Məhkəmə qərarları › İş №2(103)-1406/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1406/2024

08.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1406/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar "xxxx" MMC-nin Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçılar "xxxx" MMC və onun direktoru İddiaçı2 Cavabdeh qarşı “əmlak” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2607/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC-nin verdiyi apellyasiya şikayəti və iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbi barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-118/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə birləşdirilmiş icraatda Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci iş üzrə - işin halları

1. Cavabdeh (bundan sonra mətndə- cavabdeh) Abşeron Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə, MMC-yə, X5 və İddiaçı2 qarşı vurulan ziyanın əvəzinin ödənilməsi, mülkiyyətində olan torpaq sahəsinin sahibliyinə və istifadəsinə qaytarılması, qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(012)- 463/2017 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, onun mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində MMC, X9 və İddiaçı2 tərəfindən qanunsuz inşa edilmiş tikililərin cavabdehlər MMC-nin, X9 və İddiaçı2 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsinin cavabdehlər MMC-nin, X9 və İddiaçı2 olunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlər MMC, X9 və İddiaçı2 müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cii ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710 600 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2( 105)- 329/2019 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı2 və X4 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində MMC, X9 və İddiaçı2 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər MMC-nin, X9 və X2 hesabına sökülərək, torpaq sahəsinin cavabdehlər MMC-nin, X9 və İddiaçı2 olunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər MMC, X9 və İddiaçı2 müştərək qaydada 500.000 (beş yüz) manat tutularaq iddiaçı Cavabdeh verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər MMC, X9 və İddiaçı2 müştərək qaydada alınaraq iddiaçıya verilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət olunmuşdur.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4676/2019 nömrəli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(105)- 329/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3603/2020 nömrəli qərarı ilə cavabdeh İddiaçı2 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(105)- 329/2019 saylı qətnaməsi ona münasibətdə təmin olunmuş hissədə ləğv edilərək yeni apellyasiya baxışına göndərilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)- 407/2021 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı2 münasibətdə təmin olunmuş hissələrdə, iddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsində İddiaçı2 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdeh İddiaçı2 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsinin cavabdeh İddiaçı2 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdeh İddiaçı2 müştərək qaydada 2013-ci ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi ******* manat pul tutularaq iddiaçı Cavabdeh verilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cəmi 754213 manat məbləğində olan əmlakın-avtomat 1000A 1 ədəd (dəyəri 900 manat), avtomat 800A 2 ədəd (dəyəri 1400 manat), dizel generator Tİ 518DM5A 1 ədəd (dəyəri 37.500 manat), Forklift LiuGong CLG2035H 1 ədəd (dəyəri 20.000 manat), Notebook HP g6 2379 1 ədəd (dəyəri 535 manat), Polisterolbeton istehsal edən avadanlıqlar və istehsal xətti 1 komplekt (270.348 ABŞ dolları), Panno paylayıcı 1 ədəd (dəyəri 950 manat), Qızdırıcı fen 2 ədəd (dəyəri 1346,40 manat), sement çəni 1 ədəd 50 tonluq (dəyəri 12.500 manat), elektron tərəzi 1 ədəd, 50 tonluq (dəyəri 2650 manat), Mikser Detro 460/300 1 ədəd (dəyəri 3000 manat), Transformator 400 kvt 1 ədəd (dəyəri 7.500 manat), müxtəlif qəliblər aliminiumdan 1 dəst (dəyəri 14.267 manat), konteyner dəmirdən 1 ədəd (dəyəri 2500 manat), elektron tərəzi 2 ədəd (dəyəri 6 manat), generator kiçik həcmli 10 kv-lıq 1 ədəd (dəyəri 342,50 manat), laqonda 1 ədəd (dəyəri 100 manat), laqonda 230 (ed) 1 ədəd (dəyəri 60 manat), laqonda BOSH 230 (ed) 1 ədəd (dəyəri 85 manat), laqonda 1 ədəd (dəyəri 75 manat), lom 3 ədəd (dəyəri 8 manat), möhür 1 ədəd (dəyəri 32 manat), nümunə qutusu balaca 15 ədəd (dəyəri 195 manat), nümunə qutusu böyük 15 ədəd (dəyəri 225 manat), odun sobası 1 ədəd (dəyəri 46 manat), “Perforator BOSH 2” 10 ədəd (dəyəri 3220 manat), “Perforator BOSH 4” 1 ədəd (dəyəri 420 manat), Pilvizator 1 ədəd (dəyəri 35 manat), plastik qayçısı 1 ədəd (dəyəri 4,50 manat), Projektor HL-131 xor (ed) 2 ədəd (dəyəri 92 manat), generatorun işə salanı (puskatel) 1 ədəd (dəyəri 5 manat), qayçı ağac üçün 2 ədəd (dəyəri 20 manat), qaz balonu 1 ədəd (dəyəri 4 manat), qaz piltəsi stolüstü 1ədəd (dəyəri 28 manat), reduktor qaz üçün 1 ədəd (dəyəri 5 manat), odun sobası 1 ədəd (dəyəri 46 manat), dəmir seyf 1 ədəd (dəyəri 150 manat), ştamp 1 ədəd (dəyəri 32 manat), stol 2 ədəd (dəyəri 44 manat), stul 4 ədəd (dəyəri 8 manat), su şlanqı 20 metr (dəyəri 33 manat), taxta kəsən avadanlıq BOSH 1 ədəd (dəyəri 120 manat), telfer (yükqaldırıcı) 2 ədəd (dəyəri 250 manat), tərəzi 0-0,5 kq-lıq 1 ədəd (dəyəri 15 manat), tərəzi 40 kq-lıq 1 ədəd (dəyəri 26 manat), 250 w civə buxarlı S3 arm. 18 ədəd (dəyəri 536,40 manat), 400w metal projektor 6 ədəd (dəyəri 221,22 manat), 400w metal SS2 armatur 24 ədəd (dəyəri 979,20 manat), 4x14w tavan üçün armatur (spot) 51 ədəd (dəyəri 1679,94 manat), additive ZJ-C 16200 ədəd (dəyəri 8262,50 manat), additive ZJ-F2 2700 ədəd (dəyəri 8156,50 manat), müxtəlif meyvə və dekorativ ağaclar 466 ədəd (dəyəri 2668 manat), alçipan 3 ədəd (dəyəri 36 manat), alçipan 100 ədəd (dəyəri 1000 manat), alçipan 153 ədəd (dəyəri 1611 manat), alüminium qapı 3,88m.kv (dəyəri 319,90 manat), alüminium vitraj 30 kv.m. (dəyəri 2190 manat), amerikanka 20 ədəd (dəyəri 66,70 manat), anker bolt 107 ədəd (dəyəri 75 manat), anker bolt 10-luq 10 ədəd (dəyəri 25 manat), anker bolt 12-lik 10 ədəd (dəyəri 30 manat), anker bolt 24-liik 10 ədəd (dəyəri 90 manat), antena kabeli Rusiya istehsalı 100 metr (dəyəri 40 manat), əqrəb 100 ədəd (dəyəri 15 manat), aralıq novça 4 ədəd (dəyəri 11,20), araba 16 ədəd (dəyəri 323 manat), armatur 12 mm-lik 8530 kq (dəyəri 5924,10 manat), armatur 14 mm-lik 1170 kq (dəyəri 1080 manat), armatur 16 mmlik 9600 kq (dəyəri 8840,30 manat), armatur 25 mm-lik 650 kq (dəyəri 600 manat), atsep 10 kub.m. (dəyəri 380 manat), atsep 100 kub.m. (dəyəri 2100 manat), baçonka 25 litrlik 1 ədəd (dəyəri 4.8 manat), bak 11 ədəd (dəyəri 285 manat), bolt 40 ədəd (dəyəri 40 manat), bolt-qayka 33 ədəd (dəyəri 26,50 manat), bolt-qayka 101X24 q 200 ədəd (dəyəri 200 manat), səki daşı (bordyur) 478 metr (dəyəri 1912 manat), səki daşı (bordyur) 33 metr (dəyəri 99 manat), səki daşı (bordyur) mermerdən 12 metr (dəyəri 72 manat), boru f 20 90 metr (dəyəri 81 manat), plastik boru f 100 12 metr (dəyəri 30 manat), plastik boru f 150 6 metr (dəyəri 27 manat), plastik boru £32 200 metr (dəyəri 270 manat), plastik boru 18 mmlik 10 metr (dəyəri 160 manat), kabel üçün boru (yanmaz)f 25 100 metr (dəyəri 100 manat), çınqıl 25 kub.metr (dəyəri 235 manat), damcılı suvarma sistemi 3219 metr (dəyəri 914,20 manat), dəmir darvazalar 5 ədəd (dəyəri 12000 manat), dəmir turba 159 mm 18 metr (dəyəri 162 manat), dəmir turba 25 mm 120 metr (dəyəri 186 manat), dikt 566 ədəd (dəyəri 3975 manat), dirsək 33 ədəd (dəyəri 42 manat), əks klapan f32 1 ədəd (dəyəri 3.80 manat), elektrik kabeli 981metr (dəyəri 1199,90 manat), EPS 4300 kq (dəyəri 10879 manat), dikt 0,5X30x150 50 ədəd (dəyəri 350 manat), kabel 1x1,5 6 bağlama (dəyəri 78 manat), kabel 1x6 4 bağlama (dəyəri 256 manat), kabel 1x2,5 13 bağlama (dəyəri 209 manat), kabel 1x4 13 bağlama (dəyəri 463 manat), kabel 1x2,5 6 bağlama (dəyəri 208 manat), kabel 3x2,5 22 metr (dəyəri 30,80 manat), kabel 3x4 30 metr (dəyəri 43,50 manat), kabel 4x2,5 100 metr (dəyəri 150 manat), kabel 4x3,5 40 metr (dəyəri 540 manat), kabel 4x4 44,20 metr (dəyəri 334,20 manat), kabel 4x6 100 metr (dəyəri 280 manat), kafel 167,9 kv.m. (dəyəri 2343 manat), kağız rulon 2 bağlama (dəyəri 460 manat), konyok 96 ədəd (dəyəri 344,40 manat), kapron boru flOO 18 m. (dəyəri 36 manat), kapron boru £32 200m. (dəyəri 220 manat), karniz 4 m. (dəyəri 14 manat), karniz 18/20 180 m. (dəyəri 684 manat), karniz əyri 58 ədəd (dəyəri 220.40 manat), Kat5 internet kabeli Türkiyə istehsalı 1 bağlama (dəyəri 40 manat), katinka məftili 901 kq (dəyəri 812 manat), keçid (perixadnik) 11 ədəd (dəyəri 12 manat), kəndir 1 bağlama (dəyəri 20 manat), sintetik kəndir 130 metr (dəyəri 18 manat), kəndir 2 bağlama (dəyəri 24 manat), kislarod balonu 2 ədəd (dəyəri 140 manat), kislarod balonunun başlığı 3 ədəd (dəyəri 45 manat), kislarod balonunun reduktoru 1 ədəd (dəyəri 45 manat), elektrik qutusu klipsal 60 ədəd (dəyəri 15 manat), krant 7 ədəd (dəyəri 36,50 manat), lambir 25 ağ rəngdə 45 metr (dəyəri 144 manat), lambir kantı 30 metr (dəyəri 6 manat), elektrik lampası (müxtəlif) 51 ədəd (dəyəri 114 manat), lapotka 32 ədəd (dəyəri 137 manat), lopatkanın sapı 9 ədəd (dəyəri 11 manat), linenum 14 metr (dəyəri 50 manat), dəmir listi 45,9 kv.metr (dəyəri 1541,40 manat), dəmir listi 15x6x20metr (dəyəri 1150 manat), dəmir listi 1x2x4 4 ədəd (dəyəri 200 manat), dəmir listi 3x1x2 1 ədəd (dəyəri 27manat), dəmir listi 5x1x2 65 ədəd (dəyəri 422,50 manat), dəmir listi 600x600 2607 kq (dəyəri 2991,50 manat), su mühərriki qol 1 ədəd (dəyəri 50 manat), metlax 77 kv.m. (dəyəri 985,60 manat), müxtəlif ölçülü metrə 6 ədəd (dəyəri 19,30 manat), mixser 1 ədəd (dəyəri 2 manat), mişar (sadə) 4 ədəd (dəyəri 15 manat), mişar BOSH 1 ədəd (dəyəri 9 manat), mişar daşı 99893 ədəd (dəyəri 41786,53 manat), 32/25 mufta 111 ədəd (dəyəri 43,70 manat), 25/32/40 mufta 110 ədəd (dəyəri 49 manat), nakaneçnik 10 ədəd (dəyəri 4 manat), nəfəslik 5 ədəd (dəyəri 125 manat), nov sadə 100 metr (dəyəri 160 manat), nov orjinal 238 metr (dəyəri 595 manat), nov qapağı sağ-sol 4 ədəd (dəyəri 2 manat), nov xamutu 363 ədəd (dəyəri 281,75 manat), dəmir panel 37 ədəd (dəyəri 4198 manat), patron 2 ədəd (dəyəri 0,90 manat), penoplast 1x0,45x0,6 140 ədəd (dəyəri 448 manat), petlə 14 ədəd (dəyəri 49 manat), plastik dirsək 5 ədəd (dəyəri 7,50 manat), plastik nəfəslik 0,72 kv.m. (dəyəri 47 manat), plastik pəncərə 316 kv.m. (dəyəri 15985 manat), plastik pəncərə şüşəsiz 63 kv.m. (dəyəri 2205 manat), plastik qapı 1 ədəd (dəyəri 125 manat), elektrik qızdırıcısı 1 ədəd (dəyəri 7 manat), su pompası 1 ədəd (dəyəri 150 manat), poplovok 40 mm 1 ədəd (dəyəri 28 manat), propka 3 ədəd (dəyəri 1,80 manat), profil 231 metr (dəyəri 701,60 manat), profil 100x50x3 108 metr (dəyəri 388,80 manat), profil 120x80 12 metr (dəyəri 109,20 manat), profil 20x40x2 627 metr (dəyəri 731,94 manat), profil 20x20 144 metr (dəyəri 125,28 manat), profil 20x40x3 24 metr (dəyəri 45,60 manat), profil 40x40 16 metr (dəyəri 44 manat), profil 40x40x4 48 metr (dəyəri 168 manat), profil 80x40 18 metr (dəyəri 72 manat), profil 40x60x3 1248 metr (dəyəri 4874,40 manat), profil 30 metr (dəyəri 84 manat), profil mastar 6 ədəd (dəyəri 45 manat), profnastil (70) 1375 kv.metr (dəyəri 9214.48 manat), pofnastil (dam örtüyü) 1417 kv.metr (dəyəri 5827,73 manat), projektor 2 ədəd (dəyəri 50 manat), projektor lanpası 2 ədəd (dəyəri 6 manat), projektor 1500 w 5 ədəd (dəyəri 150 manat), propka 5 ədəd (dəyəri 3,5 manat), qapı petləsi 5 ədəd (dəyəri 7 manat), qapı əlcəyi 2 ədəd (dəyəri 1 manat), qayka 4 ədəd (dəyəri 8 manat), qayka M42 64 ədəd (dəyəri 192 manat), qayka-şayba ilə birlikdə 140 ədəd (dəyəri 14 manat), qazan 74 ədəd (dəyəri 167 manat), polad rels 1 ton (dəyəri 3171 manat), reyka 3x5x4 1200 metr (dəyəri 480 manat), reyka 5x5x4 670 metr (dəyəri 402 manat), santexnika materialları (dəyəri 672 manat), şeben 150 kub.metr (dəyəri 1220 manat), setka 79,5 kv.metr (dəyəri 404,50 manat), setka (alüminium)lx50 4 kv.metr (dəyəri 64 manat), setka 3-lük dəmir 80 metr (dəyəri 368 manat), setka 4-lük dəmir 10 metr (dəyəri 90 manat), setka kapron 2 metr (dəyəri 70 manat), kabel 350 metr (dəyəri 480 manat), stiker etiket 1 bağlama (dəyəri 200 manat), stiker plakat 2 ədəd (dəyəri 700 manat), striç plyonka 65,6 kv.metr (dəyəri 164 manat), su mühərriki 1 ədəd (dəyəri 42 manat), paket şüşə 126,9 kv.metr (dəyəri 3407,70), paket şüşə 36 kv.metr (dəyəri 900 manat), qaynaqçı eynəyi 1 ədəd (dəyəri 3 manat), şiveller 12 metr (dəyəri 90 manat), şiveller 10-luq 2484 metr (dəyəri 23389,80 manat), şiveller 18-lik 12 metr (dəyəri 145,20 manat), şiveller 20-lik 58 metr (dəyəri 899 manat), şiveller 8-lik 42 metr (dəyəri 198,66 manat), TAD-17 (dəyəri 10 litirlik) 1 ədəd (dəyəri 25 manat), TAD-17 (1 litrlik) 2 ədəd (dəyəri 6 manat), böyük tal üçün qarmaq 1 ədəd (dəyəri 9 manat), tamet 50 kv.metr (dəyəri 450 manat), təhlükəsizlik kəməri 4 ədəd (dəyəri 80 manat), televizor kabeli 100 metr (dəyəri 13 manat), tikanlı məftil 10 bağlama (dəyəri 180 manat), elektrik üçlüyü 6 ədəd (dəyəri 20 manat), elektrik üçlüyü 32 mm-lik 10 ədəd (dəyəri 6,60 manat), telfer trosu 110 metr (dəyəri 38 manat), tros sıxan 2 ədəd (dəyəri 1 manat), dəmir boru 20-lik 210 metr (dəyəri 564 manat), dəmir boru 50-lik 13 metr 1 ədəd (dəyəri 68 manat), xamut 40 ədəd (dəyəri 40 manat), kabel ucluğu 2 ədəd (dəyəri 2 manat), dəmir uqolnik 137 metr (dəyəri 396,50 manat), dəmir uqolnik 25 mm-lik 50527 metr (dəyəri 12,547 manat), uqolnik 32 mm-lik 30 ədəd (dəyəri 9 manat), uqolnik 32x45 6 ədəd (dəyəri 1,80 manat), uqolnik 32x90 6 ədəd (dəyəri 2,80 manat), uqolnik mm çöl 1 ədəd (dəyəri 3 manat), uqolnik 50-lik 200 ədəd (dəyəri 390 manat), üst qapama 25 sm (konyok) 100 ədəd (dəyəri 135 manat), üst qapama 8 ədəd (dəyəri 22,40 manat), vintel (böyük) 2 ədəd (dəyəri 54 manat), vintel f20 1 ədəd (dəyəri 5 manat), vintel f25 3 ədəd (dəyəri 29,40 manat), vintel f32 13 ədəd (dəyəri 43 manat), vetravik 64 ədəd (dəyəri 140 manat), elektrik vilkası 5 ədəd (dəyəri 4 manat), vintil (kiçik) 2 ədəd (dəyəri 7,60 manat), elektrik açarı 3 ədəd (dəyəri 2,80 manat), xamut 30 ədəd (dəyəri 6 manat), zajim 10 ədəd (dəyəri 100 manat), qapı zamoku 7 ədəd (dəyəri 229 manat), zazemlennik 1x35 100 ədəd (dəyəri 350 manat), zəncir 136 metr (dəyəri 174 manat) və istehsal olunmuş 4600 kv.metr polisterolbeton inşaat materialı 1 kv.m x 12 manat (dəyəri 55,429 manat) (bundan sonra mətndə-əmlaklar) qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin əmlaklar olmadığı halda olmayan əmlakların dəyərinin hazırkı bazar qiymətinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, MMC 2009-cu ildən etibarən cavabdeh və onun həyat yoldaşı Hikmət Xəlilovun sifarişləri əsasında onların ailəsinə, dostlarına və yaxın insanlarına məxsus olan, Bakı və Abşeron rayonu ərazisində yerləşən müxtəlif yaşayış və qeyri-yaşayış sahələrini inşa və ya təmir edib təhvil vermişdir. Cavabdehin MMC-yə növbəti və şifahi sifarişi onun şəxsi mülkiyyətində olan torpaq sahəsində tikililərin tikilməsi olmuşdur. Qeyd olunan tikililərin tikilməsi və avadanlıqların quraşdırılması xərcləri isə MMC və onun təsisçilərinin şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Görülmüş işlərlə bağlı yaranmış 1.251.000 manat borc cavabdehin həyat yoldaşından tələb olunduqda, o borcu ödəməkdən yayınmaq üçün MMC-yə və onun təsisçilərinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 23 noyabr 2021-ci il tarixli, 2(009)-2607/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələbinə əsasən iddia tələbinin əsassız varlanma çərçivəsində haqlı sayılması üçün cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi və bu əldəetmə üçün heç bir hüquqi əsasın olmaması zəruridir. Lakin əmlakların bir hissəsi ilə bağlı daha əvvəl qəbul olunmuş məhkəmə qətnamələri olduğundan, hazırkı tələbin təmin olunması hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacaqdı. Mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi ilə bağlı isə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığından iddia tələbi əsassızdır.

10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, işin hallarını və iş materiallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, əvvəlki məhkəmə qətnamələrində müəyyən olunmuşdur ki, həmin inşaat işlərinin aparılmasına və avadanlıqların alınmasına cavabdeh tərəfindən iddiaçılara cəmi 500.000 manat verilmişdir və həmin məbləğ məhkəmə qərarının icrası qaydasında cavabdehə qaytarılmışdır. Cavabdeh isə qeyd olunan əmlakların öz mülkiyyətində olmasını mübahisələndirməmişdir. Bu isə o deməkdir ki, sözügedən tikililərdə istifadə olunmuş materiallar və avadanlıqlar iddiaçılara məxsusdur və məhkəmə bununla bağlı əraziyə yerli baxış keçirərək bu faktı təsdiq edə bilərdi. Bundan əlavə, apellyasiya şikayətinə əlavə olunmuş 12 noyabr 2016-cı il tarixli və 28 avqust 2017-ci il tarixli ekspert rəylərində cavabdehə məxsus əmlakların çox hissəsinin hazırki bazar dəyəri öz əksini tapmışdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1822/2022 nömrəli iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülki iş üzrə mübahisə predmeti olan əmlakların bir hissəsi barəsində məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin və X4 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması qət olunmuşdur. Göründüyü kimi tikililərin SV- QRUP” məhdud məsuliyyətli cəmiyyətinin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəbəsindəki 5,975 hektar həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdir. Buna görə də iddia tələbinin söküntü nəticəsində əldə olunacaq, tikinti materiallarının, eləcə də malməmulatların geri qaytarılmasına dair hissəsinin təmin olunacağı təqdirdə hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacaqdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində və apellyasiya şikayətində iddia predmetini təşkil edən əmlakları məhz icra üzrə icraatın dayandırılması ilə əlaqədar əldə edə bilməmələri ilə əsaslandırmalarına və həmin əmlakı əldə etmələri üçün məhz icra üzrə icraatın dayandırılmasına dair icra məmurunun qanunsuz hesab etdikləri qərarından (hərəkət və ya hərəkətsizliyindən) məhkəməyə şikayət etməli olmalarına baxmayaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bundan başqa, iddiaçı mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi, yəni Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilidə olan onlara məxsus tikinti məhsulu olmayan digər əşyaların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, iddiaçılar həmin əmlakların mövcudluğunu, onların qanuni mülkiyyətində olduğunu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlaklara sahibliyi həyata keçirə bilmədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Cavabdeh kollegiya iclasında verdiyi izahatında da əmlakın ona məxsus olub-olmaması halına aydınlıq gətirə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində mübahisəli əmlakların iddiaçıya məxsus ərazidə olmasının aydınlaşdırılması məqsəliə yerli baxışın keçirilməli olmasını qeyd edir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh mübahisəli əmlakların onun mülkiyyətində olmasını sübuta yetirə bilmədiyinə görə, hətta həmin əmlakların iddiaçıya məxsus ərazidə olub-olmasına dair yerli baxışın keçirilməsi əhəmiyyətsizdir. Çünki, əmlakların cavabdehə məxsus yerdə olması özlüyündə o əmlakların "xxxx" MMC-nin sahibliyindən qanunsuz olaraq çıxarılması faktını sübut etmir. Digər tərəfdən, işdə olan "xxxx" MMC-nin 10 noyabr 2009-cu il tarixli nizamnaməsindən görünür ki, İddiaçı2 həmin cəmiyyətin təsisçilərindən biridir və iddiaçılar öz iddia tələblərində göstərilən əmlakın "xxxx" MMCyə məxsus olduğunu bildirirlər. Belə olan halda isə İddiaçı2 "xxxx" MMC-yə, "xxxx" MMC-nin isə Cavabdeh qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Habelə, mülki iş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)-407/2021 nömrəli qətnaməsində məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının onun öhdəlikləri üzrə daşımadığından və cəmiyyətiin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıdığından İddiaçı2 "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və rəhbəri olsa da, cəmiyyət tərəfindən vurulmuş zərərə görə məsuliyyət daşımadığı, İddiaçı2 fiziki şəxs kimi Cavabdeh ilə şifahi podrat müqaviləsi bağlaması, Cavabdeh zərər vurması və Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən fiziki şəxs kimi istifadə etməsi də öz təsdiqini tapmamışdır.

15. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 385.2, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3949/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi öz mövqeyinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

18. Kollegiya onu da qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı2 qarşı tələbi rədd edilmişdir. Bu qərar onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC-nin təsisçisi və rəhbəri olsa da cəmiyyət tərəfindən vurulmuş zərərə görə məsuliyyət daşımır, həmin fiziki şəxsin iddiaçı ilə şifahi podrat müqaviləsi bağlaması, ona zərər vurması və torpaq sahəsindən istifadə etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Qeyd edilənlər nəzərə alınmaqla, iddiaçıların hər birinin hazırkı işdə irəli sürülmüş tələblər üzrə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verilməli, habelə bu qərarın 57-ci bəndində göstərilənlərə əməl olunmaqla mübahisənin həllinə dair əsaslandırılmış qətnamə qəbul edilməlidir.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-365/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, göründüyü kimi, tikililərin SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəbəsindəki 5,975 hektar həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdir. Abşeron rayonu Qobu qəsəbəsi 5, 973 ha torpaq sahəsində mövcud olan material və avadanlıqların dəyəri isə ümümilikdə 591.776,0 manat olduğu müəyyən olunur. Odur ki, Abşeron rayonu Qobu qəsəbəsi 5,973 ha torpaq sahəsində mövcud olan material və avadanlıqların və ya onların dəyəri olaraq ümümilikdə 591.776,0 manatın cavabdehdən alınması hissəsində iddia tələbi təmin olunmamalıdır. Bundan başqa, iddiaçı mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi, yəni Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilidə olan onlara məxsus digər əşyaların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, iddiaçılar həmin əmlakların mövcudluğunu, onların qanuni mülkiyyətində olduğunu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlaklara sahibliyi həyata keçirə bilmədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da əmlakın ona məxsus olubolmaması halına aydınlıq gətirə bilməmişdir. Kollegiya onu da qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı2 qarşı tələbi rədd edilmişdir. Bu qərar onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC-nin təsisçisi və rəhbəri olsa da cəmiyyət tərəfindən vurulmuş zərərə görə məsuliyyət daşımır. Qeyd edilənlər nəzərə alınmaqla, məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı2 hazırkı işdə irəli sürülmüş tələblər üzrə subyektiv hüquqa malik olması müəyyən edilmir. Birinci instansiya məhkəməsi isə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı olduğu halda bunu etməmişdir.

21. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 135.4, 135.10, 157.2, 157.6, 157.7, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına istinad etmişdir.

ç) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3817/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-365/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

Birləşdirilmiş iş üzrə birinci instansiya məhkəməsində icraat

23. İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112,9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Sonradan iddiaçı ərizə təqdim edərək tələbini dəqiqləşdirmiş, mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbəli ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112.9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və sökülən bütün material və qurğuların iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(012)-118/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

26. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əvvəlki məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən əmlakların sahibi iddiaçıdır. Hazırkı halda bu əmlakların cavabdehə məxsus torpaq sahəsində qalması, onların çıxarılması barədə məhkəmə qətnaməsinin icra edilməməsi iddiaçıya indiki iddianı qaldırmağa hüquqi əsas vermir. Başqa sözlə, iddiaçı ona məxsus olan mübahisəli əmlakların alınmasını qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsi prosesində təmin etməli, bu mümkün olmadıqda isə onların dəyərini bu əmlaklardan bəhrələnən şəxsdən tələb etməlidir.

27. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 1092.1, 1092.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

28. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, iş üzrə Abşeron Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 118/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayətində göstərilmişdir ki, qanuni qüvvəsini almış mövcud məhkəmə aktında qanunsuz tikililərin sökülməsi nəticəsində əldə olunmuş tikinti materiallarının borcluya təhvil verilməsi qeyd olunmadığı üçün hazırkı iş üzrə vindikasiya hüququnun borclu subyekti Cavabdeh əmlakın çıxarılmasına maneə yaradır. İstinad edilən mövcud məhkəmə aktı öz preyudisiallığı ilə bu maneələri istisna edərək "xxxx" MMC-nin mülkiyyət hüququnun təminatı özündə ehtiva etmmir. Məhz bu səbəbdən iddiaçı "xxxx" MMC vindikasiya iddiası ilə Cavabdeh qanunsuz sahibliyindən öz əmlakını tələb etmək üçün məhkəməyə müraciət etmişdir.

30. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2(105)-2060/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-118/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli tikililərin iddiaçının hesabına sökülməsi və cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi öz-özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların iddiaçının mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdir. Buna görə də hazırkı iddia tələbinin təmin olunması hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacaqdır. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirmişdir və qeyd etmişdir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Ona görə də birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

32. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 239.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4cü maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1541/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

34. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbləri “sözügedən tikililərin sökülüb ərazidən çıxarılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasından və sökülən bütün material və qurğuların ona təhvil verilməsindən” ibarətdir. Bu tələblər isə ümumiyyətlə əvvəlki məhkəmə baxışlarının predmeti olmamışdır...Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini pozaraq, sözügedən tikililərin, material və qurğuların sökülüb ərazidən çıxarılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılıb-qaldırılmadığını araşdırmadan, cavabdehə məxsus torpaq sahəsində olan tikililərin, material və qurğuların ötən 4 il müddət ərzində iddiaçı tərəfindən sökülüb ərazidən çıxarılmamısının səbəblərini aydınlaşdırmadan, zərurət yarandığı halda qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 avqust 2019-cu il tarixli qətnaməsi üzrə başlanmış icra işini tələb edib ona baxış keçirmədən, başqa sözlə tərəflər arasındakı hazırkı mübahisənin mahiyyətinə varmadan, hazırkı iddia tələbinin təmin olunmasının hüquqi müəyyənlik prinsipinin pozulmasına və mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin çıxarılmasına səbəb olacağına dair yanlış nəticəyə gəlmişdir.

Birləşdirilmiş işlər üzrə apellyasiya instansiya məhkəməsində icraat

35. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1274/2024 saylı, 16 iyul 2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi” iddia tələbi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)-1274/2024 saylı mülki işin, İddiaçılar "xxxx" MMC və onun direktoru İddiaçı2 Cavabdeh qarşı “əmlak” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1406/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsinin mümkünlüyü məsələsinin müzakirə edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

36. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1406/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qərardadına əsasən 2(103)-1406/2024 və 2(105)-1274/2024 sayıları altında qeydə alınmış mülki işlər birlikdə baxılması üçün bir icraatda 2(103)- 1406/2024 №-si altında birləşdirilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Təkrar apellyasiya baxışı zamanı birinci iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, eyni predmet üzrə mülki işə Bakı şəhəri Səbail rayon Məhkəməsində mahiyyəti üzrə baxılmış və 23 noyabr 2011-ci il tarixli, 2(009)-2607/2021 saylı qətnamə qəbul edilmişdir. Yəni bu məsələ ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə ki, qətnamədən görünür ki, iddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisəsi mövcud olmuş, iddiaçı həmin qurğuların ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi təmin edilməmişdir. Bu hal birbaşa sübut edir ki, iddiaçının istinad etdiyi qurğular ona məxsus deyildir. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən məhkəmə qərarlarından görünür ki, həmin ərazidə yerləşən tikilinin sökülməsi qərara alınmış, həmin qərar da hazırda icra mərhələsindədir. Yəni iddiaçı artıq mövcud mübahisə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəsini almış tələb üzrə təkrar məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçılar iddia tələbini iddia tələbini təşkil edən əmlakları məhz icra üzrə icraatın dayandırılması ilə əlaqədar əldə edə bilməmələri ilə əsaslandırmalarına və həmin əmlakı əldə etmələri üçün məhz icra üzrə icraatın dayandırılmasına dair icra məmurunun qanunsuz hesab etdikləri qərarından (hərəkət və hərəkətsizliyindən) məhkəməyə şikayət etməli olmalarına baxmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bundan başqa mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi, yəni Abşeron rayonu, Qobu qəsəbəsindəki 5975 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikilidə olan onlara məxsus tikinti məhsulu olmayan digər əşyaların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçılar həmin əmlakların mövudluğunu, onların qanuni mülkiyyətində olduğunu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlaklara sahibliyi həyata keçirə bilmədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

38. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, məhkəmənin qərarı var ki, qanunsuz tikilin iddiaçı tərəfindən tikilmişdir. Qanunsuz tikili əvvəlki halına qaytarılmalıdır. Sökülmə də iddiaçının hesabına olmalıdır. Cavabdehin sərəncamına uyğun tikinti aparmışdır. İşlə bağlı ekspertiza təyin edilib, araşdırma aparlıb. Avansı ödəyənin Vahid Xələfov olduğunu cavabdeh bildirib. Cavabdeh həm də bildirib ki, MMC-nin belə iddia qaldırmaq hüququ ola bilməzdi. Pul cavabdehə qaytarılıb. Qanunsuz tikilinin olması barədə qərar var. Onlar mülkiyyət hüququnu bərpa etmək istəyirlər. Cavabdeh sifariş verilib, zavod tikilib, bununla bağlı da avans ödənilib. 700.000 manatı cavabdeh ödəməyib, iddiaçını məhkəməyə şikayət etmişdir. Əgər cavabdeh razı deyildisə, avans niyə verilirdi. Digər işlə bağlı cavabdeh MMC-ni cavabdeh kimi qoyub. MMC-nin cavabdeh kimi qoyulma səbəbi 500.000 manat hesabına köçürülməsi olub. Digər təsisçi də cavabdeh kimi qoyulmuşdur. Qanunsuz tikilən əmlakın iddiaçıya məxsus olması məhkəmənin qərarlarında təsdiq edilmişdir. Məhkəmənin qərarına əsasən 500.000 manat pulu cavabdeh köçürmüşdür.

39. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, Ali Məhkəmənin yanlış mövqedən qərarı qəbul etdiyini hesab edir. Birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmasını hesab edir. Vəkil yanlış fikirlər bildirir. O, dəfələrlə ərizəni təmsil etdiyi şəxsin imzalamadığını deyib. Hazırkı işdə iddiaçıların 3-4 vəkili var və bir-birilərindən xəbərləri yoxdur. Abşeron rayon Məhkəməsində həmin əmlakın tələbi ilə bağlı iddia veriblər. Qüvvəyə minmiş ərizə anlayışını anlaya bilmir. Birinci instansiya məhkəməsində işə baxılarkən tərəfə iddia tələbi ilə bağlı suallar verilib. Hər hansı bir əmlakın, əşyanın alınması barədə bir sübut varmı. Həmin əmlak şirkət tərəfindən alınıbsa demək ki, pulla alınıb. Hansı sənədlərdə, köçürmələrdə öz əksini tapıb. 2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində yazılıb: "İddiaçının işdə tələb etdiyi avadanlıq və tikinti materalları olmayan tikinti materiallarının həmin icra sənədində əks olunduğunu, başqa sözlə icra vərəqəsi verilən qətnamənin hazırki işdə tələb əşyaların tam şəkildə əhatə etdiyini əsaslandıra bilməmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı irəli sürdüyü tələblərin heç birini əsaslandıra bilməmişdir. İddiaçıya hər bir şey verilib, mütəmadi olaraq pul alıb işlərini görüblər. Məhkəmə 500.000 manatı sonda verildiyinə görə onun üzərində dayandı,bununla bağlı sənədlər də var. 500.000 manat sonda verilən məbləğdir. 1 milyon məsələsi tam şəkildə öz təsdiqini tapmadı,çünki sənədləşdirmə olmayıb. 500.000 manat isə son anda verilən pul məbləğidir və rəsmiləşdirilib. Ona görə də həmin hissəsində iddia təmin edilmişdir. O, torpağın üzərində olan tikilinin onlara məxsus olduğunu dəfərlərlə bildirib. Əmlak Abşeronda yerləşir. Çünki, xanımın qeydiyyatda olduğu ünvan həmin ünvandır. Razılıq üçün qarşı tərəf heç onlara yaxınlaşmayıb. Dayandırma onların ərizəsi ilə olmayıb. Konkret olaraq apellyasiya instansiyası bu işə baxdıqdan sonra İddiaçı2 qətnamə ilə razı olaraq şikayət vermir. “"xxxx" MMC” MMC kassasiya şikayəti verib, Ali Məhkəmədə qətnaməni ləğv edilib. Ali Məhkəmənin qərarında yazılmayıb ki, iddiaçının pulu ilə alınıb. Onların ilkin iddiası ondan ibarət idi ki, cavabdeh pulu hissə-hissə verib və sonda 500.000 manatdan çox verib və yalnız onu sənədləşdirib. "xxxx" MMC bir sənəd təqdim etsin ki, orada hansısa tikinti materialını alıb. “SV-Qrup" MMC hüquqi şəxsdir, ona görə də hər hansı avadanlığı, tikinti materiallarının alınmasını sübut etməlidir. “SV-Qrup" MMC tikinti materialı alıbsa, onun subyektiv hüququ yaranıbsa, sənəd təqdim etsin. Subyektiv hüququ yoxdursa, tələb etmək hüququ da yoxdur. Orada məftillər, mismarlar var idi, indi onların çoxusu yoxdur. Qarşı tərəf Abşeron Rayon Məhkəməsində 4 dəfə iddia qaldırıb. Orada tikilini istəyirlər. Orada başqa vəkildir, burada başqa vəkildir və birbirilərindən də xəbərləri yoxdur. O, iclasda heç nə etiraf etməyib. Dayandırmaqla bağlı ərizəni niyə şikayətlərində qeyd etmədilər. Orada onların maraqlarına toxunulmur. Ərizə təmsil etdiyi şəxs tərəfindən imza edilməyib. Dəfələrlə cavabdehin imzasının olmadığını bildirib. Ərizə təmsil etdiyi şəxs tərəfindən yazılmayıb və imzalanmayıb. Ödənişi onlar ödəyiblər, amma tikili artıq bitmişdi. Onlar sonrakı mərhələ üçün ödənişi ediblər. Məhkəmə qərarında ödənişlərin verilməsi qeyd edilib. Abşeron rayon Məhkəməsində qarşı tərəfin vəkili başqa vəkil olub. Abşeron Rayon Məhkəməsində dəfələrlə deyib ki, imza təmsil etdiyi şəxs tərəfindən icra edilməyib. Axırıncı icraata xitamla bağlı ərizəni o tərtib edib. İlkin vəziyyətdə həmin ərizəyə tərəfin imza atıb-atmadığını o bilmirdi. O, ərizəni apardıqda cavabdehin yazısı və imzası olmadığını deyib. İddiaçının dayandırmadan 3 ildən çox məlumatları var idi. Ondan sonra həbs qoyulmuşdur. O, o vaxt bütün sənədləri yükləyə bilməzdi, çünki müəyyən proseslər hakim Anar Tanrıverdiyev baxandan sonra aşkar olunub. İddia tələbində mal-material tələbi də var. İddiaçı MMC-nin əmlakın ona məxsus olmasını sübut edə bilmir. Sübut etmə vəzifəsi onun üzərindədir. Mismarın rənginə qədər hər bir detalı deyirlər, amma mismarı haradan aldığını demirlər. Burada söhbət hüquqi şəxsdən gedir.Hüquqi şəxs sübut etməlidir, hüquqi şəxsin mühasibatlığı, hesabatı var. O, iddia tələblərinin sübut edilməsini istəyir. O hansı əmlakdan söhbət getdiyini bilmir, iddiaçılar özləri də hansı əmlakdan söhbət getdiyini bilmir. İddiaçı "xxxx" MMC malmaterialın onun tərəfindən alınmasını sübut etməlidir. İş materiallarında olan ekspert rəyi məhkəmə üçün əsas deyil, sadəcə məhkəmə nəzərə ala bilər. Materialın pulunu onlar veriblər. Sonuncu dəfə 500.000 manat yazılı veriblər, bundan öncə mütəmadi olaraq cavabdeh pul verib inşa edilib. "xxxx" MMC mal-material almayıb. İlkin vəziyyətə salınma qərarında qeyd edilib. İddiaçilar müxtəlif iddialar qaldırıblar bir-birlərindən xəbərləri yoxdur. İcraya ərizə ona görə yazmışdılar ki, iddiaçı həmin yerə hücüm edib, mal-materialı aparmaq istəyirdilər. Hüquqi şəxsin balansında olan pullar xərclənibsə onlar qəbz təqdim etməlidilər. Hüquqi şəxs pul tələb edirsə sənəd təqdim etməlidir, əgər sənəd yoxdursa kassa mədaxil-məxaric sənədlərini təqdim ede bilərdilər. Pulların hara xərclənməsini iddiaçılar sübut edə bilmirlər. İddiani iddiaçı sübut edə bilirsə iddia təmin edilsin, sübut edə bilmirsə iddia rədd edilsin. Cavabdeh icradan imtina etməyib, ərizə yazıblar ki, müəyyən hissədə aparılmasını istəmirlər. Mal-materialı onlar alıblar, sübutetmı yükü iddiaçının üzərinə düşür. Mal-materialın onların almağını sübut edəcək qəbz onlarda yoxdur. Cavabdeh heç bir dəfə də tikinti olan yerə getməyib. Vaxtı da yoxdur. MMC heç bir xərc çəkməyib. MMC hüquqi şəxsdir, xərclədiyi puldan sonra da gəlir əldə etməlidir. MMC sübut etməlidir ki, nə qədər pul xərclənib. MMC-nin işçilərinin iştirak edib-etməməsi, buna görə olara maaş verilib-verilməməsi, tikinti materiallarının, avadanlıqlarının alınıbalınmaması sübut edilməli idi. İddia təmin edilsə subyektiv hüququ olmayan hər bir şəxs bu cür iddia qaldıra bilər. Avans olmayıb, növbəti pul ödənişi olub. 500.000 manat V.Xələfova verilmişdir. Digər verilən məbləğləri şifahi bildirdilər yalnız 500.000 manat sübut edilə bilmişdir. Məhkəmə heç bir sübut olmadan iddianı təmin edə bilməz. MMC heç bir xərc çəkməyib. Xərc çəksə belə sənəd təqdim edilməli idi. MMC digər işdə ona görə cavabdeh kimi qoyulub ki, İddiaçı2 fiziki şəxs kimi adı orada keçirdi. Başqa heç bir hərəkət olmamışdır. 500.000 manatı MMC almışdırsa,bunu rəsmiləşdirilməli idi. Təhvillə bağlı sənəd təqdim edilməli idi.

40. Əvvəlki məhkəmə iclasında iddiaçı "xxxx" MMC və onun direktoru İddiaçı2 nümayəndəsi və vəkili X3 çıxış edərək bildirmişdir ki, iddiaçılar və cavabdeh arasında normal münasibət olub. İddiaçı2 və "xxxx" MMC hazırki cavabdehə qarşı çoxsaylı layihələr həyata keçirib, sonuncu işdə həmin Qobu qəsəbəsində mübahisə obyekti olan yer 6 ha-ya yaxın torpaq sahəsidir. Orada həyata keçirilmiş layihə tikilinin sökülməsi ilə bağlıdır. Layihə həyata keçirilir, 2013-cü ildə sənədləşmə aparılır. Sonra pulu almağa gəldikdə pula görə mübahisə yaranır və mübahisə böyüyür. Sonradan cavabdeh iddiaçıları məhkəməyə verərək cavabdehdən 2 milyona yaxın pul alaraq onun sifarişini düzgün yerinə yetirmədiyini görə orada olan özbaşına tikilini söklüməsini və torpağı əvvəlki vəziyyətə qaytarılmasını tələb edib. Birinci instansiya məhkəməsi 1 milyona yaxın pulu tutdu, apellyasiya məhkəməsi isə qətnaməni ləğv etdi.Sonra Ali Məhkəmə qərar çıxararaq İddiaçı2 cavabdehdən çıxardı. İcra sənədini icraya göndərilir,sonradan bəlli olur ki, Südabə xanım icra qrumuna xx.xx.2019-cu il tarixində ərizə verib və icraatın dayandırılması xahiş edib. Ərizənin məzmunu belə olmuşdur: "Belə ki,sökülməsi nəzərdə tutulan tikili və onun üzərində olan ön qapılar çox qiymətli və bahalıdır. Həmin qiymətə hətta tələbkarın borcunu belə bağlamaq mümkündür. Bu səbəbdən həmin əmlakın realizə edilməsi və tələbkarın borcunun bağlanması məqsədi ilə hazırki müddətdə icra sənədi üzrə icraat dayandırılsın". İcraat dayandırıldı və sonra cavabdehlərdən birinə həbs qətimkan tədbiri seçildi. Cavabdehin vəkilinin iştirakı ilə cavabdehlərə 500.000 manat pul ödənildi. 500.000 manat Cavabdeh ödənildi. Tələbkar Cavabdeh qəbul edib ki, heç bir iddiası, tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında göstərilib ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsinin qətnaməsində yazılıb: "Sərəncamın və eskiz layihəsinin alınmasında həyat yoldaşının tanıdığı "xxxx" MMC-nin təsisçisi X10 iştirak etmişdir. "xxxx" MMC-nin təsisçisi X1 rayon İcra Hakimiyyətinin sərəncamı və eskiz lahiyəsinin və torpağa mülkiyyətini təsdiq edən çıxarışın surətlərini tanış olmaq üçün ondan alaraq tikinti işlərinin buna tapşırılmasını xahiş etmiş, layihə, smeta üzrə tikintinin tam və hərtərəfli üzərinə götürmüşdür. Eyni zamanda o bildirmişdir ki, tikinti işlərinin aparılması üçün xüsusi icazəsi var. Qısa müddətdə podrat müqaviləsi ona təqdim edilib və bir il müddətinə inşa işləri yekunlaşdırılıb. İlk əvvəl tikilinin başa çatdırılmasına 200.000 manat pul lazım olduğunu, sonra isə tikintinin başa çatdırılması üçün ona 644.000 manat pul lazım olduğunu deyib. O həyat yoldaşının iştirakı ilə Vasif Xələfova 644.000 manat pul vermişdir, sonradan 500.000 manat vermişdir". İddia tələbinin heç bir hissəsində hansısa tikinti materialını alıb cavabdehə verdiyi yazılmayıb. Eyni zamanda həmin işdə onlaın etirazı var. Onlar əsaslandırırlar ki, aralarında danışıq olub və onun göstərişi əsasında onlar bunları ediblər, məhsul alıblar və.s. Eyni zamanda həmin dövrdə 2 dəfə ekspertiza keçirilib, o ekspertizaların rəylərini də o iş materiallarına əlavə edib. İkinci ekspertiza da şəxsən onların vəsatəti əsasında keçirilib.Həmin ekspertiza vəsatətində onlar sual qoyublar ki, oradakı hasar, avadanlıq və elektrik avadanlıq əvvəlki ekspertiza rəyində nəzərə alınmayıb. 2013-cü ilin qiymətləridir və orada iş haqqı yoxdur. 2 milyondan çox pul xərclənib. Hazırki iş üzrə apellyasiya məhkəməsi zaman ekspertiza keçirilirdi. Rəyin tədqiqat hissəsində cədvəllərdə qeyd edilən material və avadanlıqların Abşeron rayonu, Bolu qəsəbəsi 5,973 ha torpaq sahəsində mövcud olduğu qeyd edildi və onların mövcud olması barəsində cavabdehin mühafizəçiləri imzaladı.Bu ekspertiza rəyi verilən əmlakları onlar tələb ediblər. Onların siyahıda olan əmlakı odur. Bu ekspertiza 13 mart 2023-cü il tarixində olub. Keçmiş işdə 2 dəfə ekspertizada olub,bir dəfə özəldə,ikinci isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində. Onların tələb etdiyi malların dəyəri 591.776 manat dəyərindədir, onların tələbi 745.000 manat idi. Birinci instansiya məhkəməsində əşyaların təhvil verilməsi, olmayan əşyaların dəyərinin müəyyən edilməsi barədə iddia qaldırıblar.Torpaq sahəsi cavabdehin mülkiyyətindədir və həmin tikililər həmin topaq sahəsinə bərkidilib. Onlar əşyaları onlara veməyə də bilər, onun dəyərində pul məbləği verə bilərlər. Qarşı tərəf əmlakı tələb edir.Bu məsələlər hamısı birinci instansiya məhkəməsində həll edilən məsələlərdir.Vəkil birinci instansiya məhkəməsində verilən birinci baxış iclasında ərizəni tərəfə göstərmək istədi və növbəti prosesdə bununla bağlı heç bir fikir deməyib. Onlar tərəfindən ərizə yerləşdirilə bilməzdi. Ərizə vaxtında verilib, bu gün də kimlərin verdiyi mübahisəsini aparacaqlar. Bu səbəbdən də ərizəyə münasibətdə tam yanlış münasibət olduğunu hesab edir. İş materiallarında tam sübuta yetirilir ki, hətta məhkəmə qətnamələri ilə sübuta yetirilir ki,həmin əşyalar cavabdeh tərəfindən alınmayıb. Amma cavabdeh pul verdiyini deyir. 500.000 manat ödənilib, aktda,iş materiallarında var. 591.776 manat dəyərləndirən ekpertiza rəyi ilə razılaşırıq. Müvəqqəti təminat tədbiri ilə bağlı məsələ qaldırılmışdır. "xxxx" MMC-nin adından direktor apellyasiya şikayət verib, amma İddiaçı2 ayrı verib. Maenələrin aradan qaldırılması ilə bağlı iddia qaldırıblar. Bununla bağlı qərardadda qəbul edilib, apellyasiya məhkəməsi ləğv edib. Bu iddianı o iddiadan 6 ay əvvəl veriblər. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var, həmin qətnamədən binanı tikdiyi müəyyən olunur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə sübuta yetirdi ki, yanlız bizə pul verib. Onlar da əvvəlki instansiyalarda o binanın təsisçilərin əmlakı alıb tikdiyini təsdiq ediblər. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 500.000 manat "xxxx" MMC-yə ödənilib. Qaytarılma ilə bağlı iş materiallarında sənəd var. Ali Məhkəmənin istinad etdiyi sənədlərdən biri həmin sənəddir. Orada bir sənəd deyil. Məhkəmə iclasında təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verib.Vəsatətdə qeyd edib ki, əvvəlki mütəxəssislər tərəfindən hasar və digər məsələlər qeydə alınmayıb. Təkrar ekspertizanın keçirilən zaman orada görülən işlərin nəzərə alınmasını və yenidən qiymətləndirilməsini xahiş edib. Əgər məbləğin müəyyən edilməsində maraqlı deyildiksə, vəsatəti zamanında niyə qaldırmışdılar. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamədən verdiyi apellyasiya şikayətinə qarşı tərəfin vəkili etiraz verib. Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verdikdə qarşı tərəfin vəkili yenidən şikayətə etiraz verir. Eyni zamanda da Abşeron Rayon Məhkəməsində də belə edib. Qarşı tərəfin vəkili göstərsin ki, cavabdeh olaraq bu ərizənin onlar tərəfindən icra edilmədiyini deyib. 2 dəfə Ali Məhkəmə eyni əsaslarla bu işi ləğv edərək geri qaytarıb. Onların bu ərizəni mübahisələndirdiyini sübut etsinlər. Belə olduğu halda artıq ərizə müzakirə olunmamalıdır. Apellyasiya şikayətini müdafiə edir, apellyasiya şikayətinin tam təmin edilməsini xahiş edir. İş materiallarında olan 2016-cı il tarixli ekspert rəyinin hazırkı işə heç bir aidiyyatı yoxdur. İş materiallarında olan ekspert rəyləri əsas götürülə bilməz. 2016, 2017-ci illərin ekspertiza rəyində əmlakın bütövlükdə bazar dəyərindən söhbət gedir, amma onlar əmlakı istəmirlər. Onlar orada istifadə etdiyi əşyaları istəyirlər. Məhz həmin əşyanı da yox,əşya olmadığı halda isə gedib alaraq onlara verilsin, ya da olmayan əşyaların dəyərində pul ödənsin. İddia tələbində 700.000 manatdan çox tələb ediblər, ekspert rəyində 590.000 manatdan çox qeyd edilib. İstifadə edilmiş inşaat materialları və avadanlıqların dəyərini tələb edirlər. 2016-cı ildə əmlakların üzərinə həbs qoyulub. Həbsin qoyulmasının səbəbi bununla bağlı idi ki,qarşı tərəfin nümayəndəsi 1 milyondan çox pul istəyirdi. Əmlakların üzərinə həbs qoyuldu ki, əmlaklar dağılmasın. Hətta, birinci instansiya məhkəməsində tərəfindən icra sənədi təqdim edilmişdir. İş materialında bir akt var hansı ki, yerində baxış keçirilərək buradan heç nəyin çıxardılmadığı barədə imzalanıb. Bütün instansiya məhkəmələrində cavabdehin vəkilinin dayandırmaqla bağlı etirazları var. İş materiallarına 2 qərardad,1 apellyasiya şikayəti əlavə edib. Ərizə əsasında Apellyasiya Məhkəməsi 2019-cu ildə qərar qəbul edib 8 məhkəmə iclası keçirilib. Heç bir yerdə bu məsələ mübahisələndirilməyib. Apellyasiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin tələblərinə uyğun olaraq bu hal var idisə, araşdırılmalı idi və qiymət verilməli idi. Cavabdeh vaxt uzatmağa çalışır. Bu məsələ heç vaxt mübahisələndirilməyib. Sonuncu prosesə qədər bu məsələ qaldırılmayıb, hazırda qaldırılmasını əsassız hesab edir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən olunur ki, onlar əmlakları orada var. O bu gün də təsdiq edir ki, MMC-nin malmaterialları bazardan alınıb. Tələb etdiyi əmlakın siyahısını iş materiallarına əlavə edib. Mal-material bazardan 2013-cü ildə alınmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı var ki, özbaşına tikili inşa olunmuş tikilinin öz hesablarına sökülməsi və cavabdehlərdən müştərək qaydada 1 milyon manat məbləğin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırkı iş üzrə cavabdeh özü ora yanlız pul verdiyini və heç bir material almadığını deyib. Özü də özbaşına tikdiyini və layihədən kənara çıxdığını da deyib. Onlar orada işçinin pulunu, betonun pulunu istəmirlər, çünki özbaşına tikilidən söhbət gedir. Onlar tikilini də tam istəyə bilmirlər, çünki məhkəmənin qanuni qüvvəyə minmiş qərarı var. Onlar ona görə mal-materialların pulunu istəyirlər. İddia da tam əsaslıdır.Cavabdeh işi dayandırdığına görə əlacı olmayıb iddia qaldırıblar. Cavabdeh icradan imtina etməsi barədə ərizə təqdim etmişdir, öz hərəkətləri ilə iddiani qebul etmişdir. Mal-materialı qıraqda qalıb. Öz vəsaitini ədə edirlər. 500.000 manat cavabdehin yoldaşı tərəfindən verilmişdir. Birinci apellyasiya baxışı zamanı qarşı tərəf iddia ərizəsini ve etirazı sistemə yükləmişdi. İşə daha sonra xitam verilib, Sumqayıt Apellyasiya Məhkəməsi isə qərarı ləğv edib. Aidiyyat qaydası hazırkı işdə pozulmamışdır. Malmaterialın onlara məxsus olmasının sübutu iş materiallarinda olan təkrar ekspertiza keçirilməsi barədə vəsatətidir. Bütün xərcləri onlar ediblər, iddia ərizəsinə etirazı da var. Mal-materialın onlara məxsus olmasını sübut edəcək qəbzləri yoxdur. Söküntüyə maneənin aradan qaldırılması ile bağlı iş Ali məhkəmədədir. İlkin iş hazırkı baxılan tələbdir. Smeta sifarişçiyə təqdim olunub. Cədvəli var, qiymətlər göstərilib. Audit də iştirak edib və qebul edilib ki, 1 milyon vəsait xərclənib. Mal-materialı bazardan alıblar, heç bir sənədi yoxdur, tikinti materialları onların vesaiti hesabına alınıb. Söküntüyə maneənin aradan qaldırılması iddiasını o qaldırmayıb, həmin iddianı digər nümayəndə və vəkil qaldırmışdır. O, İddiaçı2, ekspertlər və Südabənin həyat yoldaşı Hikmət Xəlilov yerli baxış zamanı onların icazəsi ilə qapılar açıldı və onlar içəri daxil oldula. İddia ərizəsində bəzi əşyaların adını qeyd etməyi unutmuş ola bilərlər, ekspertiza keçiriləndə onları da ekspert qiymətləndirib. Ekspert görmədiyi əşyanı qeyd etməyib, hətta onların təqdim etdiyi əşyalardan bəzisi orada yox idi. Ehtimal olunur ki, o əşyalar oradan oğurlanmışdır.

Tətbiq edilən hüquq normaları:

41. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Maddə 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

44. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnamələri yoxlanılan hissədə ləğv edilməli, "xxxx" MMC-nin iddia tələbləri təmin edilməməlidir.

46. Birləşdirilmiş işlər üzrə iddiaçı"xxxx" MMC Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbəli ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112.9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması, sökülən bütün material və qurğuların, habelə həmin torpaq sahəsində iddiaçıya məxsus olan 754213 manat dəyərində olan avadanlıqların ona təhvil verilməsini tələb edir.

47. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyə əsasən torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

48. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşən tikililərin həmin ərazidən çıxarılmasını, bu mümkün olmadıqda tikinti materialı və qurğuların ona verilməsini tələb etsə də iddiaçı tərəf həmin tikililərin məhz onun vəsaiti hesabına tikilməsi, onun tərəfindən avadanlıqların və tikinti materiallarının alınmasına vəsait xərclənməsinə dair sübut təqdim etməmişdir. Halbuki, iddiaçı tərəf hüquqi şəxsdir və podratçı olaraq avadanlıqların və tikinti materiallarının onun vəsaiti hesabına alınmasına dair sübut təqdim etməli idi.

49. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

50. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2607/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilməli iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 754213 manat məbləğində olan əmlakın qaytarılması barədə iddia tələbi təmin edilməməli və birləşdirilmiş iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-118/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması, sökülən bütün material və qurğuların verilməsi barədə iddia tələbi təmin edilməməlidir.

51. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2607/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 754213 manat dəyərində olan əmlakın qaytarılması barədə iddia tələbi təmin edilməsin. Birləşdirilmiş iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 118/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddiaçı tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbəli ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112.9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması, sökülən bütün material və qurğuların verilməsi barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar