Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1508/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh, Əliyeva Aynurə, X2, X3 və X1 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehlər iddiaçının mülkiyyətində olan, Nəsimi rayonu, V.Plotnikov küçəsi, ev № 21-də yerləşən 49 №-li mənzildən (bundan sonra – mənzil) çıxarılmaqla mənzil boşaldılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, cavabdehlər mənzildən çıxarılmaqla mənzil boşaldılsın, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil iddiaçının mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.2019-cu ildə dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib. İddiaçı mənzili xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edib. Mənzili iddiaçıya Cavabdeh satıb. Qətnamədən yalnız Cavabdeh apellyasiya şikayəti verib və ona əsaslanıb ki, alqı-satqı müqaviləsi həqiqi deyil. Lakin müqavilənin uydurma və ya yalan əqd olduğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmayıb. Cavabdeh mənzilə hüququ olmadığına görə onun mənzilə sahiblik etməsi qanunsuz sahiblik sayılır. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, birinci instansiya məhkəməsi Cavabdeh mənzildən çıxarılmasını qət etməklə düzgün nəticəyə gəlib. Digər cavabdehlər apellyasiya şikayəti vermədiklərindən qətnamənin onlara aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №2(103)-1508/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1508/2023
24.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver