Məhkəmə qərarları › İş №2(103)-14590/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14590/2019

10.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14590/2019 10.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 585/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı X4 Gəncə filialı ilə Cavabdeharasında bağlanmış xx xxxx 2015-ci il tarixli M107/OM/KM saylıkredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; həmin kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan 125.241.66 əsas, 8.628.14 manat faiz,46.886.21 manat cərimə faizi olmaqla, cəmi 180.755.69 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması; həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX X7 tərəfindən verilmiş Reyestr **********78-10301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0090938, xx.xx.2010- cu il tarixli çıxarışa əsasən, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən Liter “A”- 1 mərtəbəli, 78.1 kv.m yaşayış sahəsindən, 51.7 kv.m yardımçı sahədən, 129,8 kv.m ümumi sahədən və Liter “B” (Talvar) - 1 mərtəbəli, 12,2 kv.m tikintialtı sahəsi ibarət 4 otaqlı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi; həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX X8 tərəfindən verilmiş Reyestr **********76-06301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0298730, xx.xx.2011 -ci il tarixli çıxarışa əsasən, Gəncə şəhər, Nizami rayonu Əbdülkərim Mehmandarov küçəsində istifadədə olan 0,016 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 238.8 kv.m qeyri yaşayış binasına yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdəntutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı X4 Gəncə filialı ilə Cavabdeharasında bağlanmış xx xxxx 2015-ci il tarixli M107/OM/KM saylıkredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; həmin kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan 98992,96 manat əsas, 1490.81 manat faiz, 46886.21 manat cərimə faizi olmaqla, cəmi 147369.98 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması; həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX X7 tərəfindən verilmiş Reyestr **********78-10301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0090938, xx.xx.2010- cu il tarixli çıxarışa əsasən, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən Liter "A”-1 mərtəbəli, 78.1 kv.m yaşayış sahəsindən, 51.7 kv.m yardımçı sahədən, 129,8 kv.m ümumi sahədən və Liter "B” (Talvar) - 1 mərtəbəli, 12,2 kv.m tikintialtı sahəsi ibarət 4 otaqlı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi; həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX X8 tərəfindən verilmiş Reyestr **********76-06301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0298730, xx.xx.2011- ci il tarixli çıxarışa əsasən, Gəncə şəhər, Nizami rayonu Əbdülkərim Mehmandarov küçəsində istifadədə olan 0,016 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 238.8 kv.m qeyri yaşayış binasına yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-585/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, İddiaçı X4 Gəncə filialı ilə Cavabdeharasında bağlanmış xx xxxx 2015-ci il tarixli M107/OM/KM saylıkredit müqaviləsi vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC- yə olan 98992,96 manat əsas, 1490.81 manat faiz, 5000 manat cərimə faizi olmaqla, cəmi 105483,07 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manat məbləğində rüsum Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX X7 tərəfindən verilmiş Reyestr **********78-10301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0090938, xx.xx.2010- cu il tarixli çıxarışa əsasən, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən Liter “A”- 1 mərtəbəli, 78.1 kv.m yaşayış sahədən, 51.7 kv.m yardımçı sahədən, 129,8 kv.m ümumi sahədən və Liter “B” (Talvar) -1 mərtəbəli, 12,2 kv.m tikintialtı sahəsi ibarət 4 otaqlı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılmış, və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX X8 tərəfindən verilmiş Reyestr **********7606301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0298730, xx.xx.2011- ci il tarixliçıxarışa əsasən, Gəncə şəhər, Nizami rayonu Əbdülkərim Mehmandarov küçəsində istifadədə olan 0,016 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 238.8 kv.m qeyri yaşayış binasına yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh 30 (otuz) manat məbləğində pul vəsaitinin İddiaçı X4 xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfin kredit borcuna faizlərin, gecikməyə görə əlavə faizlərin hesablanması, eyni zamanda kreditin qaytarılması ilə bağlı banka ödədiyi məbləğlərin təyinatı üzrə düzgün silinməməsini göstərir. Əslində tərəfindən götürülmüş 200.000 manat və ona müqavilə üzrə vaxtaşırı illik 7% hesabı ilə hesablanıla bilən faiz məbləği həcmində banka ödənişlər olmuşdur və maliyyə çətinliyi başlanılanda banka 44.581 manata yaxın borcu qalmışdır. Ödənişlərin təyinatı üzrə düzgün olmayaraq, əsas borcdan deyil, əlavə hesablanmış faizlərə silindiyindən, əsas məbləğin dəyişməsi ləng baş vermişdir və bu da gələcəkdə daha çox faizlərin hesbalanmasına şərait yaratmışdır ki, bu da yol verilməzdir. Faizlərin hesablanması, ödənişlərin təyinatı üzrə sərfinin müəyyən edilməsi və silinməsinin nəticəsinə görə hesablamaların aparılması kimi məsələlərin həlli, barədə xüsusi bilik tələb olunan mütəxəssisin cəlbi ilə mümkündür. Ona görə də iş üzrə obyektiv nəticə əldə edilməsi üçün məhkəməmühasibatlıq ekspertizanın təyin edilməsinin vacib olduğu aşkardır. Lakin məhkəmə bunu etməmiş, iddiaçı tərəfin verdiyi maliyyə arayışını məlumatlarına əsasən qətnamə qəbul etmişdir. İddiaçı iş üzrə maraqlı tərəf olduğundan, bu məsələ üçüncü sərbəst sübutla, ekspert rəyi əsasında müəyyən edilməli idi. Bundan başqa ipotek predmetinin yenidən qiymətləndirilməsi ilə bağlı məhkəmə tərəfindən qiymətləndirmə təyin edilmişdir. Düzdür nəticədə qiymətləndirilmənin nəticələri nəzərə alınmamışdır. Halbu ki, ipoteka müqaviləsi və həmçinin həmin müqavilə bağlanılan zaman ipoteka əmlakların bank tərəfindən müəyyən edilmiş ilkin likvid dəyəri tərəflər arasında mübahisələndirilmir. Lakin yeni qiymətləndirmə mübahisə yaradır. Onu görə ki, göstərdikləri bazar məbləği, əmlakların dəyərindən az olduğu aşkar görünür. Belə ki, ipoteka edilmiş əmlak ipoteka müqaviləsi bağlanıldığı 2015-ci ildə qiymətləndirilib. İndiyə kimi ötən dövr ərzində əmlak bazarında manata nisbətdə qiymətlər aşağı düşməmiş, əksinə artmışdır. Həmin əmlaklarda tərəfindən yaxşılaşdırma işləri də aparıldığı baxımından, hazırkı dəyərinin əvvəlki dəyərindən çox olduğu bəllidir. Ona görə də hazırkı qiymətləndirmə, ilkin ipoteka qoyulanda müəyyən edilmiş dəyərdən aşağı olması qəbul edilməzdir və mübahisəlidir. Çünki ipoteka predmeti olan Gəncə şəhərində olan 2 mərtəbəli geyri yaşayış sahəsinin (obyektinin) hazırda minimum bazar dəyəri 400.000 manat, Xaçmaz rayonunda yerləşən bağ sahəsi, üzərindəki bağ evi isə 120.000 manat civarındadır. Lakin məhkəmə bu halları nəzərə almamışdır. Bundan başqa, iddiaçı bank müqavilə müddətində gecikmələr üzrə də faizlər hesablamış, ödənişləri əsasən ona silmiş, əlavə cərimələr də hesablamışdır və məhkəmə də onları qismən də olasa təmin etmişdir. Halbu ki, cərimənin hesablanması üçün əsas olaraq, iddiaçı tərəf cavabdehi qəsdən öhdəliyi yerinə yetirməsini sübut etməli idi. Əmlakların hərraca çıxarmaları bağlı ardıcıllığı da müəyyən etməli idi. Belə ki, ilk öncə qeyri-yaşayış sahəsi hərracdan satılması, onun satışından əldə edilən məbləğ borca yetmədiyi təqdirdə, yaşıyış evi hərraca çıxarılması ardıcıllığını da müəyyən edilməli idi. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyatora münasibətdə təmin olunmuş hissədə yoxlanılması təşkil edir. İddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, qətnamənin bütünlüklə yoxlanılması iddiaçının şikayəti olmadığı halda ona münasibətdə də qərar qəbul edilməsi sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, “Turan Bank” X4 Gəncə filialı ilə Cavabdeharasında bağlanmış xx xxxx 2015-ci il tarixli № 107/OM/KM saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 7% faiz olmaqla 60 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeharasında bağlanmış xx xxxx 2015-ci il tarixli № 107/OM/KM saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan DƏDRX X7 tərəfindən verilmiş Reyestr **********78- 10301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0090938, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən Liter “A”- lmərtəbəli, 78.1 kv.m yaşayış sahəsindən, 51.7 kv.m yardımçı sahədən, 129,8 kv.m ümumi sahədən və Liter “B” (Talvar) - 1 mərtəbəli, 12,2 kv.m tikintialtı sahəsi ibarət 4 otaqlı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Həmçinin həmin kredit müqaviləsinin təminatı olaraq Bankla Cavabdeh arasında xx xxxx 2015-ci il tarixli № 107/OM/İP-l saylı sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus olan DƏDRX X8 tərəfindən verilmiş Reyestr **********76-06301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0298730, xx.xx.2011 -ci il tarixli çıxarışa əsasən, Gəncə şəhər, Nizami rayonu ƏbdülkərimMehmandarov küçəsində istifadədə olan 0,016 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 238.8 kv.m qeydi yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan əmalaklar müqavilələr üzrə müvafiq olaraq 55.000 manat və 300.000 manat dəyərində müəyyən edilmişdir. İlk əvvəl məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə kollegiyası tərəfindən mülki işin materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməmiş, belə olan halda isə məhkəmə tərəfindən məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təmin edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə dair bildiriş iş matriallarına əlavə edilsə, bildirilərin cavabdehə çatdırılmasını təstiq edən xəbərnamələr iş materiallarına əlavə edilməmiş, xx.xx.2019-cu il tarixə saat, 10:30-a təyin edilmiş məhkəmə iclasına dair bildiriş isə ünvan sahibinə çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Belə olan halda isə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin məcəllənin 387.2.2-ci maddəsinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcluya vermişdir. Bunun nəticəsində bankın borcludan kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, o isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilələr üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin kredit və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin banka olan borcun məbləği Bankın təqdim etdiyi maliyyə arayışı əsasında müəyyən olunur, həmin arayışın mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil cavabdeh tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hərhansı bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində kredit borcunun düzgün hesablanmaması ilə bağlı hər hansı sübut yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 98.992,96 manat əsas və 1490,81 manat faiz borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq hesab edir ki, kredit müqaviləsi üzrə cərimə borcunun 5000 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Tələbin ipoteka predmetlərinə yönəldilməsi ilə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən isə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfındən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş əmlaklara yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu tutularaq banka ödənilməlidir. İşin mübahisə olunmayan halına görə, Gəncə şəhəri, Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsində, istifadədə olan 0.016 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 238.8 kv.m ümumi sahədən ibarət yaşayış binasının və Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 0.04 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 129.8 kv.m ümumi, 78.1 kv.m yaşayış, 51.7 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 12.2 kv.m olan talvardan (liter B) ibarət fərdi yaşayış evininbanka kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermişdir. İş materiallarından görünür ki, Bank ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə ilə müraciət etmiş və bildiriş ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun” ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ipoteka qoyana məxsus olan daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımca yerinə yetirməmişdir. Buna görə də kollegiya hesab edir ki, tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməlidir. Kollegiya qeyd edir ki, ipoteka predmetərinin ilkin satış qiyməti müəyyənləşdirilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka müqavilələri bağlanarkən Cavabdeh məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsində, istifadədə olan 0.016 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 238.8 kv.m ümumi sahədən ibarət yaşayış binasının bazar dəyəri 300.000 manat; Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 0.04 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 129.8 kv.m ümumi, 78.1 kv.m yaşayış, 51.7 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 12.2 kv.m olan talvardan (liter B) ibarət fərdi yaşayış evinin bazar dəyəri 55.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının nəticələrinə dair təqdim edilmiş ekspert rəylərinə əsasən, ipoteka predmetlərinin dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: -“xxxxxxxxxxxxxxx” MMC-nin xx xxx 2019-cu il tarixli Ç-419 saylı qeyri-yaşayış binasının qiymətləndirilməsinə dair hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsində, istifadədə olan 0.016 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 238.8 kv.m ümumi sahədən ibarət yaşayış binasının real bazar qiyməti 240000 manat təşkil edir. “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxx 2019-cu il tarixli 0320/19/TUB saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində, yerləşən 0.04 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 129.8 kv.m ümumi, 78.1 kv.m yaşayış, 51.7 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 12.2 kv.m olan talvardan (liter B) ibarət fərdi yaşayış evinin real bazar qiyməti 65000 manat təşkil edir. Kollegiya hesab edir ki, Gəncə şəhəri, Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsində, istifadədə olan 0.016 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 238.8 kv.m ümumi sahədən ibarət yaşayış binasının real bazar qiyməti sonrakı ipoteka müqaviləsində göstərildiyi kimi 300.000 manat; Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində, yerləşən 0.04 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 129.8 kv.m ümumi, 78.1 kv.m yaşayış, 51.7 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 12.2 kv.m olan talvardan (liter B) ibarət fərdi yaşayış evinin real bazar qiyməti sonrakı ipoteka müqaviləsində göstərildiyi kimi 55.000 manat müəyyən edilməlidir. Belə ki, tərəflər müqavilədə həmin məbləğlər barədə razılığa gəlmişlər və iddiaçı həmin məbləği mübahisələndirməmiş, cavabdeh tərəfindən isə digər məbləğlər barədə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş rüsumlar cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş üzrə mübahisəli ipoteka predmetləri ipoteka hüququ üzrə bank qarşısında yüklü edildiklərindən, bankın həmin əmlaklara dair bərabər hüquqları mövcuddur. Belə olan halda tutmanın ilk əvvəl qeyri-yaşayış sahəsinə, daha sonra isə yaşayış sahəsinə yönəldilməsinə dair dəlillər əsaslı hesab edilə bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-585/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı X4 Gəncə filialı ilə Cavabdeharasında bağlanmış xx xxxx 2015-ci il tarixli M107/OM/KM saylıkredit müqaviləsi vaxtından əvvəl ləğv edilməli, kredit müqaviləsi üzrə Cavabdeh "İddiaçı” ASC- yə olan 98992,96 manat əsas, 1490.81 manat faiz, 5000 manat cərimə olmaqla, cəmi 105483,77 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manat məbləğində rüsum Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX X7 tərəfindən verilmiş Reyestr **********7810301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0090938, xx.xx.2010- cu il tarixli çıxarışa əsasən, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən Liter "A”- 1 mərtəbəli, 78.1 kv.m yaşayış sahədən, 51.7 kv.m yardımçı sahədən, 129,8 kv.m ümumi sahədən və Liter "B” (Talvar) -1 mərtəbəli, 12,2 kv.m tikintialtı sahəsi ibarət 4 otaqlı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılmalı və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASCyə ödənilməli, həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX X8 tərəfindən verilmiş Reyestr **********7606301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0298730, xx.xx.2011- ci il tarixli Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsində, istifadədə olan 0.016 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 238.8 kv.m ümumi sahədən ibarət yaşayış binasının real bazar qiyməti sonrakı ipoteka müqaviləsində göstərildiyi kimi 300.000 manat; Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində, yerləşən 0.04 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 129.8 kv.m ümumi, 78.1 kv.m yaşayış, 51.7 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 12.2 kv.m olan talvardan (liter B) ibarət fərdi yaşayış evinin real bazar qiyməti isə 55000 manat müəyyən edilməli, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-585/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı X4 Gəncə filialı ilə Cavabdeharasında bağlanmış xx xxxx 2015-ci il tarixli M107/OM/KM saylıkredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. Kredit müqaviləsi üzrə Cavabdeh "İddiaçı” ASC- yə olan 98992,96 manat əsas, 1490.81 manat faiz, 5000 manat cərimə olmaqla, cəmi 105483,77 manat pul, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manat məbləğində rüsum Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX X7 tərəfindən verilmiş Reyestr **********7810301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0090938, xx.xx.2010- cu il tarixli çıxarışa əsasən, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən Liter "A”- 1 mərtəbəli, 78.1 kv.m yaşayış sahədən, 51.7 kv.m yardımçı sahədən, 129,8 kv.m ümumi sahədən və Liter "B” (Talvar) -1 mərtəbəli, 12,2 kv.m tikintialtı sahəsi ibarət 4 otaqlı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılsın və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilsin. Məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX X8 tərəfindən verilmiş Reyestr **********76-06301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0298730, xx.xx.2011- ci il tarixliçıxarışa əsasən, Gəncə şəhər, Nizami rayonu Əbdülkərim Mehmandarov küçəsində istifadədə olan 0,016 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 238.8 kv.m qeydi yaşayış binasına yönəldilərək, açıq hərracda satılsın və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilsin. Cavabdeh məxsus olan DƏDRX X8 tərəfindən verilmiş Reyestr **********7606301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0298730, xx.xx.2011- ci il tarixli Gəncə şəhəri, Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsində, istifadədə olan 0.016 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 238.8 kv.m ümumi sahədən ibarət yaşayış binasının real bazar qiyməti 300.000 manat; Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində, yerləşən 0.04 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 129.8 kv.m ümumi, 78.1 kv.m yaşayış, 51.7 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 12.2 kv.m olan talvardan (liter B) ibarət fərdi yaşayış evinin real bazar qiyməti isə 55000 manat müəyyən edilsin. İpoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı X4 xeyrinə tutulsun. İddia qalan hissəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar