Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1334/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və digərlərinə qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-148/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 Əhmədovna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.04.2015-ci il tarixli **********26515/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1a №-li, 9 mərtəbəli binanın 3-cü mərtəbəsində mülkiyyətində olan 75,15 m2 ümumi, 48,05 m2 yaşayış, 27,1 m2 yardımçı sahədən ibarət, 4 otaqlı 114 №-li mənzilinə tutma yönəldilməsi, mənzilin açıq hərracda satılması və 15.04.2015-ci il tarixli **********26515 №-li kredit müqaviləsi üzrə Borc alan Cavabdeh1 iddiaçı ASC İddiaçıı qarşısında 37 800 ABŞ dolları məbləğində əsas borc, 3 951,61 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği və 15.04.2019-cu il tarixdən 01.05.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 84 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 41 835,61 ABŞ dolları və 01.05.2019-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 12 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçıının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən iddiaçının xeyrinə tutulması və mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh8, onların ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.04.2015-ci il tarixli **********26515 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 16% ödənilməsi şərtilə, 70.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC İddiaçıı ilə Cavabdeh2 arasında sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1a №-li, 9 mərtəbəli binanın 3-cü mərtəbəsində 75,15 m2 ümumi, 48,05 m2 yaşayış, 27,1 m2 yardımçı sahədən ibarət, 4 otaqlı 114 №-li mənzilinin ipoteka qoyulması barədə 15.04.2015-ci il tarixli **********26515/ip №-li ipoteka müqaviləsi bağlanmışdır. Bankın yuxarıda qeyd edilən ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC İddiaçıına AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 16.04.2015-ci il tarixli RX seriyalı ******* №-li çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Borc alan Cavabdeh1 əsas borc məbləğini kreditin verildiyi müddətin ilk 6 aylıq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ay banka qaytarmağı, kredit üzrə faktiki istifadə edilmiş məbləğə hesablanmış faizləri isə kreditin verildiyi təqvim ayından etibarən hər ay ödəməyi öhdəsinə götürsə də, bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulduğuna görə oddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Cavabdeh2 ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 24.02.2017-ci il tarixli 122 №-li bildiriş verilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün ipoteka predmetinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə 28.02.2017-ci il tarixli 126 №-li Ərizə ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən Banka bildirişin qeydə alınması barədə **********74 №-li məktubla məlumat verilmişdir. İddiaçı tərəfindən Cavabdeh2 ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Bank kreditin qaytarılma müddətinin bitdiyi 15.04.2019-cu il tarixdən 01.05.2019-cu il tarixə (iddia ərizəsinin məhkəməyə verildiyi tarixə) kimi əldən çıxmış faydanın hesablanmasında 5 faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 84 ABŞ dolları təşkil edir. Bundan başqa cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% faiz dərəcəsi ilə penya da (cəmi 34 %) ödəməlidir. Məhkəmə hazırki iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə Kredit müqaviləsi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi ilə yanaşı, mənzilin satışından sonra həmin mənzildə yaşayan ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay ərzində mənzildən çıxmadığı halda onların məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. İpoteka predmeti olan fərdi yaşayış evində cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 yaşaması faktı Sabunçu rayon İcra Hakimiyyəti Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 31.03.2015-ci il tarixli 41 saylı arayış ilə Cavabdeh9 yaşaması faktı isə ASC ”Xalq” Bankının əməkdaşalarının keçirdiyi monitorinq ilə təsdiq olunur. Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 15.04.2015-ci il tarixli, **********26515 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 37800 ABŞ dolları əsas, müqavilənin bitdiyi müddətə 3938.89 sent faiz borcu, 4137 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 45875 ABŞ dolları, 89 sent məbləğində borc pul (ödəniş gününə olan manat məzənnəsi ilə), məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 12 manat rüsumu tutularaq İddiaçı ASC-nin hesabına köçürülməsi, tələb Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 114 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsait İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən 114 saylı mənzilə ilkin satış qiyməti 103000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ekspert rəyləri üzrə cəmi 340 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun dəyişdirilməsini, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcun tutulması və ipoteka predmeti olan mənzilin likvid dəyəri hissədə ləğv edilərək və bu hissədə təkrar məhkəmə-mühasibatlıq və məhkəmə-qiymətləndirici ekspertizaların nəticəsinə uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə 915986 nömrəli 11 yanvar 2021-ci il tarixli ekspert rəyi ilə 20458 nömrəli 24 dekabr 2019-cu il tarixli ekspert rəyi arasında sonuncu ekspert rəyinə üstünlüyün verilməsi əsaslandırılmamış, həmin rəylər arasında mövcud olan ziddiyyətlərin müvafiq elmi-tədqiqat metodikanın qaydalarının tətbiq olunmaqla izah verilməsi ilə (düstür və sair) aradan götürülməsi üçün heç bir prosessual tədbir görülməmiş, habelə "xxxx" ASC ilə arasına bağlanmış **********26515 nömrəli 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş kredit məbləğinin 69.350 ABŞ dolları təşkil etdiyinə ümumiyyətlə heç bir hüquqi qiymət verilməmiş, müvafiq məxaric qəbzlər məhkəmə iclasında faktiki olaraq tədqiq olunmamışdır. Kredit öhdəliklərinin lazımınca yerinə yetirmədiyi barədə qənaətə gəlindiyi təqdirdə, iddiaçı "xxxx" ASC-yə dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın – əsas və faiz borcun 70.000 ABŞ dolları məbləğindən yox, 69.350 ABŞ dolları məbləği nisbətdən hesablanmalıdır, çünki müvafiq məbləğ əldən çıxmış faiz borcun miqdarına birbaşa təsir göstərir. Eyni zamanda «X3 Mərkəzi» MMC-nin 27.05.2021-ci il tarixli 012 nömrəli Rəyində yanlışlığa yol verilmiş, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 114 saylı mənzilin bazar və likvid dəyəri də çox aşağı məbləğlərdə müəyyən olunmuş, çünki həmin ərazidə eyni tipli və şəraitli mənzillər azı 115.000-120.000 manat dəyərində asanlıqla satılır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasısını xahiş etdi. Məhkəmə iclasının yeri vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, buna görə də kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ipoteka predmetinin ilkin satış qiyməti və faiz borcunun tutulması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən digər cavabdehlər və iddiaçı şikayət verməsə də, Cavabdeh1 onu mübahisələndirərək faktiki olaraq qətnamənin ipoteka predmetinin ilkin satış qiyməti və faiz borcunun tutulması hissələrində dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.04.2015-ci il tarixli **********26515 saylı kredit müqaviləsidən görünür ki, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında Kreditalana 70 000 ABŞ dolları məbləğində 48 ay müddətinə 16% ödəmək şərti ilə uzunmüddətli kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 15.04.2015ci il tarixli **********26515/İP saylı ipoteka müqaviləsindən görünür ki, İpoteka qoyan öz mülkiyyətində olan və müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı Bank ilə Cavabdeh1 arasında 15.04.2015-ci il tarixdə Bakı şəhərində bağlanmış **********26515 saylı Kredit Müqaviləsi üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. Müqavilənin 3.1-ci bəndinə görə ipoteka predmeti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1a №-li, 9 mərtəbəli binanın 3-cü mərtəbəsində mülkiyyətində olan 75,15 m2 ümumi, 48,05 m2 yaşayış, 27,1 m2 yardımçı sahədən ibarət, 4 otaqlı 114 №-li mənzildir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 114 saylı mənzil İddiaçı ASC-nin xeyrinə 48 ay müddətinə ipoteka ilə yüklü edilmişdir (qeydiyyat tarixi 16.04.2015, qeydiyyat nömrəsi **********). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 07.03.2017-ci il tarixli məktubundan görünür ki, ipoteka predmetinə dair bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20458 nömrəli 24.12.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 01.05.2019cu il tarixinə İddiaçı ASC-yə əsas borcu 34398,29 ABŞ dolları, faiz borcu üzrə 3885,72 ABŞ dolları təşkil edir. Ekspertiza təqiqatının dəyəri 145 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5986 nömrəli 11.01.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 15.04.2019cu il tarixinə İddiaçı ASC-yə əsas borcu 37800 ABŞ dolları, faiz borcu üzrə 3938,89 ABŞ dolları və 15.04.2019-cu il tarixdən 01.05.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 84 ABŞ dolları təşkil edir. Ekspertiza təqiqatının dəyəri 200 manatdır. “X3 Mərkəzi” MMC-nin 27.05.2021-ci il tarixli 012 nömrəli Rəyindən görünür ki, Sabunçu rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(008)- 148/2021 saylı Qərardadına əsasən ünvan 1 ünvanında yerləşən 114 saylı mənzil bazar dəyərinə uyğun qiymətləndirilmiş və mənzilin bazar dəyəri 119400 manat, likvid dəyəri 103000 manat müəyyən edilmişdir. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 15.04.2015-ci il tarixli kredit müqaviləsi vaxtı keçmiş əsas borcu 37800 ABŞ dolları, faiz borcu 3951,63 ABŞ dolları, əldən çıxmış faiz borcu 2824,50 ABŞ dolları təşkil edir. İşin müəyyən olunmuş hallarına əsasən, bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 16 faiz hesablanmaqla 70000 ABŞ dolları məbləğində kredit verilmiş, öhdəliyin təminatı kimi Cavabdeh2 ilə eyni tarixli ipoteka müqaviləsi bağlanmış, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımi qaydada icra etməmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh1 oğlunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində cavabdeh faiz borcu hissəsində qətnamənin ləğv edilməsini və dəyişdirilməsini qeyd etsə də, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən iş materialları ilə təqsdiq olunur ki, iş üzrə ekspertizalar keçirilmiş və borc məbləğləri dəqiqləşirilərək müəyyən olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi dair dəlillərini də əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadı ilə müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Rspublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya ipoteka predmeti – ünvan 1 ünvanında yerləşən 114 saylı mənzilin ilkin satış (likvid) qiymətinin “X3 Mərkəzi” MMC-nin 27.05.2021-ci il tarixli 012 nömrəli rəyi ilə müəyyən edilməsini ağlabatan hesab edir. Və bunun əksi ilə bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-148/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mədanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1334/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1334/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver