Məhkəmə qərarları › İş №2(103)-1393/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1393/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1393/2021 19.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin (“xxxx” İKB ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh5 oğlu, Cavabdeh4, Əsgərov Cavabdeh5, X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Apellyasiya icraatı zamanı Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 369-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 369-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayətindən imtina qəbul olunsun. Hazırkı mülki iş üzrə apellyasiya icraatına Cavabdeh1 münasibətdə xitam verilsin və mülki iş Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar