Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1326/2025 17.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Məmmədova (Talıbova) Şəfiqə Talıb qızına və Cavabdeh2 qarşı (X16 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: yaşayış sahəsindən çıxarılma X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Məmmədova (Talıbova) Şəfiqə Talıb qızına və Cavabdeh2 qarşı (X16 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1419/2024 nömrəli qətnaməsindən cavabdeh Məmmədova (Talıbova) Şəfiqə Talıb qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 39 saylı fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə X10 adına (iddiaçı və cavabdehin anası) qeydiyyatdan keçmişdir. Onun tərəfindən tərtib edilmiş və Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün daşınar-daşınmaz əmlakını oğlu İddiaçı (bundan sonra iddiaçı) vəsiyyət etmişdir. X22 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və xx.xx.2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı X6 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 39 saylı fərdi yaşayış evinin 13/14 hissəsinin vərəsəsi olmuş, əmlakın 1/14 hissəsi açıq saxlanılmışdır. X10 vərəsələrdən Cavabdeh1 (bundan sonra cavabdeh), X11 və X14 xx.xx.2018-ci il tarixdə ərizə ilə notariat kontoruna müraciət edərək, ondan (analarından) miras qalmış əmlakdan iddiaçının xeyrinə imtina etdiklərini, onlara çatası payı qəbul etmədiklərini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəklərini bildirmişlər. Bakı şəhəri 9 saylı DNK-nın 2V-201 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakın (Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 39 saylı fərdi yaşayış evin) 1/14 hissəsinin vərəsəsi X25 olmuşdur. Həmin hissəyə dair onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan onun tərəfindən xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X12 (bundan sonra üçüncü şəxs) 36.000 manat pula satılmış və hazırda sonuncuun mülkiyyətindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin е-2(005)-1081/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Bu əmlak 2 otaq, 29.6 kv.m k/s-6.7 kv.m hissədə X15 (ümumiyyətlə cavabdehlərə hər hansı aidiyyəti yoxdur), 3 otaq (50.3 kv.m k/s-10.8 kv.m və 5.7 kv.m anbar) 1/14 hissədə X7, 3 otaq (50.3 kv.m k/s-10.8 kv.m və 5.7 kv.m anbar) 13/14 hissədə İddiaçı adına paylı mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. Onların mülkiyyətində olan əmlaklar biri-birindən tam təcrid vəziyyətdə оlmaqla hər еvin ayrıca giriş-çıхışı və kоmmunal sahələri mövcuddur.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1607/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddiaçılar X13, Cavabdeh1 və X4 cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisinə, İddiaçı, X8, X17 və X18 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddiaları təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus olan (paylı mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə ******* Reyestr nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən (50.3 kv.m k/s - 10.8 kv.m və 5.7 kv.m anbar) 3 otaqdan (13/14 hissəsindən) çıxarılması və yaşayış sahəsinin ona təhvil verilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini işin yuxarıda istinad edilən faktiki hallarına istinad etməklə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun bacısı X19 ona məxsus mülkiyyətdən bugünədək istifadə etməsinə maneələr yaradır. Hazırda cavabdeh həmin evdə qızı Cavabdeh2 ilə birlikdə yaşayır. Bacısı üçün ailəsinin köməyi ilə eyni həyətdə yanaşı yeni ev tikmişdir. Lakin bacısı həmin evi aylıq 350 manata kirayə vermiş, hər iki evdən öz xeyrinə faydalanır. Bacısına evdən çıxması üçün təkliflər etməsinə baxmayaraq, evdə yaşamağa davam edir. Cavabdeh hər iki evdən faydalanmaqla, evini zəbt etmiş, onu mülkiyyətindən məhrum etmişdir. Həmçinin, vərəsəlik işi açıldığı zaman cavabdeh öz ərizəsi ilə evin onun xeyrinə verilməsinə rəsmi şəkildə razılığını bildirmişdir. Cavabdeh tərəfindən ev zəbt etdiyi üçün dəfələrlə evi təhvil verməyi bildirsə də, cavabdeh səs-küy salmış, mübahisə yaradaraq, evdən çıxmayacağını bildirmişdir
5. Bundan sonra cavabdeh X20 iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı həqiqi cavabdehləri düzgün təyin etməmişdir. Onun qızı Cavabdeh2 hazırkı iddia üzrə cavabdeh kimi tanına bilməz, o, tam fəaliyyət qabiliyyətli deyildir, yəni azyaşlıdır. Mübahisəli fərdi yaşayış evinin sahibi onların anası olmuşdur. Analarının vəfatından sonra böyük bacısı Fatmanın, həmçinin iddiaçının çox saylı təkidləri ilə anadan vərəsəlik yolu ilə ona düşən paydan qardaşı Zakirin xeyrinə imtina etməli olmuşdur. Onu inandırmışlar ki, anadan qalmış fərdi yaşayış evi ancaq bir vərəsənin adına rəsmiləşdirilməlidir. Əvvəlcə imtina etmiş və bildirmişdir ki, başqa yaşayış yeri yoxdur, qızı ilə ancaq ata evinə sığınmışdır. Onu tam arxayın etmişlər ki, onu qızı ilə heç kim evdən çıxara bilməz, həmin evdə tam yaşayış hüququ var, sadəcə yaşayış evi ancaq bir vərəsənin adına rəsmiləşdirilməlidir. Qardaşı Zakir anadan qalmış evi öz adına rəsmiləşdirib müvafiq çıxarış almışdır. Bundan sonra əvvəlki kimi yaşayış evinin 2 otağında o, qızı və bacısı X21 ilə yaşamağı davam etmişdir. Böyük bacısı Gülzar ağır xəstədir, ömürlük 2-ci qrup əlildir, tam əmək qabiliyyətsizdir. Onun kənar şəxslərin köməyinə kəskin ehtiyacı vardır, faktiki olarak bacısına o baxır. Bir müddətdən sonra qardaşı ən müxtəlif bəhanələrlə onları evdə yaşamalarına mane olmağa başlamışdır. Özü də 2-ci qrup əlil olmaqla əmək qabliyyətini tam itirmişdir. Faktiki olaraq iddiaçı onları aldatmış və anadan qalmış fərdi yaşayış evini ələ keçirmişdir.
6. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə mübahisəli ünvana yerində müayinə keçirilmiş və yerinə müayinə zamanı mübahisəli ünvanda iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evindən aralıda, eyni həyətdə digər tikilinin də olması, həmin tikilinin cavabdeh tərəfindən kirayə verilərək, özünün övladı ilə iddiaçının paylı mülkiyyətində olan əmlakda yaşaması müəyyən еdilmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1419/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Məmmədоva Şəfiqə Talıb qızının və övladı Məmmədоva Gülхanım Bəhruz qızının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus (paylı mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə ******* Reyestr nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən (50.3 kv.m k/s-10.8 kv.m və 5.7 kv.m anbar) 3 otaq оlan 13/14 hissəsindən çıxarılması və qеyd еdilən yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdeh Məmmədоva Şəfiqə Talıb qızından alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (Hakim: X9)
8. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış еvinin paylı mülkiyyətçisi olduğundan və оnun mülkiyyəti payında həmin hissəyə artıq hеç bir hüququ оlmayan cavabdеh Məmmədоva Şəfiqə Talıb qızı xx.xx.2016-cı il təvəllüdlü övladı Məmmədоva Gülхanım Bəhruz qızı ilə yaşadığından iddiaçı оnların həmin hissədən çıхarılması ilə bağlı müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 39 ünvanında yerləşən fərdi yaşayış evinin 3 otaqdan ibarət 13/14 hissəsi (50.3 kv.m k/s-10.8 kv.m və 5.7 kv.m anbar) mülkiyyət hüququ ilə iddiaçıya keçdiyindən, cavabdehlərin iddiaçının mülkiyyətinə keçmiş hissəsində qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından onlar həmin mənzildən çıxarılmalıdır. Belə ki, cavabdehlərin həmin mənzildə yaşamalarına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir.
9. Məhkəmə göstərilən nəticəyə gələrkən, həmçinin, qeyd etmişdir ki, cavabdеh kimi göstərilmiş Cavabdeh1 övladı, xx.xx.2016-cı il təvəllüdlü, azyaşlı Cavabdeh2 tam fəaliyyəti qabiliyyəti оlmasa da, prоsеssual hüquq qabiliyyəti оlduğu üçün о, Azərbaycan Rеspublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinin təsiri altına düşür. Bеləliklə, iddiaçının həqiqi cavabdehləri düzgün təyin etməməsi, azyaşlı Cavabdeh2 tam fəaliyyət qabiliyyətli оlmadığı üçün hazırkı iddia üzrə cavabdeh kimi tanına bilməməsinə dair еtirazının dəlilləri əsassızdır. Məhkəmə hеsab еtmişdir ki, Cavabdeh1 mübahisəli ünvan üzrə iddiaçıya məхsus paylı mülkiyyət hissəsində yaşamasına hüquqi əsas ola biləcək hər hansı bir əsas оlmaması оnun, həmçinin övladı ilə birlikdə iddiaçıya məхsus mülkiyyətdən çıхarılması üçün əsasdır.
10. İddia təmin edildiyindən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh Məmmədоva Şəfiqə Talıb qızından alınaraq iddiaçıya ödənilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29cu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci, 152-ci, 157-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh Məmmədova (Talıbova) Şəfiqə Talıb qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun sözügedən mübahisəli evdən başqa ikinci bir yaşayış yeri və ya adına dövlət qeydiyyatına alınmış hər hansı bir əmlak yoxdur. İddiaçının özünün ayrıca digər evi də var. Bugünkü gündə onların mübahisə predmeti olan evdə yaşamağı iddiaçıya heç bir maneəçilik törətmir. Digər tərəfdən məhkəmə qətnaməsində qeyd edilmişdir ki, mübahisəli ünvanda eyni həyətdə olan digər bir tikili guya onun tərəfindən kirayə verilmişdir. Lakin həmin tikilinin həqiqətən də ona məxsus olması sübuta yetirilməmiş, qeyd edilənləri təsdiq edən hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. Nəticə etibari ilə bu hal məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Hətta məhkəmə prosesi zamanı belə məhkəmə tərəfindən yalnız iddiaçının fikirləri nəzərə alınmış, onun isə nəyinki fikirləri, özünü müdafiə etməyinə belə şərait yaradılmamış, o cümlədən məhkəmə qətnaməsində qeyd edilmişdir ki, iddia təmin edildiyindən dövlət rüsumu ondan alınaraq iddiaçıya ödənilməlidir. Halbuki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunvericiliyə görə o, bu rüsumdan azad olduğu halda məhkəməyə 100 manat məbləğində dövlət rüsumunun ondan tutulması qənaətinə gəlmişdir. Bu səbəbdən sözügedən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi X23 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Cavabdeh Məmmədova (Talıbova) Şəfiqə Talıb qızı (həmçinin, digər Cavabdeh2 qanuni nümayəndəsi) və məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X16 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır; 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.3-cü maddəsinə əsasən müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayəti qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan və hüquqi nəticə etibarı ilə cavabdeh Məmmədova (Talıbova) Şəfiqə Talıb qızının digər cavabdehin qanuni nümayəndəsi olması nəzərə alınaraq, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə hər hansı əsas yoxdur.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında sərgilənmiş hüquqi mövqeyə əsasən ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu; 2) yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olur. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.
25. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, cavabdehlərin mənzildən çıxarılmasının mümkünlüyünə hüquqi qiymət verilməsindən əvvəl ilk növbədə ümumiyyətlə cavabdehlərin mübahisəli mənzilə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir.
26. Bu prizmadan yanaşaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Məmmədova (Talıbova) Şəfiqə Talıb qızı mübahisəli əmlakın hazırki mülkiyyətçisinin bacısı, əvvəlki mülkiyyətçisinin isə qızıdır. Belə ki, 2002-ci ildə həmin evə dair onların anası X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, onunla birlikdə cavabdeh də bu evdə yaşamışdır. 2017-ci il tarixdə X22 vəfat etdikdən sonra bir sıra vərəsə, o cümlədən cavabdeh notariat kontoruna müraciət edərək, ondan (analarından) miras qalmış əmlakdan iddiaçının xeyrinə imtina etdiyini, ona çatası payı qəbul etmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini bildirmişdir. Nəticədə miras qalmış bu evin 13/14 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (cavabdeh iddiaçıya verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını sonradan məhkəmə qaydasında mübahisələndirsə də, onun iddiası təmin edilməmişdir). Ev hazırda da iddiaçının mülkiyyətindədir və orada cavabdehlər yaşayır.
27. Bununla belə mübahisəli hüquq münasibətlərinin yarandığı 2002-ci il tarixdə bu münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Mülkil Məcəlləsinin 228-ci maddəsinin tələbləri baxımdan cavabdehin həmin evdən istifadə hüququ yaranmış və anası vəfat etdikdən sonra da evdə yaşamağa davam edən cavabdehin bu hüququ mövcud olmuşdur. Belə ki, anasının vəfatından sonra evə olan miras payından iddiaçının xeyrinə imtina etməsi onun bu hüququnun xitamı üçün əsas yaratmır.
28. Lakin nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə etmək hüququ yarandıqdan sonra həmin hüququn qanuni əsaslarla aradan qalxması istisna deyil. Belə ki, şəxsi servitut sayılan Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlərin gerçəkləşməsi (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başqa yerə köçdükdə və sair) nəticəsində bu hüququn hər hansı kompensasiya verilmədən aradan qalxması mümkündür.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında belə bir hüquqi mövqedən çıxış edərək, qeyd etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən əmələ gələn istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi: nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və sair) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Həmçinin, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar.
30. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, mübahisəli evdən aralıda, eyni həyətdə başqa bir tikili də mövcuddur, həmin tikili cavabdeh tərəfindən kirayə əsaslarla başqa şəxslərin istifadəsinə verilir, cavabdeh isə övladı ilə birlikdə iddiaçının paylı mülkiyyətində olan əmlakda yaşayır. Qeyd edilən hallar işə birinci instansiya məhkəməsində baxılan zaman mübahisəli əmlakın olduğu yerdə keçirilən yerində müayinə zamanı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin qeyd edilən tikilinin ona məxsus olmasının sübuta yetirilməməsi ilə bağlı dəlillərini əsassız hesab edir və onun məhz cavabdehə məxsus olması qənaətinə gəlir.
31. Bununla belə, mübahisəli əmlak iddiaçının mülkiyyətinə keçən zaman cavabdehin yeganə yaşayış yeri iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi olmuş və onun bu sahəyə olan ehtiyacını aradan qaldıran hər hansı şərt və ya əsas olmamışdır. Bu baxımdan hüquqi nəticə etibarı ilə ədalətli kompensasiya verilmədən onun həmin mənzilə olan istifadə hüququna xitam verilməsi qeyri-mümkün olmuşdur. Lakin bu ev üzrə istifadə hüququ sahibi olan cavabdeh üçün mübahisəli evdən aralıda, eyni həyətdə başqa bir tikili inşa edilmiş və bu yeni tikili hazırda ona məxsus olmaqla (cavabdeh tərəfindən kirayə əsaslarla başqa şəxsə verilmişdir) mövcuddur. Bu da öz növbəsində qanunvericiliyin həmin sahəni tənzimləyən müddəalarının tələbləri və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından cavabdehin mübahisəli evə daha əvvəl yaranmış istifadə hüququnu aradan qaldıraraq, onun bu hüququna hər hansı məbləğdə kompensasiya ödənilmədən xitam verilməsini şərtləndirmişdir. Başqa sözlə, cavabdeh digər bir yaşayış sahəsi əldə etdiyindən və bununla da hüquqi nəticə etibarı ilə onun mübahisəli yaşayış sahəsinə olan ehtiyacı aradan qalxdığından həmin vaxtdan etibarən onun mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilmişdir. Hazırda onun bu evə münasibətdə belə bir hüququ yoxdur. Onun həmin evdə yaşayan bacısına qulluq göstərməsi, habelə 2-ci qrup əlil olması da bu vəziyyəti dəyişmiş olmur.
32. Mövcud vəziyyətdə iddiaçı müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsini tələb edir ki, onun bu hərəkətləri də hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşaması iddiaçının mülkiyyətini təşkil edən bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu məhdudlaşdırmaqla, pozur. Bu səbəbdən iddiaçının həmin əmlaka olan hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır.
33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin qızı, yəni digər cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh2 da həmin mənzildə yaşayır. Onun valideyninin mübahisəli evdən çıxarılması onun da həmin evdən çıxarılmasına əsas yaradır. Belə ki, uşaq yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyil və onun hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onun qanuni nümayəndəsi, yəni valideyni qoruyur. Bu səbəbdən xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh2 da anası ilə birlikdə fərdi yaşayış evindəb çıxarılmalıdır.
34. Məhkəmə kollegiyası iddiaçının bu tələbinin əsas tələb olduğunu, onun təmin edilməsi qənaətinə gəldiyini, iddia üzrə “fərdi yaşayış evinin ona təhvil verilməsi” tələbinin törəmə tələb olduğunu və törəmə tələbin təmin edilib-edilməməsinin də bilavasitə əsas tələbin təmin edilib-edilməməsindən asılı olduğunu nəzərə alıb, törəmə tələbinin təmin edilməsi ilə bağlı da birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.
35. Məhkəmə kollegiyası iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna əvəzinin də cavabdehdən tutulması hissəsində birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir və qeyd edir ki, dövlət rüsumunun cavabdehdən tutulmaması üçün qanunvericilikdə hər hansı əsas müəyyən edilməmişdir. Bununla bağlı cavabdeh 2-ci qrup əlil olduğuna istinad etsə də, qanunvericilikdə bu koteqariyadan olan şəxslərin rüsum ödəməkdən azad edilməsi nəzərdə tutulmamışdır. Təsadüfi deyil ki, cavabdeh özü də apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu ödəyərək faktiki olaraq öz mövqeyinə zidd hərəkət etmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Məmmədova (Talıbova) Şəfiqə Talıb qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1419/2024 nömrəli qətnaməsi cavabdeh Məmmədova (Talıbova) Şəfiqə Talıb qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Məmmədova (Talıbova) Şəfiqə Talıb qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.