Məhkəmə qərarları › İş №2(103)-133/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-133/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-133/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh1 oğlunun iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(005)- 37/2020 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 132538-1- 12047/1 nömrəli 11 sentyabr 2014-cü il tarixli kommersiya kredit müqaviləsi üzrə 11 sentyabr 2017-ci il tarixinə banka borclu olduğu 9.041.448,45 (doqquz milyon qırx bir min dörd yüz qırx səkkiz rubl qırx beş qəpik) RUB məbləğində əsas borc, 13.845,28 (on üç min səkkiz yüz qırx beş rubl iyirmi səkkiz qəpik) RUB məbləğində faiz üzrə borcu, 205.866 (iki yüz beş min səkkiz yüz altmış altı) RUB məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 9.261.159,73 (doqquz milyon iki yüz altmış bir min bir yüz əlli doqquz rubl yetmiş üç qəpik) RUB məbləğində, eləcə də 30 (otuz) manat məhkəmə üçün və 90 (doxsan) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 oğlundan və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına, bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 oğluna məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 235.000 (iki yüz otuz beş min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin qeyriyaşayış yönəldilməsinə, daşınmaz əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 oğlunun ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən ən gec bir ay ərzində məcburi qaydada çıxarılmasına və qeyriyaşayış sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli 132538-1-12047 nömrəli “Baş kredit razılaşması əsasında “Bank” “Kredit alan”a 10 (on) il müddətinə 5.000.000 (beş milyon) ABŞ dolları və ya AZN/RUBL/AVRO ekvivalenti məbləğində kredit xətti açmışdır. Bununla yanaşı Bank ilə Cavabdeh1 oğlu arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli 132538-1-12047/1 nömrəli kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 oğluna illik 17 (on yeddi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 11.500.000 (on bir milyon beş yüz min) RUBL və ya AZN/AVRO/ABŞ dolları ekvivalenti məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş və Baş Kredit Razılaşmasına əsasən veriləcək kreditlərin təminatı kimi Cavabdeh1 oğlu özünə məxsus ünvan 1 ünvanda yerləşən 234,9 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini (zirzəmini) 11 sentyabr 2014-cü il tarixli 132538-NEDVİJ-3171 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsi əsasında (Əmlakın Dövlət Reyestrindən çıxarış; RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 13 sentyabr 2014-cü il); eyni zamanda Baş Kredit Razılaşması üzrə Cavabdeh1 oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 11 sentyabr 2014-cü il tarixli 132557-7-7875 nömrəli zaminlik müqaviləsi əsasında Cavabdeh1 oğlunun Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh1 oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini 11 may 2017-ci il tarixdən icra etməmiş və nəticədə Cavabdeh1 oğlunun Banka 11 sentyabr 2017-ci il tarixinə olan borcu 9.041.448,45 (doqquz milyon qırx bir min dörd yüz qırx səkkiz rubl qırx beş qəpik) RUB məbləğində əsas borc, 13.845,28 (on üç min səkkiz yüz qırx beş rubl iyirmi səkkiz qəpik) RUB məbləğində faiz üzrə borcu, 205.866 (iki yüz beş min səkkiz yüz altmış altı) RUB məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 9.261.159,73 (doqquz milyon iki yüz altmış bir min bir yüz əlli doqquz rubl yetmiş üç qəpik) RUB məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Bundan əlavə bank ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən kredit alan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə zamin kredit alan ilə birlikdə bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə əsasən Cavabdeh1 oğlu və Cavabdeh2 bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dələlərlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, bank ilə ipoteka qoyanlar arasında bağlanmış ipoteka müqaviləsinin tələbinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Eyni zamanda qeyd edir ki, ölkədəki hazırkı iqtisadi vəziyyətlə bağlı əmlak bazarında baş vermiş dəyişikliklər ipoteka predmetinin bazar dəyərinə təsir etmişdir. Bu səbəbdən də bankın Girovların Qiymətləndirilməsi və Monitorinqi Şöbəsi tərəfindən ipoteka predmetini yenidən qiymətləndirmiş və həmin əmlakların bazar dəyəri 03 may 2018-ci il tarixli rəyə əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi-zirzəminin dəyəri 235.000 (iki yüz otuz beş min) manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda şərh edilən xüsusatlarından göründüyü kimi, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti də müəyyən edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(005)- 37/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada 11 sentyabr 2014-cü il tarixli 132538-1-12047 nömrəli “Baş kredit razılaşması əsasında 11 sentyabr 2014-cü il tarixli 132538-1-12047/1 nömrəli kommersiya krediti müqaviləsinə əsasən 8.464.243,73 (səkkiz milyon dörd yüz altmış dörd min iki yüz qırx üç rubl yetmiş üç qəpik) RUB məbləğində əsas borc və 50.000 (əlli min) RUB məbləğində cərimə borcu olmaqla, cəmi 8.514.243,73 (səkkiz milyon beş yüz on dörd min iki yüz qırx üç rubl yetmiş üç qəpik) RUB məbləğində borc, (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 90 (doxsan) manat olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən, 234,9 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə realizə edilməsi, evin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 oğluna verilməsi, ipoteka predmeti olan Cavabdeh1 oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən, 234,9 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 330.000 (üç yüz otuz min) manat müəyyən olunması, Cavabdeh1 oğlunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən, 234,9 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, qalan hissədə iddianın təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-37/2020 saylı iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, həmin qətnamənin Bank VTB (Azərbaycan) ASC-i iddia tələblərinin qismən təmin edilməsi – ilkin satış qiymətinin 330.000 (üç yüz otuz min) manat müəyyən olunması və iddianın 205,866 (iki yüz beş min səkkiz yüz altmış altı) rus rublu məbləğində cərimə üzrə borc tələbinin azaldılaraq 50.000 (əlli min) rus rublu məbləğində təyin edilməsi hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(005)-37/2020 saylı qətnaməsi mahiyyəti üzrə düzgün olsada məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Bu səbəbdən də, belə hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsinin Bankın iddia tələblərinin qismən təmin edilməsinə dair hissəsinin ləğv edilməsinə, bu hissədə qətnamənin dəyişdirlməsinə və Bankın iddia tələblərinin həmin hissədə tam təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 330,000 manat müəyyən edilməsi əsassızdır. Bildirlər ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi bu günə olan likvid dəyərinin 330.000 manat məbləğində qiymətləndirilməsi həqiqəti təhrif etməklə yanaşı, həmin daşınmaz əmlak dəyərinin həqiqi bazar dəyərindən qat-qat yuxarı qiymətləndirilmiş, daşınmaz əmlakın iqtisadi əsasları düzgün nəzərdən keçirilməmiş, qiymətləndirmə konyukturasına əməl edilməmiş, qiymətləndirilən daşınmaz əmlak eyni regionda yerləşən oxşar və eyni daşınmaz əmlakların bazarda satış qiyməti və bu əmlaklara olan istehlakçı tələbatı araşdırılmamışdır. ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri 330.000 manat deyildir. Həmin daşınmaz əmlak qiymətləndirilən zaman onun həqiqi bazar qiyməti düzgün qiymətləndirilməmişdir, qətnamədə göstərilmiş dəyər isə həmin daşınmaz əmlakın real bazar qiymətini əks etdirmir. Beləliklə qeyd olunan halları ilə sübuta yetirilir ki, qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakın dəyəri həqiqi bazar dəyərindən yuxarı müəyyən olunmuş və bununla da birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin 330.000 manat müəyyən edilməsi hissəsində əsassız qənaətə gəlmişdir. Bu səbəbdən də qətnamə həmin hissədə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi Bankın iddia tələblərinin cərimə hissəsini heç-bir əsas olmadan qismən təmin etmişdir. Hazırkı iş üzrə cavabdehin kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozması, onları lazımınca icra etməməsi və aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində Banka qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi Bankın cavabdehdən cərimə üzrə 205.866 Rus rublu məbləğində pul vəsaitinin tutulmasına dair tələbini azaldaraq 50.000 Rus rublu məbləğində cərimə borcunun Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. Bu zaman məhkəmə qətnamədə bu qənaətinin səbəbləri, əsasları, məhkəmənin bu qənaətə hansı sübütların qiymətləndirilməsi nəticəsində gəlməsini göstərməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9.2-ci maddəsinə əsasən bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən günə görə hər gecikdirilən gün üçün gecikdirilmş hər tam və natamam 100 AZN/USD/EUR/RUB borc məbləğinə görə 0.5 AZN/USD/EUR/RUB məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. İşə baxan birinci instasiya məhkəməsi nəzərə almamışdır ki, iş üzrə cavabdeh birinci instasiya məhkəməsində cərimə ilə bağlı heç bir halı mübahisələndirməmişdir. Hüququ şəxs olan borclu cavadehin belə bir tələbi olmadığı halda hakimin cəriməni azaldması isə mülki qanunvericiliyin əsas prinsiblərindən olan müqavilə azadlığı prinsibinə də ziddir. Şərh edilənlərdən belə nəticəyə gəlmək olar ki, birinci instansiya məhkəməsi bütün bunlara baxmayaraq iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Bu səbəbdən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(005)-37/2020 saylı mahiyyəti üzrə düzgün olan qətnaməsinin əmlakın ilkin satış qiymətinə dair və cərimənin azaldılması hissəsində əsassızdır, bu hissədə iddia tələbləri təmin edilməlidir. Qətnamədən Cavabdeh1 oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-37/2020 saylı iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin Cavabdeh1 oğluna aid hissədə əsasız olduğuna görə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi prosessual və maddi hüquq normalarının pozuntusu ilə çıxarıldığına görə ədalətsiz və əsassızdır. Ona görə də qətnamə ləğv olunaraq iddia tələblərinin Cavabdeh1 oğluna aid hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Cavabdeh1 birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək bankdan götürülən kredit vəsaitinin əslində digər Cavabdeh2 verilməsini və bu səbəbdən iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 izahatından məlum olduğu kimi, kredit məbləğini təyinatı üzrə digər Cavabdeh2 sərf etmişdir. Həmin kredit məbləğinin təyinatı üzrə xərclənməsinin Cavabdeh1 heç bir aidiyyəti olmamışdır. Buna görə də iddia tələbi Cavabdeh2 tələb edilməlidir. Lakin, işə baxan məhkəmə digər cavabdehin məhkəmədə iştirakını təmin etməmiş, Cavabdeh1 izahatında göstərdiyi xüsusatları araşdırmamış və bu məsələyə hüquqi qiymət verməmişdir. Bununla da prosessual hüuquq normalarını pozmuşdur. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, kredit müqaviləsi üzrə ödənilmiş pul vəsaiti iddiaçı tərəfindən əsas borca deyil, cərimə borcuna yönəldilmişdir. Bununla da dünyada yaranmış və Azərbaycan Respublikasına da təsir etmiş maliyyə böhranı çətin duruma düşmüş cavabdehlərin maliyyə vəziyyətini daha da ağırlaşdlrmışdır. Bu hal da cavabdehlərin əsas borcunun əsassız şişirdilməsinə səbəb olmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi mülki iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və müvafiq rəylər alınmışdır. Lakin, hər iki rəydə əsas bors düzgün hesablanmamış, rəylər arasında ziddiyyət və fərqlilik mövcud olmuşdur. Məhkəmə tərəfindən bu hal aradan qaldırılmamış, ziddiyyətə aydınlıq gətirilməmişdir. Bununla əlaqədar cavabdehin yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunması barədə vəsatəti təmin edilməmişdir. Halbuki, komissiyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə bu xüsusat aradan qaldırıla bilərdi. Lakin, birinci instansiya məhkəməsi buna əməl etməmişdir. Eyni zamanda, bildir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın qiyməti ilə əlaqədar da düzgün mövqe nümayiş etməmişdir. Belə ki, kredit təminatı olan əmlak müxtəlif təşkilatlar tərəfindən fəqli qiymətləndirilmişdir. Bu əmlakın dəyəri ilə əlaqədar qiymət fəqliliyi 750.000 manatdan 900.000 manatadəkdir. Bu rəqəmlər arasında fərq olduqca böyükdür. Lakin, birinci instansiya məhkəməsi məhz hansı meyara görə əmlakın dəyərinin 330.000 manat qiymətləndirməsini, həmçinin əmlakın bazar dəyərinin deyil, məhz likvid dəyərinin əsas götürməsini həmin qiymətlə açıq hərrac yolu ilə satışa çıxarılmasını əsaslandırmamış, daha doğrusu əsaslandıra bilməmişdir. Bununla da, məhkəmə prosessual hüquq normalarını pozaraq əsassız, ədalətsiz və qanunsuz nəticəyə gəlmişdir. Hesab edir ki, apelyasiya baxışında qeyd etdiyi ziddiyyətlər aydınlaşdırılmalı və aradan qaldırılaraq düzgün, obyektiv hüquqi nəticəyə gəlməlidir. Məhkəmə tənasübsüz sürətdə yüksək dəbbə pulu kimi iddia tələbinə əks etdirilmiş cərimə faizlərini 50.000 RUB məbləğində təmin etmişdir. Hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin həmin iş üzrə qətnaməsi ləğv edilməklə, iddia tələbinin Cavabdeh1 oğluna aid hissədə əsassız olduğuna görə rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya ikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 oğlu iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, tərəfindən verdiyi apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə əsassız olduğuna görə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli 132538-1-12047 nömrəli “Baş kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq razılaşma əsasında bank kredit alana 10 (on) il müddətinə 5.000.000 (beş milyon) ABŞ dolları və ya AZN/RUBL/AVRO ekvivalenti məbləğində kredit xətti açmışdır; İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli 132538-1-12047/1 nömrəli kommersiya krediti müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 oğluna illik 17 (on yeddi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 11.500.000 (on bir milyon beş yüz min) RUBL və ya AZN/AVRO/ABŞ dolları ekvivalenti məbləğində kredit verilmişdir; İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli 132538-1-12047/1 nömrəli kommersiya krediti müqaviləsinin 1 nömrəli Əlavəsi olan ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh1 oğlu 36 (otuz altı) ay müddətinə hər ay 411.874,77 (dörd yüz on bir min səkkiz yüz yetmiş dörd rubl yetmiş yeddi qəpik) RUB (sonuncu ay 329.138,79 (üç yüz iyirmi doqquz min bir yüz otuz səkkiz rubl yetmiş doqquz qəpik) RUB) məbləğində aylıq ödəniş etməyi öz üzərinə götürmüşdür; İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şərur rayonu Yengicə kənd inzibati nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 173274 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 oğlu ilə X5 arasında 03 iyul 1995-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında eyni tarixdə 10 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Zahirli soyadı verilmişdir; İş materiallarında olan 11 sentyabr 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X7 ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin “Bank “VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir; İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və X2 Birliyinin 09 aprel 2014-cü il tarixli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 470.000 (dörd yüz yetmiş min) manat, likvid dəyəri isə 330.000 (üç yüz otuz min) manat müəyyən edilmişdir; İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli 132538-NEDVİJ-3171 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında bank tərəfindən verilmiş və Baş Kredit Razılaşmasına əsasən veriləcək kreditlərin təminatı kimi Cavabdeh1 oğluna məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyri-yaşayış sahəsi (Əmlakın Dövlət Reyestrindən çıxarış; RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 13 sentyabr 2014-cü il) bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir; İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli 132557-7-7875 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında Baş Kredit Razılaşması üzrə Cavabdeh1 oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Zahirli X8 qarşısında olan öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 oğluna məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmiş, daşınmaz əmlak üzərindəki hüquq əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 3986 nömrəli vərəqində qeydiyyata alınmışdır; İş materiallarında olan Müvafiq maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh1 oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini 11 may 2017-ci il tarixdən icra etməmiş və nəticədə Cavabdeh1 oğlunun Banka 11 sentyabr 2017-ci il tarixinə olan borcu 9.041.448,45 (doqquz milyon qırx bir min dörd yüz qırx səkkiz rubl qırx beş qəpik) RUB məbləğində əsas borc, 13.845,28 (on üç min səkkiz yüz qırx beş rubl iyirmi səkkiz qəpik) RUB məbləğində faiz üzrə borcu, 205.866 (iki yüz beş min səkkiz yüz altmış altı) RUB məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 9.261.159,73 (doqquz milyon iki yüz altmış bir min bir yüz əlli doqquz rubl yetmiş üç qəpik) RUB məbləğində borcu qalmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 04 may 2018-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 oğluna məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; İş materiallarında olan Cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 ünvanlanmış 28 fevral 2018-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, cavabdehlərə müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün 5 (beş) gün vaxt verilmiş və bu müddət ərzində öhdəliklər icra edilmədiyi halda, pul tələblərinin ödənilməsi və müqavilənin ləğv edilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər; İş materiallarında olan “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 sentyabr 2018-ci il tarixli H/39-GHM nömrəli ekspert rəyinin məzmunundan görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 850.000 (səkkiz yüz əlli min) manat müəyyən olunmuşdur. Qiymətləndirmə xərci 300 (üç yüz) manat təşkil edir; İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 aprel 2019-cu il tarixli 30 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 900.000 (doqquz yüz min) manat müəyyən olunmuşdur. Qiymətləndirmə xərci 200 (iki yüz) manat təşkil edir; İş materiallarında olan Müvafiq maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh1 oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini 12 iyun 2017-ci il tarixdən icra etməmiş və nəticədə Cavabdeh1 oğlunun Banka 18 aprel 2019-cu il tarixinə olan borcu 8.464.243,73 (səkkiz milyon dörd yüz altmış dörd min iki yüz qırx üç rubl yetmiş üç qəpik) RUB məbləğində əsas borc, 0,00 (sıfır) RUB məbləğində faiz üzrə borcu, 205.866 (iki yüz beş min səkkiz yüz altmış altı) RUB məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 8.670.109,73 (səkkiz milyon altı yüz yetmiş min bir yüz doqquz rubl yetmiş üç qəpik) RUB məbləğində borcu qalmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Respublikas Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 nömrəli 03 sentyabr 2019-cu il tarixli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 750.000 (yeddi yüz əlli min) manat müəyyən olunmuşdur; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2020-ci il tarixli 13343 nömrəli rəyinin məzmunundan görünür ki, 11 sentyabr 2014-cü il tarixli 132538-1-12047/1 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 oğlunun 11 sentyabr 2017-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) İddiaçı Açıd Səhmdar Cəmiyyətinə olan əsas borc üzrə 9.041.448,45 (doqquz milyon qırx bir min dörd yüz qırx səkkiz rubl qırx beş qəpik) RUB və 13.845,28 (on üç min səkkiz yüz qırx beş rubl iyirmi səkkiz qəpik) RUB olmaqla, cəmi 9.055.293,73 (doqquz milyon əlli beş min iki yüz doxsan üç rubl yetmiş üç qəpik) RUB müəyyən edilmişdir. Cavabdeh1 oğlu tərəfindən 11 sentyabr 2017-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 441.050 (dörd yüz qırx bir min əlli) RUB məbləğində ödəniş həyata keçirilmiş, həmin ödənişlər nəzərə alındıqdan sonra Cavabdeh1 oğlunun ödənilməli olan borcu 8.614.243,73 (səkkiz milyon altı yüz on dörd min iki yüz qırx üç rubl yetmiş üç qəpik) RUB məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2020- ci il tarixli 4404 nömrəli rəyinin məzmunundan görünür ki, Cavabdeh1 oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və 11 sentyabr 2014-cü il tarixli 132538-1-12047/1 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 oğlunun 16 iyul 2018-ci il və 06 fevral 2020-ci il tarixlərə banka olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: 16 iyul 2018-ci il tarixə əsas borc üzrə 9.131.553,82 (doqquz milyon bir yüz otuz bir min beş yüz əlli üç rubl səksən iki qəpik) RUB və faiz borcu üzrə 1.665.269,10 (bir milyon altı yüz altmış beş min iki yüz altmış doqquz rubl on qəpik) RUB, 06 fevral 2020-ci il tarixə əsas borc üzrə 9.131.553,82 (doqquz milyon bir yüz otuz bir min beş yüz əlli üç rubl səksən iki qəpik) RUB və faiz borcu üzrə 4.009.369,90 (dörd milyon doqquz min üç yüz altmış doqquz rubl doxsan qəpik) RUB müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir; İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası ilə bağlı "xxxx" MMC-nin 17 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 13 dekabr 2021-ci il tarixli, UNİ/D 71-1281/21 saylı Ekspertiza Rəyindən görünür ki, qiymətləndirici qarşısında qoyulmuş sualların həlli ilə bağlı aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın 02 dekabr 2021-ci il tarixinə bazar dəyəri 450.000, 0 (dörd yüz əlli min) manat, likvid dəyəri 405.000,0 (dörd yüz beş min) manat təşkil edir. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli 132538-1-12047 nömrəli “Baş kredit razılaşması əsasında bank kredit alana 10 (on) il müddətinə 5.000.000 (beş milyon) ABŞ dolları və ya AZN/RUBL/AVRO ekvivalenti məbləğində kredit xətti açmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli 132538-1- 12047/1 nömrəli kommersiya krediti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 oğluna illik 17 (on yeddi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 11.500.000 (on bir milyon beş yüz min) RUBL və ya AZN/AVRO/ABŞ dolları ekvivalenti məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli 132538-1-12047/1 nömrəli kommersiya krediti müqaviləsinin 1 nömrəli Əlavəsi olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 oğlu 36 (otuz altı) ay müddətinə hər ay 411.874,77 (dörd yüz on bir min səkkiz yüz yetmiş dörd rubl yetmiş yeddi qəpik) RUB (sonuncu ay 329.138,79 (üç yüz iyirmi doqquz min bir yüz otuz səkkiz rubl yetmiş doqquz qəpik) RUB) məbləğində aylıq ödəniş etməyi öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh1 oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini 11 may 2017ci il tarixdən icra etməmiş və nəticədə Cavabdeh1 oğlunun Banka 11 sentyabr 2017-ci il tarixinə olan borcu 9.041.448,45 (doqquz milyon qırx bir min dörd yüz qırx səkkiz rubl qırx beş qəpik) RUB məbləğində əsas borc, 13.845,28 (on üç min səkkiz yüz qırx beş rubl iyirmi səkkiz qəpik) RUB məbləğində faiz üzrə borcu, 205.866 (iki yüz beş min səkkiz yüz altmış altı) RUB məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 9.261.159,73 (doqquz milyon iki yüz altmış bir min bir yüz əlli doqquz rubl yetmiş üç qəpik) RUB məbləğində borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh1 oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 oğlu öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də Cavabdeh1 oğlu və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə kollegiyası iddia tələbinin əsas və faiz borcuna olan hissəyə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, müvafiq məbləğlərə münasibətdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 18 aprel 2019-cu il tarixli maliyyə arayışı əsas götürülməklə 8.464.243,73 (səkkiz milyon dörd yüz altmış dörd min iki yüz qırx üç rubl yetmiş üç qəpik) RUB məbləğində əsas borc ( faiz borcu 0,00 (sıfır) RUB) cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərəfk qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin əsas borca hesablanmış 205.866 (iki yüz beş min səkkiz yüz altmış altı) RUB məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 50.000 (əlli min) RUB məbləğində müəyyən edilməli, həmin məbləğ də cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərəfk qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası, eyni zamanda apellyasiya şikayətinin dəlillərinin cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti iddianın həmin hissədə qismən təmin edilməsi ilə bağlı düzgündür.. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 205.866 (iki yüz beş min səkkiz yüz altmış altı) RUB məbləğində məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir.Odur ki, dəbbə pulu azaldılaraq 50.000 (əlli min) RUB məbləğində müəyyən edilməsi Mülki Məcəllənin 467-ci maddəsinin məqsədlərinə uyğundur. Daha sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli 132538-NEDVİJ-3171 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən, müvafiq müqavilə əsasında bank tərəfindən verilmiş və Baş Kredit Razılaşmasına əsasən veriləcək kreditlərin təminatı kimi Cavabdeh1 oğluna məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyri-yaşayış sahəsi (Əmlakın Dövlət Reyestrindən çıxarış; RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 13 sentyabr 2014-cü il) bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən ipoteka predmetinin bazar dəyəri 470.000 (dörd yüz yetmiş min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırda daşınmaz əşyanın satılmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh1 oğlu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh1 oğlunun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyriyaşayış sahəsinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana, yəni Cavabdeh1 oğluna qaytarılmalıdır. Lakin Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti "xxxx" MMC-nin 17 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 13 dekabr 2021-ci il tarixli, UNİ/D 71-1281/21 saylı qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş likvid dəyəri ilə, yəni 405.000,0 (dörd yüz beş min) manat məbləğində müəyyən edilməlidir. Belə ki, Kollegiya iş materiallarında olan “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 sentyabr 2018-ci il tarixli H/39-GHM nömrəli ekspert rəyi ilə ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 850.000 (səkkiz yüz əlli min) manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 aprel 2019-cu il tarixli 30 nömrəli qiymətləndirmə hesabatı ilə həmin qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 900.000 (doqquz yüz min) manat, Azərbaycan Respublikası Respublikas Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 nömrəli 03 sentyabr 2019-cu il tarixli qiymətləndirmə hesabatı ilə qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 750.000 (yeddi yüz əlli min) manat, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası ilə bağlı "xxxx" MMC-nin 17 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 13 dekabr 2021-ci il tarixli, UNİ/D 71- 1281/21 saylı Ekspertiza Rəyi ilə həmin daşınmaz əmlakın bazar dəyəri 450.000, 0 (dörd yüz əlli min) manat, likvid dəyəri 405.000,0 (dörd yüz beş min) manat təşkil etdiyini, həmçinin, Azərbaycan Respublikası Ticarət və X2 Birliyinin 09 aprel 2014-cü il tarixli qiymətləndirmə hesabatı ilə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 234,9 kv.metr olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 470.000 (dörd yüz yetmiş min) manat, likvid dəyəri isə 330.000 (üç yüz otuz min) manat müəyyən edildiyini, bazar dəyəri ilə likvid dəyər arasındakı fərqin ədalətli olmadığını müqayisəli şəkildə nəzərə alaraq yuxarıdakı qənaətə gəlir. Odur ki, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikləri ilə bağlı düzgün qənatə gəlsə də, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilməlidir. Beləliklə,Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini (dəbbə pulunun tənasübsüz azaldılması və ipoteka predmetinin ilkin satış qiymətinin yüksək müəyyən olunması) yuxarıda qeyd edilənlərə əsasən əsaslı saymır. Həmçinin, Kollegiya cavabdehin apellyasiya şikayətinin Cavabdeh1 iddianı qəbul etməyərək bankdan götürülən kredit vəsaitinin əslində digər Cavabdeh2 verməsini və bu səbəbdən iddia tələbinin ona aid hissədə rədd edilməli olması, kredit müqaviləsi üzrə ödənilmiş pul vəsaiti iddiaçı tərəfindən əsas borca deyil, cərimə borcuna yönəldilməsi, həmçinin, birinci instansiya məhkəməsi mülki iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməsi, lakin ziddiyyətə aydınlıq gətirilməməsi kimi dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçı Bankla yuxarıda qeyd olunan kredit müqaviləsi Cavabdeh1la bağlanmış və bu mübahisələndirilməmişdir.Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, lakin fərqli dövrlər üzrə yəni 11.09.2017-ci il tarixə və 06.02.2020-ci il tarixə kimi dövr üzrə müəyyən olunmuş borc məbləğində fərq yaranmışdır.Odur ki, birinci instansiya məhkəməsi iş materiallarında olan Müvafiq maliyyə arayışına əsaslanaraq (Cavabdeh1 oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini 12 iyun 2017-ci il tarixdən icra etməmiş və nəticədə Cavabdeh1 oğlunun Banka 18 aprel 2019-cu il tarixinə olan borcu 8.464.243,73 (səkkiz milyon dörd yüz altmış dörd min iki yüz qırx üç rubl yetmiş üç qəpik) RUB məbləğində əsas borc, 0,00 (sıfır) RUB məbləğində faiz üzrə borcu qaldığı göstərilmişdir) borcu 8.464.243,73 (səkkiz milyon dörd yüz altmış dörd min iki yüz qırx üç rubl yetmiş üç qəpik) RUB məbləğində əsas borc, 0,00 (sıfır) RUB məbləğində faiz üzrə borcu kimi müəyyən etmiş və bu isə Ekspertiza rəyləri ilə müəyyən olunmuş borc məbləğlərindən az olduğu üçün cavabdehin mənafeyinə xələl gətirmir. Odur ki, Kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(005)-37/2020 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilməli, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti 405.000,0 (dörd yüz beş min) manat müəyyən olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300(üç yüz) manat cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMC, VÖEN **********, AZ77AİİB400600C**********218, Bank” KapitalBank ASC Bravo 3 filialı, VÖEN **********, Müxbir hesab AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(005)- 37/2020 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilsin. İpoteka predmeti olan ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti 405.000,0 (dörd yüz beş min) manat müəyyən olunsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300(üç yüz) manat cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMC, VÖEN **********, AZ77AİİB400600C**********218, Bank” KapitalBank ASC Bravo 3 filialı, VÖEN **********, Müxbir hesab AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX hesabına keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar