Məhkəmə qərarları › İş №2(103)-1306/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1306/2023

16.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1306/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(003)-1540/2022 nömrəli qərardadından Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan Oskar yataq dəsti - 813 manat, Komfort matras - 150 manat, Estella masa (ceviz) - 125 manat, stul taclı - 338 manat, Viyana divan 1 yerli (ceviz) - 763 manat, Hoffman LED 43A3500 - 650 manat, soyuducu Samsung - 900 manat, paltayuyan HOFFMAN WFL7020S - 540 manat, plitə HOFFMAN K639S-240 manat, soba Gorenje B0735E114XK-600 manat dəyərində əşyaların qaytarılması, onlar olmadığı təqdirdə isə həmin əşyaların əvəzi olaraq 5119 manat pulun, eləcə də ödənilmiş 72 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(003)- 1540/2022 saјlı qətnaməsinə əsasən (һakim – Ramilə Xəzri) iddia təmin olunaraq 1 ədəd 813 manat dəyərində Oskar yataq dəsti, 1 ədəd 150 manat dəyərində Komfort matras, 1 ədəd 125 manat dəyərində Estella masa (ceviz), 1 ədəd 338 manat dəyərində stul taclı, 1 ədəd 763 manat dəyərində Viyana 1 yerli divan (ceviz), 1 ədəd 650 manat dəyərində Hoffman LED 43A3500, 1 ədəd 900 manat dəyərində soyuducu Samsung, 1 ədəd 540 manat dəyərində paltayuyan HOFFMAN WFL-7020S, 1 ədəd 240 manat dəyərində plitə HOFFMAN K639S, 1 ədəd 600 manat dəyərində soba Gorenje B0735E114Xk Cavabdeh alınaraq İddiaçı qaytarılması, һəmin əmlaklar olmadığı təqdirdə Cavabdeh 5119 manat və iş üzrə ödənilmiş 72 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Cavabdeһ Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(003)-1540/2022 saylı qərardadına əsasən geri qaytarılmışdır.

4. Qərardad onunla əsaslandırılmışdır ki, qətnamənin surəti Cavabdeh tərəfindən 21 sentyabr 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul edilmiş, həmin qətnamədən apellyasiya şikayəti isə 26 oktyabr 2022-ci il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürməklə məhkəməyə göndərilmişdir.

5. Bundan sonra cavabdeһ Cavabdeh tərəfindən məһkəməyə müraciət olunaraq qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması xaһiş edilmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə onun tərəfindən 21 sentyabr 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə alınmışdır. Məhkəmə qəbzinin surəti ona təqdim edilmədiyindən və qətnaməni 30 sentјabr 2022-ci il tarixdə “vatsap” proqramı vasitəsilə digər mülki iş üzrə vəkilinə göndərdiyindən qətnaməni həmin tarixdə aldığını düşünmüşdür. Bu səbəbdən qətnaməni 30 sentјabr 2022-ci il tarixdə aldığından əmin olaraq apellyasiya şikayətini 26 oktyabr 2022-ci il tarixdə göndərmiş və apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürmüşdür. Buna görə də һesab edir ki, hüquqlarının təmin edilməsi məqsədilə göstərdiyi səbəb məhkəmə tərəfindən üzrlü hesab edilməklə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət məhkəmə tərəfindən bərpa edilə bilər.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 notabr 2022-ci il tarixli, 2(003)- 1540/2022 saylı qərardadına əsasən müddətin bərpası barədə ərizə təmin olunmamışdır.

8. Həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(003)-1540/2022 saylı qərardadına əsasən təmin olunmamış və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məһkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər һəmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. İş materialları ilə təsdiq olunur ki, qətnamənin surəti Cavabdeh tərəfindən 21 sentyabr 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul edilmiş, cavabdeh tərəfindən 26 oktyabr 2022-ci il tarixdə apellyasiya şikayəti verilmiş, yəni, şıkayətin verilmə müddəti 5 gün ötürülmüşdür.

11. Müddətin buraxılmasının səbəbi kimi cavabdeh ona istinad etmişdir ki, qətnaməni 21 sentyabr 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə alsa da, məhkəmə qəbzinin surəti ona təqdim edilmədiyindən və qətnaməni 30 sentјabr 2022-ci il tarixdə “vatsap” proqramı vasitəsilə digər mülki iş üzrə vəkilinə göndərdiyindən qətnaməni həmin tarixdə aldığını düşünmüş, bu səbəbdən qətnaməni 30 sentјabr 2022-ci il tarixdə aldığından əmin olaraq apellyasiya şikayətini 26 oktyabr 2022-ci il tarixdə göndərmiş və apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürmüşdür.

12. İlkin olaraq onu qeyd etmək lazımdır ki, qanunvericilikdə məhkəmə aktının verilməsi barədə qəbzin surətinin işdə iştirak edən şəxsə verilməli olması barədə hər hansı bir müddəa nəzərdə tutulmamışdır.

13. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qətnaməni 30 sentјabr 2022-ci il tarixdə “vatsap” proqramı vasitəsilə digər mülki iş üzrə vəkilinə göndərdiyindən qətnaməni həmin tarixdə aldığını düşünməsi və bu səbəbdən qətnaməni 30 sentyabr 2022-ci il tarixdə aldığından əmin olaraq apellyasiya şikayətini 26 oktyabr 2022-ci il tarixdə göndərməsi üzrlü səbəb hesab oluna və müddətin bərpası üçün əsas ola bilməz.

14. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardadın ləğv olunması үçүn əsaslar mövcud olmadığından Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 noјabr 2022-ci il tarixli, 2(003)-1540/2022 saylı qərardadı dəјişdirilmədən saxlanılmalıdır.

15. Göstərilənlərə əsasən və MPM-in 44, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 noyabr 2022-cı il tarixli, 2(003)-1540/2022 saylı qərardadından Cavabdeh verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 noyabr 2022-cı il tarixli, 2(003)- 1540/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar