Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1506/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8206/2023 saylı, 22 noyabr 2024cü il tarixli qərardadından Maraqlı şəxs2 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-8206/2023 nömrəli qətnaməsinə əsasən, ərizə təmin edilmişdir. xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs2 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin verilməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınması barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və qeyd edilən ərizə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Daha sonra Maraqlı şəxs2 nümayəndəsi (vəkili) Vəkil2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8206/2023-023 saylı xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermiş və şikayət təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8206/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5968/2024 saylı qərardadı ilə Maraqlı şəxs2 şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8206/2023 saylı,xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonar, Maraqlı şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(011)-8206/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8206/2023 saylı, 22 noyabr 2024-cü il tarixli qərardadı ilə (hakim Samirə Eyvazova) apellyasiya şikayəti onu vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmışdır. Həmin qərardaddan Maraqlı şəxs2 (nümayəndəsi və vəkili Vəkil2) şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8206/2023 saylı, 13 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayəti təmin etməmə barədə qənaətini bununla əsaslandırmışdır ki, MPM-in 357-ci maddəsinə əsasəsən apellyasiya şikayəti vermək hüququna malik şəxslərin dairəsini müəyyən edir. Belə ki, Azərbaycan Respublikası MPMin tələbinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmçinin həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Lakin məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək müəyyən etmişdir ki, Maraqlı şəxs2 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin verilməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınması barədə ərizəsinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 363-cü maddəsində apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması əsasları qeyd edilmişdir. Prosessual qanunvericiliyin tələbindən aydın şəkildə görünür ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Çünki Maraqlı şəxs2 qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması barədə ərizəsinin rədd edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Demək ki, Maraqlı şəxs2 mübahisələndirmək istədiyi qətnamədən apellyasiya şikayəti vermək hüququ mövcud deyildir. Bunu bilə-bilə onun yenidən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verməsi isə anlaşılan olmamışdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8206/2023 saylı, 22 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8206/2023 saylı, 22 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1506/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1506/2025
03.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver