Məhkəmə qərarları › İş №2(103)-1416/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1416/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1416/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Tanrıverdiyev (sədrlik edən və məruzəçi) Tofiq Səməd oğlu Səmədov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2709/2020 saylı, 06.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair Cavabdeh TuranBank ASC-yə olan 11479.29 (on bir min dörd yüz yetmiş doqquz dollar 29 sent) ABŞ dolları əsas, 4105.87 (dörd min yüz beş dollar, 87 sent) ABŞ dolları faiz, 4291.98 (dörd min iki yüz doxsan bir dollar, 98 sent) ABŞ dolları cərimə faizi borcu olmaqla, cəmi borcu 19877.14 (on doqquz min səkkiz yüz yetmiş yeddi dollar, 14 sent) ABŞ dolları borcun, eləcə də ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması; Həmin məbləğlərin girov qoyulmuş, cavabdehə məxsus olan TOYOTA FJ-CRUİSER markalı, qara rəngli, Ban №si JTEBİJ11F19KÖ61313, buraxılış ili 2008-ci il olan ** TR *** dövlət nömrə nişanlı avtomobilə yönəldilərək, həmin əmlak hesabına TuranBank ASC- yə ödənilməsi; İpoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, TuranBank Açıq Səhimdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış 23.10.2015-ci il tarixli 699/1-15 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 12 000 (on iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bankın Binəqədi filialı ilə Cavabdeh arasında 23.10.2015-ci il tarixli 699/f-15 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə cavabdeh özünə məxsus olan TOYOTA FJ-CRUİSER markalı, qara rəngli, Ban №-si JTEBU11F19K061313, buraxılış ili 2008-ci il olan ** TR *** dövlət nömrə nişanlı avtomobilini ipoteka qoymuşdur. Girov müqaviləsinin qeydiyyatı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-dən alınmış AA № 135185 saylı çıxarış Banka təqdim edilmişdir. Cavabdeh 22 iyun 2020-ci il tarixinədək əsas və faiz borcunu tam ödəməli olduğu halda, əsas borcdan 520.71 ABŞ dolları, faiz borcundan isə 576.29 ABŞ dolları ödəmişdir. Hal-hazırda cavabdehin TuranBank ASC-yə 11479.29 (on bir min dörd yüz yetmişdoqquz dollar 29 sent) ABŞ dolları əsas, 4105.87 (dörd min yüz beş dollar, 87 sent) ABŞ dolları faiz, 4291.98 (dörd min iki yüz doxsan bir dollar, 98 sent) ABŞ dolları cərimə faizi borcu olmaqla, cəmi borcu 19877.14 (on doqquz min səkkiz yüz yetmiş yeddi dollar, 14 sent) ABŞ dolları təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar bildiririk ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.6-cı bəndinə görə “Borcalan” tərəfindən kredit müqaviləsi üzrə borcunun ödənilməsi Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən ödəyir. Müqavilənin tələbinə görə “Borcalan Banka kreditdən istifadəyə görə illik 20% faiz, kreditin və ona hesablanmış faizlərin qaytarılma müddətini pozduğu halda isə 40% faiz cərimə faizi ödəyir”. Müqavilənin 3.1.5- ci bəndinə əsasən Borcalan kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə filial “verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək və borc tələbini banka girovqoyulmuş avtomobilə yönəldə bilər”. Müqavilənin 3.1.2-ci bəndinə görə “Borcalanın kredit üzrə yaranan əsas və faiz borclarım vaxtında ödəməzsə borcun dərhal qaytarılmasını (məhkəmə qaydasında) tələb etmək” hüququ vardır. Tərəflər arasında bağlanmış 23.10.2015-ei il tarixli 699/T-15 saylı İpoteka müqaviləsinin 1.2- ci bəndinə görə “İpoteka qoyana” veriləcək kreditin və hesablanacaq faiz borclarının ödənilməsi bu müqavilə üzrə ipoteka predmeti olan cavabdehə məxsus olan TOYOTA FJ-CRUİSER markalı, qara rəngli, Ban №-$i JTEBU11F19K061313, buraxılış ili 2008-ci il olan 90'İ R 062 dövlət nömrə nişanlı avtomobil ilə təmin edilir. Müqavilənin 2.1.3-cü bəndinə görə “İpoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi halda İpoteka saxlayan ipoteka predmetinin ona verilməsini tələb edə bilər” (məhkəmə qaydasında). 2.1.7-ci bəndə görə isə “İpoteka qoyulmuş avtomobilin satışından əldə edilən vəsait İpoteka saxlayanın tələblərini tam ödəmədikdə qalan məbləğin İpoteka qoyanın digər əmlakları hesabına ödənilməsini tələb edə bilər”. Müqavilənin 4.1-ci bəndinə görə “İpoteka qoyan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə İpoteka saxlayan özünün tələbinin ödənilməsi üçün məhkəməyə müraciət etmədən ipoteka predmetinə tutma yönəldə bilər”. Həmin müqavilənin 4.2-ci bəndinə görə “İpoteka qoyanın əsas öhdəliyini, yaxud onun bir hissəsini vaxtında icra etməməsi və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətini ardıcıl olaraq iki dəfə pozması ipoteka predmetinə tutmanın yönəldilməsi anı hesab olunur”

3. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2709/2020 saylı, 06.10.2020- tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

4. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, AR Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən "pul” öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər Mülki Məcəllə ilə qadan qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Bu maddənin məzmunundan da göründüyü kimi yerli bankların, yeli vəətndaşlara verdiyi kreditllər yalnız manatla ifadə olunmalıdır.Qanunun bu tələbinə əməl edilməməsi, müqavilənin AR MM-nin 337-ci maddəsinə uyğun olaraq, etibarsız əqd kimi mübahisələndirilməsinə əsasdır.Bank 2015-ci aprel və oktyabr ayında baş vermiş dollar-manat kurs dəyişikliyindən sonra ABŞ dolları ilə kredit müqaviləsi bağlaması özü bankın soyğunçuluğunu bir daha biruzə vermişdir.Azərbaycan Kredit Bürosu MMC-nin SF-13574 nömrəli, 19.11.2020-ci il tarixli Çıxarışdan görünür ki, kreditin qalıq məbləği 19514.79 (on doqquz min beş yüz on dörd dollar, 79 sent) ABŞ dolları təşkil edir.Lakin iddia ərizəsində iddiaçı öz tələbini göstərərkən 11479.29 (on bir min dörd yüz yetmiş doqquz dolları, 29 sent) ABŞ dolları əsas, 4105.87 (dörd min yüz beş dollar, 87 sent) ABŞ dolları faiz, 4291.98 (dörd min iki yüz doxsan bir dollar, 98 sent) ABŞ cərimə faizi borcu olmaqla, cəmi 19877.14 (on doqquz min səkkiz yüz yetmiş yeddi dollar, 14 sent) ABŞ dolları ABŞ dolları məbləğində kredit borcu kimi gəstərmişdir.Buradan da görünür ki, bank tərəfindən faiz və cərimə faizi hesabatı düzgün hesablanmamışdır.Lakin məhkəmə tərəfindən bu uyğunsuzluq aradan qaldırılması ilə bağlı məhkəmə- mühasibatlıq ekspertizası keçirilməmişdir.Bundan başqa cavabdeh qeyd etmişdir ki, qeydiyyat ünvanında yaşamadığından məhkəmədə mülki iş getdiyindən xəbərsiz olmuşdur. Buna görə məhkəmə prosesindən xəbəri olmamışdır. Bank tərəfindən faiz və cərimə faizi hesabatına düzgün aparılmamışdır, bu uyğunsuzluq aradan qaldırmaq, bununla bağlı məhkəməmühasibatlıq ekspertizası təyin etməklə aradan qaldırıla bilər.

5. Kollegiya iclasında iddiaçının nümayəndəsi N.Musayev iştirak edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanımasını xahiş etmişdir.

6. Cavabdehə kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Sübutların tədqiqi:

7. İş materiallarına əlavə olunmuş İddiaçı Açıq Səhimdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış 23.10.2015-ci il tarixli 699/1-15 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 12 000 (on iki min) ABŞ dolları məbləğində kredit verilmişdir .

8. İş materiallarında olan Bankın Binəqədi filialı ilə Cavabdeh arasında 23.10.2015-ci il tarixli 699/f-15 saylı ipoteka müqaviləsinə əsasən cavabdeh özünə məxsus olan TOYOTA FJ-CRUİSER markalı, qara rəngli, Ban №-si JTEBU11F19K061313, buraxılış ili 2008-ci il olan ** TR *** dövlət nömrə nişanlı avtomobilini ipoteka qoymuşdur.

9. İş materiallarında olan 23.10.2015-ci il tarixli AA seriyalı 135185 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan TOYOTA FJ-CRUİSER markalı, ** TR *** dövlət qeydiyyat nömrəli avtomobil İddiaçıAçıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmişdir.

10. İş materiallarında olan 23.10.2013-cü il müddətli orderindən görünür ki, Cavabdeh 12.000 ABŞ dolları məbləğində kredit məbləğini kassadan qəbul etmişdir.

11. İş materiallarında olan İddiaçıAçıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı 29.11.2016-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir.

12. İş materiallarında olan İddiaçıAçıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Baş X7 İdarəsinə ünvanladığı 23.11.2017-ci il tarixli bildirişin qeydə alınmasına dair ərizənin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasını xahiş etmişdir.

13. İş materiallarında olan 24 iyul 2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçıAçıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Hüquqi dəyərləndirmə:

14. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

19. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

20. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

21. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

22. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir.

23. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.

24. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Sözügedən Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.

25. Kollegiya işin hallarına apellyasiya şikayətlərinin dəlilləri ilə birgə qiymət verərək müəyyən etmişdir ki, TuranBank Açıq Səhimdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış 23.10.2015-ci il tarixli 699/1-15 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 12.000 (on iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bankın Binəqədi filialı ilə Cavabdeh arasında 23.10.2015-ci il tarixli 699/f-15 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə cavabdeh özünə məxsus olan TOYOTA FJ-CRUİSER markalı, qara rəngli, Ban №-si JTEBU11F19K061313, buraxılış ili 2008-ci il olan ** TR *** dövlət nömrə nişanlı avtomobilini ipoteka qoymuşdur. Halhazırda cavabdehin TuranBank ASC-yə 11479.29 (on bir min dörd yüz yetmiş doqquz dollar 29 sent) ABŞ dolları əsas, 4105.87 (dörd min yüz beş dollar, 87 sent) ABŞ dolları faiz, 4291.98 (dörd min iki yüz doxsan bir dollar, 98 sent) ABŞ dolları cərimə faizi borcu olmaqla, cəmi borcu 19877.14 (on doqquz min səkkiz yüz yetmiş yeddi dollar, 14 sent) ABŞ dolları təşkil edir.

26. Apellyasiya instansiyası məhkəməsi borc məbləğinin müəyyən edilməsi məqsədilə 2(103)-1416/2021 saylı, 12.03.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Mülki Prosessual Məcəllənin 7.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir Ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23.10.2015-ci il tarixli, 699/f-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 23.10.2017-ci il tarixə( kredit müqaviləsinin qüvvədə olduğu tarixədək) banka olan borcu ümumilikdə 15.503,51 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. O cümlədən əsas borc üzrə 11.480,13 ABŞ dolları; faiz borcu üzrə 4.023,38 ABŞ dolları müəyyən edilmişdir.

27. Məhkəmə kollegiyası həm iş materiallarına, həm də ekspert rəyinə əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilərək, 4.023,38 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

28. Belə ki, Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, keçirilmiş eksperiza tədqiqatının mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədyindən kredit müqaviləsi üzrə faiz borcunun məbləğinin müəyyən edilməsi zamanı ekspert rəyi əsas götürülməlidir. Ekspert rəyinin surəti tərəflərə göndərilməsinə baxmayaraq, tərəflər ekspert rəyinin qeyri-mötəbərliyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.

29. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh oğlu İddiaçıAçıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Kollegiya cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi faiz hissədə qismən təmin edilməlidir.

30. Kollegiya ekspert rəyinə əsaslanaraq Cavabdeh məxsus 2008-ci il buraxılışlı, “Toyota FJ Curiser” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 27500 (iyirmi yeddi min beş yüz manat) məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir. Belə ki, işə apellyasiya qaydasında baxılan zaman Bakı Apellyasiya Məhkəməsinin 22(103)-1416/2021 saylı, 12.03.2021-ci il tarixli qərardadına əsasən sözügedən avtomobilin qiymətləndirilməsi “X3 Mərkəzi” MMC-yə həvalə edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən, 2008-ci il buraxılışlı, “Toyota FJ Curiser” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 30000 AZN (otuz min manat) və likvid dəyəri 27500 (iyirmi yeddi min beş yüz manat) müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən avtomobilin likvid dəyəri 27500 manat müəyyən olunduğundan, kollegiya hesab edir ki, Cavabdeh məxsus 2008-ci il buraxılışlı, “Toyota FJ Curiser” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 27500 manat məbləğində müəyyən edilməlidir.

31. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçıAçıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 23.10.2015-ci il tarixli 699/f-15 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə cavabdeh özünə məxsus olan TOYOTA FJ-CRUİSER markalı, qara rəngli, Ban №-si JTEBU11F19K061313, buraxılış ili 2008-ci il olan ** TR *** dövlət nömrə nişanlı avtomobilini ipoteka qoymuşdur. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Baş X7 İdarəsində qeydə alınmışdır.

32. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınar əşyanın satılmasını tələb edir.

33. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və cavabdehin mülkiyyətində olan TOYOTA FJ-CRUİSER markalı, ** TR *** dövlət qeydiyyat nömrəli avtomobili açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. İddianın “İpoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi” hissəsə qətnamənin icra mərhələsinə aid oldugundan təmin olunmamalıdır.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

35. Məhkəmə kollegiyası iddianın əsas borca hesablanmış 4291,98 ABŞ dolları cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 500 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, qeydiyyat ünvanında yaşamadığından məhkəmədə mülki iş getdiyindən xəbərsiz olmuşdur. Buna görə məhkəmə prosesindən xəbəri olmamışdır. Kollegiya şikayətdə bu hissəyə də münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi icraatı zamanı iddia ərizəsində qeyd edilmiş ünvana, yəni ünvan 1 ünvanda yaşamır qeydi ilə zərf geri qayıtmışdır. Daha sonra cavabdeh apellyasiya şikayəti verən zaman şikayətində yeni ünvanını deyil, yenə birinci instansiya məhkəməsi icraatı zamanı qeyd edilən həmin ünvanı yazmışdır. Həmçinin cavabdehin yaşayış yerini dəyişməsi ilə bağlı məhkəməyə hər hansı bir məlumatın verilməsi iş materiallarında aşkar edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi ilə bağlı prosessual pozuntuya yol verməmişdir.

37. Şikayətdə göstərilən “AR Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən "pul” öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər Mülki Məcəllə ilə qadan qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Bu maddənin məzmunundan da göründüyü kimi yerli bankların, yeli vəətndaşlara verdiyi kreditllər yalnız manatla ifadə olunmalıdır.Qanunun bu tələbinə əməl edilməməsi, müqavilənin AR MM-nin 337-ci maddəsinə uyğun olaraq, etibarsız əqd kimi mübahisələndirilməsinə əsasdır” fikrinə kollegiya münasibət bildsirərək qeyd edir ki, tərəflər arasında bağlanmış 23.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş məbləğ 12000 min ( on iki) ABŞ dolları olmuşdur. Buna görə kollegiya hesab edir ki, apellyasiya şikayəti bu hissədə də əsassızdır.

38. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.Kollegiya MPM-nin 124.1-ci maddəsini rəhbər tutaraq bildirir ki, ekspertiza xərci Cavabdeh tutularaq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə ödənilməlidir.

39. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini, işin hallarını və ekspert rəyini nəzərə alaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2709/2020 saylı, 06.10.2020-ci il tarixli qətnaməsi Cavabdeh 11.479,29 (on bir min dörd yüz yetmiş doqquz dollar 29 sent) ABŞ dolları əsas, 4.105,87 (dörd min yüz beş dollar, 87 sent) ABŞ dolları faiz, 1.000 (bir min) ABŞ dolları cərimə faizi borcu olmaqla, cəmi borcu 16.585,16 (on altı min beş yüz səksən beş dollar, 16 sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət İddiaçıAçıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində dəyişdirilməsini, həmçinin Cavabdeh məxsus 2008-ci il buraxılışlı, “Toyota FJ Curiser” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 27500 (iyirmi yeddi min beş yüz manat) məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi,

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2709/2020 saylı, 06.10.2020-ci il tarixli qətnaməsi Cavabdeh11.479,29 (on bir min dörd yüz yetmiş doqquz dollar 29 sent) ABŞ dolları əsas, 4.105,87 (dörd min yüz beş dollar, 87 sent) ABŞ dolları faiz, 1.000 (bir min) ABŞ dolları cərimə faizi borcu olmaqla, cəmi borcu 16.585,16 (on altı min beş yüz səksən beş dollar, 16 sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət İddiaçıAçıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində dəyişdirilsin. 4.023,38 (dörd min iyirmi üç dollar, otuz səkkiz sent) ABŞ dolları faiz, cərimə faizi borcu 500 (beş yüz) ABŞ dolları məbləğində müəyyən edilsin. Cavabdeh məxsus 2008-ci il buraxılışlı, “Toyota FJ Curiser” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 27500 (iyirmi yeddi min beş yüz manat) məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qərx beş) manat Cavabdeh tutularaq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar