Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1384/2020 03.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı-nin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1, eləcə də maraqlı şəxslər Maraqlı şəxs və X15 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx xxxx 2013-cü il tarixli, RBN-5259/BK saylı Baş kredit müqaviləsi üzrə 70.688,51 (yetmiş min altı yüz səksən səkkiz dollar əlli bir sent) ABŞ dolları əsas, 6.652,90 (altı min altı yüz əlli iki dollar doxsan sent) ABŞ dolları faiz, 13.316 (on üç min üç yüz on altı) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 90.657,41 (doxsan min altı yüz əlli yeddi dollar qırx bir sent) ABŞ dolları, bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 61 (altmış bir) manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsində istifadədə olan 0,06355 ha torpaq sahəsində yerləşən 63 saylı, 9 mərtəbəli binanın 2-ci girişində, 8-ci mərtəbəsində yerləşən-kv.metr ümumi, 46,74 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 saylı mənzilinə yönəldilməsi, bu əmlakın açıq hərracda satılması, satışından əldə olunmuş pul vəsaitinin iddiaçıya ödənilməsi, Cavabdeh1 mənzildən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxx 2015-cil tarixdə icraata qəbul edilmişdir. İddiaçı-nin nümayəndəsi X4 xx xxxx 2015-ci il tarixdə iddia tələbinin artırılmasına dair ərizə ilə Bakı şəhəri Suraxı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 70.688,51 (yetmiş min altı yüz səksən səkkiz dollar əlli bir sent) ABŞ dolları əsas, 9.912,31 (doqquz min doqquz yüz on iki dollar otuz bir sent) ABŞ dolları faiz, 13.316 (on üç min üç yüz on altı) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 93.916,82 (doxsan üç min doqquz yüz on altı dollar səksən iki sent) ABŞ dolları, bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 61 (altmış bir) manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsində istifadədə olan 0,06355 ha torpaq sahəsində yerləşən 63 saylı, 9 mərtəbəli binanın 2-ci girişində, 8-ci mərtəbəsində yerləşən-kv.metr ümumi, 46,74 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 saylı mənzilinə yönəldilməsi, bu əmlakın açıq hərracda satılması, satışından əldə olunmuş pul vəsaitinin iddiaçıya ödənilməsi, Cavabdeh1 mənzildən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(010)- 3965/2015 saylı qərardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi X7 ərizəsi təmin edilərək, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı-nin nümayəndəsi X4 xx xxxxx 2016-cı il tarixdə iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçının xeyrinə xx xxxx 2013-cü il tarixli, RBN-5259/BK saylı Baş kredit müqaviləsi üzrə 70.688,51 (yetmiş min altı yüz səksən səkkiz dollar əlli bir sent) ABŞ dolları əsas, 21.457,69 (iyirmi bir min dörd yüz əlli yeddi dollar altmış doqquz sent) ABŞ dolları faiz, 22.000 (iyirmi iki min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 114.146,20 (yüz on dörd min yüz qırx altı dollar iyirmi sent) ABŞ dolları, bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 61 (altmış bir) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edərək, bununla bağlı müvafiq maliyyə arayışını çıxarışı məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı dövründə İddiaçı-nin nümayəndəsi X5 iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx xxxx 2013-cü il tarixli, RBN- 5259/BK saylı Baş kredit müqaviləsi üzrə 70.688,51 (yetmiş min altı yüz səksən səkkiz dollar əlli bir sent) ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə 25.855,93 (iyirmi beş min səkkiz yüz əlli beş dollar doxsan üç sent) ABŞ dolları faiz, müqavilə müddəti bitəndən sonrakı dövrə faiz borcu illik 5% əldən çıxmış faydaya görə 10.603,27 (on min altı yüz üç dollar iyirmi yeddi sent), 22.000 (iyirmi iki min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 129.147,71 (yüz iyirmi doqquz min yüz qırx yeddi dollar yetmiş bir sent) ABŞ dolları, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 61 (altmış bir) manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsi, 63 saylı evin 47 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracda satılması, satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx xxxx 2013-cü il tarixli, RBN-5259/BK saylı Baş kredit müqaviləsi üzrə cəmi 129.147,71 (yüz iyirmi doqquz min yüz qırx yeddi dollar yetmiş bir sent) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 (altmış bir) manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsi, 63 nömrəli evin 47 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh2, Cavabdeh1 və onlarla yaşayan ailə üzvlərinin ipoteka predmetindən çıxarılması və əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin nümayəndəsi X5 məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə təqdim olunmuş iddia tələbinin artırılmasına dair ərizədə ipoteka predmeti olan mənzilin nömrəsinin texniki səhv nəticəsində 32 nömrəli mənzil əvəzinə 47 nömrəli mənzil kimi göstərildiyini qeyd edərək bunların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2013-cü il tarixli, RBN-5259/BK saylı krediti müqaviləsi üzrə 70.688,51 (yetmiş min altı yüz səksən səkkiz dollar əlli bir sent) ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə 25.855,93 (iyirmi beş min səkkiz yüz əlli beş dollar doxsan üç sent) ABŞ dolları faiz, 10.603,27 (on min altı yüz üç dollar iyirmi yeddi sent) ABŞ dolları əldən çıxmış fayda, 10.000 (on min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 117.647,71 (yüz on yeddi min altı yüz qırx yeddi dollar yetmiş bir sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və cəmi 31 (otuz bir) manat ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun “İddiaçı» X8 xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsində istifadədə olan 0,06355 ha torpaq sahəsində yerləşən 63 saylı evin, 9 mərtəbəli binanın 2-ci girişində, 8-ci mərtəbəsində yerləşən-kv.metr ümumi, 46,74 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 130.000 (yüz otuz min) manat müəyyən edilməsi, qeyd olunan daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı X3 borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçiyə qaytarılması, yuxarıda qeyd olunan daşınmaz əmlaklar açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onlarla yaşayan ailə üzvləri mənzildən çıxmadıqları təqdirdə, onların məcburi qaydada çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması ilə qətnamə qəbul edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməlidir. Eləcə də həmin qətnamədən narazı qalan maraqlı şəxslər Maraqlı şəxs və X15 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması ilə qətnamə qəbul edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməlidir. Cavabdeh1, maraqlı şəxslər Maraqlı şəxs və X11 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh1, maraqlı şəxslər Maraqlı şəxs və X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X5 izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixliqətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, RBN-5259/BK saylı baş kredit müqaviləsindən görünür ki, İddiaçı-nin «Nəsimi» filialı tərəfindən Cavabdeh2 illik 20% faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 110.000 (yüz on min) ABŞ dolları məbləğində kredit verilmişdir İş materiallarında olan xx.xx.2013-cü il tarixli, RBN-5259/BK saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsində istifadədə olan 0,06355 ha torpaq sahəsində yerləşən 63 saylı, 9 mərtəbəli binanın 2-ci girişində, 8-ci mərtəbəsində yerləşən-kv.metr ümumi, 46,74 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 saylı mənzili banka ipotekaya qoymuşdur (tərəflərin razılığına əsasən ipoteka predmeti 130.000 (yüz otuz min) manat məbləğində müəyyən edilmişdir). İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsində istifadədə olan 0,06355 ha torpaq sahəsində yerləşən 63 saylı, 9 mərtəbəli binanın 2-ci girişində, 8-ci mərtəbəsində yerləşən-kv.metr ümumi, 46,74 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 saylı mənzil Cavabdeh1 mülkiyyətindədir və İddiaçı-də ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş «İddiaçı” ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2015-ci il tarixli, RB02/PK-944 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi təmin olunmadığı təqdirdə ipoetka predmetinə tutmanın yönəldilməsi üçün tədbirlər görüləcəyi barədə bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş «İddiaçı” ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2014-cü il tarixli, 05-02/556 nömrəli və xx.xx.2015-ci il tarixli, 05-02/83 nömrəli bildirişlərdən (pretenziya) görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunması barədə bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, RB-02/PK-8-550 nömrəli malliyyə arayışından görünür ki, Cavabdeh2 xx xxxx 2013-cü il tarixli, RBN-5259/BK saylı Baş kredit müqaviləsi üzrə 70.688,51 (yetmiş min altı yüz səksən səkkiz dollar əlli bir sent) ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə 25.855,93 (iyirmi beş min səkkiz yüz əlli beş dollar doxsan üç sent) ABŞ dolları faiz, müqavilə müddəti bitəndən sonrakı dövrə faiz borcu illik 5% əldən çıxmış faydaya görə 10.603,27 (on min altı yüz üç dollar iyirmi yeddi sent) ABŞ dolları, 22.000 (iyirmi iki min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 129.147,71 (yüz iyirmi doqquz min yüz qırx yeddi dollar yetmiş bir sent) ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, İddiaçı-nin «Nəsimi» filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, RBN-5259/BK saylı baş kredit müqaviləsinə əsasən İddiaçı-nin «Nəsimi» filialı tərəfindən ilə Cavabdeh2 illik 20% faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 110.000 (yüz on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq İddiaçı-nin «Nəsimi» filialı ilə digər cavabdeh (zamin) Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli, RBN-5259/BK saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsində istifadədə olan 0,06355 ha torpaq sahəsində yerləşən 63 saylı, 9 mərtəbəli binanın 2-ci girişində, 8-ci mərtəbəsində yerləşən-kv.metr ümumi, 46,74 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş, tərəflərin razılığına əsasən ipoteka predmeti 130.000 (yüz otuz min) manat məbləğində müəyyən edilmişdir. İş üzrə İddiaçı həmin məbləğdə pulu Cavabdeh2 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə кollegiyası qeyd edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 472.1-ci maddəsinəəsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsin əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və cərimə ilə birlikdə iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş borcun məbləği işin faktiki hallarına uyğun olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin halları nəzərə alınaraq dəbbə pulunun həcmi əhəmiyyətli dərəcədə azaldılmışdır. Bunu nəzərə alaraq kollegiya hesab edir ki, əsas və faiz borcuna münasibətdə birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş cərimənin məbləği tam olaraq işin hallarına uyğun olmuşdur. Qeyd olunanlarla yanaşı kollegiya hesab edir ki, iddia tələbinin - tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsində istifadədə olan 0,06355 ha torpaq sahəsində yerləşən 63 saylı, 9 mərtəbəli binanın 2-ci girişində, 8-ci mərtəbəsində yerləşən-kv.metr ümumi, 46,74 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması ilə bağlı hissəsi üzrə də birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməmişdir. Həmin qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Həmin qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. İşin faktiki hallarına qiymət verərək, tərəflər arasında bağlanmış kredit, habelə ipoteka müqavilələrinin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ödənilməsini və tələbin tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalı olduğundan, Azərbaycan Respublikasının pul vahidi manat olduğundan, hazırki iddia tələbi xarici valyuta ilə göstərilərsə də, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu tələblərə riayət etmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmədə iddia qaldırılmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətlərindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, apellyasiya şikayətlərinin kredit borcu məbləğinin düzgün hesablanmamasından ibarət dəlilinə münasibətdə məhkəmə kollegiya qeyd edir ki, bu dəlillər əsassız olmaqla qanuni və işin hallarına uyğun olan qətnamənin dəyişdirilməsi və yaxud ləğvi üçün əsas deyildir. Belə ki, cavabdeh borcun məbləğinin reallığı əks etdirməməsini qeyd etsə də buna dair hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən kollegiya qeyd edir ki, iş materiallarında olan sənədlər xüsusi bilik tələb edilmədən tutulan borcun düzgün olaraq hesablanması qənaətinə gəlməyə əsas verir. Göründüyü kimi apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla qanuni və işin hallarına uyğun olan qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətlərinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev
Məhkəmə qərarları › İş №2(103)-1384/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1384/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver