Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1398/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh12 nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı "X8 Azərbaycan" QSC-nin cavabdehlər Cavabdeh7, "xxxx" MTK-ya, Cavabdeh6, "xxxx" MTK-ya, Cavabdeh13, "xxxx" MMC-yə, "xxxx" ASC-yə, "xxxx" MTK-ya, Cavabdeh12, Cavabdeh11, Cavabdeh14, Cavabdeh10, Cavabdeh9 və Cavabdeh8 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci-ci il tarixli, 2(007)-33/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X8 Azərbaycan" QSC cavabdehlər Cavabdeh7, "xxxx" MTK-ya, Cavabdeh6, "xxxx" MTK-ya, Cavabdeh13, "xxxx" MMC-yə, "xxxx" ASC-yə, "xxxx" MTK-ya, Cavabdeh12, Cavabdeh11, Cavabdeh14, Cavabdeh10, Cavabdeh9 və Cavabdeh8 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK, "Bakı Mexanizasiya Tikinti“ ASC, Cavabdeh3 MTK, "xxxx" MTK, "Bərəkətli” MMC, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X5 və Cavabdeh12 müştərək (birgə) qaydada 555 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1207772,22 manat əsas, 222539,42 manat faiz, hər gecikdirilmiş günə görə 270161,48 manat cərimə borcu olmaqla, cəmi 1700473,11 manat kredit borcunun; 001 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə olan xx.xx.2017-ci il tarixli, 06 nömrəli kredit sazişi üzrə 73000 manat əsas, 17318,85 manat, faiz, hər gecikdirilmiş günə görə 8506,93 manat cərimə borcu olmaqla, cəmi 98825,78 manat kredit borcunun; xx.xx.2017-ci il tarixli, 07 nömrəli kredit sazişi üzrə 68000 manat əsas 18892,10 manat faiz, hər gecikdirilmiş günə görə 8171,90 manat cərimə borcu olmaqla, cəmi 95064 manat kredit borcunun; xx.xx.2017-ci il tarixli, 08 nömrəli kredit sazişi üzrə 48900 manat əsas, 13585,64 manat faiz, hər gecikdirilmiş günə görə 5876,56 manat cərimə borcu olmaqla, cəmi 68362,20 manat kredit borcunun; xx.xx.2017-ci il tarixli, 09 nömrəli kredit sazişi üzrə 444000 manat əsas, 120179,70 manat faiz, hər gecikdirilmiş günə görə 49206,30 manat cərimə borcu olmaqla, cəmi 613386 manat kredit borcunun; 002 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə olan xx.xx.2017-ci il tarixli, 01 nömrəli kredit sazişi üzrə 500000 manat əsas, 135337,50 manat faiz, hər gecikdirilmiş günə görə 55412,50 manat cərimə borcu olmaqla, cəmi 690750 manat, ümumilikdə 3266861,09 manat məbləğində kredit borcunun və 1120 manat ipoteka qoyanların əmlakının qiymətləndirilməsinə görə bank tərəfindən çəkilmiş xərc, 60 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə onlayn müraciətə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh13 məxsus olan ünvan 1 ünvanında, ümumi sahəsi 2033.0 kv.m, tikintialtı sahəsi 2315.3 kv.m. olan 1.0987 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə və Cavabdeh14 məxsus olan ünvan 2 ünvanında, 1 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 178.7 kv.m. köməkçi sahəsi 689.2 kv.m olan 0.0601 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini borclu və zaminlərdən tutulmasının təmin edilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın ipotaka saxlayan tələbkar bank tərəfindən əldə edildikdə fərdi-yaşayış evinin və əmlak kompleksinin 1 ay müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci-ci il tarixli, 2(007)- 33/2021 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MTK, "Bakı Mexanizasiya Tikinti“ ASC, Cavabdeh3 MTK, "xxxx" MTK, "Bərəkətli” MMC, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X5 və Cavabdeh12 müştərək (birgə) qaydada 555 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1207772,22 manat əsas, 222539,42 manat faiz, 30000 manat cərimə borcu olmaqla, cəmi 1460311,64 manat kredit borcunun; 001 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə olan xx.xx.2017-ci il tarixli 06 nömrəli kredit sazişi üzrə 73000 manat əsas, 17318,85 manat faiz, 950 manat cərimə borcu olmaqla, cəmi 91268,85 kredit borcunun; 07 nömrəli kredit sazişi üzrə 68000 manat əsas, 18892,10 manat faiz, 850 manat cərimə borcu olmaqla, cəmi 87742,10 manat kredit borcunun; 08 nömrəli kredit sazişi üzrə 48900 manat əsas, 13585,64 manat faiz, 600 manat cərimə borcu olmaqla, cəmi 63085,64 manat kredit borcunun; 09 nömrəli kredit sazişi üzrə 444000 manat əsas, 120179,70 manat faiz, 4400 manat cərimə borcu olmaqla, cəmi 568579,70 manat borcunun; xx.xx.2017-ci il tarixli, 002 nömrəli kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə olan xx.xx.2017-ci il tarixli, 01 nömrəli kredit sazişi üzrə 500000 manat əsas, 135337,50 manat faiz, 5600 manat cərimə borcu olmaqla, cəmi 640937,5 olmaqla, ümumilikdə 2.911.925,43 manat məbləğində borcun, 60 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə onlayn müraciətə görə çəkilmiş xərcin və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 3.851.000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh13 məxsus olan ünvan 1 ünvanında, ümumi sahəsi 2033.0 kv.m, tikintialtı sahəsi 2315.3 kv.m. olan 1.0987 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə və ilkin satış qiyməti 2.200.000 manat müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh14 məxsus olan ünvan 2 ünvanında, 1 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 178.7 kv.m, köməkçi sahəsi 689.2 kv.m olan 0.0601 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əşyaların açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin cavabdehlər Cavabdeh13 və Cavabdeh14 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlərdən müştərək (birgə) qaydada aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri kimi 145 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, əmlakın qiymətləndirilməsi tədqiqtanın dəyəri kimi isə 500 manat tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən - Cavabdeh14 məxsus əmlakın ilkin satış qiyməti hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin Cavabdeh14 məxsus əmlakın, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində əsassız və qanunun tələblərinə zidd olması, məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilərkən likvid qiymətinin deyil, bazar dəyərinin əsas götürülməsi və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, apellyasiya baxışı zamanı alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli rəyinə hər hansı etirazı yoxdur. Mübahisələndirilən hissədə ipoteka predmetinin ilkin satış qiymətinin həmin rəydə göstərilən likvid qiymət üzrə müəyyən olunmasına razıdırlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin apellyasiya baxışı zamanı alınmış ekspertiza rəyinə etirazının olmamasını bildirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdehlər qətnaməni mübahisələndirməmiş, iddiaçı isə qətnaməsi qismən, yəni Cavabdeh14 məxsus əmlakın ilkin satış qiyməti hissəsində mübahisələndirmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə yoxlanılan hissədə ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh14 mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 14 ünvanında yerləşən istifadədə olan 0.0601 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 178,7 kv.m yaşayış, 689,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini bu müqavilənin 4.1-ci maddəsində göstərilmiş kredit müqaviləsi üzrə Cavabdeh1 MTK-nın «X8 Azerbaycan» QSC qarşısında öhdəliklərinin icrasını təmin edilməsi üsulu kimi ipoteka qoyaraq «X8 Azerbaycan» QSC-nin xeyrinə yüklü edir. 3.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri xx.xx.2014-cü il tarixli qiymətləndirmə rəyinə əsasən ******* manat təşkil edir. 4.1-ci bəndinə əsasən müqavilə üzrə ipotekaya qoyulmuş əmlak, «X8 Azerbaycan» QSC ilə Cavabdeh1 MTK arasında xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək bağlanmış 555 nömrəli kredit müqaviləsinə əsasən ******* manat məbləğində ayrılmış kreditin qaytarılmasının əşya təminatı kimi çıxış edir və ipoteka Cavabdeh1 MTK-nın həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin icrasını təmin etmək məqsədini daşıyır. İşdə olan xx.xx.2015-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh14 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 14 ünvanında yerləşən istifadədə olan 0.0601 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 178,7 kv.m yaşayış, 689,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini bu müqavilənin 4.1-ci maddəsində göstərilmiş kredit müqaviləsi üzrə Cavabdeh1 MTK-nın «X8 Azerbaycan» QSC qarşısında öhdəliklərinin icrasını təmin edilməsi üsulu kimi, ipotekaya verərək «X8 Azerbaycan» QSC-nin xeyrinə yüklü edir. 3.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri xx.xx.2014-cü il tarixli qiymətləndirmə rəyinə əsasən ******* manat təşkil edir. 4.1-ci bəndinə əsasən müqavilə üzrə ipotekaya qoyulmuş əmlak, «X8 Azerbaycan» QSC ilə Cavabdeh1 MTK arasında xx.xx.2014-cü il tarixdən xx.xx.2017ci il tarixinədək bağlanmış 555 nömrəli kredit müqaviləsinə əsasən ******* manat məbləğində və «X8 Azerbaycan» QSC ilə Cavabdeh1 MTK arasında xx.xx.2015-ci il tarixində xx.xx.2018-ci il tarixinədək 700000 manat məbləğində bağlanmış 001 nömrəli kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan Azərbaycan manatı və (və ya) xarici valyutada bağlanılan ayrıca saziş(lər) üzrə ayrılmış bütün vəsaitlərin qaytarılmasının əşya təminatı kimi çıxış edir və ipoteka Cavabdeh1 MTKnın həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin icrasını təmin etmək məqsədini daşıyır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin “X8 Azərbaycan” QSC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh14 məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 14 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən olunması üçün qiymətləndirmə eskperizası təyin olunaraq, ekspert qarşısında sözügedən əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsi barədə sual qoyulmuş və ekpert tərəfindən də müvafiq olaraq əmlakın bazar dəyəri müəyyənləşdirilmişdir. Belə ki, işdə olan "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, ƏEM/S 24-827/19 nömrəli ekspert rəyindən görünür ki, ipoteka ilə yüklü edilmiş Cavabdeh14 məxsus olan ünvan 5 ünvanında, 1 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 178.7 kv.m, köməkçi sahəsi 689.2 kv.m olan, istifadədə olan 0.0601 ha torpaq sahəsində yerləşən evinin xx.xx.2019-cu il tarixinə real bazar qiyməti ******* manat təşkil edir. İddiaçı apellyasiya şikayətində həmin ipotekanın ilkin satış qiymətinin bazar dəyərinə uyğun müəyyən olunmasını qanuna zidd hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İpoteka haqqında» Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı ilə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. Göründüyü kimi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən olunması üçün onun bazar dəyəri ilə yanaşı likvid dəyərinin də müəyyən edilməsi zəruridir. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(103)-1398/2022 saylı qərardadı ilə iş üzrə qiymətləndirici dəvət edilmiş və rəy alınanadək icraat dayandırılmışdır. Qiymətləndirici "xxxx" MMC-nin 19 aprel 2022-ci il tarixli, UNİ/A 21-461/22 saylı rəyinə əsasən, ünvan 2 ünvanında, 1 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 178.7 kv.m, köməkçi sahəsi 689.2 kv.m olan 0.0601 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri ******* manat, likvid dəyəri isə ******* manat təşkil edir. İşdə olan ipoteka müqaviləsindən görünür ki, Cavabdeh14 məxsus əmlakın dəyəri tərəflərin qarşılıqlı razılığı ilə ******* manat həddində müəyyən olunmuş, birinci instansiya məhkəməsində icraat zamanı isə qiymətləndiricinin rəyi ilə bazar dəyəri ******* manat müəyyən olunmuşdur. Göründüyü kimi, iş üzrə alınmış sonuncu mütəxəssis rəylərində ipoteka predmetinin likvid dəyəri birinci instansiya məhkəməsinin əsaslandığı Əmlak Ekspert Mərkəzinin 12 sentyabr 2019-cu ildə verilmiş mütəxəssis rəyində müəyyən olunduğundan təxminən 2 dəfə aşağıdır. Belə olan halda, Kollegiya, qeyd olunan daşınmaz əmlakın hazırkı dövrə bazar dəyəri nəzərə alınmaqla likvid dəyərinin, həmçinin əvvəlki qiymətləndirmə rəyində müəyyən olunmuş dəyəri ilə əhəmiyyətli fərq yarandığı halda bunun səbəblərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunmasını zəruri hesab etmişdir. Daxil olmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 10/3713- 9/4143 saylı ekspertiza rəyindən görünür ki, ünvan 2 ünvanında, 1 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 178.7 kv.m, köməkçi sahəsi 689.2 kv.m olan 0.0601 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin orta bazar dəyəri ******* manat, likvid dəyəri isə ******* manat təşkil edir. Rəydə həmçinin qeyd olunmuşdur ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, ƏEM/S 24-827/19 nömrəli rəyində göstərilən qiymətlə (2200000 manat) hazırki rəylə müəyyən olunmuş qiymət (2400000 manat) arasında olan fərqin səbəbi fərdi yaşayış evinin dəyərinin 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 2022-ci il tarixdə mövcud olan tələb və təklif nəticəsində daha yüksək olmasıdır. İşdə iştirak edən şəxslər Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 10/3713-9/4143 saylı ekspertiza rəyinə qarşı hər hansı etiraz bildirməmiş, əlavə və ya təkrar qiymətləndirmənin təyin olunması üçün vəsatət verməmişlər. Kollegiya vurğulayır ki, ekspert (mütəxəssis) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası hazırki apellyasiya icraatı zamanı alınmış qiymətləndirmə və ekspertiza rəylərini bir-biri ilə, eləcə də işdə olan digər sübutlarla (ipoteka müqaviləsində göstərilən qiymət, birinci instansiya məhkəməsində alınmış mütəxəssis rəyi və s.) birlikdə qiymələndirərək belə nəticəyə gəlir ki, yoxlanılan hissədə ipoteka predmetinin ilkin satış qiymətinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 10/3713-9/4143 saylı ekspertiza rəyinə uyğun olaraq ******* manat (likvid qiymət) müəyyən olunması əsaslı, qanuni və obyektivdir. Çünki, Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 10/3713- 9/4143 saylı ekspertiza rəyi işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməklə daha dolğun və mötəbərdir. Eyni zamanda həmin rəydə əks olunan qiymətlər istər ipoteka müqaviləsində, istərsə də "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, ƏEM/S 24-827/19 nömrəli rəyində göstərilən qiymətlərə yaxın olmaqla reallığı əks etdirir. MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən, yəni Cavabdeh14 məxsus ipoteka qoyulmuş ünvan 2 ünvanında, 1 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 178.7 kv.m, köməkçi sahəsi 689.2 kv.m olan 0.0601 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən olunması hissədə dəyişdirilərək, həmin ipotekanın ilkin satış qiyməti ******* (iki milyon yüz altmış min) manat müəyyən edilməlidir. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, hazırki apellyasiya baxışı zamanı ümumilikdə 800 manat məbləğində aparılmış qiymətləndirmələrin dəyəri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehlərə müştərək qaydada aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "X8 Azərbaycan" QSC-nin cavabdehlər Cavabdeh7, "xxxx" MTK-ya, Cavabdeh6, "xxxx" MTK-ya, Cavabdeh13, "xxxx" MMC-yə, "xxxx" ASC-yə, "xxxx" MTK-ya, Cavabdeh12, Cavabdeh11, Cavabdeh14, Cavabdeh10, Cavabdeh9 və Cavabdeh8 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci-ci il tarixli, 2(007)-33/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci-ci il tarixli, 2(007)-33/2021 nömrəli qətnaməsi yoxlanılan hissədə, yəni Cavabdeh14 məxsus məxsus ipoteka qoyulmuş ünvan 2 ünvanında, 1 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 178.7 kv.m, köməkçi sahəsi 689.2 kv.m olan 0.0601 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən olunması hissədə dəyişdirilsin, həmin ipotekanın ilkin satış qiyməti ******* (iki milyon yüz altmış min) manat müəyyən edilsin. Məhkəmə xərci cavabdehlərə aid edilsin. Cavabdehlərdən müştərək qaydada aparılmış qiymətləndirmələrin dəyəri kimi - 700 (yeddi yüz) manat tutularaq "xxxx" MMCnin hesabına (VÖEN6 **********, Benefesiarın hesabı: AZ77AİİB400600C**********218, "xxxx" ASC Bravo 3 saylı filialı (VÖEN 9********), Müxbir hesab: AZ37NABZ********************, Filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX), 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1398/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1398/2022
21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver