Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13309/2019 20.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə Cavabdeh1, Qarşılıqlı iddia üzrə Cavabdeh4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3585/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «evdən istifadə ilə bağlı maneələrin aradan qaldırılması və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən və qeydiyyatda olduğu, lakin cavabdehlər tərəfindən zəbt edilərək çıxarıldığı fərdi yaşayış evindən istifadə hüquqlarının bərpa edilməsi, həmin ünvanda yerləşən 200 m2 torpaq sahəsi üzərində onun tərəfindən inşa edilmiş 138 m2 tikinti sahəsi, 5 otaqlı (2+3) hər bir şəraiti bir birindən ayrı olan 2 otaqlı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə, daha sonra isə X2 və Cavabdeh4 cavabehlər sırasına daxil etməklə, qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evə köçürülməsi; X1 və Cavabdeh4 Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evdən çıxarılması; İddiaçı Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1949-cu il tarixdə Naxçıvan MR Culfa rayonunda doğulmuşdur, 1966-cı ildə Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 200 m2 torpaq sahəsini öz şəxsi hesabına almışdır və həmin (özbaşına tikili, maliyyə hesabı 2018-ci ilə kimi onun adına olmuşdur) torpaqda da 3+2 yaşayış otaqlarından ibarət 138 m2 sahəsi olan ev tikmişdir. 2 və 3 otaqlı evlər biri birindən ayrıdır və tam şəraiti vardır. xx.xx.1969-cu il tarixdə Kürdova (Məmmədova) Zenfira Baxşəli qızı ilə nikaha daxil olmuş və 4 övladları doğulmuşdur. Uzun müddət birgə ailə həyatı sürmüşlər, nəvələri də vardır. Artıq 2 ildən çoxdur ki, cavabdehlər onun qeydiyyatda olduğu, öz vəsaiti hesabına min bir əziyyətlə alıb, tikib, yaşadığı, istifadə etdiyi evindən çıxartmışlar (qovmuşlar). Özünə məxus olan bütün əşyalarını, hətta palpaltarlarını da əlindən alaraq, onu demək olar ki, küçəyə atmışlar. Uzun zamandır ki, 71 yaşında, ahıl zamanında o, kirayələrdə qalır. Çox gözləmişdir ki, bəlkə insafa gələrlər və onu bu ahıl yaşında evə çağırarlar, lakin təəssüflər olsun ki, onlar tərəfindən heç bir addım atılmamışdır. Bundan başqa, yuxarıda göstərilən, qeydiyyatda olduqları ünvanda yerləşən ev özbaşına tikilidir. Həmin evin maliyyə hesabı həmişə onun adına olmuşdur. Axır vaxtlarda ona məlum olmayan səbəblərdən, «müəmmalı» şəraitdə həmin maliyyə hesabı Cavabdeh3 adına rəsmiləşdirilməsi ona məlum olmuşdur. Həmin ünvanda yerləşən ev söküntü zonası kimi artıq rəsmiləşmişdir. Buna görə də, Cavabdeh3 Nəsimi rayonu 33 saylı MKİS-in rəisi və onun rəhbərliyi altında işləyən işçilər ilə birlikdə onun adına olan maliyyə hesabını hansı yollarlasa Səadətin adına keçirmişlər. Bu məsələ ilə bağlı Nəsimi rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Ümidvardır ki, saxta sənədlər əsasında özgənin əmlakını ələ keçirənlər öz cəzalarını layiqincə alacaqlar. Məcburiyyət qarşısında tərəfindən xx.xx.2019-cu il tarixdə Nəsimi rayon Məhkəməsinə nikahın pozulmasına dair iddia ərizəsi vermişdir. Hal-hazırda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında mülki işləri vardır. 3 ay müddət verilmişdir və müddət xx.xx.2019-cu il tarixdə bitməlidir. Mənzil qanunvericiliyinə istinad edən iddiaçı qeyd etmişdir ki, o, cavabdehlərin ailə üzvü sayılır və mübahisəli mənzilə dair cavabdehlərlə eyni hüquqları var. İlkin iddiaçı eyni zamanda iddia ərizəsinə əlavə verərək mübahisəli mənzilə dair sənədlərin Cavabdeh3 adından, onun yəni İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1970-ci ildə mübahisəli evdə doğulmuşdur. 1970-ci ildən hal-hazıradək bu ünvanda qeydiyyatda olmaqla yaşayır. Yaşayış evi 2005-ci ilədək ilk iddia üzrə iddiaçının sahibliyində olmuş, sonradan isə atası İddiaçı razılığı ilə evə faktiki sahiblik hüququ ona keçmişdir. Bu barədə ərazi üzrə MKİS-in rəsmiləri tərəfindən tikintinin xarakteristikası (göstəriciləri) və evin plan-sxemi işlənib hazırlanmışdır. 2005-ci ildən evin onun sahibliyində olması faktı, müəyyən olunmuş aylıq kommunal ödənişlərin məhz onun tərəfindən ödənilməsi ilə də sübut olunur. Hazırda onlara qarşı qaldırılmış iddia tələbləri qərəzli xarakter daşıyır. Belə ki, Fəxrəddin ailəsi ilə (5 nəfər), o (Səadət) qızı ilə, anası Cavabdeh1 isə onlarla birlikdə yaşayır. Faktiki olaraq 3 ailə hazırkı mübahisəli evdə yaşayırlar. İddiaçı anaları Cavabdeh1 ilə boşanmış, nikahın pozulması barədə Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-1755/2019 saylı qətnaməsi qəbul edilmişdir. Nikahı pozulmuş ər-arvadın, daha doğrusu 4-cü bir ailənin bir evdə yaşaması, 2 otaqdan ibarət ayrıca yaşayış sahəsinin onun istifadəsinə verilməsi, oraya köçürülməsi isə qeyri-mümkündür. Digər baxımdan, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı artıq bu yaşayış evinə istifadə hüququnu itirmişdir. Belə ki, o, 2015-ci ildən hal-hazıradək evdən öz xoşu ilə çıxıb getmiş, başqa bir qadınla faktiki olaraq yaşamış, ailə üzvləri ilə onun arasında bu səbəbdən mübahisələr yaranmışdır. Bu müddət ərzində yaşadıqları evə gəlməmiş, onlarla maraqlanmamış, daha doğrusu, daimi getdiyi ünvanı həmişə gizli saxlamışdır. Onlar tərəfindən aparılmış müşahidələr zamanı onun yaşayış yeri müəyyən olunmuşdur. Evdən çıxıb getmə faktını uzun illər bir məhəllədə yaşayan qonşular da təsdiq edə bilər. İlk iddia üzrə iddiaçı 4 ay müddətində Nəsimi rayon Prokurorluğuna şikayət etmiş, guya ki, sonuncunu onlar döyüb evdən çıxarmışlar. Prokurorluqda iş araşdırılmış və təsdiqini tapmamışdır. Bundan istifadə edən ilk iddia üzrə iddiaçı ərə gedəndən sonra bir gün də olsa bu evdə yaşamayan, qeydiyyatdan çıxmış və ailəsi ilə birlikdə Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan Kürdova Nəzakəti və 2 körpə uşağı ilə kirayədə yaşayan digər qızı Cavabdeh4ni də bu mübahisələrə cəlb etmişdir. Belə bir görüntü yaratmışdır ki, guya ki, boşadığı, anaları Zenfira ağır xəstədir, onun qulluğunda dayanmaq lazım gəldiyindən hər iki qızını evə gətirib yerləşdirməklə mübahisələri daha da kəskinləşdirmişdir. Səs-küy, sensurazıs ifadələr, qonşuların rahatlığının pozulması səbəbindən polis orqanları işə qarışmışdır. Hazırda iş üzrə təhqiqat aparılır. Bütün bu mübahisələrin səbəbkarı isə İddiaçıdur. Sonuncunun bu evə, özbaşına tikili kimi nəzərə alınaraq köçürülməsi qeyri-mümkündür. Onun mübahisəli yaşayış sahəsinə istifadə hüququ itirilməli, o pasport qeydiyyatından çıxarılmalıdır. Qarşılıqlı iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırmasının nəticəsi və işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh3 1970-ci ildə mübahisəli Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi ev 516 ünvanda yerləşən 3 otaqlı evdə doğulmuşdur. Sonuncu həmin tarixdən mübahisəli Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi ev 516 ünvanda qeydiyyatda olmaqla orada yaşayır. Həmin evin faktiki olaraq sahibi Cavabdeh3dır. Bu barədə ərazi üzrə MKİS rəsmiləri tərəfindən tikintinin xarakteristikası (göstəricilər) və evin plan-sxemi işlənib hazırlanmışdır. İşıq, qaz və su xətləri Cavabdeh3 adınadır. Bütün kommunal xərclər Cavabdeh3 tərəfindən ödənilir. Lakin, aralarında məhkəmə mübahisələri başladıqdan sonra cavabdehlər X4 və Cavabdeh4 sonuncunu faktiki sahibi olduğu evə buraxmamaqla yanaşı, qanunsuz olaraq həmin evdə məskunlaşmışlar. Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi ev 516 saylı ünvanda 2 ədəd ev mövcuddur. Həmin evlərdən biri 2 otaqlı, digəri isə 3 otaqlıdır. Cavabdeh3 və ailə üzvləri daimi olaraq 3 otaqlı evdə yaşamışlar. Hazırda isə cavabdeh qismində göstərdiyi bacıları onun daimi yaşadığı evdə məskunlaşaraq sonuncunu oraya buraxmırlar. Bu səbəbdən də, iddia tələbinin həcmini artırmaq məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə, 43-cü maddəsinin 1-ci hissəsinə istinadən daha sonra qeyd olunmuşdur ki, sonuncu hüquq norması göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiş edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Cavabdeh3 Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı (3 otaqlı) evə köçürülməsi məsələsi həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: o, həmin evdə yaşayıbmı; yaşadığı yerdən məhrum edilibmi; məhrum edilmə qanunidirmi. Göründüyü kimi, hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də, 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Kosntitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının mübahisəli evdən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Cavabdehlər qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə iddiaçını və onların uşaqlarını evdən məhrum etmək istəyirlər. Ona görə də, cavabdehlərin bu hərəkətinin qarşısı alınmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3585/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «evdən istifadə ilə bağlı maneələrin aradan qaldırılması və evə köçürülmə» tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 516 saylı ünvanda yerləşən 3 otaqlı evə köçürülməsi, cavabdehlər X1 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 516 saylı ünvanda yerləşən 3 otaqlı evdən çıxarılması, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, onun iddiasının təmin edilməsini və qarşılıqlı iddia tələbinin isə tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tam əsassız və qanunsuz çıxarılmış, Nəsimi Rayon məhkəməsi işə birtərəfli qaydada baxaraq, işi hərtərəfli araşdırmamış, yalnız Cavabdeh3 və Cavabdeh2 maraqlarını nəzərə almış, onun mənafeyi diqqətdən kənarda qalmışdır. Belə ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozaraq onun iddia ərizəsinə əlavə etdiyi ərizədəki tələbə heç bir qitmət verməmişdir. Halbuki o, məhkəmədə bildirmişdir ki, xx.xx.1949-cu il tarixdə Naxçıvan MR Culfa rayonunda doğulmuş, 1966-cı ildə Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 200 m2 torpaq sahəsini öz şəxsi hesabına almış və həmin torpaqda da 3+2 yaşayış otaqdan ibarət 138 m2 sahəsi olan ev tikmişdir. xx.xx.1969-cu il tarixdə o, Kürdova (Məmmədova) Zefira Baxşəli qızı ilə nikaha daxil olmuş və onların 4 övladları doğulmuşdur. Uzun müddət birgə ailə həyatı sürmüşlər və nəvələri vardır. Artıq 2 ildən çoxdur ki, cavabdehlər qızı Səadət və oğlu Rövşən başqa-başqa ünvanda evlərinin olmasına və mübahisəli evdə yaşamadıqlarına baxmayaraq onun qeydiyyatda olduğu, öz vəsaiti hesabına min bir əziyyətlə alıb, tikib, yaşadığı, istifadə etdiyi evimdən zorla qovub çıxartmışlar. Özünə məxus olan bütün əşyalarını, hətta pal-paltarlarını da əlindən alaraq, onu küçəyə atmışlar. Hazırda o, 71 yaşında qoca adam kirayələrdə yaşamağa məcbur qalmışdır. Çox gözləmişdir ki, bəlkə övladları insafa gələrlər və onu bu ahıl yaşında evə çağırarlar, lakin təəssüflər olsun ki, onlar tərəfindən heç bir addım atılmadı. Bundan başqa, yuxarıda göstərilən, qeydiyyatda olduğu ünvanda yerləşən ev özbaşına tikilidir. Həmin evin maliyyə hesabı (ev kitabını əvəz edən sənəd) həmişə onun adına olmuşdur. Lakin son zamanlarda ona məlum olmuşdur ki, həmin maliyyə hesabı heç bir hüquqi əsas olmadan və onun razılığı alınmadan Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Bu barədə prokurorluq orqanına şikayət etsə də həmin orqan ona cavab olaraq bildirmişdir ki, guya 2004-2005-ci illərdə ev onun ərizəsinin əsasında Səadətin adına keçib. Lakin o heç vaxt belə bir ərizə yazmamış və heç kimə bu cür ərizə verməmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, həmin ünvanda yerləşən evin sahəsi söküntü zonası kimi artıq rəsmiləşmişdir. Buna görə də, Cavabdeh3 Nəsimi rayonu 33 saylı MKİS-in rəisi və onun rəhbərliyi altında işləyən işçilər ilə birlikdə onun adına olan maliyyə hesabını ona məlum olmayan qeyri qanuni yollarla Səadətin adına keçirmişlər Nəsimi Rayon Məhkəməsinin keçirdiyi məhkəmə proseslərində dəfələrlə yazılı və şifahi vəsatətlər verərək təqdim etdiyi sənədləri tədqiq etməsini, həmçinin əldə edə bilmədiyi bir sıra sübutların məhkəməyə təqdim olunmasının təmin edilməsini xahiş etsə də məhkəmə onun vəsatətlərinə heç bir məhəl qoymadan yalnız Səadət və Rövşənin iddiası və ərizələrində göstərdikləri heç bir əsası olmayan yalan məlumatlar əsasında işin faktiki hallarına və tərəflərin mövcud münasibətlərinə uyğun olamayan asassız bir qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində hüquq normalarının müxtəlif normalarını formal olaraq sadalamaqla kifayətlənsə də, həmin normaların iddianın təmin edilməsinin əsası ilə düzgün əlaqələndirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin heç bir faktiki halı hərtərəfli və obyektiv araşdırılmamışdır. Əgər məhkəmə işi düzgün araşdırsa idi, müəyyən edərdi ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 mübahisəli fərdi yaşayış evinin sahibi kimi hansı əsasla müvafiq icra hakimiyyəti orqanı təırəfindən qeydə alınmışdır? iddiaçı Cavabdeh3 mübahisəli mənzildə son 20-30 ildə yaşamışdırmı? mübahisəli evin yerləşdiyi ərazidə 40- 50 il yaşayan insanlar Cavabdeh3 tanıyırlarmı və onun həmin evdə yaşamasını və ya onu kiminsə həmin evdən çıxarmasını təsdiq edirlərmi? Hamıya məlumdur ki mübahisəli evin yerəşdiyi Alatava ərazisində evlər hamısı bir-birinə bitişik şəkildə yerləşmişdir və həmin ərazidə hər kəs bir-birini çox yaxşı tanıyır...sözügedən ərazidə yaşayan sakinlərin heç olmasa 3-4 nəfəri Cavabdeh3 tanıyırmı və onun mübahisəli evdə yaşamasını təsdiq edirlərmi? Məhkəmə bu halları araşdırmışdırmı? Necə ola bilər ki məhkəmə heç bir faktı araşdırmadan yalnız Səadətin iddia ərizəsinə əsaslanaraq Dövlət adından qətnamə qəbul edir və bununla da insan taleyini həll edir...? Məhkəmə qətnamədə yazır ki guya evin əşyaları da Səadətə məxsusdur və guya bu fakt məhkəmədə tərəflər arasında mübahisələndirilməmişdir....Məhkəmə bu qədər saxtakarlığa necə yol verib? anlamaq mümkün deyil... 60 ilə yaxındirki o həmin mübahisəli evdə yaşayır, əşyalar Səadətindirsə bu illər ərzində o və arvadı 4 divar arasında boş döşəmə üstündə yaşamışlar bəs? o 50-60 ildə yaşadığı evə heç bir əşya almamışam? Bütün yuxarıda şərh edilənlər bir daha onun iddiasının əsaslı, qarşılıqlı iddianın isə nə qədər əsassız olmasını göstərir. Çünki Cavabdeh3 iddia tələbində göstərdiklərini sübut edə bilməmişdir, buna düzgün hüquqi qiymət vermək isə məhkəmənin vəzifəsi olsa da məhkəmə öz vəzifəsini layiqincə yerinə yetirməmişdir. İşə baxan hakim qeyd edilən bu və degər faktları, ziddiyyətləri və uyğunsuzluqları araşdırmadan, heç bir qanuna və işin faktiki hallarına uyğun olmayan formal absurd bir qətnamə qəbul etmişdir. Həmin qətnamədən həmçinin qarşılıqlı iddia üzrə Cavabdeh4 digər apellyasiya şikayəti ilə eyni məzmunlu şikayət verərək, qətnamənin ləğv edilməsini, qarşılqılı iddia tələbinin onun Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evdən çıxarılmağı hissəsində rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, onun iddiasının təmin edilməsini və qarşılıqlı iddia tələbinin isə tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Səadət 20 ildən çoxdur ki, ailə həyatı quraraq başqa yerdə yaşayır və o, mübahisəli mənzilə ümumiyyətlə gəlib getməmişdir. Qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş arayışdan da görünür ki, xx.xx.1970-ci ildə yəni Cavabdeh3 doğulmamışdan öncə mübahisəli mənzilə maliyyə hesabı açılmışdır. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh1 izahat verərək, qətnamənin ləğv edilməsini, İddiaçı ilkin iddiasının təmin edilməsinə etiraz etmədiyi, qarşılıqlı iddia tələbinin isə tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli mənzil 1966-cı ildə İddiaçı tərəfindən öz vəsaiti hesabına alınıb və balaca bir otaqdan ibarət olmuşdur. O, 1969-cu ildə həmin evə gəlin gəlmiş, birgə nikahdan 4 övladları olmuşdur. Sonra ikisi birlikdə həmin bir ataqlı evi artıraraq 5 (beş) otaqlı yaşayış evi tikmişlər. Təxminən 3 il bundan əvvəl o xəstə olduğu üçün qızı Səadət evə yiyələnmək iddiasına düşmüşdür. Ona görə də Səadət atasını evdən qovmuş və açarları dəyişərək atasını evə buraxmamışdır. 20 ildən çoxdur qızı Səadət və oğlu Rövşən onunla bir yerdə yaşamır, qonşular da bunu sübut edə bilər. Hazırda qara ciyar serrozundan əziyyət çəkir vəziyyətinin ağır olmasından istifadə edən Səadət son günlərdə Rövşənin ailəsini mübahisəli mənzilə gətirmişdir. Aralarında bir neçə dəfə narazılıq olmuş, hətta bu barədə yaşadıqları mənzilə polislər belə gəlmişdir. Səadət və Rövşən polislərin yanında da onlara hücum çəkib təhqir etmişdir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli mənzil 1966-cı ildə atası İddiaçı tərəfindən öz vəsaiti hesabına alınmışdır. Təxminən 3 il bundan əvvəl Səadət mübahisəli mənzildə yaşamadıgı halda evə gələrək ataları İddiaçı evdən qovmuş və açarlarını dəyişmişdir. Atalarını evə buraxmır. Anaları xəstə olduğu üçün o, hazırda anası ilə birlikdə 3 otaqlı evdə yaşayır və ona qulluq edir. 20 ildən çoxdur bacısı Səadət və qardaşı Rövşən onlardan ayrı yaşamışlar. Lakin son günlərdə Səadət qardaşları Rövşənin ailəsini mübahisəli mənzilə, daha doğrusu 2 otaqlı mənzilə gətirmişdir. Səadət və Rövşən ataları İddiaçı 2 otaqlı mənzilə buraxmırlar və buna görə aralarında bir neçə dəfə narazılıq olmuş, hətta bu barədə yaşadıqları mənzilə polislər belə gəlmişdir. Səadət və Rövşən polislərin yanında da onlara hücum çəkib təhqir etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli iclasında ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddiaçı) Cavabdeh3 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətlərinə etiraz edərək, qarşılıqlı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzil 1966-ci ildə İddiaçı tərəfindən tikilmiş olsa da, həmin mənzilin tikilməsində Cavabdeh3 da əməyi olmuşdur. Hazırda tərəflər hər hansı formada razılığa gəlməsələr də, İddiaçı mübahisəli 3 otaqlı mənzilə köçürülməsinə narazı deyillər. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddiaçı) Cavabdeh3 və Cavabdeh2, onların vəkili və nümayəndəsi Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə qeyd olunan şəxslərin məhkəmə kollegiyasının iclasına üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ilkin iddia tələbi üzrə iddiaçının iddia tələbinə əlavə barədə ərizəsini nəzərə almayaraq hüquqi qiymət vermişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmənin istinad etdiyi 53-cü maddəsinə görə, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göründüyü kimi, qanunverici iddiaçının yuxarıda qeyd olunan müstəsna hüququnu tanıyır, birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, məhkəmə yalnız ilkin iddia iddia tələbinə əlavəni nəzərə almayaraq iddia tələbinə baxaraq hüquqi qiymət vermişdir. Azərbaycan Respublikas Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, qarşılıqlı iddia üzrə Cavabdeh4 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3585/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 516 saylı ünvanda yerləşən 200 kv.m torpaq üzərində inşa edilmiş 138 kv.m tikinti sahəsi, 5 otaqlı (2+3) hər bir şəraiti bir-birindən ayrı olan 2 otaqlı mənzilə köçürülməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən İddiaçı həmin evdən istifadə ilə bağlı yaradılmış maneələr aradan qaldırılmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materillarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 33 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2018-ci il tarixli 81 nömrəli Arayışdan görünür ki, İddiaçı 3-cü Alatava küçəsində 516 saylı, 1 mərtəbəli, 138 kv.m tikli sahəsi 5 otaqlı özbaşına tikilidə yaşayır. 0656 şəxsi maliyyə haqq-hesabı xx.xx.1970-ci ildə açılmışdır. Həmin mənzildə aşağıdakı şəxslər qeydiyyatdadırlar: İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh3, Cavabdeh2, X6, X8, X9, X7, Əhmədova Aişə Rövşən qızı, Əhmədova Zenfira Rövşən qızı və Əhmədov Namiq Rövşən qızıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu 3cü Alatava küçəsi 516 saylı ünvanda 2 və 3 otaqlı olmaqla iki müstəqil tikili mövcuddur. Həmin tikililərin hər ikisi hüquqi vəziyyətinə görə özbaşına tikilidir. İddiaçı özü 2015-ci ilədək, onun qızı X4 və və həyat yoldaşı Cavabdeh1 isə daimi olaraq həmin ünvanda yerləşən 3 otaqlı evdə yaşamışlar, sonuncu məhkəmə iclasında bunu təsdiq edərək mübahisləndirməmişdir. İddiaçı 2015-ci ildən həyat yoldaşından faktiki (sonradan rəsmi) olaraq ayrılmış və həmin tarixdən məhkəməyə məlum olmayan başqa ünvanda yaşamış, lakin hazırda başqa yaşayış yeri olmadığından, mübahisə predmeti olan 5 otaqlı (2+3) hər bir şəraiti bir-birindən ayrı olan 2 otaqlı mənzilə köçüb yaşamaq istəsə də, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən İddiaçı həmin evdən istifadəsinə maneələr yaradılır. Ona görə də ilkin iddiaçı həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. İlkin iddiaçı eyni zamanda iddia ərizəsinə əlavə verərək mübahisəli mənzilə dair sənədlərin Cavabdeh3 adından, onun yəni İddiaçı adına rəsmiləşdirilməsini xahiş etsə də, kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 516 saylı ünvanda yerləşən 200 kv.m torpaq üzərində inşa edilmiş 138 kv.m tikinti sahəsi olan 5 otaqlı (2+3) mənzil hal-hazırda özbaşına tikili olmaqla heç kəsin adına rəsmiləşdirilməmişdir. İş materiallarına əlavə olunan və iddiaçı tərəfindən hüquq müəyyənedici sənəd hesab edilən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 33 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2018-ci il tarixli 81 nömrəli Arayışı mübahisəli mənzil üzərində mülkiyyət hüququnu müəyyən sənəd hesab edilə bilməz. Belə ki, mülki qanunvericilik daşınmaz əmlaka dair tam mülkiyyət hüququnu həmin hüquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır. Həmçinin, Cavabdeh3 qarşılıqlı iddia tələbi 3 hissədən ibarət olduğundan hər bir tələblə bağlı qiymətləndirmə aparılması zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 516 saylı (3 otaqlı) evə köçürülməsi məsələsi həll edilərkən onun həmin evdə yaşaması, yaşadığı yerdən məhrum edilməsi və məhrum edilmənin qanuni olub-olamdığı müəyyən edilməlidir. Göründüyü kimi hazırki işdə 1-ci və 2-ci hallar mövcud deyil. Belə ki, iddiaçı 1970-ci ildən hal-hazıradək bu ünvanda qeydiyyatda olmaqla yaşadığını qeyd etməklə Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evdə köçürülməsini xahiş etmiş, eyni zamanda yaşayış evi 2005-ci ilədək ilk iddia üzrə iddiaçının sahibliyində olmasını, sonradan isə atası İddiaçı razılığı ilə evə faktiki sahiblik hüququ ona keçdiyini qeyd edərək X1 və Cavabdeh4 Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evdən çıxarılmasını və İddiaçı Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin X1 və Cavabdeh4 Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evdən çıxarılmasını və İddiaçı Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evdən istifadə hüququnun itirilməsini tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmamışdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla kollegiya hesab edir ki, Cavabdeh3 cavabdehlərin çıxarılması və digər cavabdehin müübahisəli mənzilə istifadə hüququnun itirilməsini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Eyni zamanda Cavabdeh3 iddiasında Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı mübahisəli evə köçürülməsini xahiş etsə də, iş materiallrından və tərəflərin izahatlarından müəyyən edildiyi kimi, iddiaçı Cavabdeh3 mübahisəli mənzildə son 20 ildənçox müddətdə ümumiyyətlə yaşamadığından qarşılıqlı iddia tələbi əsaslı deyil. Belə ki, birinci instansiya məhkəməsi qeyd edir ki, Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 2 otaqlı ev həmin ünvanda yerləşən 3 otaqlı ev alındıqdan sonra alınmış, alındığı tarixdən daimi olaraq kirayəyə verilmişdir. Evin kimin vəsaiti hesabına alınması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçı və Cavabdeh3 hər ikisi tikilinin onun vəsaiti hesabına alındığını iddia etmişlər. Kollegiya birinci instansiya məhkəməsini yuxarıdakı qənaəti ilə razılaşmayaraq qeyd edir ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı 1966-cı ildə Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 200 m2 torpaq sahəsini öz şəxsi hesabına almışdır və həmin (özbaşına tikili, maliyyə hesabı xx.xx.1970ci ildən 2018-ci ilə kimi onun adına olmuşdur) torpaqda da 3+2 yaşayış otaqlarından ibarət 138 m2 sahəsi olan ev tikmişdir. 2 və 3 otaqlı evlər biri birindən ayrıdır və tam şəraiti vardır. xx.xx.1969-cu il tarixdə Kürdova (Məmmədova) Zefira Baxşəli qızı ilə nikaha daxil olmuş və 4 övladları doğulmuşdur. Cavabdeh3 xx.xx.1970-ci ildə anadan olmuş və həmin evə qeydiyyata alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Göründüyü kimi, mübahisəli mənzilin İddiaçı vəsaiti hesabına alınması təkzib edilmir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 qeydiyyatda olduğu və daimi olaraq yaşadığı Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evdə yaşamasına cavabdehlər (sonuncunun bacıları) tərəfindən manelər törədilir və sonuncu əşyalarının mövcud olduğu həmin evə köçüb yaşaya bilmir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə də razılaşmayaraq hesab edir ki, Cavabdeh3 qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evdə daimi olaraq yaşadığını qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı sübut nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı təqdim etməmişdir. Əksin olaraq iş materialları ilə təsdiq olunur ki, o, 20 ildən çoxdur ailə həyatı qurmuş və həmin mənzildə yaşamamaqla formal qeydiyyatda olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının ona məxsus olmasını sübut edə bilmədiyi və 20 ildən çox müddətə yaşamadığı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 516 saylı ünvanda yerləşən 3 otaqlı evə köçürülməsi üçün hər hansı hüquqi əsası olmamış, həmçinin iddia qaldırmış şəxsin cavabdehlər X1 və Cavabdeh4 Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evdən çıxarılmasını və İddiaçı Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsi 516 saylı ünvanda yerləşən 3 otaqlı evdən istifadə hüququnun itirilməsini tələb etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik olmamışdır. Ona görə də, qarşılıqlı iddia tələbinin təmin ediməsi üçün də hər hansı hüquqi əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddia tələbinin qismən təmin olunması qənaətinə gələrkən işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı sübutların araşdırılması və qiymətləndirilməsində səhvə yol vermiş, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almamaqla iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, qarşılıqlı iddia üzrə Cavabdeh4 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3585/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 516 saylı ünvanda yerləşən 200 kv.m torpaq üzərində inşa edilmiş 138 kv.m tikinti sahəsi, 5 otaqlı (2+3) hər bir şəraiti bir-birindən ayrı olan 2 otaqlı mənzilə köçürülməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən İddiaçı həmin evdən istifadə ilə bağlı yaradılmış maneələr aradan qaldırılmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh3 və Cavabdeh2 İddiaçı, X3 və Cavabdeh4 qarşı «istifadə hüququnun itirilməsi, evdən çıxarılma və evə köçürülmə» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə Cavabdeh4 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3585/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 516 saylı ünvanda yerləşən 200 kv.m torpaq üzərində inşa edilmiş 138 kv.m tikinti sahəsi, 5 otaqlı (2+3) hər bir şəraiti bir-birindən ayrı olan 2 otaqlı mənzilə köçürülsün və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən İddiaçı həmin evdən istifadə ilə bağlı yaradılmış maneələr aradan qaldırılsın. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh3 və Cavabdeh2 İddiaçı, X3 və Cavabdeh4 qarşı «istifadə hüququnun itirilməsi, evdən çıxarılma və evə köçürülmə» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-13309/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13309/2019
20.11.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver