Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-132/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: ipoteka predmetlərinin ilkin satış qiymətləri) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X14 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X15, Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(005)-1028/2019 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 20 faizlə 200000 manat məbləğində kredit verilmişdir.
2. Həmin kreditin təminatı olaraq bağlanmış xx.xx.2010-cu il tarixli, 39 nömrəli ipoteka müqaviləsinə əsasən X6 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ ilə özlərinə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0,06164 ha torpaq sahəsində yerləşən 10 nömrəli binanın zirzəmisində 107,8 kv metr ümumi, 95,3 kv metr əsas, 12,5 kv metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini və X13 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 25 nömrəli evin, 58,27 kv metr ümumi, 38,27 kv metr yaşayış sahəsindən ibarət 2 (iki) otaqlı 85 nömrəli mənzilini banka ipotekaya qoymuşlar (tərəflərin razılığına əsasən ipoteka predmeti olan qeyriyaşayış sahəsinin qiyməti 150000 manat, mənzilin isə 80000 manat məbləğində müəyyən edilmişdir).
3. xx.xx.2012-ci il tarixli, 100475-1-2404 nömrəli baş kredit razılaşmasına əsasən ASC tərəfindən Cavabdeh1 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
4. xx.xx.2012-ci il tarixli baş kredit razılaşmasının təminatı olaraq xx.xx.2012-ci il tarixli 39 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2012-ci il tarixli razılaşma bağlanmışdır. Həmin razılaşma ilə ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0,06164 ha torpaq sahəsində yerləşən 10 nömrəli binanın zirzəmisində 107,8 kv metr ümumi, 95,3 kv metr əsas, 12,5 kv metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi 202000 manat məbləğində qiymətləndirilmiş, bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər bankla kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 60 nömrəli kredit müqaviləsindən və xx.xx.2012-ci il tarixli 100475-1-2404 nömrəli baş kredit razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. Yuxarıda göstərilən kredit müqaviləsinə əsasən kreditalan bank tərəfindən verilmiş 200.000 manat məbləğində krediti 24 ay müddətinə qaytarmağı və illik 20% ödəməyi və baş kredit razılaşmasına əsasən, kreditalana bank tərəfindən açılmış 500000 ABŞ dolları məbləğində kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür.
5. xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.
6. xx.xx.2010-cu il tarixli, 39 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 01 saylı razılaşmaya əsasən xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinin 3.5-ci bəndinə dəyişiklik edilərək ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0,06164 ha torpaq sahəsində yerləşən 10 nömrəli binanın zirzəmisində 107,8 kv metr ümumi, 95,3 kv metr əsas, 12,5 kv metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin qiyməti 230000 manat məbləğində müəyyənləşdirilmişdir.
7. xx.xx.2012-ci il tarixli, 100475-1-2404 nömrəli baş kredit razılaşmasına dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarixli 001 nömrəli razılaşmaya əsasən «baş kredit razılaşmasının 2.1-ci və 2.2-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və digər şərtləri dəyişdirilmədən qüvvədə qalmışdır: “2.1 Bu razılaşma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün bank kreditalana ******* ABŞ dolları və ya manat ekvivalenti məbləğində kredit xətti açır. Bu razılaşma bankın kreditalana kredit vermək öhdəliyini ifadə etmir və xx.xx.2012-ci il tarixli 100475-1- 2404 saylı baş kredit razılaşmasının 2.6-cı bənd nəzərə alaraq kreditlər bu razılaşma əsasında tərəflər arasında kredit müqaviləsi və bank qarantiyasının verilməsinə dair razılaşma, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcək. 2.2 Bank bu baş kredit razılaşmasından və həmin razılaşmadan irəli gələn kredit müqavilələri əsasında kredit xəttini xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək açır və kreditalan yalnız qeyd olunan müddət ərzində kredit xəttindən istifadə edə bilər.”
8. xx.xx.2010-cu il tarixli, 39 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 02 saylı razılaşmaya əsasən ipoteka müqaviləsinin 4.1-ci və 4.2-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və digər şərtləri dəyişdirilmədən qüvvədə qalmışdır: «4.1 Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər bankla kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 nömrəli baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarixli 001 nömrəli əlavə razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. 4.2 Yuxarıda göstərilən baş kredit razılaşmasına və ona dəyişikliklər edilməsi barəsində əlavə razılaşmasına əsasən, kreditalan bank tərəfindən açılmış 2.000.000 ABŞ dolları və ya manatda olan ekvivalenti məbləğində kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir. Müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır.» müəyyən edilmişdir.
9. xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinə dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarixli, 001 saylı əlavə razılaşmaya əsasən «xx.xx.2012ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinin 2.2-ci və 2.5-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və digər şərtləri dəyişdirilmədən qüvvədə qalmışdır: “2.2 Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı əlavə razılaşmadan və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlana ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. 2.5 Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarixli 001 saylı əlavə razılaşmasının, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və kreditalan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kreditalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır.
10. xx.xx.2014-cü il tarixli, 124142-NEDVİJ-2683 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən X19 özünə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,1481 ha torpaq sahəsində yerləşən 1398,5 kv metr ümumi, 1366,4 kv metr əsas, 32,1 kv metr köməkçi sahədən ibarət 1 (bir) mərtəbəli qeyri-yaşayış binasını xx.xx.2012-ci il tarixli baş kredit razılaşmasının təminatı olaraq banka ipotekaya qoymuşdur (tərəflərin razılığına əsasən ipoteka predmeti 600.000 manat məbləğində müəyyən edilmişdir).
11. xx.xx.2014-cü il tarixli, 100475-3-175 nömrəli dövriyyədəki malların girov müqaviləsinə əsasən “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 qarşılıqlı razılığına əsasən sonuncuya məxsus və 127.486 ABŞ dolları məbləğində qiymətləndirilmiş dövriyyədəki mallar xx.xx.2012-ci il tarixli baş kredit razılaşmasının təminatı olaraq bankın xeyrinə girov qoyulmuşdur.
12. xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinə əsasən ASC tərəfindən Cavabdeh1 illik 14,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 1-ci tranş 450.000 ABŞ dolları, 2-ci tranş 120.000 ABŞ dolları olmaqla, ümumilikdə 570.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
13. xx.xx.2014-cü il tarixli, 100475-NEDVİJ-3179 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən X17 özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 108 ünvanında yerləşən evin, D girişində 113,1 kv metr ümumi, 66,9 kv metr yaşayış, 46,2 kv metr yardımçı sahədən ibarət 3 (üç) otaqlı 48 nömrəli mənzilini xx.xx.2012-ci il tarixli baş kredit razılaşmasının təminatı olaraq banka ipotekaya qoymuşdur (tərəflərin razılığına əsasən ipoteka predmeti 200.000 manat məbləğində müəyyən edilmişdir).
14. xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən ASC tərəfindən Cavabdeh1 illik 14,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 1- ci tranş 160000 manat, 2-ci tranş 140.000 manat olmaqla, ümumilikdə 300.000 manat məbləğində kredit verilmişdir.
15. xx.xx.2014-cü il tarixli, 124142-NEDVİJ-2683 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı əlavə razılaşma ilə müqaviləyə dəyişiklik edilərək müəyyən edilmişdir ki, ipoteka predmeti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, reyestr nömrəsi **********10-06301, qeydiyyat nömrəsi ********** OLAN, RX seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,1481 ha torpaq sahəsində yerləşən 1398,5 kv metr ümumi, 1366,4 kv metr əsas, 32,1 kv metr köməkçi sahədən ibarət 1 (bir) mərtəbəli qeyriyaşayış binasıdır. İpotekanın predmeti 850.000 manat məbləğində qiymətləndirilmişdir.
16. xx.xx.2014-cü il tarixli, 124142-NEDVİJ-2683 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 02 saylı əlavə razılaşmaya əsasən müqaviləyə dəyişiklik edilərək müəyyən edilmişdir ki, ipoteka predmeti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, reyestr nömrəsi **********10-06301, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,15189 ha torpaq sahəsində yerləşən 1227,2 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış binasıdır. İpotekanın predmeti 850.000 manat məbləğində qiymətləndirilmişdir.
17. xx.xx.2015-ci il tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsinə əsasən ASC tərəfindən Cavabdeh1 illik 14,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 99900 manat və ya ABŞ dolları ekvivalenti məbləğində kredit verilmişdir.
18. xx.xx.2012-ci il tarixli 100475-1-2404 nömrəli baş kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 002 nömrəli razılaşmaya əsasən «xx.xx.2012-ci il tarixli 100475-1-2404 nömrəli baş kredit razılaşmasının 2.1-ci bəndi aşağıdakı redaksiyada verilmiş və digər şərtlər dəyişdirilmədən saxlanılmışdır: Bu razılaşma ilə müəyyən olunmuş şərtlər əsasındata və ya hissələrlə verilən kreditlər üçün bank kreditalana 2.000.000 ABŞ dolları və ya AZN/EUR/RUB ekvivalentində olan məbləğində kredit xətti açır. Bu razılaşma bankın kreditalana kredit vermək öhdəliyini ifadə etmir və 2.6-cı bənd nəzərə alınaraq kreditlər bu razılaşma əsasında tərəflər arasında kredit müqaviləsi, və bank qarantiyasının vəerilməsinə air razılaş, o, cümlədən bərpa olunmayan kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcək.»
19. xx.xx.2010-cu il tarixli, 39 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 03 saylı razılaşmaya əsasən müqavilənin 4.1 və 4.2-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və digər şərtlər dəyişdirilmədən saxlanılmışdır: 4.1 Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barəsində xx.xx.2014-cü il tarixli 001 saylı və xx.xx.2015-ci il tarixl 002 saylı əlavə razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. 4.2 Yuxarıda göstərilən baş kredit razılaşmasına və ona dəyişikliklər edilməsi barəsində əlavə razılaşmasına əsasən, kreditalan bank tərəfindən açılmış 2.000.000 ABŞ dolları və ya AZN/EUR/RUB ekvivalentində olan məbləğdə kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir.
20. xx.xx.2014-cü il tarixli, 124142-NEDVİJ-2683 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 03 saylı razılaşmaya əsasən müqavilənin 4.1 və 4.2-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və digər şərtləri dəyişdirilmədən saxlanılmışdır: “4.1 Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barəsində xx.xx.2014-cü il tarixli 001 saylı vəxx.xx.2015-ci il tarixl 002 saylı əlavə razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. 4.2 Yuxarıda göstərilən baş kredit razılaşmasına və ona dəyişikliklər edilməsi barəsində əlavə razılaşmasına əsasən, kreditalan bank tərəfindən açılmış 2.000.000 ABŞ dolları və ya AZN/EUR/RUB ekvivalentində olan məbləğdə kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir.”
21. xx.xx.2014-cü il tarixli, 100475-NEDVİJ-3179 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı razılaşmaya əsasən müqavilənin 4.1 və 4.2-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və digər şərtləri dəyişdirilmədən saxlanılmışdır: “4.1 Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barəsində xx.xx.2014-cü il tarixli 001 saylı və xx.xx.2015-ci il tarixl 002 saylı əlavə razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. 4.2 Yuxarıda göstərilən baş kredit razılaşmasına və ona dəyişikliklər edilməsi barəsində əlavə razılaşmasına əsasən, kreditalan bank tərəfindən açılmış 2.000.000 ABŞ dolları və ya AZN/EUR/RUB ekvivalentində olan məbləğdə kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir.”
22. xx.xx.2014-cü il tarixli, 100475-3-175 nömrəli dövriyyədəki malların girov müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı razılaşmaya əsasən müqavilənin 4.1 və 4.2-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və digər şərtləri dəyişdirilmədən saxlanılmışdır: 4.1 «Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100475-1- 2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barəsində xx.xx.2014-cü il tarixli001 saylı və xx.xx.2015-ci il tarixl 002 saylı əlavə razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. 4.2 Yuxarıda göstərilən baş kredit razılaşmasına və ona dəyişikliklər edilməsi barəsində əlavə razılaşmasına əsasən, kreditalan bank tərəfindən açılmış 2.000.000 ABŞ dolları və ya AZN/EUR/RUB ekvivalentində olan məbləğdə kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir.”
23. xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinə dəyişikliklər edilməsi barədə xx.xx.2015-ci il tarixli, 002 saylı əlavə razılaşmaya əsasən «xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinin 2.2-ci və 2.5-ci bəndləri aşağıdakı redeksiyada verilmiş və digər şərtləri dəyişdirilmədən saxlanılmışdır: 2.2 Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-12404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı, xx.xx.2015-ci il tarixli 002 əlavə razılaşmasından və qeyd olunan kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlana ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. 2.5 Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-12404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarixli 001 saylı, xx.xx.2015-ci il tarixli 002 saylı əlavə razılaşmasının, o, cümlədən cümlədən bərpa olun(may)an kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və kreditalan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kreditalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır.
24. xx.xx.2012-ci il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 001 saylı razılaşmaya əsasən «kreditalanın banka xx.xx.2015-ci il tarixə mövcud olan borcu bankın xx.xx.2015-ci il tarixinə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 32.741.951,00 rus rubluməbləğində müəyyən edilmiş, həmin razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 41 ay müddəti ərzində istifadə etməyi və xx.xx.2019-cu il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 19 faiz ödəməyi öhdəsinə götürmüşdür. Bu razılaşmanın tərkib hissəsi sayılan əlavə imzalandığı tarixdən, xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsi üzrə imzalanmış əlavə 1 qüvvədən düşmüş hesab edilmiş və həmin kommersiya krediti müqaviləsinin mətni üzrə Əlavə 1 Əlavə ilə əvəz olunmuşdur. xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin 2.1-ci bəndləri qüvvədən düşmüş hesab edilmiş və xx.xx.2014-cü il tarixli 100475-1- 2404/4 nömrəli kommersiya krediti müqaviləsinin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
25. xx.xx.2016-cı il tarixli, 100475-NEDVİJ-4342 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən X17 özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 108 ünvanında yerləşən evin, D girişində olan 45 nömrəli mənzilini banka xx.xx.2012-ci il tarixli baş kredit razılaşmasının təminatı olaraq ipotekaya qoymuşdur (tərəflərin razılığına əsasən ipoteka predmeti 190.000 manat məbləğində müəyyən edilmişdir).
26. xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinə və onun tərkib hissəsi olan 1 saylı razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 02 saylı razılaşmaya əsasən «kreditalanın banka xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 1.646.455,35 rus rublu məbləğində müəyyən edilmiş. Həmin razılaşmanın imzalandığı tarixdən kreditalan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 32 ay müddəti ərzində istifadə etməyi və xx.xx.2019-cu il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 19faiz ödəməyi öhdəsinə götürmüşdür. Bu razılaşmanın tərkib hissəsi sayılan əlavə imzalandığı tarixdən xx.xx.2014cü il tarixli 100475-1- 2404/4 nömrəli kommersiya krediti müqaviləsinin ayrılmaz hissəsi olan 1saylı razılaşma üzrə imzalanmış əlavə qüvvədən düşmüş hesab edilmiş və həmin kommersiya krediti müqaviləsinin mətni üzrə yeni əlavə ilə əvəz olunmuşdur. xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin tərkib hissəsi olan 1 saylı razılaşmanın 1 və 2-ci bəndləri qüvvədən düşmüş hesab edilmiş, xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin və onun tərkib hissəsi olan 1 saylı razılaşmanın digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
27. xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsinə, xx.xx.2015-ci tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsinə və xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinə və onun ayrılmaz hissəsi olan əlavə razılaşmalara dəyişiklik və əlavə edilməsi barədə xx.xx.2017-ci il tarixli 03 saylı əlavə razılaşmaya əsasən «kreditalanın banka xx.xx.2014-cü il tarxli 100475-1-2404/4 nömrəli koomersiya krediti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə mövcud olan borcu kapitallşadırılaraq 36.074.237,89 rus rublu təşkil edir və bankın xx.xx.2017-ci il tarixinə movcud olan məzənnəsi (rus rublundan 0,295 məzənnə) ilə konvertasiya edilərək 1.064.190,02 manat məbləğində müəyyən edilmiş, xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə mövcud olan 189.899,09 manat və xx.xx.2015-ci tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə mövcud olan 75.256,28 manat məbləği təşkil edir və hər üç kredit müqaviləsi üzrə mövcud olan borcu kapitallaşdırılaraq cəmi 1.329.345,39 manat məbləğində müəyyən edilmişdir. Həmin razılaşmanın imzalandığı tarixdən kreditalan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 48 ay müddəti ərzində istifadə etməyi və xx.xx.2021-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 20 faiz ödəməyi öhdəsinə götürmüşdür. Kreditalanın xx.xx.2017-ci il tarixinə kapitallaşdırılmış kredit məbləğindən əlavə 72.178,46 manat məbləğində cərimə borcu mövcuddur. Kreditalanın kredit müqavilələri üzrə hesablanmış cərimə borcları kredit müddətinin sonuna keçirilmiş. Kreditalan restrukturizasiya olunan kredit üzrə ödənişlərini vaxtında və lazımınca icra etdiyi təqdirdə, kredit müqaviləsinin son gününə keçirilmiş cəriməborcunun bankın balansından silinəcəyi razılaşdırılmışdır. Bu razılaşma ilə kreditalan yuxarıda qeyd olunan kredit müqavilələri üzrə təminat qismində çıxış edən daşınmaz əmlakların sığorta müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər uzadılmasının təmin edilməsini öz öhdəsinə götürmüşdür. Sığortalanma həyata keirilmədikdə, bankın kreditin qaytarılmasını vaxtından əvvəl tələb etmək və ya illik faiz dərəcəsini 2 bənd artırmaq hüququ olduğu razılaşdırılmışdır. Bu razılaşmanın tərkib hissəsi sayılan Əlavə 2 imzalandığı tarixdən, xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsinə, xx.xx.2015-ci tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsinə və xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin ayrılmaz hissəsi olan 2 saylı razılaşma üzrə imzalanmış əlavələr qüvvədən düşmüş hesab edilmiş və həmin krediti müqavilələrinin mətni üzrə əlavələr yeni Əlavə 2 ilə əvəz olunmuşdur. xx.xx.2014-cü il tarixli 100475-1- 2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi, xx.xx.2015-ci tarixli 100475-1- 2404/6 nömrəli kommersiya krediti müqaviləsi, xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin tərkib hissəsi olan 2 saylı razılaşmanın 1 və 2-ci bəndləri qüvvədən düşmüş hesab edilmişdir. xx.xx.2014-cü il tarixli 1004751-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi, xx.xx.2015-ci tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsi, xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin tərkib hissəsi olan 2 saylı razılaşmanın digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
28. xx.xx.2012-ci il tarixli, 105056-G_RAN-21 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh4 MMC Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.
29. xx.xx.2012-ci il tarixli, 105056-G_RAN-21 nömrəli zaminlik müqaviləsinə dəyişiklər edilməsi barədə 001 saylı əlavə razılaşmaya əsasən «xx.xx.2012-ci il tarixli, 105056- G_RAN-21 saylı zaminlik müqaviləsinin 2.2 və 2.5-ci bəndləri aşağıdakı redeksiyada verilmiş və zaminlik müqaviləsinin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır: 2.2 Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı əlavə razılaşmadan və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlana ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. 2.5 Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı əlavə razılaşmasının, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və kreditalan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kreditalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır.
30. xx.xx.2013-cü il tarixli, 120880-7-6682 nömrəli zaminlik müqaviləsinə əsasən X1 Həsən Xəlil oğlunun bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.
31. xx.xx.2013-cü il tarixli, 120880-7-6682 nömrəli zaminlik müqaviləsinə dəyişiklər edilməsi barədə xx.xx.2015-ci il tarixli 02 saylı əlavə razılaşmaya əsasən «xx.xx.2013-cü il tarixli, 120880-7-6682 saylı zaminlik müqaviləsinin 2.2 və 2.5-ci bəndləri aşağıdakı redaksiyada verilmiş və zaminlik müqaviləsinin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2.2 Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı əlavə razılaşmadan və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlana ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. 2.5 Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı əlavə razılaşmasının, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və kreditalan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kreditalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
32. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC və Cavabdeh3 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 100475-1-2404/4/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə banka borclu olduğu 1.320.683,36 manat məbləğində əsas borc, 159.720,96 manat məbləğində faiz borcu, 311.284 manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.791.688,32 manat məbləğində pulun, həmçinin, 30 manat məbləğində məhkəmə üçün və 120 manat ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 150 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC və Cavabdeh3 “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması; cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vvaçeslavovna, Cavabdeh4 MMC və Cavabdeh3 tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş: - ipoteka predmetinin ilkin satış qiymətinin 172.000 manat məbləğində müəyyən edilməklə bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 45 saylı mənzilə; ipoteka predmetinin ilkin satış qiymətinin 124500 manat məbləğində müəyyən edilməklə bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 48 saylı mənzilə; - ipoteka predmetinin ilkin satış qiymətinin 552000 manat məbləğində müəyyən edilməklə bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasına; - ipoteka predmetinin ilkin satış qiymətinin 140000 manat məbləğində müəyyən edilməklə bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “Bank VTB (Azərbaycan)” ASCnə ödənilməsi; mənzillərə tutma yönəldildikdən və mənzillər satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onun mənzillərdən məcburi qaydada çıxarılması və mənzillərin boşaldılması; qeyri-yaşayış sahələrinə tutma yönəldildikdən və əmlaklar satıldıqdan sonra əmlakların boşaldılması; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC və Cavabdeh3 tutulmalı olan məbləğin “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-3-175 saylı «Dövriyyədəki malların girov müqaviləsi»nə əsasən Cavabdeh1 mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən mağazada və ambarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “Bank VTB (Azərbaycan)” ASC- nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
33. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılasmasına əsasən bank H.X.Məhəmmodova 120 (yüz iyirmi) ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Daha sonra bank ilə H.X.Məhəmmədəv arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2014-cü il tarixli 1 saylı razılaşmaya görə müəyyən olunmuş şərtlər əsasında bank Cavabdeh1 ******* (iki milyon) ABŞ dolları və ya manat olan ekvivalenti məbləğində kredit xətti açmışdır. Bundan sonra bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli baş kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 2 saylı razılaşmaya görə müəyyən olunmuş şərtlər əsasında bank Cavabdeh1 2.000.000 (iki milyon) ABŞ dolları və ya AZN/EUR/RUB olan ekvivalenti məbləğində kredit xətti açmışdır. Tərəflər arasında bağlanmış baş kredit razılaşmasının şərtlərinə uyğun olaraq aşağıdakı kredit müqavilələri bağlanmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 saylı kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 biznesin inkişafı məqsədi üçün illik 14,5 faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə (3 ay güzəşt müddəti olmaqla) 570000 (beş yüz yetmiş min) ABŞ dolları məbləğində (birinci tranş üzrə 450000 ABŞ dolları, ikinci tranş üzrə 120000 ABŞ dolları) kredit verilmişdir. Daha sonra, bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cii il tarixli 100475-1-2404/4 saylı kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 1 saylı razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixə banka mövcud olan borcu konvertasiva edilərək 32.741.951 rus rublu məbləğində müəyyən edilmiş və Cavabdeh1 illik 19 faiz hesablanması şərti ilə 41 ay müddətinə kredit məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Bundan sonra bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-12404/4 saylı kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2016-cı il tarixə banka mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh1 31646455,35 rus rublu məbləğində borcu illik 19 (on doqquz) faiz hesablanması şərli ilə 32 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475- 1-2404/5 saylı bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 biznesin inkişafı məqsədi üçün istifadə edilmiş məbləğə illik 14.5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 300.000 manat məbləğində (birinci tranş üzrə 160.000 manat, ikinci tranş üzrə 140.000 manat) kredit xətti açılmışdır. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100475-1-2404/6 saylı kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 daşınmaz əmlakın təmiri məqsədi üçün illik hesablanması şərti ilə 60 ay müddətinə 99.900 manat və ya ABŞ dolları ekvivalenti məbləğində kredit verilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 saylı bərpa olunmayan kredit xətti müqaviləsinə; 30.01.201 5-ci il tarixli 100475-1-2404/6 saylı kommersiya krediti müqaviləsinə və xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 saylı kommersiya krediti müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalara dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli 3 saylı razılaşmaya əsasən xx.xx.2014-cü il tarixli 100475-1- 2404/4 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixə banka mövcud olan borcu kapitallaşdırılaraq 36.074.237,89 rus rublu məbləğində müəyyən edilmiş və həmin məbləğ xx.xx.2017-ci il tarixə mövcud olan məzənnə ilə konvertasiya edilərək 1.064.190,02 manat; xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə mövcud olan 189.899,09 manat məbləğində borcu və xx.xx.2015-ci il tarixli 100475-1-2404/6 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə mövcud olan 75.256,28 manat məbləğində borcu müəyyən edilmiş və hər üç kredit müqaviləsi üzrə mövcud olan borcu kapitallaşdırılaraq cəmi 1329345,39 manat məbləğində müəyyən edilmiş və Cavabdeh1 illik 20 faiz hesablanması şərti ilə 48 ay müddətinə kredit məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Bank tərəfindən verilmiş və baş kredit razılaşmasına əsasən kredit müqavilələrinin təminatı kimi aşağıdakı müqavilələr bağlanmışdır. X2, Cavabdeh2 Vyayeslavovna və X13 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 39 saylı ipoteka müqaviləsinə əsasən Baş kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə E.İ.Mustafayeva yə Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0,06164 ha torpaq sahəsində yerləşən 10 saylı binanın zirzəmisində 107,8 kv metr ümumi, 95,3 kv metr əsas, 12,5 kv metr köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi və O.F.İbrahimovaya xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 25 saylı evin, ümumi sahəsi 58,27 kv metr, 38,27 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 85 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Daha sonra, bankla E.İ.Mustafayeva və Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 39 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2012-ci il tarixli razılaşmaya əsasən Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ünvanında yerləşən 10 saylı binanın zirzəmisində 107,8 kv metr ümumi, 95,3 kv metr əsas, 12,5 kv metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi 202.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra bankla Cavabdeh2 arasında bağlanmş xx.xx.2010-cu il tarixli 39 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 1 saylı razılaşmaya əsasən ünvan 7 saylı binanın zirzəmisində 107,8 kv metr ümumi, 95,3 kv metr əsas, 12,5 kv metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi 230000 manat məbləğində qiymətləndirilmişdir. Bundan əlavə, baş kredit razılaşmasına edilmiş dəyişikliklər və əlavələr barədə razılaşmalara uyğun olaraq, bankla Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixli 39 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 2 saylı və 24 noyabr 2015ci il tarixli 3 saylı razılaşmalar bağlanmışdır. X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 124142- NEDVİJ-2683 saylı daşınmaz əmlakın ipoteka müqavidəsinə əsasən baş kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Ü.R.Hacıyevə tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,1481 ha torpaq sahəsində yerləşən 1398,5 kv metr ümumi, 1366.4 kv metr əsas, 32,1 kv metr. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Daha sonra bankla Ü.R.Hacıyev arasında bağlanmş xx.xx.2014-cü il tarixli 124142-NEDVİJ-2683 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 1 saylı razılaşmaya əsasən ünvan 1 ünvanında istifadədə olan 0,1481 ha torpaq sahəsində yerləşən 1398,5 kv metr ümumi, 1366,4 kv metr əsas, 32,1 kv metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası 850.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra bankla Cavabdeh1 arasında bağlanmş xx.xx.2014-cü il tarixli 124142NEDVİJ-2683 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 2 saylı razılaşmaya əsasən ünvan 1 ünvanında istifadədə olan 0,1481 ha torpaq sahəsində yerləşən 1398,5 kv metr ümumi, 1366,4 kv metr əsas, 32,1 kv metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 850.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan əlavə baş kredit razılaşmasına edilmiş dəyişiklər və əlavələr barədə razılaşmaya uyğun olaraq bankla Cavabdeh1 arasında xx.xx.2014cü il tarixli 124142-NEDVİJ-2683 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli 3 saylı razılaşma bağlanılmışdır. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-NEDVİJ-3179 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 108 saylı evin "D” girişində 113,1 kv metr ümumi, 66,9 kv metr yaşayış, 46,2 kv metr yardımçı sahəsindən ibarət 3 otaqlı 48 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Daha sonra, baş kredit razılaşmasına edilmiş dəyişiklər və əlavələr barədə razılaşmaya uyğun olaraq, bankla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 100475-NEDVİJ3179 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli 1 saylı razılaşma bağlanılmışdır. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cü il tarixli 100475-NEDVİJ-4342 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 11, 45 say mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, baş kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Daha sonra baş kredit razılaşmasına edilmiş dəyişiklər və əlavələr barədə razılaşmalara uyğun olaraq bank ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 1 saylı və xx.xx.2015-ci il tarixli 2 saylı razılaşmalar bağlanılmışdır. Bundan əlavə, verilmiş kreditin təminatı üsulu kimi bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-3-175 saylı dövriyyədəki malların girov müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi10 ünvanında yerləşən mağazada və ambarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallar (heyvanlar üçün yem) bankın xeyrinə girov qoyulmuşdur. Dana sonra baş kredit razılaşmasına edilmiş dəyişiklər və əlavələr barədə razılaşmaya uyğun olaraq bankla Cavabdeh1 arasında xx.xx.2014cü il tarixli 100475-3-175 saylı dövriyyədəki malların girov müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli 1 saylı razılaşma bağlanılmışdır. Lakin borclu Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2018-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 1320683,36 manat məbləğində əsas, 159.720,96 manat məbləğində faiz, 311.284 manat məbləğində cərimə olmaqla, ümumilikdə isə 1.791.688,32 manat məbləğində borcu qalmışdır.
34. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 69 nömrəli hesabatından görünür ki, Cavabdeh2 Vyaçevlavovnanın və X4 paylı mülkiyyətində ünvan 7 ünvanında yerləşən binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar qiyməti 230.000 manat təşkil edir.
35. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 69/1 nömrəli hesabatından görünür ki, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən binanın 48 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar qiyməti 226000 manat təşkil edir.
36. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 69/2 nömrəli hesabatından görünür ki, Cavabdeh1 məxsus ünvan 10 ünvanında yerləşən sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar qiyməti 1.700.000 manat təşkil edir.
37. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 69/3 nömrəli hesabatından görünür ki, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən binanın 45 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar qiyməti 225000 manat təşkil edir.
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 11472 saylı məhkəmə ekspertizası rəyinə müvafiq olaraq, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli 03 saylı əlavə razılaşmanın şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixinə (iddia tarixinə) banka 1320683,36 manat əsas, 158415,96 manat faiz olmaqla, cəmi 1479099,32 manat məbləğində borcunun olması müəyyən edilmişdir.
39. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1028/2019 saylı 26 noyabr 2019-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh4 MMC və Cavabdeh3 müştərək qaydada xx.xx.2017-cı il tarixli, 100475-1-2404/4/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 1320683,36 məbləğində əsas borcun, 158415,96 manat məbləğində faiz borcunun, 5000 manat məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 1489099,32 manat məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 120 manat ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 Vyaçevlavovnaya məxsus ünvan 7 ünvanında yerləşən binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinə ilkin satış qiymətinin 230000 manat, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən binanın 48 nömrəli mənzilinə ilkin satış qiymətinin 226000 manat, Cavabdeh1 məxsus ünvan 10 ünvanında yerləşən sahəsinə ilkin satış qiymətinin ******* manat, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən binanın 45 nömrəli mənzilinin ilkin satış qiymətinin 225000 manat müəyyən edilməklə və ünvan 4 ünvanında yerləşən mağazada və anbarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan dövriyyədə olan mallara (heyvanlar üçün yem) yönəldilməsi, qeyd olunan daşınar və daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması, yuxarıd qeyd olunan daşınmaz əmlakların açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər mənzillərdən və qeyri-yaşayış sahələrindən çıxmadığı təqdirdə, onların məcburi qaydada çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
40. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Həmçinin zaminlər Cavabdeh2, Cavabdeh4 MMC və Cavabdeh3 borclunun bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər müştərək qaydada iddiaçıya ödəməlidir.
41. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab etmişdir ki, iddia cavabdehdən əsas və faiz borcun tutulması hissəsində qismən, yəni ekspert rəyi ilə müəyyən edilmiş 1320683,36 manat əsas, 158415,96 manat məbləğində faiz borcunun tutulması hissəsində təmin edilməlidir.
42. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğlərini, kreditin verilmə tarixlərini, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə almış və iddiaçı «Bank VTB (Azərbaycan)» ASC-nin iddiasının 311.284 manat məbləğində cərimə borcunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 5.000 manat məbləğində pul tutulmalıdır.
43. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlakların boşaldılması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Bundan başqa qeyri-yaşayış sahəsindən yaşayış sahəsi kimi istifadə edilmədiyindən, yalnız oradan istifadə edən şəxslərin həmin əmlakdan çıxarılmaları ilə əmlakın boşaldılması mümkündür. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı bank cavabdehlərin ipoteka predmeti olan mənzildən və qeyri-yaşayış sahəsindən çıxarılmalarını istəyir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, ipoteka predmetlərinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər müvafiq olaraq mənzildən və qeyri-yaşayış sahəsindən çıxmazsa, onlar məcburi qaydada çıxarılmalıdır.
44. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, ipoteka predmetinin likvid qiyməti ilə bağlı suallara aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmiş və müvafiq rəylər verilmişdir. Bu səbəbdən də, ipoteka predmetlərinin ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir.
45. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 120 (yüz iyrmi) manat ipotekanın qeydə alınması üçün ödənilmiş rüsum cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC-dən və Cavabdeh3 müştərək qaydada “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC-dən və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutulmalıdır.
46. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125.7, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 269.1, 269.4, 295, 296.1, 385.1, 386.1, 421, 442, 443.1, 445, 445.2.1, 448.1, 462.1, 465.2, 467, 470.1, 472.1, 739.1, 739.2 və 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59.1, 59.3 və 59.4-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 9.1, 9.3, 14.2, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
47. Qətnamədən iddiaçı və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.
48. İddiaçı apellyasiya şikayətində qətnamənin faiz və cərimə borcunun, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilməsini və Bankın iddia tələbinin həmin hissələrdə təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə faiz borcunu müəyyən edərkən, məhkəmə-mühasibatlıq ekspertizasının 29 oktyabr 2019-cu il tarixli 11472 saylı rəyini əsas götürmüş, lakin həmin rəydə cavabdeh H.X.Məmmədovun kredit borcunun hesablanması düzgün aparılmamış və nəticədə ekspert faiz borcu hissəsində yanlış nəticəyə gəlmişdir. Həmçinin, cərimə məbləğinin məhkəmə tərəfindən tənasübsüz surətdə azaldılması əsassızdır. Cavabdeh H.X.Məmmədov və Cavabdeh2 vəkil-nümayəndəsi Nümayəndə məhkəmə baxışı zamanı iddia tələblərini qismən qəbul edərək, yalnız ipoteka predmetlərinin ilkin satış qiymətlərinə etiraz edərək məhkəmədə mübahisələndirmişlər, göründüyü kimi cavabdeh tərəf cərimənin azaldılması xahişi ilə məhkəməyə müraciət etməmiş və iddia tələblərinin cərimənin tutulması hissəsini məhkəmə baxışı zamanı mübahisələndirməmişdir. Həmçinin, ipoteka predmetlərinin dəyəri qiymətləndirici tərəfindən artıq dərəcədə yüksək müəyyən olunmuşdur və reallığı əks etdirmir, həmin hesabatlar qeyri-obyektiv və qərəzlidir.
49. Cavabdeh2 isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, yeni muhasibatlıq ekspertizası təyin edilib, iddiaçıya olan borcun ədalətli olaraq müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tərəfindən tələb həddindən artıq şişirdilmiş, həqiqətə uyğun deyildir, məhkəmə iddianı qismən təmin etsə də, hesab edir ki, işin faktiki hallarına uyğun olmayaraq, ədalətsiz və qeyri-obyektiv olaraq iddiaçının tələbi faktiki olan borcun miqdarından artıq təmin edilmişdir. Məhkəməyə müraciət olunmasından bir qədər öncə təqribən 20.000 manat ödəniş etsələr də, bu ödənişlər iddiada və daha sonra keçirilən ekspertizalarda nəzərə alınmamışdır. Əsas borc məbləğində səhvlər olduğundan və sonuncu ödənişlər nəzərə alınmadığına görə mühasibatlıq ekspertizasının nəticələrində yanlışlıqlar olmuşdur. Eyni zamanda məhkəmə tərəfindən tutulan cərimə sanskiyası da ədalətsizdir.
b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
50. Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2020-ci il tarixli, 9/3612 nömrəli ekspert rəyi ilə Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli, 03 saylı “Əlavə Razılaşma”nın şərtləri əsas götürülməklə Cavabdeh1 29 noyabr 2018-ci il tarixə (iddia tarixinə) banka olan borcu 1479099,32 manat məbləğində müəyyən olunmuşdur (o cümlədən əsas borc üzrə 1320683,36 manat, faiz borcu üzrə 158415,96 manat).
51. “X3 Company” MMC-nin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, ünvan 11 ünvanda yerləşən 45 saylı və 48 saylı mənzillər (həmin mənzillər faktiki birləşdirilərək vahid yaşayış sahəsi kimi istifadə olunur), ümumi sahəsi 220,6 kv metr və yaşayış sahəsi kimi istifadədə olan əmlakın real bazar dəyəri 375000 manat, likvid dəyəri 340000 manat, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 107,8 kv metr olan qeyriyaşayış sahəsinin real bazar dəyəri 185000 manat, likvid dəyəri 160000 manat, ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri ******* manat, likvid dəyəri 850000 manat təşkil edir.
52. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-71/2022 nömrəli 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X10 (sədrlik edən və məruzəçi), X5 və X8) iddiaçı “Bank "xxxx" (Azərbaycan) ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsinin ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ünvan 11 ünvanında yerləşən 45 saylı və 48 saylı mənzillərin, ümumi sahəsi 220,6 kv metr və yaşayış sahəsi kimi istifadədə olan əmlakın ilkin satış qiymətinin onun likvid dəyəri əsasında 340000 manat, ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 107,8 kv metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin onun likvid dəyəri əsasında 160000 manat, ünvan 12 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin onun likvid dəyəri əsasında 850000 manat müəyyən edilməsi, qalan hissələrdə qətnamənin iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 1400 manatın 750 manatın iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 750 manatın isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh4 MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 900 manatın 450 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 450 manatın isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh4 MMC-dən tutularaq “X3 Company” MMC-nin hesabına ödənilməsi, Məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 manatın tərəflərin hər birindən 50 manat olmaqla tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
53. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 11472 saylı rəyində müəyyən edilmiş əsas və faiz borcunun məbləğləri ilə apellyasiya instansiyası məhkəməsində tədqiq edilmiş ekspert rəyində müəyyən edilmiş əsas və faiz borcunun məbləğləri eynilik təşkil etmişdir. Həmçinin, cavabdeh həmin ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğinin düzgün hesablanmadığını, onun etmiş olduğu ödənişlərin borc hesablanarkən nəzərə alınmadığını bildirsə də, ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğini düzgün hesab etməməsinin səbəblərini izah edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin göstərilən dəlillərini əsassız hesab etmişdir.
54. Apellyasiya məhkəməsi həmçinin apellyasiya şikayətlərinin dəlillərindən biri olan cərimənin (dəbbə pulunun) hesablanması ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq cərimənin 5000 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab etməkdə haqlı olmuşdur. Ona görə də, apelyasiya şikayətlərinin dəbbə pulu hissəsi ilə bağlı dəlilləri əsassızdır və təmin edilə bilməz. Məhkəmə dəbbə pulu ilə bağlı hesab etmişdir ki, dəbbə pulunun məbləği müəyyən edilərkən tənasüblük qorunmuş, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmışdır.
55. Bununla yanaşı, məhkəmə kollegiyası iş üzrə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab etmişdir. Belə ki, ipoteka predmeti olan daşınmaz əmlakların tərəflər arasında bağlanmış ipoteka müqavilələrində müəyyən edilmiş qiymətləri ilə birinci instansiya məhkəməsinin qərardadı əsasında aparılmış qiymətləndirmənin nəticələri arasında kəskin fərqlər mövcud olduğundan ipoteka predmeti olan əmlakların yenidən qiymətləndirilməsi və likvid qiymətinin müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən yeni qiymətləndirmə təyin edilmiş və qiymətləndirilmənin aparılması "xxxx" MMC-yə həvalə edilmiş, lakin məhkəmə iclasında cavabdehlər rəyin ipoteka predmeti olan əmlaka baxış keçirilmədən tərtib edildiyini bildirdiklərindən və qeyd olunan hal ekspert rəyini şübhə altına aldığından əmlakın yenidən qiymətləndirilməsi qərara alınmış, bu dəfə əmlakın qiymətləndirilməsi “X3 Company” MMC-yə həvalə edilmişdir. Həmin MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 11 ünvanda yerləşən 45 saylı və 48 saylı mənzillər (həmin mənzillər faktiki birləşdirilərək vahid yaşayış sahəsi kimi istifadə olunur), ümumi sahəsi 220,6 kv metr və yaşayış sahəsi kimi istifadədə olan əmlakın real bazar dəyəri 375000 manat, likvid dəyəri 340000 manat, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 107,8 kv metr olan qeyriyaşayış sahəsinin real bazar dəyəri 185000 manat, likvid dəyəri 160000 manat, ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri ******* manat, likvid dəyəri 850000 manat təşkil edir. Bu qiymətləndirmə rəyinin mötəbərliyini şübhə altına ala biləcək hər hansı hal aşkar edilmədiyindən, habelə əvvəlki rəydən fərqli olaraq həmin rəylə əmlakların həm bazar, həm də likvid qiyməti müəyyən edildiyindən, qiymətlər müəyyən edilərkən ipoteka predmetlərinin qiymətinə təsir edə biləcək bütün zəruri keyfiyyətləri (təmirliliyi, lokasiyası, ictimai nəqliyyat qovşaqlarına yaxın yerləşməsi və s.) nəzərə alınmaqla ətraflı təsvir edildiyindən kollegiya hesab etmişdir ki, hazırkı iş üzrə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi zamanı “X3 Company” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinə istinad edilməli, həmin rəylə müəyyən edilmiş likvid qiymətləri ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti kimi müəyyən edilməlidir.
56. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 319.1, 385, 462.1, 465.2 və 467-ci, “İpoteka haqqında” Qanunun 33 və 39.3-cü, MPM-in 14.2, 77.1 və 384.0.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Kassasiya instansiya məhkəməsində icraat
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2(102)-5349/2022 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-71/2022 nömrəli 09 iyun 2022-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
58. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiya məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, “Cavabdeh2 kassasiya şikayətinin dəlili ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh ipoteka qoyan (Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi-10 ünvandakı binanın zirzəmisində yerləşən 107,8 kv metrlik qeyriyaşayış sahəsi) olmaqla bərabər borcalanın öhdəliklərinə görə zamin olması, bankdan alınmış kreditin qaytarılması üçün borcalanla bərabər müştərək məsuliyyət daşıması nəzərə alınmaqla onun həmin borcun qaytarılmasının təminatı kimi ipotekaya qoyulmuş bütün əmlakların ilkin satış qiymətini mübahisələndirmək hüququ vardır. İşdən görünür ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələrində, müvafiq olaraq ipoteka predmetlərinin qiymətlərində dəfələrlə dəyişkliklər edilmişdir. İşə məhkəmədə baxılan zaman tərəflər arasında müqavilə ilə razılaşdırılmış qiymətlərlə bağlı fikir ayrılığı olduğuna görə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə təkrar ekspertiza təyin etmiş, ekspetizanın aparılması “X3 Company” MMC-yə tapşırılmışdır. İpoteka predmetlərinin birinci instansiya məhkəməsi ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış qiymətləri müqayisə edildikdə aydın olur ki, bu qiymətlər arasında kəskin fərqin vardır, məhkəmə aktlarının çıxarılması tarixləri arasında uzun müddət keçməməsi və daşınmaz əmlak bazarında qiymətlərin artımı nəzərə alındıqda həmin fərqin obyektiv amillər nəticəsində əmələ gəlməsi inandırıcı hesab oluna bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin hərracda satışının ilkin qiymətlərini müəyyən edərkən göstərilən halı diqqətdən qaçırmamalı, ekspert rəyləri arasındakı ziddiyyəti nəzərə almalı, hansı səbəblərə görə “X3 Company” MMC tərəfindən verilmiş rəylərin daha mötəbər olmasını əsaslandırmalı idi. Cavabdehin kassasiya şikayətinə görə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunması zamanı ekspert tərəfindən tədqiqat obyekti olan əmlaklar yerində müayinə olunmamış, əmlaklara baxış keçirilməmişdir. Apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.”
c) Proses iştirakçılarının izahatı
59. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
60. Cavabdeh2 nümayəndəsi-vəkili ipoteka predmetlərinin hazırda müəyyən edilmiş qiymətləri ilə razı olmadığını bildirdi.
61. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
62. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
63. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
64. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
65. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
66. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Mülki Prosessual Məcəllə
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
70. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
71. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
72. Hazırki apellyasiya baxışının predmetini qətnamənin yalnız ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
73. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməlidir.
74. Hazırki apellyasiya baxışının predmetini qətnamənin yalnız ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir.
75. İşdən görünür ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələrində, müvafiq olaraq ipoteka predmetlərinin qiymətlərində dəfələrlə dəyişikliklər edilmişdir.
76. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə olunmuşdur.
77. "xxxx" MMC-nin hesabatlarına görə Cavabdeh2 və X4 ümumi mülkiyyətində ünvan 14 ünvanda yerləşən binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 230000 manat; Cavabdeh1 məxsus ünvan 15 ünvanda yerləşən binanın 45 nömrəli mənzilin qiyməti 225000 manat; Cavabdeh1 məxsus ünvan 15 ünvanda yerləşən binanın 48 nömrəli mənzilin qiyməti 226000 manat; Cavabdeh1 məxsus ünvan 12 ünvanda yerləşən əmlak kompleksinin qiyməti ******* manat təşkil edir.
78. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiyməti olaraq "xxxx" MMC tərəfindən müəyyən edilmiş məbləğləri əsas götürərək nəticəyə gəlmişdir.
79. Lakin iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş hesabatlardan görünür ki, MMC tərəfindən müəyyən edilmiş məbləğlər ipoteka predmetlərinin bazar dəyəri olmuşdur. Məhkəmə isə bu halı nəzərə almadan həmin məbləğləri ilkin satış qiyməti kimi müəyyən etmişdir.
80. Qanunvericiliyin tələbinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
81. Ona görə də, məhkəmə tərəfindən ipoteka predmetinin dəyəri olaraq müəyyən edilmiş məbləğlər mötəbər hesab edilə bilməz.
82. Apellyasiya instansiyası məhkəməsində əvvəlki icraat zamanı ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə təkrar ekspertiza təyin etmiş, ekspertizanın aparılması “X3 Company” MMC-yə tapşırılmışdır.
83. “X3 Company” MMC-nin rəyinə görə ipoteka predmeti olan ünvan 11 ünvanda yerləşən 45 saylı və 48 saylı mənzillər (həmin mənzillər faktiki birləşdirilərək vahid yaşayış sahəsi kimi istifadə olunur), ümumi sahəsi 220,6 kv metr və yaşayış sahəsi kimi istifadədə olan əmlakın real bazar dəyəri 375000 manat, likvid dəyəri 340000 manat, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 107,8 kv metr olan qeyri-yaşayış sahəsinin real bazar dəyəri 185000 manat, likvid dəyəri 160000 manat, ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri ******* manat, likvid dəyəri 850000 manat təşkil edir.
84. Kassasiya məhkəməsinin göstərişlərini nəzərə alan məhkəmə, ipoteka predmetlərinin müəyyən edilmiş qiymətləri arasında kəskin fərq olduğundan və əmlakların qiyməti ilə bağlı mübahisə olduğundan Kollegiyanın 28 fevral 2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, qərardadın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
85. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “Təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli məlumat məhkəməyə daxil olmuşdur. Məlumatda göstərilmişdir ki, tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023cü il tarixdə vəsatət göndərilmiş, lakin iş üzrə tərəflər məhkəmə binasına gəlmədiyindən, tədqiq olunan obyektin yerləşdiyi ünvanın müəyyən edilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Buna görə də ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.
86. Daha sonra Kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə yenidən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və qərardadın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
87. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 227000,0 manat məbləğində; ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 1811000,0 manat məbləğində müəyyən edilmişdir.
88. Həmçinin göstərilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 180 giriş “D” 45 və 48 saylı mənzillər təqdim olunmadığından, həmin mənzillərin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır.
89. Kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadında göstərilmişdir ki, ekspertiza tədqiqat obyektlərinə tərəflərin iştirakı ilə baxış keçirilməklə, bu mümkün olmadıqda isə iş materialları əsasında keçirilsin, buna baxmayaraq, ekspert rəyi ilə iki mənzilə münasibətdə, onlar təqdim olunmadığından tədqiqat aparılmamışdır. Həmçinin digər ipoteka predmetlərinin qiymətləri müəyyən edilsə də, müəyyən edilmiş qiymətlər arasında kəskin fərq olduğu aşkar olduğundan Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə qiymətləndirmə təyin edilmiş və qərardadın icrası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir.
90. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 45 saylı mənzilin likvid dəyəri 222000 manat; Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 48 saylı mənzilin likvid dəyəri 199000 manat; ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri 900000 manat; ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 215000 manat müəyyən edilmişdir.
91. Kollegiya qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 45 saylı mənzilin, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 48 saylı mənzilin və ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinin "xxxx" MMC tərəfindən müəyyən edilmiş likvid dəyəri iş materiallarında olan digər rəylərlə müəyyən edilmiş məbləğlə yaxın olmaqla, aralarında kəskin fərq yoxdur, həmin ipoteka predmetlərinə münasibətdə Kollegiya "xxxx" MMC tərəfindən verilmiş hesabatı mötəbər hesab edərək, həmin məbləğləri əsas götürür.
92. ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının dəyəri Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza nəticəsində 1811000,0 manat müəyyən edilsə də, "xxxx" MMC tərəfindən 900000 manat məbləğində müəyyən edilmişdir.
93. Kollegiya qeyd edir ki, ekspert rəyinə nəzər yetirdikdə məlum olur ki, ekspertiza təqdiqatı zamanı eskpert müqayisəli tədqiqat metodu zamanı internet saytlarında olan elanlardan istifadə etmişdir. Lakin əlavə edilmiş elanlara baxdıqda müəyyən edilir ki, müqayisəli tədqiqat zamanı seçilmiş obyektlərlə ipoteka predmeti olan obyektin təyinatı və yerləşmə yerləri fərqli olmuşdur, belə olan halda müvafiq olaraq müqayisəli tədqiqat zamanı seçilmiş obyektlərin dəyərinə uyğun olaraq ipoteka predmetinin yüksək qiymətləndirilməsi aşkardır. Ona görə də ekspert rəyi mötəbər hesab edilmir, həmin ipoteka predmetinə münasibətdə də "xxxx" MMC tərəfindən müəyyən edilmiş məbləğ əsas götürülməlidir.
94. Beləliklə, ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə qətnamə dəyişdirilməli və Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 45 saylı mənzilin ilkin satış qiyməti 222000 manat; Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 48 saylı mənzilin ilkin satış qiyməti 199000 manat; ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 900000 manat; ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 215000 manat müəyyən edilməlidir.
95. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1028/2019 nömrəli 26 noyabr 2019-cu il qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 45 saylı mənzilin ilkin satış qiyməti 222000 manat; Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 48 saylı mənzilin ilkin satış qiyməti 199000 manat; ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 900000 manat; ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 215000 manat müəyyən edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manatı iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-dən, 50 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC və Cavabdeh3 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 1200 manat məbləğində pul vəsaitinin 600 manatı hissəsi iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-dən, 600 manat hissəsi isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC və Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: "xxxx" ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.