Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-147/2024 06.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı1 Əmanətlərinn Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi) X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı LPO İddiaçı1 Əmanətlərinn Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(005)-178/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 60 ay müddətinə illik 7 faiz olmaqla, 200000 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2014-cü il tarixli, 176/14/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 tərəfindən kreditin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzil banka girov qoymuşdur.
3. İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 175/14/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, sonuncu Cavabdeh1 bank tərəfindən verilmiş 200000 manat kredit üzrə öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 42 nömrəli mənzil İddiaçı2 ASC-nin adına 08.077.2014-cü il tarixdə yüklü edilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 42 nömrəli mənzil Cavabdeh2 adına xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır.
6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4290 saylı rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı2 ASC-nə olan borcu aşağıdaki kimi müəyyən olunur, o cümlədən; əsas borc üzrə 197283,44 manat, faiz borcu üzrə 41260,02 manat.
7. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli QXM 348/M saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilin real bazar qiyməti 250000 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
8. LPO İddiaçı1 Əmanətlərinn Sığortalanması Fondu (bundan sonra - ƏSF) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 197283.44 manat əsas, 44865.89 manat müddətin sonuna hesablanan faiz, 1764.59 manat məbləğində cərimə və 3890,87 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 247.804,79 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan "Zaminbank” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 175/14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 7% ödənilmək şərtilə, 200.000 (iki yüz min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə həmin tarixdə 176/14/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzil İddiaçı2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh3 ilə həmin tarixdə 175/14/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.3-cü maddəsinə müva: iq olaraq zamin Cavabdeh3 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə birgə məsuliyyət daşıyırlar. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini ozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 197283.44 (yüz doxsan yeddi min iki yüz səksən üç manat, 44 qəpik) manat əsas, 44865.89 (qırx dörd min səkkiz yüz altmış beş manat 89 qəpik) manat müddət sonuna hesablanan faiz, 1764.59 (min yeddi yüz altmış dörd manat 59 qəpik) manat məbləğində cərimə və 3690,87 (üç min səkkiz yüz doxsan manat 87 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 247804,79 manat borcu mövcuddur. Qeyd edilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 197283.44 (yüz doxsan yeddi min iki yüz səksən üç manat, 44 qəpik) manat əsas, 44865.89 (qırx dörd min səkkiz yüz altmış beş manat 89 qəpik) manat müddət sonuna hesablanan faiz, 1764.59 (min yeddi yüz altmış dörd manat 59 qəpik) manat məbləğində cərimə və 3890,87 (üç min səkkiz yüz doxsan manat 87 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 247 804,79 (iki yüz qırx yeddi min səkkiz yüz dörd manat 79 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12- ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan "Zaminbank” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(005)- 178/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 197283,44 manat əsas, 41260,02 manat faiz, 1000 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 3890,87 manat, cəmi 243434,33 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı LPO İddiaçı2 ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 240000 manat müəyyən edilməklə Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun İddiaçı2 ASC-nə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim X2)
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə xx.xx.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış borcu ekspert rəyi ilə birgə nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və gecikdirilmiş günə görə hesablanmış faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Faiz borcu ekspert rəyindəki məbləğ əsas götürülməklə 41260,02 manat məbləğində müəyyən edilməlidir. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 197283,44 manat əsas, 41260,02 manat faiz, 1000 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 3890,87 manat, cəmi 243434,33 (iki yüz qırx üç min dörd yüz otuz dörd manat 33 qəpik) manat məbləğində kredit borcu və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı2 ASC-nin xeyrinə ödənilməli, cavabdehlərdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı2 ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 240000 manat müəyyən edilməli, mənzil açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsait hesabına borc ödənilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 337, 443.1, 445.2, 445.2, 448, 467, 739.1 və “İpoteka haqqında” Qanunun 33, 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, MPM-in 384.0.4-cü maddəsinə əsasən müvafiq olaraq işə məhkəmə aidiyyat qaydalarının pozulması ilə baxıldığından ləğv edilməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apelllyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı istinad etdiyi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli QXM 348/Msaylı qiymətləndirmə rəyində müəyyən edilmiş qiymətlə qətiyyən razı deyillər. Hesab edirlər ki, əmlaka müəyyən edilmiş bazar və likvid qiymət qiymətləndirmə dövründə daşınmaz əmlak bazarının real vəziyyətini, qiymət konyukturasını və əmlak dövriyyəsinə dair statistik göstəriciləri özündə əks etdirmir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər;
19. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
20. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə müstəqildir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətinin əsaslandırılmasında birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetini təşkil edən əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsində ziddiyyətlərin olduğu mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetini təşkil edən əmlakın ilkin satış (likvid) qiymətin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir. Kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan əlavə İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir. Bu kredit üzrə Cavabdeh3 iş üzrə digər Cavabdeh1 bank tərəfindən verilmiş kredit üzrə öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
26. Məhkəmə kollegiyası aidiyyat qaydalarının pozulmasına münasibətdə hesab edir ki, həmin hissədə apellyasiya şikayətinin dəlili əsaslı sayıla və təmin edilə bilməz.
27. Cavabdehin apellyasiya şikayətində qeyd olunan digər xüsusatın yoxlanılması (ipoteka predmetinin ilkin satış qiyməti) məqsədilə apellyasiya icraatı zamanı ipoteka predmeti olan mənzilin yenidən qiymətləndirilməsi də keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyun 2024-cü il tarixli, 9/101xx-xx/9989 №-li ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzilin orta bazar qiymətlərinə uyğun ümumi bazar dəyəri təqribən 348000 manat, likvid qiyməti isə 313000 manat təşkil edir.
28. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi zamanı müstəqil qiymətləndiricinin rəyinə əsasən mənzilin bazar qiyməti 250000 manat müəyyən edilmiş, məhkəmə qətnaməsində isə mənzilin qiyməti 240000 həmin məbləğdə müəyyən edilmişdir. Hazırki iş üzrə qətnaməyə münasibətdə əvvəlki qüvvədə olan məhkəmə qərarlarına əsasən ipoteka predmetinin qiymətləndirilməsi yalnız bank tərəfindən mübahisələndirilməklə aşağı qiymətə olması bəyan edilmişdir. Lakin ipoteka qoyan tərəfindən ipoteka predmetinin qiyməti mübahisələndirilməmişdir. Yəni, ipoteka predmetinin qiymətinin yuxarı həddə olması bildirilməmişdir. Hazırki halda isə apellyasiya qaydasında işə baxılarkən məhz ipoteka predmetinin qiymətinin daha yuxarı həddə olmasının müəyyən edilməklə ilkin satış qiymətinin müəyyən edilməsi irəli sürülmüşdür. Apellyasiya şikayətinin qeyd edilən dəlilinə əsasən apellyasiya icraatı zamanı keçirilmiş müstəqil qiymətləndiricinin rəyinə əsasən isə ipoteka predmetinin likvid qiymətinin 313000 manat olması müəyyən edilmişdir. Hazırkı bazar iqtisadiyyatı şəraitində mənzil bazarında qiymətlərin dəyişkən olması nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin 313000 manat müəyyən edilməsi daha ağlabatandır. Belə ki, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair tələblərdə ilk olaraq ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilir. İlkin satış qiyməti isə ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti dedikdə, qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti nəzərdə tutulur. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.
29. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin qiymətinə dair apelyatorun dəlili qismən əsaslıdır və məhkəmə qətnasməsi ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməsi hissəsində qətnamə dəyişdirilməklə ipoteka predmtinin ilkin satış qiyməti 313000 manat müəyyən edilməlidir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki Cavabdeh2 qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(005)-178/2021 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 313000 manat məbləğində müəyyən edilməlidir.
31. Məhkəmə əmtəəşünaslıq eskpertizasının aparılmasına sərf edilmiş 50 manat Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edisin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(005)- 178/2021 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzilinin açıq hərracdan ilkin satış qiyməti 313000 manat məbləğində müəyyən edilsin. Məhkəmə əmtəəşünaslıq eskpertizasının aparılmasına sərf edilmiş 50 manat Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.