Məhkəmə qərarları › İş №2(103)-1358/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1358/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1358/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2491/2018 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT ASC Cavabdeh qarşı ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən iddiaçının xeyrinə 20.909 ABŞ dolları 11 sent əsas borc, 8.597 ABŞ dolları faiz, 9.875 ABŞ dolları cərimə olmaqla, cəmi 39.381 ABŞ dolları 11 sent borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin cavabdehə məxsus olan ünvan 1 mənzil 60 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdehin 20.909 ABŞ dolları 11 sent əsas borc, 8.597 ABŞ dolları faiz, 9.875 ABŞ dolları cərimə olmaqla, cəmi 39.381 ABŞ dolları 11 sent borcun və ödənilmiş 30 manat dövlət rüsu iddiaçıya ödənilməsi və cavabdehin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(002)- 2491/2018 saylı qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh 20.909 ABŞ dolları 11 sent əsas borc, 8.597 ABŞ dolları faiz, 15 ABŞ dolları cərimə olmaqla, cəmi 29.521 ABŞ dolları 11 sentin məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 60 saylı mənzilin ixtisaslaşdırılmış açıq hərracdan satılması, ünvan 2 ünvanında yerləşən 60 saylı mənzilin satşıdan əldə edilmiş vəsaitdən 29.521 ABŞ dolları 11 sentin məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı BOKT ASC-yə ödənilməsi, satşıdan götürülmüş məbləğ İddiaçı BOKT ASC-nin tələbini ödəməyə kifayət etməzsə, çatışmayan məbləğin Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, satışdan əldə edilmiş məbləğ İddiaçı BOKT ASC-nin tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. (qətnamədən yol verilmiş yanlışlıq məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(002)-2491/2018 saylı qərardadı ilə düzəldilmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli, 2(002)-2491/2018 saylı qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2491/2018 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə Cavabdeh apelyasiya şikayəti verək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərəfəsində o və anası ağır onkoloji əməliyyatlar keçirdiklərindən məhkəmələrdə üzürlü səbəblərdən iştirak etməmişdir. Həmçinin İddiaçı BOKT ASC-nin rəhbərliyinə etdiyi müraciət əsnasında onlar hər ay ödənişlərini davam etdirməsini və gələcəkdə mənzil ilə bağlı problem yaşamayaxağını bildirmişlər. Bu barədə onun İddiaçı BOKT ASC-yə ödədiyi pulların qəbzələri də vardır. Məhkəmə qətnaməsindən xəbəri olsa idi, o, artıq bu günə qədər apelyasiya şikayəti vermiş olardı. O, özü onkoloji xəstədir və bundan sonra onun ev almaq imkanı yoxdur. Hətta o, evə görə məhkəmə qətnaməsindən sonrakı dövrə təsadüf edən ödənişlər etmişdir. Əgər o, evinin əlindən çıxması ilə razılaşmış olsaydı, heç bir manat da pul ödəməzdi. Bunu ona İddiaçı BOKT ASC-nin rəhbərliyi dedikdən sonra həmin ASC-yə pullar ödəmişdir. İndi isə məlum olur ki, İddiaçı BOKT ASC onu yeganə mənzilindən 2018-ci ilin qətnaməsi ilə çıxarmaq istəyir. Hesab edir ki, İddiaçı BOKT ASC-nin rəhbərliyinin hərəkətləri qanunsuzdur və onu aldatmaqla bütün prosessual hüquqlarını pozmaqla məhkəmə yolu ilə belə bir ədalətsizlik edərək onun və ailə üzvlərinin əleyhinə qətnamə çıxarmışdır. Anası və özü həmin dövr ərzində ayrı-ayrı günlərdə onkoloji xəstəliklə bağlı əməliyyatlar keçirmişlər. Ona görə də, məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2491/2018 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2491/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Məhkəmə kollegiyası qeyd edir ki, müddətin üzürlü səbəblərdən buraxılması dedikdə, müvafiq prossesual hərəkətin vaxtından edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzürlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və sairə edilə bilər.Nəzərə alınmalıdır ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzürlü səbəbdən buraxmış şəxs üçün), özü də konret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. İş materialları və cavabdehin ərizəsi ilə müəyyən edilir ki, Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2491/2018 saylı qətnaməsindən məlumatı olmuşdur. Belə ki, Cavabdeh xx.xx.2018-ci il tarixli yekun məhkəmə iclasında şəxsən iştirak etmiş və qətnamənin çıxarılmasından xəbərdar olmuşdur. Cavabdeh məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinin rəsmi qaydada verilməsindən sonra qanunla müəyyən edilmiş müddət ərzində ondan apelyasiya şikayəti verməmiş, prosessual müddəti üzrlü səbəblər olmadan ötürmüş və bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi apelyasiya şikayətinin verilməsi müddətin bərpa olunması barədə cavadeh Cavabdeh ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar formal mülahizələr olmaqla əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2491/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2491/2018 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar