Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1320/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Cavabdeh X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X6 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(008)-4628/2021 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün 20.500 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada tutularaq onlara ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(008)-4628/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 20.500 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir. Cavabdeh X8 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini və iddianın ona aid hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X8 qeyd edilən qətnamədə göstərilən məbləğin ödənilməsi ilə bağlı iddiaçılarla onun arasında hər hansı mübahisənin qalmadığını qeyd etmiş və ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılar İddiaçı1 və İddiaçı2, habelə Cavabdeh2 lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə işə, o cümlədən qeyd edilən ərizəyə bu tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, cavabdeh X4 apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir; Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X4 qeyd edilən qətnamədən verdiyi apellyasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından qəbul olunmalı və cavabdeh X6 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263- 264-cü, 369-cu, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(008)-4628/2021 saylı qətnaməsindən cavabdeh X4 apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1320/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1320/2023
09.03.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver