Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-148/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X9 ibarət tərkibdə, X33 qızının katibliyi, İddiaçı1, İddiaçıların vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Qusar rayon Notariat Ofisi cəlb edilməklə “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4064/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçılara Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istifadəsi üçün 1,06 torpaq sahəsi ayrılmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə X5 iddiası təmin olunaraq mübahisəli torpaq sahəsinə dair əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş və həmin mübahisəli torpaq sahəsinə B.Hüseynovun adına çıxarış verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə adıçəkilən qətnamə ləğv edilərək iddia tələbi rədd edilmiş və iddiaçılara 2013-cü ildə mübahisəli torpaq sahəsinə çıxarış verilmişdir. İddiaçıların adına çıxarışın verilməsinə baxmayaraq həmin torpaq sahəsi üzərində iki dəfə 2017 və 2020-ci illərdə alğı-satqı müqavilələri bağlanmışdır. Hazırda iddiaçılar 2020-ci ildə bağlanmış alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışı mübahisələndirirlər. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1, İddiaçı4, X12, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Qusar rayon Notariat Ofisi cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Qusar rayonu notariat kontoru tərəfindən 4Ə-792 reyestr nömrəli Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair xx.xx.2020-ci il taixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X18) sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-588/2012 saylı 23 iyul 2012-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı5 və X3 apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 3 323 saylı iş üzrə 12 iyun 2006-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı X5 cavabdehlər İddiaçı5, X10 və ailə üzvlərinin JN 148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı X7 alğı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin Xaçmaz Ərazi idarəsinə həvalə edilməsi hissəsində ləğv edilmiş, iddiaçı X5 cavabdehlər İddiaçı5, X10 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı X7 alğı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı xx.xx.2013-cü il tarixli HDQH DƏDR-dən çıxarışa və AA 028654 saylı xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi X3, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən biri ailə üzü olan X10 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ə.S.Musayevanın vərəsələri onlar- onun övladları İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və əri İddiaçı5dur. Lakin buna baxmayaraq, Quba Rayon Məhkəməsinin 3-323 saylı iş üzrə 12 iyun 2006-cı il tarixli qətnaməsinin qismən ləğv edilmiş hissəsinə istinad edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə X7 Seriya MH № ******* olan xx.xx.2006-cı il tarixli HDQH DƏDR-dən çıxarış verilmişdir. B.S.Hüseynov həmin çıxarış əsasında Quba rayonu notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən 4Ə- 2443 reyestr nömrəsi ilə notarial qaydada təsdiq edilmiş AN-İ №0638725 saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən onlara məxsus olan Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsini qeyriqanuni olaraq Cavabdeh1 satmışdır. Cavabdeh1 isə Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsini qanunsuz olaraq öz adına rəsmiləşdirərək həmin torpaq sahəsi üzrə AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı xx.xx.2018-ci il tarixli HDQH DƏDR-dən çıxarışı və A№ 252480 saylı xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünü əldə etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1270/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 və qeyrilərinin cavabdeh X7 və qeyrilərinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və digər iddia tələbləri" barədə iddiası təmin edilmiş, Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə üçüncü şəxs Quba rayonu notariat kontorunun xüsusi notariusu X29 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək cavabdehlər X13 və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilmiş, həmin torpaq sahəsi üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv edilmiş və qeyd edilən torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 sahibliyinə qaytarılmışdır. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-cİ il tarixli məktubundan görünür ki, Cavabdeh1 həmin çıxarış əsasında Qusar rayonu notariat ofisinin xüsusi notariusu X19 tərəfindən 4Ə-792 reyestr nömrəsi ilə notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ona məxsus olan Quba rayonu, Birinci Nügədi kəndindəki 0,6297 ha torpaq sahəsini qeyri-qanuni olaraq Cavabdeh2 satmışdır. Cavabdeh2 isə Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsini qanunsuz olaraq öz adına rəsmiləşdirərək həmin torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli HDQH DƏDR-dən çıxarışı əldə etmişdir. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-588/2012 saylı 23 iyul 2012-ci il tarixli qətnaməsinə əsasən X5 Quba rayonu, Birinci Nügədi kəndindəki 1,06 ha, o cümlədən 0,6297 ha torpaq sahəsi üzərində qanunsuz tanınmış mülkiyyət hüququna xitam verilmişdir. Buna baxmayaraq, X13 və Cavabdeh1 tərəfindən saxtakarlıq edilərək sözügedən torpaq sahəsini B.S.Hüseynov Cavabdeh1 satmış, Cavabdeh1 isə Cavabdeh2 satmışdır. Beləliklə, X2 torpaq sahəsini Cavabdeh1 satmaqla, Cavabdeh1 isə Cavabdeh2 satmaqla, DƏDRX-nin 5 saylı Ərazi İdarəsi isə həmin torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququnu rəsmiləşdirərək ona Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli HDQH DƏDR-dən çıxarış və Cavabdeh2 adına mülkiyyət hüququnu rəsmiləşdirərək ona xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli HDQH DƏDR-dən çıxarış verməklə, Mülki Prosessual Məcəllənin 15.2-ci və 82.3-cü maddələrinin, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinin tələblərini pozulmuşdur. Odur ki, Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli HDQHDƏDR-dən çıxarış ləğv edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək iddiaçılar sırasından İddiaçı4 çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4064/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Qusar rayonu notariat kontoru tərəfindən 4Ə-792 reyestr nömrəli Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair xx.xx.2020-ci il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X18) sahibliyinə qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X13 və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edildiyi, Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX 36712 saylı xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edildiyi və qətnamə qanuni qüvvəsini aldığı halda, hazırki iddia tələbi üzrə Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia ərizəsi təmin edilməli, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Qusar rayonu notariat kontoru tərəfindən 4Ə-792 reyestr nömrəli Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair xx.xx.2020-ci il taixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X18) sahibliyinə qaytarılmalıdır. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab etmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişlər. Hər iki apellyasiya şikayətində cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apelyasiya instansiya məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(105)-1449/2021 №-li qətnaməsi ilə müəyyən edilən faktların Cavabdeh2 aid olmadığını, onun mübahisələndirilən əqd üzrə vicdanlı əldə edən olduğunu və həmin əqd bağlanarkən daşınmaz əmlakın reyestrindəki qeydin həqiqiliyi prezumpsiyasını nəzərə almamışdır. Cavabdehlər arasında alğı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllə ilə müəyyən edilmiş məhz hansı şərtin pozulduğunu və bu pozuntunun nədən ibarət olduğunu, hansı sübutlarla təsdiq edildiyini qətnamədə göstərməmiş və əsaslandırmamışdır. İddiaçıların mübahisələndirildiyi əqd bağlanarkən Mülki Məcəllə ilə müəyyənləşdirilmiş hər hansı şərt pozulmamışdır və işdə bunun əsksini təsdiq edən sübut yoxdur. Hazırkı işdə mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanarkən daşınmaz əmlakın dövlət reyestrinin məzmununa əsasən Cavabdeh1 torpaq sahəsinin tək mülkiyyətçisi olub və onun bu hüququna dair hər hansı etiraz və ya məhdudiyyət reyestrə daxil edilməyib. Hətta birinci instansiya məhkəməsinin istinad etdiyi mülki işə Quba rayon məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb qətnamə çıxarılmazdan əvvəl – xx.xx.2020-ci ildə Cavabdeh1 torpaq sahəsini artıq qanuni əsaslarla özgəninkiləşdirmişdir. Lakin birinci instansiya məhkəməsi istinad olunan maddi hüquq normalarının tələblərini və Konstitusiya Məhkəməsinin həmin normalara dair hüquqi mövqeyini nəzərə almamışdır. Hazırkı iş üzrə Cavabdeh2 birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1270/2020 №-li qətnaməsinin və Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2021-ci il tarixli 2(105)-1449/2021 №-li qətnaməsinin aid olduğu mülki işdə tərəf və ya İİİ şəxs qismində iştirak etməmişdir. Odur ki, həmin iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə Bəkir Hüseynov və Cavabdeh1 arasında mübahisəli torpaq sahəsinə dair bağlamış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması və Cavabdeh1 adına verilmiş torpağa xüsusi mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi öz-özlüyündə həmin torpağın alğı-satqısına dair Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə müəyyən edilmiş faktların preyudisiallığı hazırkı işdə tətbiq oluna bilməz və iddiaçıları xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığı barədə iddianın əsaslılığını sübut etmək vəzifəsindən azad etmir. Birinci instansiya məhkəməsi MPM-in 82.3-cü maddəsinin tələblərini pozaraq Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldığı halda hazırki iddia tələbi üzrə Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi üçün heç bir əsasın olmadığına dair səhv nəticəyə gəlmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(105)-1449/2021 №-li qətnaməsi ilə müəyyən edilən faktların Cavabdeh2 aid olmadığını, onun mübahisələndirilən əqd üzrə vicdanlı əldə edən olduğunu və həmin əqd bağlanarkən daşınmaz əmlakın reyestrindəki qeydin həqiqiliyi prezumpsiyasını nəzərə almamışdır. Hazırkı işdə mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanarkən daşınmaz əmlakın dövlət reyestrinin məzmununa əsasən Cavabdeh1 torpaq sahəsinin tək mülkiyyətçisi olub və onun bu hüququna dair hər hansı etiraz və ya məhdudiyyət reyestrə daxil edilməyib. Hətta birinci instansiya məhkəməsinin istinad etdiyi mülki işə Quba rayon məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb qətnamə çıxarılmazdan əvvəl – xx.xx.2020-ci ildə Cavabdeh1 torpaq sahəsini artıq qanuni əsaslarla özgəninkiləşdirmişdir. Lakin birinci instansiya məhkəməsi istinad olunan maddi hüquq normalarının tələblərini və Konstitusiya Məhkəməsinin həmin normalara dair hüquqi mövqeyini nəzərə almamışdır. İş materiallarından görünür ki, torpaq sahəsi Cavabdeh2 satılarkən Cavabdeh1 onun mülkiyyətçisi olub və sonuncunun mülkiyyətçi olub-olmaması barədə hər hansı şübhəli məqam, o cümlədən qeydiyyatın qeyri-dəqiqliyinə dair reyestrə daxil edilmiş qeyd mövcud deyildi. Cavabdeh2 torpaq sahəsini satın alarkən, həmçinin mülkiyyətçi kimi ona sahiblik və istifadə etdiyi (bağ saldığı, əkib becərdiyi) müddətdə heç kim, o cümlədən də iddiaçılar onun torpağa dair hüququnu mübahisələndirməyib. Belə olan halda Cavabdeh1 torpaq sahəsi üzərində sərəncam vermək, o cümlədən onu satmaq hüququ olan mülkiyyətçi (satıcı), Cavabdeh2 isə torpaq sahəsini vicdanlı əldə edəndir (alıcıdır). Lakin məhkəmə bunu nəzərə almamışdır. Hazırkı iş üzrə Cavabdeh2 birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1270/2020 №-li qətnaməsinin və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1449/2021 №-li qətnaməsinin aid olduğu mülki işdə tərəf və ya İİİ şəxs qismində iştirak etməmişdir. Odur ki, həmin iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə Bəkir Hüseynov və Cavabdeh1 arasında mübahisəli torpaq sahəsinə dair bağlamış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması və Cavabdeh1 adına verilmiş torpağa xüsusi mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi öz-özlüyündə həmin torpağın alğı-satqısına dair Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə müəyyən edilmiş faktların preyudisiallığı hazırkı işdə tətbiq oluna bilməz və iddiaçıları xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığı barədə iddianın əsaslılığını sübut etmək vəzifəsindən azad etmir. Birinci instansiya məhkəməsi MPM-in 82.3-cü maddəsinin tələblərini pozaraq Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldığı halda hazırki iddia tələbi üzrə Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi üçün heç bir əsasın olmadığına dair səhv nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı icraatın dayandırılması: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 2283/2022 saylı qərardadı ilə mülki işin icraatının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X11) cavabdehlər X7, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba rayon notariat kontoruna (23 saylı notariat ofisinə) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 148/2023 saylı qərardadı ilə hazırki iş üzrə icraatın dayandırılmasına əsas olmuş zərurət aradan qalxdığı üçün iş üzrə icraat təzələnmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı1 və iddiaçıların vəkili Nümayəndə1 ayrıayrılıqda izahat verərək apellyasiya şikayətlərinə etiraz etdiklərini bildirdilər və təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdehlər apellyasiya apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməklə iddianın rədd edilməsi xahiş edildiyindən qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə:
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası İddiaçı1 və iddiaçıların vəkili Nümayəndə1 izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməklə 05 may 2020-ci il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən ödənilmiş 5000 manat vəsait Cavabdeh1 Cavabdeh2 xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarından görünür ki, Quba rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilməklə iddiaçı X5 cavabdehlər İddiaçı5, X14 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı X7 alğı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin B.Hüseynovun mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsinə dair iddia tələbi təmin edilmişdir. İddiaçı5 və Əntiqə Musayevanın apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Quba rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilməklə iddiaçı X5 cavabdehlər İddiaçı5, X14 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı X7 alğı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Qətnamə xx.xx.2012-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı xx.xx.2013-cü il tarixli HDQH DƏDR-dən çıxarışa və AA 028654 saylı xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi X14, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 (X18) ümumi birgə xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən biri ailə üzvləri olan X14 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ə.S.Musayevanın vərəsələri, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və əri İddiaçı5dur. İş materiallarında olan AN İ ******* saylı 03 avqust 2017-ci il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi X15 tərəfindən Cavabdeh1 satılmış, ******* saylı Çıxarışa əsasən isə Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdən Cavabdeh1 adına qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X18) cavabdehlər X7, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba rayon notariat kontoruna (23 saylı notariat ofisinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə üçüncü şəxs Quba rayonu notariat kontoru tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək cavabdehlər X13 və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı, 03 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı, 13 mart 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qeyd edilən torpaq sahəsinin iddiaçıların sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmış ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-588/2012 saylı 23 iyul 2012-ci il tarixli qətnaməsinə əsasən X5 Quba rayonu, İ Nügədi kəndindəki 1,06 ha, o cümlədən 0,6297 ha torpaq sahəsi üzərində qanunsuz tanınmış mülkiyyət hüququna xitam verilmişdir. Buna baxmayaraq, X1 edərək sözügedən torpaq sahəsini Cavabdeh1 satmışdır. X13 tərəfindən sözügedən torpaq sahəsini Cavabdeh1 satılmaqla, DƏDRX-nin 5 saylı Şirvan Ərazi İdarəsi tərəfindən isə həmin torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququnu rəsmiləşdirərək ona Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli HDQH DƏDR-dən çıxarış verilmişdir. Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X29 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək X13 və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı 03 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı 13 mart 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X8) sahibliyinə qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-1449/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı4 nümayəndəsi Nümayəndə1 iddiadan imtina barədə ərizəsi təmin edilmiş, Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsi ləğv edilmiş və İddiaçı4 aid iddia tələbi üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-1449/2021 nömrəli qətnaməsi ilə üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X29 tərəfindən 4Ə-2443 reyestr nömrəsi ilə təsdiq edilərək X13 və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı 03 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı, 13 mart 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 sahibliyinə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasnın 2(102)-639/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-1449/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2(105)-1566/2022 nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3097/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh2 və AR ƏMDX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2022-ci il tarixli 2(105)-1566/2022 saylı qətnaməsi qismən, “Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X18) sahibliyinə qaytarılması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə iddia rədd edimiş və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsinin iddiaçıların sahibliyinə qaytarılması hissəsində işə baxan məhkəmə səhv nəticəyə gəlmişdir, ona görə də, qətnamə bu hissədə ləğv edilərək rədd edilməlidir. Belə ki, apellyasiya məhkəməsi həmin tələbin hansı maddi hüquq normasına əsasən təmin etdiyini dəqiqliklə göstərməmişdir. Başqa sözlə, məhkəmə bu iddia tələbinin qanuni əsasını tapmamış, işin müəyyən edilmiş halları ilə müvafiq normanın uyğunluğunu əsaslandırmamışdır. Halbuki, hər bir iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır. Bununla belə, iddia cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxırsa, yaxud qanunun məcburi göstərişlərinə görə onun təmin edilməsi mümkün deyilsə iddia rədd olunur. Apellyasiya məhkəməsi torpaq sahəsinin iddiaçılara qaytarılmasını qət edərkən onların əşyanın mülkiyyətçiləri olduqlarını müəyyən etməmiş və bu barədə əsaslandırılmış bir nəticəyə gəlməmişdir. Baxılan işdə isə torpaq sahəsinin mülkiyyətçisinə dair reyestr qeydinin düzəldilməsi tələbi irəli sürülməmiş, apellyasiya məhkəməsi nəinki iddiaçıların həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olubolmadıqlarını, işə baxılarkən mübahisəli daşınmaz əşyanın mövcud hüquqi vəziyyətini də çəkişmə prinsipinə riayət etməklə araşdırmamışdır. Halbuki, bu hallar sözügedən tələbin düzgün hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb edir. İşin mübahisəsiz qaydada müəyyən edilmiş halları Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulan dispozitiv şərtlərə cavab vermədiyindən iddiaçıların mülkiyyətlərində olmayan torpaq sahəsinin qaytarılması (verilməsi) barədə tələbləri təmin edilə bilməzdi. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir İş materiallarında olan xx.xx.2020-ci il tarixli DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, dövlət reyestrindən ilkin olaraq Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.6297 ha torpaq sahəsi **********05 reyestr nömrəli çıxarışla və həmin kənddə yerləşən 0.4273 ha torpaq sahəsi isə **********07 reyestr nömrəli çıxarışlarla X6 adına qeydə alınmışdır. Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0.6297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Quba rayonu notariat kontorunun 03 avqust 2017-ci il tarixli, 4Ə-2443 reyestr nömrəli alğı- satqı müqaviləsinə əsasən Cavabdeh1 adına, həmin kənddə yerləşən 0.4273 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şabran rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(031)-582/2017 nömrəli qətnaməsinə əsasən Osmanov imran Osman oğlunun adına özgəninkiləşdirilmişdir. Cavabdeh1 adına olan Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0.6297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Qusar rayon notariat kontorunun xx.xx.2020-ci il tarixli, 4Ə-792 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş, Cavabdeh2 adına dövlət reyestrindən xx.xx.2020ci il tarixli, ******* qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 adına olan Quba rayonu, Nügədi kəndində yerləşən 0.6297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qusar notariat kontorunun xx.xx.2020-ci il tarixli, 4Ə-792 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş və Cavabdeh2 adına xx.xx.2020-ci ii tarixli, ********** nömrəli, **********05 reyestr nömrəli çıxarış işlənmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı5 və Əntiqə Musayevanın apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Quba rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edildikdən sonra reyestr xidməti tərəfindən hər iki iş üzrə iddiaçıların adına xx.xx.2013-cü il tarixdə müvafiq çıxarış verilməsinə baxmayaraq cavabdeh B.Hüseynov xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçılara məxsus torpaq sahəsini iş üzrə digər cavadeh Cavabdeh1 satmış və sonuncu da öz növbəsində bu müqaviləyə əsasən xx.xx.2018-ci il tarixdə çıxarış almışdır. Başqa sözlə, mübahisəli torpaq sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilənə və qeydiyata alınana kimi yuxarıda qeyd edilən məhkəmə çəkişmələri baş vermiş, 2013-cü ildə mübahisəli torpağa dair iddiaçıların adına çıxarış verilməsinə baxmayaraq qeyd edilən torpaq sahəsi bu dövrdə Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. Həmçinin, iş materiallarından görünür ki, qanuni qüvvəsini almış Sumqayıt apellyasiya məhkəməsinin qətnaməsi ilə cavabdeh X13 mübahisəli torpaq sahəsinin digər Cavabdeh1 satmasına dair 03 avqust 2017-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmçinin Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX 36712 saylı xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilmişdir. Başqa sözlə, mübahisəli torpaq sahəsinin cavabdeh B.Hüseynovun adına qeydə alınmasına əsas olmuş xx.xx.2006-cı il tarixli məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən və həmin torpaq sahəsinə xx.xx.2013-cü il tarixdə iddiaçıların mülkiyyət hüquqlarını tanındığından, cavabdeh B.Hüseynov həmin torpaq sahəsini digər Cavabdeh1 satmasına dair xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Göründüyü kimi, Cavabdeh1 mübahisəli torpaq sahəsini xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satarkən torpağın onun adına özgəninkiləşdirilməsinə əsas olan sənədlər məhkəmə qətnaməsi ilə etibarsız sayılmışdır və məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmaqla yanaşı həmçinin qeyd edir ki, qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuşdur. Qanunvericilikdən də göründüyü kimi daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir. Qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alğı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 hazırki halda vicdanlı alıcı kimi qiymətləndirilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iclasında ifadə vermiş şahid X16 ifadəsində bildirmişdir ki, doğulandan Nügədi kəndində yaşayır, hazırda da həmin kəndin sakinidir. 1960-cı ildən orada yaşayır. Kimdən soruşulsa torpaqların kimə məxsus olduğunu deyə bilər, iddiaçı ilə qohumluq əlaqəsi yoxdur, iddiaçının atasını tanıyır, onların pay torpaqları olub. İllərdi həmin torpaqlar üzərində mübahisə var. Musayevlər həmin torpaqları özləri satmayıb, başqa şəxslər tərəfindən satılıb. Kənd sakinləri kənddə hansı torpaqlar kimə məxsusdur bilir. Kənddə torpaq sahələri makler Əli tərəfindən satılır, Əli özü də həmin kəndin sakindir. Apellyasiya instansiyası məhkəməsinin iclasında ifadə vermiş şahid X4 ifadəsində bildirmişdir ki, uşaqlıqdan Nügədi kəndində yaşayır, hazırda da həmin kəndin sakinidir. Musayevləri tanıyır, mübahisəli torpaqların onlara məxsus olduğunu bilir. Özü də torpaq almaq istəmiş, kənd sakinləri torpaqların kimə məxsus olduqlarını bilirlər. Bütün kənd bilir ki, həmin torpaq sahələri Musayev ailəsinə məxsusdur. Bundan əlavə, iş materiallarında Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, müqavilə alıcının əvəzinə etibarnamə ilə nümayəndəsi X20 imzalamışdır. Cavabdeh1 birinci instansiya məhkəməsində izahatı zamanı verdiyi məlumatlara əsasən müqaviləni imzalayan Əli adlı şəxs alğı-satqı edən adamdır. Həmçinin izahatından görünur ki, o alıcı Cavabdeh2 ilə görüşməmiş və onunla alğı-satqı barədə danışmamışdır, o adamı heç tanımır və hətta telefon əlaqəsi belə olmamışdır. Alıcını onun özünün nümayəndəsi tapmışdır. O hazırki vaxta qədər elə bilir ki, torpağı alan elə Əli adlı şəxsin özüdür. Göründüyü kimi, alğı-satqı müqaviləsini Cavabdeh2 birbaşa özü etməsə də, səlahiyyət verdiyi rayon sakini, alğı-satqı ilə məşğul olan X20 həmin torpaq sahəsinin Musayevlər ailəsinin pay torpaq sahəsi əsasında məxsusluğunu bilməsi Cavabdeh1 izahatı və şahid ifadələri ilə təsdiqini tapır. Kollegiyanın qənaətinə görə mübahisəli torpaq sahəsini görməyən,mülkiyyətçisi ilə görüşmədən onu əldə edən şəxsin nümayəndəsinin həmin sahənin pay torpağı olmasını bilməsi ilə vicdanlı olmadığı aşkardır və bu da öz növbəsində təmsil etdiyi şəxsə də münasibətdə vicdanlı olmadığını göstəricisidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi - Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Qusar rayonu notariat kontoru tərəfindən 4Ə-792 reyestr nömrəli Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair xx.xx.2020-ci il taixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 sahibliyinə qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Cavabdehlər apellyasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə müəyyən edilmiş faktların preyudisiallığının hazırkı işdə tətbiq oluna bilməməsini qeyd etsələr də məhkəmə kollegiyası bununla bağlı bildirir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi məhkəmə aktları ilə mübahisə predmeti məhz mübahisəli torpaq sahəsinə dair Bəkir Hüseynov ilə Cavabdeh1 arasında bağlanmış 03 avqust 2017-ci il tarixli alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxan zaman Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-1449/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldığından birinci instansiya məhkəməsi haqlı olaraq bu qətnaməyə istinad etmişdir. Lakin sonradan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasnın 2(102)- 639/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarı ilə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsa da, yeni apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qəbul etdiyi 25 noyabr 2022-ci il tarixli, 2(105)-1566/2022 nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3097/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi qismən, “Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X18) sahibliyinə qaytarılması” hissəsində ləğv edilərək həmin hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilsədə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qalan hissələrdə, yəni, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X29 tərəfindən 4Ə-2443 reyestr nömrəsi ilə təsdiq edilərək X13 və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı 03 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı, 13 mart 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin istinad etdiyi qətnamə sonradan ləğv edilsə də, qəbul edilmiş digər qərarlarla iş üçün mühüm əhəmiyyət kəsb edən işin halları dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bu birinci instansiya məhkəməsi tərəfindən yol verilən prosessual pozuntu kimi qiymətləndirilmir və məhkəmə iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər arasında bağlanmış əqdi etibarsız hesab edərək, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 sahibliyinə qaytarılması nəticəsinə gəlsə də sonda Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən etibarsız hesab edilmiş əqdə əsasən Cavabdeh2 tərəfindən ödənilmiş 5000 manat vəsaitin Cavabdeh1 Cavabdeh2 xeyrinə ödənilməsi ilə bağlı hər hansı münasibət bildirməmişdir. Halbuki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarında olan AN İ ******* saylı 05 may 2020-ci il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 dəyəri 5000 manat müəyyənləşdirilməklə satılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 05 may 2020-ci il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinə sasən alıcı Cavabdeh2 tərəfindən ödənilmiş 5000 manat vəsait satıcı Cavabdeh1 onun xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməklə 05 may 2020-ci il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən ödənilmiş 5000 manat vəsait Cavabdeh1 Cavabdeh2 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə apellyatorların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4064/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. 05 may 2020-ci il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən ödənilmiş 5000 manat vəsait Cavabdeh1 Cavabdeh2 xeyrinə tutulsun. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə