Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1517/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X7, X6, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi və Azərbaycan Respublikası DİN Binəqədi rayon Polis İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “avtomobilin geri qaytarılması və ya dəyərinin pulla ödənilməsi” tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “avtomobilin geri qaytarılması və ya dəyərinin pulla ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi 1 oktyabr 2024-cü il tarixdə 2(009)-2156/2024 nömrə ilə məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə 28 oktyabr 2024-cü il tarixə məhkəmə hazırlıq iclası təyin edilmişdir; hazırlıq iclası 25 noyabr 2024-cü il tarixə təxirə salınmışdır. Daha sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsi cavabdeh X5 iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X7 ilə əvəz etmiş, 2(009)-2156/2024 nömrəli 25 noyabr 2024cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı (X7, X6, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi və Azərbaycan Respublikası DİN Binəqədi rayon Polis İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “avtomobilin geri qaytarılması və ya dəyərinin pulla ödənilməsi” tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi qənaəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54, 35.1, 35.2 və 44.2.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2132/2025 saylı 15 yanvar 2025-ci il tarixli qərardadı ilə mülki iş, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının aradan qaldırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edildiyindən, sonradan cavabdehin əsl cavabdehlə əvəz edilməsi mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44-cü maddəsinin tələblərinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki prosessual qanunvericiliyin bu maddələrinin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddialar iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin rəsmi qeydə alındığı və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuş, 44-cü maddəsində isə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar göstərilmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində X5 cəlb etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən X2 qeydiyyat ünvanının ünvan 1ən edilmişdir. Ərazi aidiyyətinin ümumi qaydasının dəyişdirilməsinə əsas ola biləcək halların (iddiaçının seçməsinə görə aidiyyət, müstəsna və ya müqavilə aidiyyəti), həmçinin Mülki Prosessual Məcəllənin 44-cü maddəsində aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar da hazırki işdə aşkar edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı düzgün olaraq, aidiyyət qaydalarına riayət etməklə ilkin olaraq cavabdeh qismində cəlb etdiyi X2 qeydiyyat ünvanı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesinin digər mərhələsində cavabdehlərin əvəz edilməsi isə məhkəmə tərəfindən aidiyyət qaydalarına uyğun olaraq icraata götürülmüş işin ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi üçün əsas deyildir. Beləliklə kollegiya yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq qeyd edir ki, iş, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Ona görə də mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı (X7, X6, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi və Azərbaycan Respublikası DİN Binəqədi rayon Polis İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “avtomobilin geri qaytarılması və ya dəyərinin pulla ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-1517/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1517/2025
28.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver