Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1303/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı «xxxx» QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan «X1 Edilməsi Agentliyi» MMC-nin Cavabdeh qarşı «kredit borcun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-9/2019 nömrəli qərardadından iddiaçı “xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X1 edilməsi Agentliyi” MMC-nin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5.725,46 ABŞ dolları əsas borc, 425,92 ABŞ dolları faiz borcu, cəmi borc 7.151,38 ABŞ dolları məbləğində borc tutulmalı, tutma ilk olaraq Cavabdeh tərəfindən ipoteka qoyulmuş VAZ 21154” markalı 90NE829 dövlət nömrə nişanlı minik avtomobilinə (buraxılış ili-2011, mühərrik - 5644960, ban- XTA211540C5088271, rəngi- ağ)yönəldilsin. Avtomobil açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait Cavabdeh İddiaçı ASC-ya olan kredit borcun ödənilməsinə yönəldilməsi və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(010)- 9/2019 nömrəli qərardadı ilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının tələbləri nəzərə alınmaqla Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən həmin mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı “X1 edilməsi Agentliyi” MMC ərizə ilə müraciət edərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(010)-9/2019 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bu müddət ərzində Cavabdeh restruktuzasiya müqaviləsi bağlanılması üçün məlumat verilmiş, lakin, borclu restruktuzasiya müqaviləsi bağlamaqdan imtina etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)- 9/2019 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı “xxxx” QSC şikayət verərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-9/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” QSC-nin Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsinin təzələnməsi barədə göndərdiyi ərizə qanunvericiliyə zidd deyildir. Belə ki, Suraxanı Rayon Məhkəməsinin baxılmamış saxlanılma barədə qəbul etdiyi qərardad Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən baxılmamış saxlanılmışdır. Hazırda iddia ərizəsinin yenidən məhkəməyə verilməsi iddia müddətinin keçirilməsi üçün əsas ola bilər. Ona görə də, mülki işin icraatının təzələnməsi zərurətdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 9/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinin tələbinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qanunun mənasına görə, məhkəmə yalnız bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla baxılmamış saxlanılmış işin icraatını təzələyə bilər. Hazırkı iş üzrə iddia ərizəsi isə Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, iddiaçı məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən baxılmamış saxlanılmışdır. Beləliklə, hazırkı mülki iş həmin Məcəllənin 259.0.1-ci maddəsində göstərilən əsaslarla baxılmamış saxlanıldığından, icraatın təzələnməsi hüquqi imkanı bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrinə dair nəzərdə tutulduğundan, baxılmamış saxlanılmış işin icraatının təzələnməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Ona görə şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)- 9/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1303/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1303/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver