Məhkəmə qərarları › İş №2(103)-1487/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1487/2022

16.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1487/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) X6 və apelyator A.Hüseynovun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və maraqlarına toxunan şəxs kimi X12 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkündən çıxarılması, köşkün boşaldılaraq onun mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək göstərmişdir ki, mübahisə predmeti olan Mərdəkan qəsəbəsi Mərkəzi avtobus dayanacağında yerləşən ona məsus mağazanın Cavabdeh başqa X11 adlı şəxs tərərəfindən də işlədiyildiyi müəyyən edildiyindən, cavabdehlər X11 və Cavabdeh Nərmian oğlunun ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkündən çıxarılması, köşkün boşaldılaraq onun mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra o, iddia tələbinin həcminin artırılması barədə yenidən ərizə verərək, cavabdehlər X11 və Cavabdeh Nərmian oğlunun ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkündən çıxarılması, köşkün boşaldılaraq onun mülkiyyətinə qaytarılması və Cavabdeh 08.05.2017-ci il tarixdən qətnamə icra edilən günədək hər ay 500 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tağıyev, iş № 2(003)-223/21) iddia təmin edilmiş, cavabdehlər X11 və Cavabdeh Nərmian oğlunun İddiaçı məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkündən çıxarılması və köşkün boşaldılaraq İddiaçı qaytarılması, Cavabdeh 08.05.2017-ci il tarixdən qətnamə icra edilən günədək hər ay 500 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh və maraqlarına toxunan şəxs kimi X12 qətnamədən apellyasiya qaydasında şikayət vermişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum əri X1 müharibəsi zamanı gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid ailəsi olduğu üçün ona Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu İcra Hakimiyyətinin başçısının 16.07.1997-ci il tarixli 664 saylı Sərəncamına əsasən Mərdəkan qəsəbəsi, Mərkəzi avtobus dayanacağında 3x5 ölçüdə mağazanın tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 08.05.2007-ci ildə həmin mağazanı işlətmək üçün Cavabdeh 10 illik etibarnamə vermişdir. Etibarnamənin müddəti xeyli vaxtdır bitməsinə baxmayaraq cavabdeh ona məxsus köşkdən çıxmaqdan və oranı boşaltmaqdan imtina edir. Bu səbəbdən mübahisənin həlli üçün məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi (vəkili) iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Cavabdeh icarəyə vermiş olduğu köşk X8 məxsus olan köşkdür. Həmin köşk Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının 14.07.1997-ci il tarixli 655 nömrəli sərəncamı ilə X7 verilmişdir. Həmin köşk sonuncunun oğlu X12 tərəfindən icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının 16.07.1997-ci il tarixli 664 nömrəli sərəncamın təsdiq edilmiş surətindən görünür ki, Mərdəkan qəsəbəsi mərkəzi avtobus dayanacağında şəhid ailəsi İddiaçı Ziyəddin qızına alqı-satqı köşkü üçün 3x5 m2 ölçüdə mağaza tikintisnə icazə verilmişdir. 08.05.2007-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh Əzizbəyov (indiki Xəzər) RİH16.07.1997-ci il tarixli, 664 saylı sərəncamına əsasən ayrılmış Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkünə dair Vergi orqanları ilə sənədləşmə işlərini aparmağı, kod, VÖEN, kassa aparatı almağı, ona çatası kommunal xərcləri ödəməyi etibar etmişdir. Etibarnamə 10 il müddətinə, yəni 08.05.2017ci ilədək verilmişdir. Əzizbəyov (indiki Xəzər) rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 002842 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı şəhid ailəsidir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 24.08.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh İddiaçı qarşı müraciəti əsasında tədqiqat aparlmış və sonuncunun əməlində cinayət tərkibi olmadığından cinayəti işinin başlanması rədd edilmişdir. Daşınmaz əmlakın (obyektlərin, mənzillərin) icarə qiymətləri barədə mütəxəssis rəyindən görünür ki, Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən 15 m2 ibarət meyvə köşkünün hazırkı vaxta icarə qiyməti 450-550 manat təşkil edir. 04.03.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi köşk Rəsulov Elman adlı şəxs tərəfindən idarə edilir. Elman qeyd edir ki, bu köşkü 16-17 ildir ki, icarə əsasında Elşən adlı şəxs tərəfindən ona icarəyə verilmişdir. Aktın doğruluğu İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X9, Xəzər RİH-nin nümayəndəsi X13, köşkü icarəyə götürən Rəsulov Elman tərəfindən imzalanmışdır. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının 14.07.1997-ci il tarixli 655 nömrəli sərəncamın təsdiq edilmiş surətindən görünür ki, Mərdəkan qəsəbəsi mərkəzi avtobus dayanacağında X16 iştirakçısı kimi X7 3x5 m2 ölçüdə mağaza tikintisinə icazə verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmiş və göstərmişdir ki, Bakı şəhəri Əzizbəyov rayon İH-nin 16.07.1997-ci il tarixli 664 nömrəli sərəncamında hazırkı iş üzrə İddiaçı ayrılmış torpaq sahəsinin Mərdəkan qəsəbəsində mərkəzi avtobus dayanacağında ayrıldığı qeyd olunmuşdur. Orada çoxsaylı mağaza (təqribən 50-ə yaxın) vardır. İddiaçıya ayrılmış torpaq sahəsinin və orada tikilmiş mağazanın faktiki yerləşdiyi yer məhkəmə prosesində müəyyən edilməmiş, yerləşmə sxemi (torpaq sahəsinin cizgizi) məhkəməyə təqdim edilməmişdir. Onun işlətdiyi mağaza X7 ayrılmış torpaq sahəsində tikilmişdir və hazırda onun oğlunun sahibliyindədir. Göründüyü kimi, iddiaçının tələbi qeyri-dəqiqdir və belə olan halda o, Mərdəkan qəsəbəsində mərkəzi avtobus dayanacağında yerləşən istənilən mağazanı istifadə edən şəxsə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edə bilər ki, bu da əsassızdır. Məhkəmə prosesində ilk lövhədə İddiaçı ayrılmış torpaq sahəsində tikilmiş mağazanın faktiki yerləşdiyi yer müəyyən edilməli, daha sonra həmin mağazanın onun işlətdiyi köşklə eyni sahədə yerləşib-yerləşmədiyi müəyyən edilməli idi. Eyni zamanda, İddiaçı Bakı şəhəri Əzizbəyov rayon İH-nin 16.07.1997-ci il tarixli 664 nömrəli sərəncamı ilə ona ayrılmış sahədə 3x5 kv.metr ölçüdə mağaza tikməsini və həmin mağazanı hansı səbəbdən bir gün də olsa işlətməməsinə dair məhkəməyə möhtəbər subut təqdim etməmişdir. Həmçinin, məhkəmə nə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsini, nə də onun işlətdiyi mağazanın əsl sahibi X5 oğlu X10 işə cəlb etməmişdir. İddiaçı tərəfindən ona hansı əsaslarla etibarnamənin verilməsindən ümumiyyətlə məlumatım yoxdur. Mənimlə iddiaçı arasında ümumiyyətlə icarə münasibətləri olmamış, aralarında icarə münasibətlərini tənzimləyən icarə müqaviləsi bağlanmamışdır. Odur ki, tək etibarnamənin mövcudluğu onun üçün hər hansı bir öhdəlik yarada bilməz, nə də ki məhkəmə etibarnamə əsasında onun üzərinə hər ay üçün 500 manat icarə haqqının ödənilməsinə dair öhdəlik qoya bilməz. Maraqlarına toxunan şəxs kimi X12 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ona ayrılmış köşkün məhz həmin köşk olmasına və köşkün Cavabdeh icarəyə verilməsinə dair məhkəməyə sübut təsdiq etməmişdir. Məhkəmə verilmiş etibaməyə icarə müqaviləsi kimi hüquqi qiymət vermiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında köşkün məhz atasına ayrılmış köşk olduğunu bildirsə də, məhkəmə onu işdə iştirak etməyə cəlb etməmiş, işi birtərəfli qaydada araşdırmışdır. Cavabdeh nümayəndəsi (vəkili) H.Eynullayev və 3-cü şəxs A.Hüseynovun nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə kollegiyasının iclasında təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh və maraqlarına toxunan şəxs kimi A.Hüseynov apellyasiya şikayəti vermişlər. Digər cavabdeh E.Rəsulova qarşı tələb təmin olunmuş olsa da, o, qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh aid hissədə və A.Hüseynovun apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının 16.07.1997-ci il tarixli 664 nömrəli sərəncamı ilə Mərdəkan qəsəbəsi mərkəzi avtobus dayanacağında İddiaçı Ziyəddin qızına şəhid ailəsi kimi alqı-satqı köşkü üçün 3x5 kvm ölçüdə mağaza tikintisinə icazə verilmişdir. Həmin köşkün istifadəsi ilə əlaqədar olaraq müvafiq hərəkətlərin aparılması sonuncu tərəfindən Cavabdeh həvalə edilmiş və buna dair 08 may 2007-ci ildə10 il müddətinə etibarnamə verilmişdir. İddiaçının tələbi cavabdehlərin ona məxsus alqı-satqı köşkündən çıxarılmaları, köşkün boşaldılaraq onun mülkiyyətinə qaytarılması və Cavabdeh 08.05.2017-ci il tarixdən qətnamə icra edilən günədək hər ay 500 manat pulun onun xeyrinə tutulması barəddir. İddiaçı tələbini onunla əsaslandırır ki, 08 may 2007-ci il tarixli etibarnamənin müddəti 2017-ci ildə bitməsinə baxmayaraq cavabdehlər köşkdən çıxmır və onu boşaltmaqdan imtina edirlər. Cavabdehin nümayəndəsi isə mübahisələndirilən köşkün iddiaçıya deyil, üçüncü şəxsin atası Hüseyn Hüseynova məxsus olduğunu və sonuncunun ölümündən sonra köşkün onun oğlu Arif Hüseynov (3-cü şəxs) tərəfindən istifadə olunduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Birinci instansiya məhkəməsi mübahisəli köşkə yerində baxış keçirərək müəyyən etmişdir ki, qeyd edilən köşkdə Elman Rəsulov 16-17 il ərzində işləyir və həmin köşk faktiki olaraq Elşən adlı şəxs tərəfindən ona icarəyə verilmişdir. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə İddiaçı qanunla qorunan hüquqları (adı çəkilən köşkə dair ona verilmiş istifadə hüququ) pozulmuş şəxsdir. İddiaçı onun iradəsi olmadan mübahisəli əmlak üzərində sahiblik hüququndan məhrum edilmişdir və o, cavabdehlərin mübahisəli köşk ərazisindən çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə bu hissədə gəldiyi nəticəni Mülki Məcəllənin 152, 158, 164, 165-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəməşəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinəəsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Məhkəmə Cavabdeh nümayəndəsinin dəlillərinə qiymət verərək onları əsassız saymış və qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının X7 mağaza tikintisi üçün icazə verilməsi barədə 14.07.1997-ci il tarixli 655 nömrəli sərəncamının kserosurəti təqdim edilsə də, həmin köşkün sonuncunun oğlu X12 tərəfindən Cavabdeh istifadəsinə və ya icarəsinə verilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh 08.05.2017-ci il tarixdən qətnamə icra edilən günədək hər ay 500 manat pulun onun xeyrinə tutulması hissəsini də əsaslı saymışdır. Məhkəmə bu hissədə gəldiyi nəticəni Mülki Məcəllənin 21-ci maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcm də şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkündən istifadə nəticəsində məqsədi mənfəət əldə etmək olmuşdur. İddiaçı məhz bu məqsədlə Cavabdeh etibarnamə vermişdir. Sonuncu tərəfindən bu vəzifələrin icrası etibarnamənin müddəti ilə bağlı olduğundan bu müddət 08.05.2017-ci il tarixdə bitmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, həmin dövrdən iddiaçı əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Belə ki, bu müddət ərizində köşk ya istifadəçi İddiaçı, yəni iddiaçıya qaytarılmalı, ya da müəyyənləşdirilmiş qayda üzrə icarə haqqı ödənilməli idi. Həmçinin, yerli baxış zamanı cavabdeh Elman Rəsulov izhatında bu günədək köşkün icarə haqqını Elşən Nərimonova ödədiyini göstərmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının məhkəməyə təqdim etmiş olduğu arayışdan da görünür ki, mübahisəli ərazidə, qeyd edilən ölçüdə köşk üzrə icarə haqqı 450-550 manat təşkil edir. Bu da onu deməyə əsas verir ki, iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olur. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olmuşdur və köşk üzrəində istifadə hüquqları təmin edilmədiyi üçün hazırkı müddətdə də əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olumaqdadır. Ona görə də iddia təmin edilməli, cavabdehlər iddiaçıya məxsus köşkdən çıxarılmalı, köşk boşaldılaraq iddiaçının mülkiyyətinə qaytarılmalı və Cavabdeh 08.05.2017-ci il tarixdən qətnamə icra edilən günədək hər ay 500 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Cavabdeh və üçüncü şəxs A.Hüseynovun apellyasiya şikayətlərinin əsas dəlilləri ondan ibarətdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin və orada tikilmiş mağazanın faktiki yerləşdiyi yer məhkəmə tərəfindən müəyyən edilməmiş, tərəflər arasında icarə münasibətlərinin olmaması, mübahisəli köşkün (mağazanın) X7 ayrılmış torpaq sahəsində tikilməsi və hazırda sonuncunun oğlunun sahibliyində olması nəzərə alınmamış, mağazanın hazırkı əsl sahibi kimi X12 işdə iştirak etməyə cəlb edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmış və müfəssəl hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin dəlillərə verdiyi qiymət və gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iş materiallarına əsasən iddiaçı tərəfindən verilmiş 08.05.2007-ci il tarixli etibarnamənin qanuniliyi hər hansı şübhə doğurmur. Həmin etibarnamənin həqiqiliyi Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin 26.11.2020-ci il tarixli məktubu ilə də təsdiq olunur. Etibarnamə üzrə Cavabdeh verilmiş səlahiyyətlər isə Əzizbəyov rayon icra hakimiyyəti başçısının 16.07.97-ci il tarixli 664 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış alqı-satqı köşkünə dair vergi orqanları ilə sənədləşmə işlərinin aparılması, kod, VÖEN, kassa aparatı alınması, kommunal xərclərin ödənməsindən ibarət olmuşdur. Tərəflər arasında hər hansı qohumluq münasibətinin olması iş materialları ilə təsdiq olunmur. Bu baxımdan cavabdehin etibarnamədən xəbəri olmaması barədəki dəlili tamamilə əsassdır. Yəni, iddiaçının onunla qohumluq münasibətində olmayan, tanımadığı şəxsə etibarnamə verməsi inandırıcı deyil. Lakin 3-cü şəxsin apellyasiya şikayətindən göründüyü kimi, 3-cü şəxs A.Hüseynovla Cavabdeh arasında dostluq münasibətləri vardır və A.Hüseynov məhz bu dostluğa əsaslanaraq mağazanı onunla birlikdə işlətdiklərini bildirir. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisəli köşkün A.Hüseynova hər hansı aidiyyəti yoxdur və onun 3-cü şəxs kimi işdə iştirak etməyə cəlb olunmaq istəyi Cavabdeh yardım etmək, onun mülki məsuliyyətdən yayınmasına şərait yaratmaq məqsədi daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apelyatorlar iddiaya etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh və maraqlarına toxunan şəxs kimi X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar