Məhkəmə qərarları › İş №2(103)-1414/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1414/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1414/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.12.2021ci il tarixli, 2(005)-5766/2021 saylı qərardadından İddiaçı BOKT QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.12.2021-ci il tarixli, 2(005)-5766/2021 saylı qərardadı ilə İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmiş və sənədlər geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilərək iddia ərizəsini icraata götürülməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə bu şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu şəxs Cavabdeh dair sənədlər S-FK-862 saylı, 01.12.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. iş materiallarına əlavə olunmuş 29.11.2021-ci tarixli, 4852 saylı arayışdan açıq şəkildə borclu şəxs Cavabdeh adından 15.02.2019-cu il tarixdə -500 manat, 30.08.2019-cu il tarixdə-500 manat, 24.02.2020-ci il tarixdə 700 manat olmaqla ödənişlər edilmişdir. Qeyd olunan ödənişlərlə müəyyən edilmişdir ki, Cavabdeh faktiki vərəsəsi vardır ki, təminatı daşınmaz əmlak olan kredit üzrə cavabdehin vəfatından sonra da ödənişlər həyata keçirilmişdir. Əlavə olaraq bildirmişdir ki, kredit müqavilələrinin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 6 saylı evin 25 saylı mənzil (otaq sayı-3, yaşayış sahəsi 48 kv.m, yardımçı sahə 15,20 kv.m, ümumi sahəsi - 63,20 kv.m) 05.04.2013-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 2(005)-5766/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh 19.08.2016-cı il tarixdə vəfat etmiş, hazırkı iddia ərizəsi isə 03 dekabr 2021-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hazırkı iddia tələbi üzrə Cavabdeh 19.08.2016-cı il tarixdə vəfat etdiyindən iddia ona qarşı deyil, onun hüquqi varisi müəyyən edilməklə ona qarşı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh ölmüş olduğundan, cavabdeh kimi ona qarşı məhkəmədə iddia qaldırıla bilməzdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, mərhum iddia tələbinə məhkəmədə baxılan zaman deyil, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsindən əvvəl ölmüşdür. Belə olan halda Cavabdeh hüquqi varisinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən hər-hansı araşdırmanın aparılmasına əsaslar yaranmır. Kollegiya Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı BOKT QSC-nin şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.12.2021-ci il tarixli, 2(005)-5766/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı BOKT QSC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(005)-5766/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar