Məhkəmə qərarları › İş №2(103)-1362/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1362/2022

19.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1362/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Suraxanı rayon məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(010)-6182/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaların qaytarılması və mənəvi ziyanla bağlı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən 4000 manat miqdarında lombarda olan borcu qaytarılmaqla qızıl-zinət əşyalarını girovdan azad edilməsi və girov predmeti olan 1 dəst qızıl əyarı 750, çəkisi 51,1, 9 karat brilyant qaşlar olan ona qaytarılmasını və ona vurulmuş mənəvi ziyana görə 7000 manat məbləğdə pul vəsaiti cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(010)-6182/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaların qaytarılması və mənəvi ziyanla bağlı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış və iddiaçıya izah olunmuşdur ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(010)-6182/2021 saylı qərardadından İddiaçı şikayət verərək, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qərardadını onunla əsaslandırdı ki, iddia ilə bağlı dövlət rüsumu tam ödənilməmişdir. Burada məhkəmə “X3” qanuna və MPM -nə istinad etmişdir. Bildirir ki, qızıl-zinət əşyaların hazırki qiymətini dəqiq müəyyən edə bilməmişdir. Girov biletində göstərilmiş qızılın dəyəri formal göstərilmişdir. Ona görədə rüsum qismən ödənilmişdir. Qeyd edir ki, Mülki Məcəllənin 113.1 -cü maddəsinə əsasən “İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Bununla əlaqədar olaraq, Suraxanı rayon məhkəməsinin 21.10.2021-ci il tarixli, 2(010)-6182/2021 saylı qərardadının ləğv edilməsi, işin mahiyyəti üzrə baxılması, əks təqdirdə şikayətinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinı xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6182/2022 nömrəli iş üzrə qəbul etdiyi 12 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət rədd olunmuşdur. Kollegiya şikayəti iş materialları ilə birgə yoxlayaraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Həmçinin, Bu Məcəllənin 108.3.-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “X3” Azərbaycan Respublikası Qanunun 8.1.2-cu maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu kimi ödənilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(010)- 6182/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar