Məhkəmə qərarları › İş №2(103)-1366/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1366/2021

03.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1366/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3942/xxxxxxxx saylı iş üzrə xx xxxxxxx xxxxxxxx-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddaçı İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi cəlb olunmaqla “əmrin ləğv edilməsi, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənişləri, gecikdirilmiş hər gün üçün kompensasiya və mənəvi zərər”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək müqaviləsinə xitam verilməsi haqqında xx xxxx xxxxxxxx-ci il tarixli, 15/xxxx saylı əmrinin ləğv edilməsi, cavabdehdən əmək haqqı ödnişləri üzrə ümumilikdə 1xxxx5 manat məbləğində olan borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtının təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla əmək məcəlləsində nəzərdə tutulmuş gecikdirilmiş günlərə görə 521,60 manat miqdarında vəsaitin cavabdehdən alınaraq iddiaçının xeyrinə pul kompensasiyasının ödənilməsi, istifadə olunmamış məzuniyyətə görə 189,36 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən onun xeyrinə 1000 manat miqdarında iddiaçıya dəymiş mənəvi zərərin əvəzi tutulması, hüquqi yardıma görə ödənilmiş 210 manat məbləğində pulun, etibarnaməyə görə ödənilən 12 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı x xxxxxx xxxxxxxx-ci ildən qeyrirəsmi və "xxxx" yanvar xxxxxxxx-ci il tarixdən isə rəsmi olaraq iddiaçı Cavabdeh MMC-də operator vəzifəsində işləyir və onun əmək funksiyası 9111 taksi xidmətində müştərilər tərəfindən edilən zənglərə cavab verib müvafiq taksini onlara çatdırılmasından ibarətdir. Onlar arasında əmək münasibətlərinin başlanması üçün zəruri olan əmək müqaviləsi mövcud deyil və yalnızca elektron Hökümət Portalında qeydiyyata alınmışdır. İddiaçı ilə elektron Portalda 5 aylıq müqavilə bağlandığı görünür. İş materiallarına əlavə olunmuş iddiaçının əmək haqqı qeyri-rəsmi 3xxxx manat və rəsmi olaraq isə 250 manat olmuşdur. İddiaçının iş saatı axşam saat 6-dan gecə 2-yə kimi olmaqla 8 saat təşkil etmişdir. Əmək qanunvericiliyinə əsasən əsas və əlavə iş yeri üzrə gündəlik iş norması 12 saat təşkil edir, iddiaçı əsasən iş yeri üzrə gündəlik 7 saat işləmiş və burdan belə nəticə hasil olmalıdır ki, əlavə iş yeri üzrə də 5 saat işləməlidir lakin reallıqda isə əlavə iş yerində 8 saat çalışmışdır, cavabdeh gecə növbəsinə düşən iş günü üzrə qanunvericilikdə müəyyən olunmuş qaydada ikiqat həcmdə əmək haqqı hesablanmamışdır. Cavabdeh müəssisə iddiaçının əlil olmasını, gündəlik iş normasını nəzərə almamışdır. Bundan başqa, əmək qanunvericiliyinə əsasən əlillərin iş vaxtından artıq işlərə, istirahət günləri və gecə vaxtı işləməyə cəlb edilməsin yalnız onların razılığı ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyalarının rəyi nəzərə alınmaqla yol verilir. Lakin cavabdeh müəssisə iddiaçının razılığını almadan onu gecə vaxtı görülən işlərə cəlb etmişdir. Cavabdeh bu müqaviləni bağlayarkən işçidən razılıq ərizəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Sosial Ekspert Komissiyalarının rəyi almamışdır. Mart ayının 18-dən cavabdeh şirkətin direktoru Fidan adlı şəxs iddiaçını heç bir əsas olmadan işdən çıxardıqlarını və işəgəlməməyini söyləmiş və bundan sonra da əmək haqqı kartını iddiaçıdan almışdır. İddiaçı dəfələrlə Fidanla əlaqə saxlayıb sağlamlığı ilə bağlı qayğılarının olduğuna görə işə ehtiyacının nəzərə alınmasını və işə davam etməsini xahiş etsə də bir nəticə hasil olmamışdır. Daha sonra qlobal Pandemiya davam etdiyinə görə və ölkədə karantin rejimi olduğuna görə iddiaçı bu məsələ ilə bağlı gözləmə mövqeyində olmuşdur. Bundan sonra pozulmuş hüquqlarının bərpası üçün əmək müfəttişliyinə müraciət etmişdir. Dövlət Əmək Müfəttişliyi cavabdeh hüquqi şəxs barəsində və şirkətin rəhbəri X1 barəsində İXM-in 195.1-ci maddəsində göstərilən inzibati xətanı törətdiklərinə görə protokol tərtib olunmuşdur. Вundan sonra cavabdeh şirkətin rəsmiləri iddiaçıya zəng vurub hədələyiblər ki, köhnə tarixdən olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizəyə qol çəksin, onun əmək müfəttişliyinə etdiyi şikayəti geri götürsün və ondan cərimə adı ilə tutulan 131 manat pul cavabdeh tərəfindən geri qaytarılsın əks təqdirdə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə onu işdən qovacaqları ilə hədələyiblər. Lakin iddiaçı bununla razı olmamış, ona görə də cavabdehin əmək müqaviləsinə xitam verilməsi haqqında xx xxxx xxxxxxxx-ci il tarixli 15/xxxx saylı əmri ilə tərəflər arasında olan əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə əmri iddiaçıya təqdim etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3942/xxxxxxxx saylı iş üzrə xx xxxxxxx xxxxxxxx-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh 15/xxxx saylı, xx.xx.xxxxxxxx-ci il tarixli əmrinin ləğv edilməsi, xx.xx.xxxxxxxx-ci il tarixə qədər olan əmək haqqı və digər ödənişlərin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, Cavabdehndən 500 (beş yüz) manat mənəvi ziyan, həmçinin hüquqi yardıma görə 210 (iki yüz on) manat, etibarnaməyə görə ödənilən 12 (on iki) manat tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır, bu səbəbdən də ləğv edilərək, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qətnamənin ləğv edilməsi üçün birinci əsas odur ki. birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki. birinci instansiya məhkəməsinin gəldiyi nəticə, onun işin araşdırılması zamanı müəyyən etdiyi hallarla uyğun gəlmir. Belə ki, birinci instansiya məhkəməsi, öz qətnaməsində qeyd edir ki. T..Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi ümumiyyətlə bağlanmamışdır." Məhkəmənin gəldiyi bu nəticədən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi mövcud olmamışdır, deməli onlar arasında hər hansı bir əmək münasibəti də mövcud olmamışdır. Belə olan halda, məhkəmənin iddianın əmək haqqının ödənilməsi hissəsi ilə bağlı gəldiyi nəticəni başa düşmək mümkün deyildir. Belə ki. əgər məhkəmə araşdırması ilə tərəflər arasında heç bir əmək münasibətlərinin olmadığı müəyyən edilmişdirsə, bu zaman cavabdeh şirkət iddiaçıya nə üçün əmək haqqı ödəməlidir? Qətnamənin ləğv edilməsi üçün digər əsas odur ki. birinci instansiya məhkəməsi tərəfimizdən iş materiallarına əlavə edilmiş Aktları sübut kimi qəbul etməmişdir. İddiaçı sonuncu iş günü xx xxxx xxxxxxxx-ci il tarixdə olmuş, o, bundan sonra səbəbi barədə heç bir məlumat vermədən işə çıxmamışdır. Ona işə çıxmamasının səbəbləri barədə şirkətə rəsmi qaydada məlumat verməsi barədə xx xxx xxxxxxxx-ci il tarixli məktub yazılmış, lakin həmin məktuba da heç bir cavab verməmişdir. İddiaçı işə çıxmaması müvafiq qaydada aktlarla rəsmiləşdirilmişdir. Həmçinin, işə çıxmadığı üçün ona əmək haqqı hesablanmaması barədə müvafiq əmrlər verilmişdir. Lakin ölkədə koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin davam etməsi nəzərə alınaraq, bu müddət ərzində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. İddiaçı xx xxxx xxxxxxxx-ci il tarixdən etibarən işə çıxmaması, onun özünün şirkətlə bağlı müxtəlif dövlət orqanlarına ünvanladığı şikayətlərdə, həmçinin cavabdehin barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola dair inzibati işə baxan Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx xxxxxxxx-ci il tarixli, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx xxxxxxxx-ci il tarixli və cavabdeh MMC-nin direktoru Fidan Abbasova barəsində olan inzibati xəta haqqında işə baxan Nizami Rayon Məhkəməsinin xx xxxxxxx xxxxxxxx-ci il tarixli qərarları ilə də təsbit edilmişdir. Belə ki, həmin işlərə baxılarkən, hazırkı iş üzrə iddiaçı olan İddiaçı Bakı Apelyasiya Məhkəməsində şahid qismində dindirilmiş, həmin dindirmə zamanı bildirmişdir ki, xx xxxx xxxxxxxx-ci il tarixdən etibarən işə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin iş materiallarında olan bu mötəbər sübutlara heç bir əhəmiyyət vermədən İddiaçı işə gəlmədiyi dövr üçün ona əmək haqqı hesablanması barədə nəticəyə gəlməsi əsassızdır. Birinci instansiya məhkəməsinin iş materiallarında olan bu sübutları görməzdən gələrək, həmin sübutlara heç bir əhəmiyyət verməməsi, qətnamənin ləğv edilməsi üçün birbaşa əsasdır. Qətnamənin iddia tələbinin mənəvi ziyanın ödənilməsi və hüquqlarının müdafiəsi üçün çəkdiyi xərclərin ödənilməsi hissəsinin təmin edilməsi hissəsi də əsassızdır. Belə ki, iddianın bu hissəsi məhz iddianın birinci əsas hissəsinin əsaslılığından asılı olduğundan, iddianın birinci hissəsi yuxarıda sadalanan hallara görə əsassız olduğundan iddianın qeyd edilən hissəsinin təmin edilməsi də əsassızdır. İş materiallarından məlumdur ki, İddiaçı hansısa mənəvi zərər alması barədə hərt hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də hesab edirik ki, İddiaçı iddiası bu hissədə də təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən, hesab edirik ki. birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, bu səbəbdən ləğv edilərək, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 apelyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx xxxx11-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni cavabdeh yalnız qeyd edilən hissədə mübahisələndirmişdir. İddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3942/xxxxxxxx saylı iş üzrə xx xxxxxxx xxxxxxxx-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AR ƏƏSMN tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından görünür ki, İddiaçı ikinci dərəcə əlildir. İş materiallarında olan xx.xx.xxxxxxxx-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-ci hissəsinin (əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır) tələbi yerinə yetirilmədiyindən "Cavabdeh" MMC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq İnzibati Xəta haqqında “Protokol” tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin "Əmək müqaviləsi bildirişi" alt sisteminə müqaviləsinə baxış keçirilərkən əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin xx.xx.xxxxxxxx-ci il tarixdə işəgötürən tərəfindən qeydiyyata alınması müəyyən edilmişdir. Həmçinin iddiaçıya razılaşmadığı təqdirdə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan 3(004)-1801/xxxxxxxx saylı, xx.xx.xxxxxxxx-ci il tarixli qərardan görünür ki, Cavabdeh MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək xxxx000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.xxxxxxxx-ci il tarixli, 15/xxxx saylı əmrdən görünür ki, İddiaçı xx.xx.xxxxxxxx-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəyə əsasən Cavabdeh MMC-dəki vəzifəsindən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad edilməsinə əsas kimi, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx-ci il tarixli aktlar göstərilmişdir. İş materiallarında olan xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx-ci il tarixli aktlardan görünür ki, İddiaçı 01-03 aprel, 05-07 aprel, 09-11 aprel, 13-15 aprel, 17-19 aprel, 21-23 aprel, 25-27 aprel, 29-xx xxxxx xxxxxxxx-ci il tarixlərdə işə gəlməmiş və telefona zəng edildikdə dəstəyi qaldırmamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci madəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinin a və b yarımbəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəllənin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Azərbaycan Respublikası Əmək Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəlləilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər. Beləliklə, iş materialları müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin xx.xx.xxxxxxxx- ci il tarixli, 15/xxxx saylı əmrinə əsasən İddiaçı xx.xx.xxxxxxxx-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəyə əsasən Cavabdeh MMC-dəki vəzifəsindən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddaçı İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi cəlb olunmaqla “əmrin ləğv edilməsi, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənişləri, gecikdirilmiş hər gün üçün kompensasiya və mənəvi zərər”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi ümumiyyətlə bağlanmamışdır. İddiaçı ilə cavabdeh faktiki olaraq xx.xx.xxxxxxxx-ci il tarixdə əmək münasibətlərinə daxil olmuşlar. Lakin bu münasibətlər rəsmiləşdirilməmişdir. İş materiallarında olan xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx-ci il tarixli aktlardan görünür ki, İddiaçı 01-03 aprel, 05-07 aprel, 09-11 aprel, 13-15 aprel, 17-19 aprel, 21-23 aprel, 25-27 aprel, 29-xx xxxxx xxxxxxxx-ci il tarixlərdə işə gəlməmişdir. Lakin həmin aktlarda olan imzaların kimə məxsus olduğu məhkəməyə məlum deyildir. Həmçinin cavabdehin nümayəndəsinin izahatından da görünür ki, həmin tarixlərdə Azərbaycan Respublikasında sərt karantin rejimi olmuşdur və Cavabdeh MMC tərəfindən İddiaçı işə gəlib getməsi üçün Elektron Portaldan qeydiyyatdan keçərək icazə alınmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında olmayan əmək müqaviləsinə xitam verilməsi məntiqli deyildir. Ona görə də iddia tələbi qismən təmin edilərək, Cavabdeh 15/xxxx saylı, xx.xx.xxxxxxxx-ci il tarixli əmri ləğv edilməli, xx.xx.xxxxxxxx-ci il tarixə qədər olan əmək haqqı və digər ödənişlər Cavabdehndən tutularaq İddiaçı ödənilməli, Cavabdehndən 500 manat mənəvi ziyan, həmçinin hüquqi yardıma görə 210 manat, etibarnaməyə görə ödənilən 12 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3942/xxxxxxxx saylı iş üzrə xx xxxxxxx xxxxxxxx-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3942/xxxxxxxx saylı iş üzrə xx xxxxxxx xxxxxxxx-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar