Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-147/2020 24.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxx katibliyi ilə, İddiaçı xxxxxxxx açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-377/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı xxxxxxxxxxxxxxxxxxx açıq səhmdar cəmiyyəti və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-377/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, xxxxxxxx ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 153399-1-18311 saylı baş kredit razılaşması və xx.xx.2015-ci il tarixli 153399-1-18311/1 saylı kommersiya krediti müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 Museyib oğlundan və Dalğa-7 X2 xx.xx.2015-ci il tarixli 153399-1-18311/1 saylı kommersiya krediti müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 110016,01 ABŞ dolları, faiz borcuna görə 12357,06 ABŞ dolları, cəriməyə görə 500 ABŞ dolları olmaqla cəmi 122873,07 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi xxxxxxxxxxının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 60 manat xxxxxxxxxx ASC-nin xeyrinə tutulması, Cavabdeh1, Cavabdeh2 Museyib oğlundan və Dalğa-7 X2 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 145 manat dövlət nəfinə tutulması, Cavabdeh1, Cavabdeh2 Museyib oğlundan və Dalğa-7 X2 müştərək qaydada ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə 200 manat xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu İ.Həbibov küçəsi 46/1 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 240000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən 122873,07 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi xxxxxxxxxxının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 60 manat xxxxxxxxxx ASC-nin hesabına, 145 manat ekspertiza tədqiqatının dəyəri dövlət nəfinə, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərcə görə 200 manat “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu İ.Həbibov küçəsi 46/1 saylı fərdi yaşayış evi açıq hərracda satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. Qətnamədən xxxxxxxxxx açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin 240000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirərək, həmin hissədə ipoteka predmetinin ilkin satış qiymətinin 180000 manat məbləğində müəyyən edilməsinə və iddianın 12376.00 ABŞ dolları məbləğində cərimə üzrə borc tələbinin azaldılaraq 500 ABŞ dolları məbləğində təyin edilməsi hissəsində dəyişdirərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi 2015-ci il tarixində dəyəri 185 000.00 AZN məbləğində müəyyənləşdirilməklə ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən əmlakın bu günkü bazar dəyərinin 240 000 manat məbləğində qiymətləndirilməsi həqiqəti təhrif etməklə yanaşı, həmin daşınmaz əmlak dəyərinin həqiqi bazar dəyərindən qat-qat yuxarı şişirdilmiş şəkildə qiymətləndirilmişdir. Bu səbəbdən də qətnamə həmin hissədə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi xxxxxxxxxxın iddia tələblərinin cərimə hissəsini heç-bir əsas olmadan qismən təmin etmişdir.Hazırkı iş üzrə cavabdehin kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozması, onları lazımınca icra etməməsi və aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində xxxxxxxxxxa qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi xxxxxxxxxxın cavabdehdən cərimə üzrə 12 376.00 ABŞ Dolları məbləğində pul vəsaitinin tutulmasına dair tələbini dəyişdirərək 500 ABŞ Dolları məbləğində cərimə borcunun xxxxxxxxxx ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. Lakin birinci instansiya məhkəməsi borc alanın sərbəst iradə ifadəsi ilə cərimə məbləğini müəyyən etməsi, müqavilə üzrə borcluya 117 000.00 (bir yüz on yeddi min) ABŞ dolları məbləğində kredit verilməsi və borclunun öhdəliklərini vaxtında üzrlü səbəb göstərmədən icra etməməsi, xxxxxxxxxx təşkilatı olan kreditora həmin borcun qaytarılmamasma görə dəymiş ziyan nəzərə alınmamışdır. Qətnamədən Cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "Kredit Müqaviləsinə 1 №-li Əlavə" ilə müəyyən edilmiş ödəniş cədvəlinə uyğun olaraq əvvəlki müddətlər üzrə ödənişləri məsuliyyətlə davamlı şəkildə, tam həcmdə və vaxtlı-vaxtında yerinə yetirmişdir. Lakin ABŞ dolları məzənnəsində baş verən kəskin artım və eləcə də ticarət fəaliyyətində baş verən ciddi azalmalar fərdi sahibkar kimi əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olmuşdur. Bu da kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdə ciddi çətinliklər yaratmışdır. Lakin onun əvvəlki aylar ərzində ödədiyi pul məbləğləri əsas borcdan silinməli olduğu, fazilərin isə müvafiq surətdə bir ilin sonunda ödənilməli olduğu halda, xxxxxxxxxx onun ödədiyi aylıq pul məbləğlərinin əsas hissəsini hər ay faiz məbləğlərindən silmiş, faizləri bir ilin sonunda deyil, qanunsuz olaraq hər ay tutmuşdur. Bu səbədən qanunsuz faiz silinmələri nəticəsində mövcud kredit müqaviləsi üzrə qalıq əsas borc məbləği şişirdilmişdir. Bununla yanaşı kredit müqaviləsi üzrə qalıq əsas borc məbləği də xxxxxxxxxx tərəfindən düzgün müəyyənləşdirilməmiş və eləcə də əsassız və qanunsuz olaraq yüksək məbləğdə faiz hesablanmışdır. Birinci instansiya məhkəməsi əsas borc məbləğinə hesablanmış faiz məbləğinin düzgünlüyünü araşdırmadan iddiaçının tələbini və ekspertin natamam rəyini əsas götürmüşdür. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi X4 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2018-ci il tarixli 23485 saylı rəyinə əsasən xx.xx.2015-ci il tarixli 153399-1-18311/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2016-cı il tarixə (maliyyə arayışında tələb olunan tarixə) xxxxxxxxxx ASC-nə olan borcu 134749,07 ABŞ dolları müəyyən edilir, o cümlədən: əsas borc üzrə 110016,01 ABŞ dolları; faiz borcu üzrə 12357,06 ABŞ dolları; cərimə üzrə 12376,00 ABŞ dolları. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli 328-1/1 saylı rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu İlqar Həbibov küçəsində istifadədə olan 0,0144 ha torpaq sahəsində yerləşən 46/1 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 240000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 11483 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən tərəflər arasında bağlanılmış 153399-1-18311/1 saylı, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı “xxxxxxxxxx ” X5 xx xxxxxxx 2016-cı il tarixə (sualda soruşulan tarixə) olan əsas borcu 110011,98 ABŞ dolları, faiz borcu üzrə 17091,58 ABŞ dolları müəyyən edilir. “xxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli MB 12/1018 saylı rəyinə əsasən Bakı şəhəri Xətai rayonu İlqar Həbibov küçəsində istifadədə olan 0,0144 ha. torpaq sahəsində yerləşən 46/1 nömrəli fərdi yaşayış evinin xx xxxxxx 2019-cu il tarixə olan bazar qiyməti 234 000 (iki yüz otuz dörd min) manat təşkil edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə cavabdehin apellyasiya şikayəti üzrə aşağıdakıları qeyd edir. Əvvəla, cavabdeh iddiaçı ilə qeyd olunan kredit və ipoteka müqavilələrini könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Müqavilənin predmetini xarici valyuta, yəni ABŞ dolları təşkil etdiyindən cavabdeh həmin valyutanın məzənnəsinin dəyişə biləcəyi riskini bilməli idi. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx xxx 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... İkincisi, əsas və faiz borcunun düzgün hesablanmadığı, şişirdildiyi barədə apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Çünki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilərək rəylər alınmışdır. Tələb edilən faiz borcunun düzgünlüyü xüsusi biliyə malik olan ekspertlər tərəfindən də yoxlanılmış və fərqli məbləğ müəyyən edilməmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin rəylərdə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəylərinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayəti üzrə də aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddiaçı apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirir və şişirdilmiş olduğunu bəyan edir. Apellyasiya baxışı zamanı bu dəlili yoxlamaq üçün yenidən ipoteka predmetinin qiymətləndirilməsi keçirildi. Kəskin fərq müəyyən edilmədi, yəni ilkin qiymətləndirici xx.xx.2017-ci il tarixə 240000 manat müəyyən etmişdirsə, ikinci qiymətləndirici xx xxxxxx 2019-cu il tarixdə 234000 manat olduğunu müəyyən etdi. Aradan iki il müddət keçsə də bu məbləğlər ipoteka predmetinin real dəyərini əks etdirir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi də ipoteka predmetinin dəyərinin müəyyən ediləndən daha az olduğu dəlililini inandırıcı və ağlabatan hesab etmir. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı əsas və faiz borcu ilə yanaşı cavabdehdən 12376 ABŞ dolları cərimə də tələb etmişdir. Cərimə məbləği birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan məbləğdə azaldılmış, xxxxxxxxxx apellyasiya şikayətində bunu mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu azaldıla bilər və bu azalma xxxxxxxxxxın həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Belə ki, tələb edilən cərimənin məbləğinin nə qədər olması barədə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza zamanı ekspert qarşısında sual qoyulsa da, ekspert bununla bağlı rəy verə bilməmiş yaxud bunun üçün xüsusi biliyi kifayət qədər olmamışdır. Bu hal özü də cərimənin azaldılmalı olmasını zəruri və əsaslı edir. Çünki, qeyd olunan məbləğdə, yəni faiz borcunun məbləğindən artıq məbləğdə cərimənin tələb edilməsi açıq-aşkar işin hallarına uyğun olmamışdır. İddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi tərəfindən müqavilə üzrə cərimənin qeyd olunan məbləğdə azaldılması işin hallarına uyğundur və həmin hissədə xxxxxxxxxxın apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətlərində göstərdikləri dəlillər qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı xxxxxxxxxx açıq səhmdar cəmiyyətinin və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-377/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı xxxxxxxxxx açıq səhmdar cəmiyyəti və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 145 (yüz qırx beş) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 200 (iki yüzi) manat isə xxxxxxxxxx açıq səhmdar cəmiyyətindən tutularaq “xxxxxxx” X1 H/h: № AZ34AZEG******************** VÖEN: **********, Benefisiar (alan) xxxxxxxxxx: “xxxxxx” ASC Kodu: 505817 VÖEN: **********, Müxbir hesab: AZ75NABZ******************** S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-147/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-147/2020
24.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver