Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1395/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, əmlakların iddianın sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4787/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra, cavabdeh) oğluna qarşı “qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, əmlakların iddianın sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində “SİPARK” yaşayış komleksində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, toplam 296 kv.m olan qeyriyaşayış sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində “SİPARK” yaşayış komleksində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişi, 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 247.6 kv.m olmaqla, toplam 495.2 kv.m olan qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması, qeyd edilən əmlakların sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC arasında 30 yanvar 2019-cu il tarixdə bağlanmış 291 nömrəli müqaviləyə əsasən, dəyəri tam ödənilməklə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində “SİPARK” yaşayış komleksində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, toplam 296 kv.m olan qeyriyaşayış sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində “SİPARK” yaşayış komleksində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişi, 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 247.6 kv.m olmaqla, toplam 495.2 kv.m olan qeyri-yaşayış sahəsi əldə etmiş, borcunun olmaması barədə maliyyə arayışları verilmişdir. Tikinti işlərinin başa çatmasına baxmayaraq, həmin daşınmaz əmlaklardan istifadə edə bilmir, cavabdeh onu qeyri-yaşayış sahələrinə buraxmır, onun sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır, həmin sahələrdə digər şəxslər təmir işləri aparır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4787/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı tərəf həmin qərardaddan şikayət vermiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi, iddia ərizəsini qəbul etməkdən imtina edərkən MPMin 153.2.2-ci maddəsinə əsaslanmışdır. Həmin maddəyə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İşdə olan, qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, İddiaçı Cavabdeh MMC və “Sipark” yaşayış kompleksinə qarşı analoji iddia ilə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixdə 291 saylı müqavilə bağlamış, müqavilənin şərtlərinə görə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1 və 2-ci mərtəbələrində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, cəmi 296 kv.m qeyri yaşayış sahəsinə və xx.xx.2019-cu il tarixli 158 A saylı müqavilə üzrə isə Nərimanov rayonu, Təbriz k. F. Məmmədov və K. Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişli, 1 və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 274,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyri yaşayış sahəsinin tikintisini başa çatdırıb təhvil vermək öhdəliyini öz üzərinə götürmüş, hər iki müqavilə üzrə isə müqavilələr üzrə ödəməyi öhdəsinə götürmüşdür. 158 A saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə müqavilənin 3.1- ci maddəsinin şərtinə uyğun olaraq sifariş verdiyi yaşayış binasının 1-2-ci mərtəbələrində qeyri yaşayış sahəsinin hər kv.m 2100 manat olmaqla, ******* manat müqavilə qiymətini ödəməyi, xx.xx.2019-cu il tarixli 291 saylı müqavilə üzrə isə M.Sənani küçəsində inşa olunan yaşayış binasının 1-2ci mərtəbələrində cəmi 296-kv.m qeyri yaşayış sahəsinin hər kv.m üçün 1915 manat olmaqla, müqavilə üzrə 566840 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilə üzrə öhdəsinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. xx.xx.2019-cu il tarixli müqavilə üzrə ******* manat məbləği, xx.xx.2019-cu il tarixli 291 saylı müqavilə üzrə 566840 manat məbləği ödəmişdir. xx.xx.2019-cu il tarixli Maliyyə arayışı verilmiş, maliyyə arayışına görə onun "xxxx" MMC-yə borcu olmadığı qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən onun "xxxx" MMC-yə borcu olmadığı qeyd edilmişdir. Müqavilə öhdəlikləri tərəfindən tam yerinə yetirilmiş, vəsaiti hesabına qeyri yaşayış sahələrinin tikintisi başa çatdırılmış olsa da, həmin qeyri yaşayış sahələrinin ona təhvil verilməsi hissəsində cavabdeh qanunsuz hərəkətlərə yol verməklə onun həmin sahələrə olan sahiblik və mülkiyyət huquqlarını pozmaqda davam edir. Həmin qeyri yaşayış sahələri cavabdeh tərəfindən və digər şəxslər tərəfindən özbaşına olaraq təmir etdirilir, qeyri yaşayış sahələrinin çol qapılarının açarları dəyişdirilməklə həmin sahələrdən istifadə və sahiblik hüquqları bilərəkdən məhdudlaşdırılır, mülkiyyətidə olan sahəyə buraxılmır, ona qarşı qeyri qanuni hərəkətlərini davam etdirir. Qeyd edilənlərə əsasən, məhkəmədən "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixdə 291 saylı müqavilə üzrə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1 və 2-ci mərtəbələrində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, cəmi 296 kv.m qeyri yaşayış sahəsinə və xx.xx.2019-cu il tarixli 158 A saylı müqavilə üzrə isə Nərimanov rayonu, Təbriz k. F. Məmmədov və K. Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişli, 1 və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 274,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyri yaşayış sahəsinə hüquqlarının təmin olunması, "xxxx" MMC tərəfindən qeyd olunan qeyri yaşayış sahələrinin onun sahiblik və istifadəsinə təhvil verilməsi, yol verdiyi qanun pozğunluğuna görə "xxxx" MMC vurmuş olduğu zərərə görə 100000 manat təzminat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən qətnamədən görünür ki, iddiaçı sonra iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixdə 291 saylı müqavilə üzrə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1 və 2-ci mərtəbələrində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, cəmi 296 kv.m qeyri yaşayış sahəsinə və xx.xx.2019-cu il tarixli 158 A saylı müqavilə üzrə isə Nərimanov rayonu, Təbriz k. F. Məmmədov və K. Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişli, 1 və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 274,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyri yaşayış sahəsinə cavabdeh "xxxx" MMC tərəfindən müdaxilə edilməsi və məhdudiyyətlər yaratması kimi hərəkətlərə qadağan qoyulması, həmin qeyri-yaşayış sahələrinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının əvvəlki analoji tələbləri rədd olunmuş, qətnamə qanuni qüvvəsini almışdır Yuxarıda qeyd olunanlardan açıq-aşkar görünür ki, hər iki iş üzrə iddia tələbləri eyni qaydada (faktiki və hüquqi anlamda) əsaslandırılmış, eyni hallara istinad olunmuşdur. İddiaçı hər iki iddia tələbində tərəfindən müvafiq müqavilələr üzrə aldığı qeyri yaşayış sahələri üzərində istifadə və sahiblki hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən maneə törədilməsini, başqa şəxslər tərəfindən təmir işlərinin aparılmasını, həmin sahələrin ona təhvil verilməli olmasını və s. göstərmişdir. Qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlə xx.xx.2019-cu il tarixli 291 nömrəli və xx.xx.2019-cu il tarixli 158A nömrəli müqavilələrin bağlanmasını ərizədə qeyd etsə də, cavabdeh tərəf qeyd edilən müqavilələr barədə məlumatları olmadığını və həmin müqavilələrdəki imza və möhür əksi saxta olduğunu, həmçinin ödəniş barədə qəbzlərin olmadığını bildirmişdir. Bundan başqa ekspert rəylərində də qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixli, 291 nömrəli müqavilənin ikinci vərəqindəki “Podratçı" sütununda olan möhür əksi və imza, xx.xx.2019-cu il tarixli maliyyə arayışda olan möhür əksi və imza axınlı printerdə çap edilmiş; xx.xx.2019-cu il tarixli 291 nömrəli müqavilədə əvvəlcə möhür əksi çap edilmiş, daha sonra mətn çap edilmişdir; xx.xx.2019-cu il tarixli 158A nömrəli müqavilədə əvvəlcə möhür əksi vurulmuş, daha sonra mətn çap edilmişdir. Bu hallarla sübut olunur ki, müqavilə pozuntular ilə tərtib edilmiş və qeyd edilən müqavilələr cavabdehlər tərəfindən tərtib edilməmişdir. Bundan başqa iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən ödənişə dair öhdəlikləri tam icra etdiyini bildirsə də, ödənişin olunmasına dair sübut (kassa məxaric orderi, ödəniş qəbzi və sair) təqdim etməmişdir. İddiaçı tərəf iddianın təmin olunması üçün əsaslı sübutlar təqdim etməmiş, təqdim etdiyi sübutlar şübhə yaratdığından, iddianın təmin olunmasına yetərli deyil. Həmçinin cavabdehlər tərəfindən məhkəməyə iddianın etirafına dair ərizə daxil olmamışdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək, belə qənaətə gəlmişdir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 291 saylı və xx.xx.2019-cu il tarixli, 158A saylı müqavilələr tərəflərin razılaşdırılmış iradə ifadəsinin nəticəsi deyildir. İddiaçı tərəfindən təqdim edilmiş müqavilələrin tərtibi zamanı boş blanklara əvvəl möhürün vurulması, sonra isə müqavilənin mətninin cap edilməsi faktı həmin müqavilələrin qarşılıqlı öhdəliklər yaradan mötəbər sənəd olmasını istisna edir. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən MMC-nin xəzinəsinə vəsaitin ödənilməsini təsdiq edən kassa mədaxil qəbzləri də məhkəməyə təqdim edilməmişdir. MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edlmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarları). Göründüyü kimi, artıq iddiaçının analoji tələblərinə hüquqi qiymət verilmiş, iddia rədd olunmuşdur. İddiaçının şikayətdə göstərdliyi dəlillər isə hazırki iddia tələbinin fərqli tələb oluması nəticəsinə gəlməyə əsas vermir. Tələblər mahiyyət etibarilə eyni tələblərdir. İddiaçı faktiki olaraq eyni cavaddehə qarşı, eyni predmet üzrə (eyni daşınmaz əmlaklarla bağlı), eyni əsaslardan çıxış edərək tələblər irəli sürmüşdür. Bu səbəbdən də hazırkı iddia tələbinin məhkəmə tərəfindən MPM-in 153.2.2-ci maddəsinin tələbləri baxımından qəbul edilməsindən imtina olunması əsaslı olmuşdur. Qeyd olunmalıdır ki, həmin norma hüquqi müəyyənliyin və məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlməklə, yalnız eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə tərəfindən bir dəfə hüquqi qiymət verilmiş məsələyə məhkəmə qaydasında yenidən və (yaxud) təkrarən baxılmasının, bununla da eyni məsələyə dair məhkəmələr tərəfindən ziddiyyətli qərarların qəbul edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik - res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, əmlakların iddianın sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4787/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4787/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1395/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1395/2024
30.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver