bitdikdən sonra hər gecikdirilmiş günə görə hesablanmış faiz borcunun və 1.500 manat məbləğində cərimə borcunun, K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 846 ABŞ Dolları məbləğində müqavilə müddəti bitdikdən sonra hər gecikdirilmiş günə görə hesablanmış faiz borcunun iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulması, Cavabdeh1 tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi iddiaçı "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin hazırkı dövrə olan likvid dəyərinin 289.000 manat məbləğində müəyyən olunması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət büdcəsinə keçirilməsi, əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməsi” hissəsində ləğv edilməsini və həmin hissədə BOKT "xxxx" MMC-nin iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 vəsatət verərək, Cavabdeh1 fərdi sahibkar stautunda olduğunu və kreditin sahibkarlıq məqsədilə verildiyini nəzərə alaraq, qətnamənin ləğv edilərək, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının vəkili Vəkil2 vəsatətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin vəkili-nümayəndəsi Vəkil1 iddiaçının vəkili Vəkil2 vəsatətinin təmin edilməsinə etiraz etmədi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, mübahisənin subyekt tərkibi təşkil edən iştirakçılar iddiaçı BOKT "xxxx" MMC (VÖEN: **********) kommersiya hüquqi şəxsi və Cavabdeh1 (VÖEN: **********) isə fərdi sahibkar statusundadır. Həmçinin, iş materiallarından görünür ki, mübahisənin əsasını təşkil edən bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış K- 148/2014 saylı, 08.10.2014-cü il tarixli kredit müqaviləsi və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi müvafiq olaraq kənd təsərrüfatı məhsulu istehsalı və biznes məqsədləri üçün bağlanmışdır. Göründüyü kimi, Cavabdeh1 fərdi sahibkar olmaqla iddiaçı bankdan kənd təsərrüfatı məhsulu istehsalı və biznes məqsədləri üçün güzəştli şərtlərlə kreditlər götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına əsasən, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələbinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmçinin, həmin Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, e-2(005)-160/2021 saylı qətnaməsi ləğv edilməli və iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı BOKT "xxxx" MMC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sadiq qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, e-2(005)-160/2021 saylı qətnaməsi ləğv edilsin və iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1297/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1297/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver