Məhkəmə qərarları › İş №2(103)-1399/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1399/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1399/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-222/2017 saylı, 02 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı Cavabdeh1 ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-222/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh2, X4, İddiaçı və qeyrilərinə qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2012-ci il tarixli AS № 002/N-05 saylı kredit müqaviləsinə əsasən 115.493 manat 62 qəpik əsas borc, 8.736 manat 40 qəpik faiz, 200 manat cərimə olmaqla, cəmi 124.430 manat 02 qəpik pulun Cavabdeh2 Havəsət oğlundan Cavabdeh1 ASC-nin xeyrinə tutulması; xx.xx.2012-ci il tarixli, AS № 002/R-05 saylı kredit müqaviləsinə əsasən 107.922 manat 60 qəpik əsas borc, 8.015 manat 49 qəpik faiz, 200 manat cərimə olmaqla, cəmi 116.138 manat 09 qəpik pulun X3 Cavabdeh1 ASC-nin xeyrinə tutulması; xx.xx.2014-cü il tarixli, İK № 1041-05 saylı kredit müqaviləsinə əsasən 226.710 manat 87 qəpik əsas borc, 37.893 manat 11 qəpik faiz, 400 manat cərimə olmaqla, cəmi 265.003 manat 98 qəpik pulun X3 Cavabdeh1 ASC-nin xeyrinə tutulması; xx.xx.2014-cü il tarixli İK № 1382-05 saylı kredit müqaviləsinə əsasən 166.630 manat 84 qəpik əsas borc, 29.863 manat 72 qəpik faiz, 400 manat cərimə olmaqla, cəmi 196.894 manat 56 qəpik pulun X3 Cavabdeh1 ASCnin xeyrinə tutulması; xx.xx.2016-cı il tarixli İK № 1595-05 saylı kredit müqaviləsinə əsasən 500.000 manat əsas borc, 51.667 manat 07 qəpik faiz, 500 manat cərimə olmaqla, cəmi 552.167 manat 07 qəpik pulun X3 Cavabdeh1 ASC-nin xeyrinə tutulması; ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 124 manat məbləğində rüsum, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 Havəsət oğlundan və X3 müştərək qaydada Cavabdeh1 ASC-nin xeyrinə tutulması; 13 dekabr 2012-ci il tarixli AS № 002/N-05 saylı və 13 dekabr 2012-ci il tarixli AS № 002/R-05 saylı kredit müqavilələri üzrə ümumi borc məbləğinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2ci yaşayış massivi döngə 3-də mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 111,1 m2 yaşayış, 80,7 m2 köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq, əldə olunmuş məbləğin borc məbləği həddində Cavabdeh1 ASC-yə ödənilməsi; 08 yanvar 2014-cü il tarixli İK № 1041-05 saylı kredit müqaviləsi üzrə ümumi borc məbləğinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi döngə 3-də mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 111,1 m2 yaşayış, 80,7 m2 köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evinə, İddiaçı məxsus olan ünvan 1 ünvanda istifadəsində olan 0,02447 ha torpaq sahəsində yerləşən 212,6 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və X1 məxsus ünvan 2 ünvanda istifadəsində olan 0,06907 ha torpaq sahəsində yerləşən 583,6 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq, əldə edilən məbləğin borc məbləği həddində Cavabdeh1 ASCyə ödənilməsi; 17 oktyabr 2014-cü il tarixli İK № 1382-05 saylı kredit müqaviləsi üzrə ümumi borc məbləğinin X5 məxsus olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seyran Məmmədov küçəsində yerləşən, xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılaraq, əldə edilən məbləğin borc məbləği həddində Cavabdeh1 ASC-yə ödənilməsi; 11 yanvar 2016- ci il tarixli İK № 1595-05 saylı kredit müqaviləsi üzrə ümumi borc məbləğinin İddiaçı məxsus olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi döngə 3-də mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 111,1 m2 yaşayış, 80,7 m2 köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evinə, İddiaçı məxsus olan ünvan 1 ünvanda istifadəsində olan 0,02447 ha torpaq sahəsində yerləşən 212,6 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına, X1 məxsus olan ünvan 2 ünvanda istifadəsində olan 0.06907 ha torpaq sahəsində yerləşən 583,6 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinə və X5 məxsus olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seyran Məmmədov küçəsində yerləşən, xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq, əldə edilən məbləğin borc məbləği həddində Cavabdeh1 ASC-yə ödənilməsi; ipoteka qoyulmuş əmlakların ilkin satış qiymətlərinin aşağıdakı kimi müəyyən olunması: Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi döngə 3 ünvanda yerləşən 80 nömrəli fərdi yaşayış evi – 520.000 manat (xx.xx.2012-ci il tarixli AS № 002-05 saylı və xx.xx.2014-cü il tarixli İK № 1041/V-05 saylı sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndi). Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi döngə 3 ünvanda yerləşən 80 nömrəli fərdi yaşayış evi 0,04 ha torpaq sahəsi ilə birlikdə – 520.000 manat (xx.xx.2016-cı il tarixli İK № 1595-05 saylı sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndi). ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli qeyriyaşayış binası – 230.000 manat (xx.xx.2014-cü il tarixli İK № 1041/A-05 saylı ipoteka müqaviləsinin 2.4-cü bəndi və xx.xx.2016-cı il tarixli İK № 1595-05/A saylı sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndi). ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli qeyriyaşayış binası – 432.000 manat (xx.xx.2014-cü il tarixli İK № 1041/B-05 saylı ipoteka müqaviləsinin 2.4-cü bəndi və xx.xx.2016-cı il tarixli İK № 1595-05/B saylı sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndi). Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seyran Məmmədov küçəsində yerləşən 0,12 ha torpaq sahəsi – 405.000 manat (xx.xx.2014-cü il tarixli İK № 1382-05 saylı ipoteka müqaviləsinin 2.4-cü bəndi və xx.xx.2016-cı il tarixli İK № 1595-05/C saylı sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndi), bankın tələbləri ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyanlara qaytarılması; əmlakların satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda xx.xx.2012-ci il tarixli AS № 002/N-05 saylı kredit müqaviləsi qalan borc məbləğinin Cavabdeh2 Havəsət oğlundan Cavabdeh1 ASC-nin xeyrinə tutulması, digər müqavilələr üzrə qalan borc məbləğinin X3 Cavabdeh1 ASC-nin xeyrinə tutulması; 50 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh2 Havəsət oğlundan və X3 müştərək qaydada tutularaq MEM-in təqdim etdiyi müvafiq hesab üzrə ödənilməsi; iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X4, Cavabdeh2, X5, İddiaçı və X1 qarşı «müqavilə üzrə borcun tutulması və ipoteka predmetlərinə yönəldilməsi» tələbinə dair iddiasının qalan hissədə rədd edilməsi; İddiaçı Cavabdeh1 ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddiasının rədd edilməsi, qeyd olunan iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı Cavabdeh1 ASC məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlərlə qarşılıqlı razılığa gəldikləri üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(002)-222/2017 saylı qətnaməsinin icrasına möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(002)- 222/2017 saylı qərardadı ilə Cavabdeh1 ASC-nin ərizəsi təmin edilmiş, sözügedən qətnamənin icrasına 1 il müddətinə möhlət verilmişdir. İddiaçı Cavabdeh1 ASC xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(002)- 222/2017 saylı qərardadının xx.xx.2023-cü il tarixdə iddiaçı Cavabdeh1 ASC tərəfindən qəbul edildiyinin nəzərə alınmasını və şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət axımının xx.xx.2023-cü il tarixdən hesablanmasını xahiş etmişdir. Həmin ərizəyə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(002)-222/2017 saylı qərardadından şikayət əlavə olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(002)- 222/2017 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(002)- 222/2017 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iddiaçı Cavabdeh1 ASC tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bu səbəbdən də, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-222/2017 saylı qərardadından iddiaçı Cavabdeh1 ASC tərəfindən verilmiş şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-222/2017 saylı, 02 noyabr 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı Cavabdeh1 ASC şikayətində apellyasiya şikayətinin qaytarılması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-222/2017 saylı, 02 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-222/2017 saylı, 05 dekabr 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı formal və əsassız şikayət səbəbindən ləğv edilə bilməz. Şərh olunanlara əsasən, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-222/2017 saylı, 02 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-222/2017 saylı, 02 noyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar