Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-138/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçıətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci tarixli, 2(008)-240/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı ləğvetmə prosesində olan “xxxxxxxxx ASC-nin ləğvedicisi X1 xeyrinə 23240 ABŞ dolları məbləğində əsas borcu, 259 ABŞ Dolları məbləğində faiz borcu cəmi 23499 ABŞ Dollar məbləğində borcun tutulması, ipoteka qoyulmuş Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 mənzil 29 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin ünvanda yaşayan şəxslərin mənzildən istifadə hüququna xitam verilərək açıq hərrac yolu ilə satılması, hərracda satıldıqdan sonra ən azı 1 ay ərzində boşaldılması, qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şükürov X4 prosesində olan “xxxxxxxxx” ASC ilə bağladığı xx xxxx 2015-ci il tarixli 1946 saylı kredit razılaşmasına əsasən 24 ay müddətinə, aylıq faiz dərəcəsi 22% olmaqla 40000 (qırx min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Şükürov X4 prosesində olan “xxxxxxxxx” ASC ilə bağladığı xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 68 saylı evin, 29 saylı mənzili ləğvetmə prosesində olan “xxxxxxxxx” ASC qarşısında ipoteka ilə yüklü etmişdir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı (girov, ipoteka, zaminlik və s.) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabina ödənilməsini tələb edir. xx xxxxxx 2017-ci il tarixinə olan əsas borc 23240 ABŞ dolları və faiz borcu 259 ABŞ dolları təşkil edir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci tarixli 1946 saylı kredit müqaviləsi üzrə 23240 (iyirmi üç min iki yüz qırx) ABŞ dolları əsas, 259 (iki yüz əlli doqquz) ABŞ dolları faiz borcu, ümumilikdə 23499 (iyirmi üç min dörd yüz doxsan doqquz) ABŞ dolları kredit borcu (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası manatına məzənnə ilə manatla) və məhkəməyə iddia ərizəsi verilərək ödənilmiş dövlət rüsumuna görə 30 manat Cavabdeh İddiaçı xeyrinə tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, X5 küçəsi, 68 saylı evin, 29 saylı mənzilin ilkin satış qiymətinin 94000 (doxsan dörd min) manat müəyyənləşdirilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, X5 küçəsi, 68 saylı evin, 29 saylı mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan bir ay sonra Cavabdeh həmin mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzil boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ekspertiza xərci 145 manat Cavabdeh dövlət büdcəsinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə işə baxarkən cavabdeh kimi iştirakını təmin etməmiş, prosesin çəkişmə prinsipləri əsasında aparılmasında maraqlı olmamışdır. Bundan başqa, Respublikada baş verən ağır iqtisadi çətinlik hər kəsə məlumdur və bu, təkzibolunmaz faktdır. 2015-ci il ərzində baş verən iki kəskin devalvasiya, bundan sonra isə gündəlik olaraq ağırlaşan iqtisadi vəziyyət, dolların kəskin bahalaşması onu çətin şəraitdə buraxmışdır. O, bankla müqavilə bağlayıb kredit götürərkən dolların kursu sabit və aşağı idi, dollarla kredit götürülməsi onun mənafeyinə zərbə vurmurdu. Lakin sonradan qeyd etdiyi vəziyyətdə şərait əhəmiyyətli dərəcədə pisləşmişdir və o, sadə bir vətəndaş olaraq proqnozlaşdıra bilməzdi ki, dollar bu qədər məbləğdə bahalaşa və o, ödəniş gününə olan məzənnə ilə pul ödəməli olar. Dollar o dərəcədə bahalaşmışdır ki, hansı məbləğdə pul ödəsə də, sanki ödəməmiş kimi olursan, ödədiyi pullar dolların məzənnəsinə uyğun olaraq tutulur və bu, yalnız bankın xeyrinədir və onlar mənfəət əldə edirlər. O, məhkəmə iclasında iştirak etmədiyinə və məhkəmədə işə baxılarkən çəkişmə prinsipinə əməl edilməsinə şərait yaradılmadığına görə qeyd etdiyi hallarla bağlı qarşılıqlı iddia vermək imkanından məhrum olmuşdur. Əlavə olaraq bildirir ki, mənzilin hərracda satış qiymətinin məbləği ilə də razı deyil, hesab edir ki, qiymətləndirici tərəfindən mənzilin real bazar qiyməti müəyyənləşdirilməmiş, mülkiyyətçi olaraq mənafeyinə əhəmiyyətli zərər vuran həddə məbləğ müəyyən edilmişdir. Hesab edir ki, ipoteka predmeti olan əmlak hazırki orta bazar qiymətinə uyğun olaraq yenidən qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçıətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipini pozmuşdur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmasını, şikayətin dəlillərindən asılı olmadan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 1946 saylı, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə aylıq 22 faiz olmaqla 40000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli ödəniş planından görünür ki, Cavabdeh 40000 (qırx min) ABŞ dolları kredit borcunu ayda 2076 ABŞ Dolları olmaqla 24 (iyirmi dörd) ay müddətinə ödəməlidir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1946 saylı, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 23240 (iyirmi üç min iki yüz qırx) ABŞ dolları əsas, 259 (iki yüz əlli doqquz) ABŞ dolları faiz, cəmi 23499 (iyirmi üç min dörd yüz doxsan doqquz) ABŞ dolları kredit borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 68 saylı evin 29 saylı mənzili “xxxxxxxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. “xxxxxxxxx” ASC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borc barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh (ipoteka qoyana) ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərmiş, həmçinin bildiriş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxxx 2018-ci il tarixli, 47 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 68 saylı evin, 29 saylı mənzilinin dəyəri 94000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 7205 nömrəli xx xxxx 2018-ci il tarixli məhkəmə mühasibatlıq ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxx 2015-ci il tarixli, 1946 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh “xxxxxxxxx” ASC-nə olan borcu xx xxxxxx 2017-ci il tarixə (maliyyə arayışının tarixinə) 23499 ABŞ dolları; 23240 ABŞ dolları əsas, 259 ABŞ dolları faiz borcu; xx xxxx 2017-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 25817,20 ABŞ dolları: 23240 ABŞ dolları əsas, 2577,20 ABŞ dolları faiz borcudur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, işin faktiki hallarından görünür ki, kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh həmin müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya maliyyə arayışı və ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olduğundan, təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 23240 ABŞ dolları məbləğində əsas borc, 259 ABŞ Dolları məbləğində faiz borcu tutulmalıdır. MM-nin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. MM-nin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həçmdə təmin edir. Bu tələbə həmcinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. MM-nin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-nin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca icra edilməmişdir. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozduğundan və müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməlidir. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Kollegiya hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi nəticəsində tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən qiymətləndirmə ekspertizası keçirmiş, 2018-ci ilə ipoteka predmetinin mövcud bazar dəyəri 94000 manat müəyyən olunmuşdur. Apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə ilə bağlı “X7” MMC-nin xx xxxx 2019-cu il tarixli rəyindən müəyyən olunur ki, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 68 saylı evin, 29 saylı mənzilinin xx xxxx 2019-cu il tarixə bazar dəyəri 95000 manat təşkil edir. Apellyasiya mərhələsində cavabdeh tərəfindən təqdim olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyindən müəyyən olunur ki, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 68 saylı evin, 29 saylı mənzilinin hazırkı bazar qiyməti 125000 manat təşkil edir. Kollegiya qiymətləndirmə ilə bağlı rəylərə qiymət verərək, hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və “X7” MMC-nin rəyləri kifayət qədər əsaslandırılmış, ipoteka predmetinin mövcud bazar dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaka baxış keçirilməklə) müəyyən olunmuş, qiymətlər bir-birinə yaxın olmaqla, kəskin fərq müəyyən olunmur. Buna görə də, həmin rəylər mötəbər sübut kimi qəbul olunmalı, ipoteka predmetinin ilkin satış qiyməti 95000 manat müəyyən edilməlidir. Kollegiya qiymətləndirmə ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin rəyinə qiymət verərək, hesab edir ki, həmin rəy ipoteka predmetinə baxış keçirilmədən, müqayisəli təhlil aparılmadan, yalnız ərazinin təsviri nəzərə alınmaqla verildiyindən, mötəbər sübut kimi qəbul edilə bilməz. MM-nin 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “həmin ünvanda yaşayan şəxslərin mənzildən istifadə hüququna xitam verilərək, mənzil hərracda satıldıqdan sonra ən azı 1 ay ərzində boşaldılması, qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması” hissəsində qismən təmin edilməli, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra Cavabdeh yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, o, mənzildən məcburi qaydada çıxarılmaqla, mənzil boşaldılmalıdır. Apellyasiya şikayətinin digər dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 manat cavabdehdən alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş qiymətləndirmə ilə bağlı tədqiqatın dəyəri olan 150 manat cavabdehdən alınıb, “X7” MMC-yə VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594; SWİFT:GUNAAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci tarixli, 2(008)-240/2018 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci tarixli 1946 saylı kredit müqaviləsi üzrə 23240 (iyirmi üç min iki yüz qırx) ABŞ dolları əsas, 259 (iki yüz əlli doqquz) ABŞ dolları faiz borcu, cəmi 23499 (iyirmi üç min dörd yüz doxsan doqquz) ABŞ dolları kredit borcu alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, Azərbaycan manatı ilə və məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Tutma Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 68 saylı evin, 29 saylı mənzilinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh banka olan borcu ödənilsin. Mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra Cavabdeh yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, o, mənzildən məcburi qaydada çıxarılmaqla, mənzil boşaldılsın. İpoteka predmetinin satışından əldə olunmuş məbləğ borcu tam ödədikdə, qalan məbləğ Cavabdeh qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş min) manat Cavabdeh alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. İş üzrə keçirilmiş qiymətləndirmə ilə bağlı tədqiqatın dəyəri olan 150 (yüz əlli) manat Cavabdeh alınıb, “X7” MMC-yə VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594; SWİFT:GUNAAZ22 saylı hesaba keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Hakimlər: imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-138/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-138/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver